583
Anarı ön cərgələrə can atan kimi təsəvvür etmək mümkün deyil. Adətincə hardasa
kənarda,aralı oturub özünü gözə soxmağa çalışmır, amma qeyri-ixtiyarı olaraq baxışlar onu
axtarır,ona yönəlir.
FƏRHAD BƏDƏLBƏYLİ
Anarın həmişə ictimai-siyasi,ədəbi-bədii hadisələrin diqqət mərkəzində olmağı heç
də təsadüfi deyil.Anar olmayanda belə yeri görünən nadir zialılarımızdandır. Bu gün Anar
bir yazıçı kimi bizim hamımızdan daha çox yaddadır və daha çox «dildə-ağızdadır».
MÖVLUD SÜLEYMANLI
Anarın şəxsiyyəti fəaliyyəti heykələ layiqdir. Onun bir nadir istedadı da dostluq
etmək istedadıdır. Bir neçə il bundan əvvəl toplumu hazırlayırdım, gördüm ki, sən demə,
Anar hekayələrimi tərcümə edibmiş. Bunu Anarlan xahiş etməmişdim. Diqqətlə
tərcümələri nəzərdən keçirib gördüm ki, necə də sevgi ilə edib bu işi. O zaman Anar
populyarlığının zirvəsində idi. İşi -gücü başından aşırdı, məni isə əməlli-başlı tanımırdılar.
Demək, Anar gecələr yuxusuna haram qataraq bu işi görürmüş. Bax, ona bu nəcib səxavət
- özü bəyəndiklərini başqalarına da tanıtmaq, sevdirəmk həvəsi xasdır.
RAMİZ RÖVŞƏN
«525»-i izləyənlər bilməmiş deyillər ki, üç il əvvəl Elçibəy iqtidarı tərəfindən Ramiz
Rövşənə verilən evin orderi ləğv olunmuşdu və şair artıq bir neçə aydı ki, atasının
Əmircandakı mülkünün yarırütübət otaqlarından çıxıb kirayədə yaşayırdı.
Görünür, Yazıçılar Birliyinin rəhbərləri şairin mənzil probleminin real vəziyyətini
Prezidentə çatdira biliblər. «Mənə dedilər ki, R.Rövşən müxalifətə yaxın adamdır. Nə
olsun! Müxalifətdə olanlar da bu ölkənin vətəndaşlarıdır» - deyən prezident R.Rövşənin
mənzil məsələsinin həllinə göstəriş verdi.
«525-ci qəzet» 1 noyabr 1997
584
Anarın şərhi: 1997-ci ildə Yazıcıların Qurultayı ərəfəsində Prezident H.Əliyev bir
gün yaşlı yazıçılarla, səhərisi gün gənclərlə görüşdü. Yaşlı yazıçılarla görüş zamanı
B.Vahabzadəyə və M.Araza mənzil verdiyini söylədi. Gənc yazıçılarla görüşdən qabaq
Prezidentin yanına getdim: «Dünən iki yaşlı şairimizə mənzil vermənizi məmnuniyyətlə
qarşıladıq, - dedim, -bu gün gənclərlə görüşdə kirayədə qalan istedadlı şairimiz Ramiz
Rövşənə də mənzil vermənizi xahiş edirəm».
Bildim ki, mütləq Ramizin müxalifətə yaxın olduğunu çatdıracaqlar, odur ki, bu
barədə özüm dedim və R.Rövşənin ədəbiyyatımızda xüsusi yeri olduğunu vurğuladım.
Prezident xahişimi yerə salmadı.(bax,əvvəlki məlumata)
***
1988-ci ildə televiziyada Anaraın 50 illiyinə həsr edilən veriliş hazırlamışdım.O
verilişdə belə bir fikir söyləmişdim ki, Anar,ola bilsin,yurdumuzda yeganə adamdır ki,
tutalım, gecə vaxtı hər hansı bir ucqar kəndimizdə elə birinci qapını döyüb Anar olduğunu
desə, ona sevinclə qapını açıb qəbul edərlər.
Sonralar çoxları mənə yanaşıb haqlı olduğumu deyirdilər.
RAFAEL HÜSEYNOV
Mənə elə gəlir ki, Anar ədəbiyyata epizodik,ikinci-üçüncü dərəcəli rollar üçün
gəlməyib. Elə bu xüsusiyyət ona həm bədii, həm də elmi-publisist yaradıcılığında
mədəniyyət tariximizin ən qaynar nöqtələrinə əl uzatmaq, ən müqəddəs səhifələrini
çevirmək haqqı kimi bir mənəvi imtiyaz verib. Əgər belə olmasaydı o, bu ğün ədəbi-
ictimai fəaliyyəti ilə yanaşı, Azərbaycanı qarış-qarış gəzib yurudumuzun Naxçıvanı,
Qarabağ, Gəngəsi, Şəkisi, Lənkəranı, Qobustanı, İçərişəhəri haqqında bir-birindən gözəl
bədii publisistik nümunələr yarada bilməzdi. Bu kitab həm coğrafi, həm də mənəvi
anlamda Azərbaycanın xəritəsidir
SABİR RÜSTƏMXANLI
585
Onun yanındaydım,bir nəfər qəbula gəldi. Söhbətə uzaqdan başladı, Anar müəllimin
xoşuna gələcəyi qətiyyəti ilə Ə.Əylislinin əleyhinə danışmağa başladı. Anar müəllim çox
sərt şəkildə sözünü ağzında qoydu: Əkrəm böyük yazıçıdı, sən hansı haqla o sənətkar
haqqında hədyan danışırsan, sən heç onun kəsilən dırnağı deyilsən. Sonra uzun müddət
özünə gələ bilmədi: gör nə günə qalmışıq, kim kimi bəyənmir. Bir dəfə yenə onun otağında
yığışmışdıq, xeyli adam vardı. Müasir ədəbi prosesdən, o cümlədəni Yazıçılar Birliyinin
üzvü olmayan qüvvələrdən söhbət edirdik. Mən də fikrimi bildirdim ki, onların arasında
istedadlı yazarlar çoxdu. Sözümü qurtamamış məclisdəkilərin bəziləri üstümə elə hücuma
keçdilər ki, özüm özümdən şübhələndim: ilahi, görəsən, mən indiyə kimi xəbərim olmayan
hansı günahın sahibiyəm. Anar müəllim gördü ki, deyəsən bunlar məni məhv etmyə
çalışırlar söhbətə qarışdı: bu yazığın üstünə niyə düşürsünüz, nə dedi axı? Sonra yenidən
yanına getdim, məni xilas etdiyi üçün təşəkkürümü bildirdim, gülərək dedi «fikir vermə,
onlar elə bildilər ki, sən adlarını çəkdiklərindən bəziləri məni tənqid etdikləri üçün sənin
üstünə düşməkləri xoşuma gələcək. Onların bəziləri vəzifədə olanda məni tənqid edirlər,
amma bunların çoxu sədrlikdən gedəndən sonra məni tənqid etməyə başlayacaqlar».
Onu insan kimi,sədr kimi belə tanıdım.
ARİF ƏMRAHOĞLU
Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər bir tinində yaddan az qala çıxmaq
istəyən,amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır. Səninlə üz-üzə gələn və
əsla tanımadığın adamların gözlərinin dərinliyindəki doğmalıdıqdır.Mən bu doğmalığı hər
bir sətirldən,hər bir mükalimədən aydın şəkildə duyuruam.
KAMAL ABDULLA
Yazıçılar Birliyi hətta dövlət siyasətinə də təsir edə bilər. Deməli, güc və təsir
mənasında Yazıçılar Birliyi və ona sədrlik həm də siyasi postdur. Ona görə də həm
müxalifət dairələri, həm də hakimiyyət qurum rəhbərliyində kimlərin təmsil olunması və
kimin sədr seçilməsi məsələsinə həssaslıqla yanaşır. Bir mənalı olaraq Azərbaycan
Dostları ilə paylaş: |