Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə161/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   157   158   159   160   161   162   163   164   ...   189

532 

 

intonasiyasıyla yeni mətni oxumağa başladı və eyni sözlərin təkrar olduğunu görüb:  -Nu, 



eto ya uce kacetsya çital - dedi.  

  Sən demə iki mətni dəyişik salıbmış. Bir mətn bu günkü iclasda,  ikincisi isə axşam 

banketdə  söylənəcək  nitqin  mətnləri  imiş.  Hər  iki  mətnlərdə  ümumi  yerlər  olsa  da,  hər 

halda Sarayda,  iclasda söylədiyi nitqini:  - İndi də gəlin bu badələri qaldıraq  - sözləri ilə 

bitirsəydi konfuz alınardı.  

O günlər Brejnevi lap yaxından gördüm. Sanki sudan çıxarılıb quruya atılmış balıq 

kimi  təngnəfəs  bir  halda  hava  udurdu,  elə  bil  hava  çatmırdı  ona,  elə  bil  boğulurdu. 

Baxışları  isə  donuq  şüşə  baxışlar  idi.  Yaxından  adama  elə  gəlirdi  ki,  insan  deyil,  insan 

paltarı geyindirilmiş, üzünə insan masqası taxılmış robotdur.  

 Brejnev öldü, yerinə Andropov gəldi, az sonra o da öldü, yerinə Çernenko seçildi.  

Günlərin  bir  günündə  Teatr  cəmiyyəti  xəttiylə  Naxçıvana  getmişdik.  Naxçıvanda 

tədbirləri keçirəndən sonra Muxtar Respublikanın başqa bir rayonuna getməliydik. Amma 

səhər eşitdik ki, nümayəndə heyətimizin başçısı,  Teatr Cəmiyyətinin sədri rejissor Şəmsi 

Bədəlbəyli xəstələnib, ürəyi sancır. Məni yanına çağırdı. - Mən gedə bilməyəcəm - dedi - o 

rayona gedən dəstəyə sən rəhbərlik et.  

Yatağında uzanmışdı, rəngi qaçmışdı, oğlu,  məhşur pianoçumuz Fərhad Bədəlbəyli 

də yanında idi.  

 Şəmsi  müəllimdən  nigarançılıqla  ayrılıb  rayona  getdik.  Rayonun  rəhbəri  bizi 

qarşılayıb  proqramı  dedi.  Elə  bu  vaxt  bir  nəfər  ona  yanaşıb  qulağına  nə  isə  pıçıldadı. 

Rayon  rəhbəri  bir  an  tutuldu,  Naxçıvandan  gəlmiş  Partiya  katibi  qadınla  məsləhətləşdi 

sonra  mənə:  tədbirləri  təxirə  salmalıyıq  -  dedi  -  amma  hər  halda  nahar  edək,  sonra 

Naxçıvana qayıdın.  - Nə olub ki? - kişi, rəhmətə getdi.  

-Nə? - deyə sarsıldım - Mənə bir maşın verin, mən təcili Naxçıvana qayıtmalıyam. - 

Anar müəllim nahar edin, bir balaca banketimiz var, sonra gedərsiz - dedilər.  

-Nə  banket,  nə  nahar  canım  -  dedim.    -  Biz  ailəlikcə  yaxın  adamlarıq.    İndi  orda 

yanında təkcə oğlu qalıb, mən dərhal özümü ora yetirməliyəm.  




533 

 

Gördüm ki həm yerli rəhbərlik, həm də Naxçıvandan gələn partiya katibi mənə çox 



təəccüblə  və  hətta  bir  qədər  ehtiyatla  baxır.Bir  xeyli  anlaşılmazlıq  dəqiqələri  keçirəndən 

sonra  hər  şey  aydınlaşdı.Demə  rəhmətə  gedən,  şükür  allaha  Şəmsi  müəllim  deyil,ölkə 

başçısı  Çernenko  imiş.  Hamı  mənim  Çernenkonun  vəfatından  belə  sarsılmağıma,onunla 

ailə dostu olmağıma, oğlunu belə anlarda tək buraxmamaq istəyimə mat qalıbmış. Əlbəttə 

hər  bir  insanın  ölümü  itkidir  və  Çernenkoya  da  allah  rəhmət  eləsin.  Biz  onun  ölümünə 

sevinmirdik,  Şəmsi  müəllimin  sağ-salamat  olmasına  sevinirdik.  Əlbəttə  nahar  da  elədik, 

banketdə tostlar da deyildi. Naxçıvandan gəlmiş Partiya katibi - qadın isə mənə belə dedi: 

Nə  danışırsız  Anar  müəllim,  iraq-iraq  Şəmsi  müəllim  rəhmətə  getsəydi  biz  heç  banket 

eləməyə razı olardıq. Müsəlman deyilik? 

    Bu 


sözlər  mənimçün  Perestroyka-Yenidənqurma  deyilən  bir  dövrün 

başlanğıcından xəbər verirdi.  Düşünürdüm ki, nəinki Stalin, heç Brejnevin belə ölümünə 

sovet  adamları,  o  cümlədən  partnomenklatura  bu  sayaq  münasibət  bəsləyə  bilərdimi? 

İnsanların  psixologiyasında,    ümumən  cəmiyyətin  ab-havasında,  quruluşun  mahiyyətində 

nə isə dəyişməyə başlamışdı. Amma bu dəyişikliklərin başlandığını duya bilsək də, onların 

qısa bir zaman ərzində nələrə gətirib çıxaracağını o vaxt heç birimiz təsəvvürümüzə belə 

gətirə bilməzdik.  

   Çernenkonun  ölümüylə  əlaqədar  olaraq  Moskvada  matəm  günləri  başlanırdı, 

Naxçıvanda  isə  biz  o  gün  deyib  gülürdük.  Görünür  ağır,    çətin  keçmişimizdən  gülə-gülə 

ayrılmalıyıqmış. Sovet sisteminin qəmli məzhəkəsi sona yetirdi.  



1 avqust 1999 


534 

 

ETİRAF 

 

Son  zamanlar  «Azadlıq»  qəzetində  bir  para  anarşünaslar  peyda  olub  ki,  bəzən 



dilxoşluq  üçün  özlərini  rzayevşünaslar  kimi  də  qələmə  vermək  istəyirlər.  Nə  sözüm  var, 

anarşünas yox, rzayevşünas olsunlar, etirazım yoxdu. Təki könülləri xoş olsun. Bu şünaslar 

mənim  tərcümeyi-halıma  elə  əlavələr  edirlər  ki,  vallahi-billahi,  demə,  mənim  özümün 

özümdən  indiyəcən  xəbərim  yoxmuş.  Sən  demə,  mənim  tərcümeyi-halımı,  haçan  nə 

dediyimi məndən yaxşı bilirrmişlər. Sağ olsunlar, nəinki haçansa dediklərimi, hətta heç bir 

vaxt  demədiyimi  də  bitdə-bitdə  toplayıb  şifahi  yaradıcılığımı  bir  xeyli  zənginləşdiriblər. 

Buna  görə  ən  səmimi  təşəkkürlərimi  qəbul  etsinlər.  Bir  məsələ  ilə  əlaqədar  olaraq 

«Azadlıq»  qəzetinin  25-27  noyabr  sayında  çıxan  yazıların  müəlliflərinə  xüsusi 

minnətdarlığımı bildirmək istəyirəm. Çünki, doğrudan da, ömrümün elə məqamları var ki, 

onları indiyəcən gizli saxlamışdım və elə düşünürdüm ki, bunları heç kəs bilmir. Sən demə, 

«Balıq bilməyəni də Xalıq bilirmiş». 

Əlqərəz,  bu  möhtərəm  qəzetin  həmin  nömrəsində  faş  olunub  ki,  Anarın,  yə'ni 

bəndeyi-fəqirinizin «Yaxşı padşahın nağılı» hekayəsini yazmaqda məqsədi Brecnevi yıxıb 

yerinə  Andropovu  gətirməkmiş  və  buna  xüsusi  sanksiya  alıbmış.  Düz  sözə  nə  deyəsən? 

Tamamilə  doğrudur.  İndi  ki,  bu  sirrimi  açdılar,  mən  də  səmimi  etiraf  edib  həmin  fikrin 

həqiqət  olduğunu  sidq-ürəklə  yeni  nəsillərə,  indiki  qəzetçilərə  və  gələcək  tarixçilərə 

çatdırmaq istəyirəm. Qoy hadisəni olduğu kimi danışım ki, ürəyimdə illər boyu  daş kimi 

gəzdirdiyim pünhan sirrim axır ki, açılsın. 

Bir  gün  oturub  pürrəngi  çay  içir  və  Dostoyevskiylə  Tolstoyun  «İdiotlar»  romanını 

mütaliə edirdim. Qəfildan zəng oldu, Andropov idi, xoş-beş, on beşdən sonra dedi ki, ay 

Anar,  axı  mən  heç  cür  bu  Brecnevi  yıxıb  yerinə  keçə  bilmirəm.  Ümidim  bircə  sənədir, 

bəlkə  bir  hekayədən-zaddan  quraşdırıb  bu  qoca  həpəndin  axırına  çıxasan.  Əvvəl  bir  az 

nəm-nüm  elədim,  axır  saqqızımı  oğurlaya  bildi.  Oturub  elə  gecəynən  «Yaxşı  padşahın 

nağılı»nı yazdım va tərcümə etdirmədən bir başa Andropova göndərdim. Sonralar bildim 

ki, Andropov hekayəni alan kimi cumub Kremlə, tez-tələsik Brejnevə oxuyub, elə həmin 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə