6
AZƏRBAYCANDA ANTİK ƏDƏBİYYATIN TƏDQİQİ
TARİXİ VƏ PROBLEMLƏRİ
(elmi-tədqiqat işi)
7
GİRİŞ
§ 1. Antik ədəbiyyatın xarakteri, tarixi-ictimai,
ideya-fəlsəfi əsasları və əhəmiyyəti.
Antik ədəbiyyat dünya mədəniyyətinin təkrarsız inci-
lərindən biri olmaqla yanaşı, dövrünün ictimai-siyasi for-
masıyasını, iqtisadi-sosial vəziyyətini, dini-fəlsəfi, estetik
görüşlərini əks etdirən ümumbəşəri tarixi hadisədir. Qul-
darlıq quruluşu bazasında formalaşmış antik mədəniyyət
özünün elmi, incəsənəti və praktiki həyatı ilə həmin qu-
ruluşun spesifik keyfiyyətlərini özündə daşıyır. «Yalnız
quldarlıq əkinçilk və sənaye arasında daha geniş əmək
bölgüsünə və bunun nəticəsində qədim yunan dünyası-
nın çiçəklənməsinə imkanı yaratdı. Quldarlıq olmadan
yunan dövləti, yunan incəsənəti və elmi olmazdı, quldar-
lıq olmadan Roma da olmazdı”
1
. Icma daxilində ayrı-ayrı
fərdlərin ümumi icma-tayfa institutlarından asılılığa
əsaslanan ibtidai-icma quruluşundan fərqli olaraq, qul-
darlıq böyük əmək bölgüsünə səbəb olmaqla ilk mərhə-
lədə mütərəqqi ictimai formasiya xarakteri daşıyırdı. Ye-
1
Ф. Энгельс. Происхождение семьи, частной собственности и государства. М.,
1937, Cоч., т. 16.
8
ni təşəkkül tapan quruluş cəmiyyətdə xüsusi insanlar
qrupunu formalaşdırırdı ki, onların da əsas funksiyası
elm və incəsənətlə məşğul olmaq, itirilmiş icma-tayfa nü-
fuzu yerinə birgəyaşayışın yeni ideya-fəlsəfi əsaslarını,
yeni ideologiyanı yaratmaq idi.
Quldarlıq yeni ictimai münasibətləri formalaşdır-
maqla yanaşı, ayrıca götürülmüş insanın təfəkkürünü ic-
ma-tayfa basqısı altından çıxararaq, ona yaşamaq üçün
həyat vasitələrini müstəqil aramaq, buna görə də təbiəti,
kosmosu öyrənmək imkanı verirdi. Keçmiş formasiyanın
məhsulu olan mifoloji təfəkkür artıq yeni dövrdə ictimai
şüurun tələblərinə uyğun gəlmirdi. Ətraf gerçəkliyi elmi
şəkildə öyrənmək ehtiyacı, mifoloji allahlardan qurtul-
maq, təbiətin obyektiv qanunlarını primitiv şəkildə olsa
da ifadə etmək cəhdləri bütünlükdə insan dünyagörü-
şündə yeni mərhələnin başlanğıcından xəbər verirdi. Be-
ləliklə, təbiət haqqında ilk fəlsəfi görüşlər – naturfəlsəfə
meydana gəlir (e.ə. VI-V əsrlər), ətraf aləm fövqəltəbii
qüvvələrdən deyil, bu və ya digər qanunlarla idarə olu-
nan maddi stixiyaların (torpaq, su, hava, od) cəmindən
ibarət olur. Bu isə artıq yeni ideologiyanın ilk işartıları
idi. Lakin elm və fəlsəfə ictimai şüurun aparıcı forması ol-
maqla mifologiya heç də yoxa çıxmadı, bütün antik dövr
ərzində yeni mənalar qazanaraq, bədii obrazlar halında
yaşamağa davam etdi.
Yeni ideologiyanın yaranması ilə yanaşı insanın mə-
nəvi-ruhani dünyası da icma basqısından tədricən qurtu-
laraq, azad nəfəs aldı. İnsanın şəxsi maraq və təlabatları
9
getdikcə cəmiyyətin ümumi təlabatlarından fərqlənməyə
başladı, şəxsiyyətlə ictimai münasibətlər arasında ziddiy-
yət və mübarizə meydana çıxdı. Şəxsiyyətlə bərabər cə-
miyyət də inkişaf etdi və beləliklə, qədim icma-tayfa ins-
titutlarından fərqli struktur – antik polis (şəhər) - dövlət
yarandı. Qədim Yunanıstanda yeni ictimai-tarixi formas-
yanın və ideologiyanın yaranması e.ə. I minilliyin 1-ci ya-
rısına təsadüf edir (IX-VIII əsrlər) və yeni tarixi epoxanı
əks etdirən antik ədəbiyyatın meydana gəlməsi də məhz
həmin dövrə aiddir.
Bizim eranın V əsrinədək 1000 ildən artıq dövr ər-
zində qədim yunanlar və romalılar özünəməxsus ədəbi-
bədii nümunələr yaratmaqla dünya ədəbiyyatının inkişa-
fında xüsusi səhifə açdılar. Antik ədəbiyyatın tarixi əhə-
miyyəti haqqında danışarkən, bir neçə cəhət xüsusilə
vurğulanmağa layiqdir. İlk növbədə qeyd olunmalıdır ki,
Avropa qitəsində sonrakı dövrlərdə yaranmış bütün ədə-
bi abidələr öz janr xüsusiyyətləri ilə məhz antik ədəbiy-
yatdan intişar tapmışlar. Bundan əlavə, ideya-məzmun
və forma cəhətdən də bütün sonrakı Avropa ədəbiyyatı
qədim yunan və Roma ədəbiyyatına əhəmiyyətli dərəcə-
də borcludur. Belə ki, məhz antik ədəbiyyat nümunələ-
rindən götürülmüş bir çox hazır mövzular, hətta bütöv
süjet xətləri İntibah, Klassisizm, Maarifçilk, Realizm döv-
rü müəllifləri tərəfindən müəyyən dəyişikliklərə uğraya-
raq, geniş istifadə olunmuşdur.
Antik ədəbiyyat ilk dəfə olaraq gözəllik və harmoniya
idealını yaratmışdır. Qəhrəmanların “nəcib sadəliyi və
10
sakit böyüklüyü” (İ.İ. Vinkelman. “Qədim incəsənət tari-
xi”) bu idealın ilkin səciyyəvi cəhətləri idi. Antik incəsə-
nətin (heykəltaraşlıq, rəssamlıq, ədəbiyyat) yaratdığı ob-
razlar əsas etibarilə insani ehtiraslardan, əzab-əziyyət
hisslərindən yüksəkdə durur, hətta həyatın ən ağrılı mə-
qamlarında belə gözəllik cizgilərini itirmirdilər. Əgər an-
tik mifologiyada gözəllik həm cəlbedici, həm də dağıdıcı,
məhvedici gücə malik ola bilirdisə, həmin mifologiya əsa-
sında yaradılmış yazılı bədii nümunələrdə o, insan həya-
tının yaradıcı prinsipinə çevrilirdi. İnsanlar və allahlar
harmoniyaya və xeyirxahlığa əsaslanan həyat şəraitinin
bərqərar olması üçün şərlə, ədalətsizliklə, eybəcərliklə
birlikdə mübarizə aparırdılar. İnsanın xarici və daxili, fi-
ziki və mənəvi gözəlliyinin vəhdətdə olması haqqında ilk
ideyalar da məhz antik ədəbiyyatda meydana gəlmişdir.
“...Hazırda və bundan sonra da ali təhsilin əsasını ilk
növbədə yunan, sonra isə Roma ədəbiyyatı təşkil etməli-
dir. Bu şedevrlərin kamilliyi və gözəlliyi insanın ruhuna
ilk və silinmməz ton verir, zövqün və elmin nüvəsini təş-
kil edən ruhi müqəddəslik, alicənablıq məktəbi olmalıdır.
Bütün bunlardan hali olmaq üçün keçmişlə ümumi səthi
tanışlıq kifayət deyildir: biz onların havasını, onların tə-
səvvürlərini, onların əxlaqını, hətta bəlkə də onların
səhvlərini və mövhumatını özümüzə hopdurmaq üçün
onlarla eyni həyatı yaşamalıyıq və onların dünyasına –
bu vaxtadək mövcud olan bütün dünyaların ən gözəlinə
uyğunlaşmalıyıq...” G.V. Hegelin 1808-ci ildə Nürnberq
gimnaziyasında söylədiyi mühazirəsindən gətirilmiş bu
Dostları ilə paylaş: |