ETİBAR KƏRİMLİ
ANTİK ƏDƏBİYYAT VƏ BİZ
Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq
Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur
BAKI - 2018
Elmi redaktor: Çingiz Hüseynov
Filologiya elmləri doktoru, professor
Rəyçi: Gülbəniz Əhmədzadə
Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru,
şərqşünas
Redaktor: Sevda Mehrəliyeva
əməkdar jurnalist
K-56. ETİBAR KƏRİMLİ. ANTİK ƏDƏBİYYAT VƏ BİZ
Bakı-“AVROPA”nəşriyyatı-2018. 268 səh.
“Antik ədəbiyyat və biz” kitabı Azərbaycanda antik ədəbiy-
yatın tədqiqi tarixini, bu kontekstdə qədim dövrün Şərq-Qərb
elmi-ədəbi əlaqə və təsirlərini araşdırmaya cəlb edən elmi-təd-
qiqat işindən, həmçinin klassik filologiyanın bir sıra aktual
mövzularına, bütövlükdə ədəbi-nəzəri və kulturoloji problemlə-
rə toxunan elmi, elmi-publisistik məqalələrdən ibarətdir. Kitab
klassik filologiya sahəsində çalışan alimlər, aspirantlar, müəl-
lim və tələbələr, həmçinin antik dünya ilə maraqlanan geniş
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
K
© “AVROPA” nəşriyyatı, 2018
4702060104-47
8032-2018
Qrifli nəşr
3
ÖN SÖZ
Kulturoloq-alim, yazıçı, publisist Etibar Kərimlinin
oxuculara təqdim etdiyi "Antik ədəbiyyat və biz" kitabı
Azərbaycanda klassik filologiya sahəsində uzun illərdən
bəri mövcud olan boşluğu müəyyən qədər doldurmaq
məqsədi güdür.
Təəssüflə qeyd etməliyik ki, bu fənn Azərbaycanda
elə də böyük tarixə malik deyil. XX əsrin 1-ci yarısından
başlayaraq Ə. Ağayev, Ə. Sultanlı, A.M. Mudrov, A. Asla-
nov antik ədəbiyyatın tədqiqi, tədrisi və təbliği sahəsində
ilk addımlar atmışlar. Adları çəkilən alimlərin hər birinin
bu sahədə fəaliyyəti kitabda gedən "Azərbaycanda antik
ədəbiyyatın tədqiqi tarixi və problemləri" elmi-tədqiqat
işində kifayət qədər dolğun, arxiv materiallarını cəlb et-
məklə təhlil olunmuş və obyektiv qiymətini almışdır.
Tədqiqat işinin bir neçə əlamətdar cəhətini də qeyd
etmək istərdim.
Müəllif tədqiqat sahəsinə və qiymətləndirdiyi şəxsiy-
yətlərə yaşadıqları dövrün, ictimai-siyasi quruluşun priz-
masından yanaşmağa çalışmışdır - bu da obyektivliyi qo-
rumaq naminə çox vacibdir.
4
Fikrimcə, klassik filologiyanın Azərbaycanda digər
bəzi postsovet respublikalarından fərqli olaraq müstəqil
elmi fənn kimi özünə yer tapmamasının ictimai-siyasi,
kulturoloji səbəbləri maraq doğurur.
Sevindirici haldır ki, E. Kərimli bu sahədə fəaliyyət
göstərmiş alimlərin elmi işlərini təhlilə cəlb edərkən
asan yolla getməmiş, onları ad-sanına, şöhrətinə görə de-
yil, gördüyü işlərinə, qoyub getdikləri elmi miraslarına
görə qiymətləndirmiş və bu zaman yol verilmiş irili-xır-
dalı yanlışları da üzə çıxarmaqdan çəkinməmişdir.
Kitabda diqqətimi cəlb edən daha bir məqam isə XX
əsrin 30-50-ci illərində Azərbaycanda antik ədəbiyyatın
tədqiqi və tədrisi sahəsində kifayət qədər məhsuldar fəa-
liyyət göstərmiş filoloq-alim A.M. Mudrovun yaradıclığı-
na yer ayrılmasıdır. Belə ki, 1947-1948-ci illərdə mən
özüm bu alimin maraqlı və dolğun mühazirələrini dinlə-
mişəm və üstündən xeyli zaman keçəndən sonra bu təd-
qiqatda onun imzasına rast gəlməyim istər-istəməz hə-
min günləri yaddaşımda canlandırdı. Təəssüflər olsun ki,
sonrakı dövrdə Mudrovun bu sahədə gördüyü işlər nəin-
ki unudulmuş, hətta elmi irsi plagiat obyektinə çevrilmiş-
dir. Bu mənada "Antik ədəbiyyat və biz" kitabı bütün el-
mi-filoloji məziyyətləri ilə yanaşı, unudulmuş və haqsızlı-
ğa uğramış Azərbaycan alimini yenidən elmi ictimaiyyətə
qaytarmaq, imzasını "imzalar içində" bərpa etmək baxı-
mından da böyük əhəmiyyət daşıyır.
Ümid etmək istərdim ki, Etibarın başladığı xeyirxah
iş gələcəkdə gənc filoloqlar tərəfindən davam etdiriləcək
5
və Mudrovun həyatı, elmi fəaliyyəti daha dərin tədqiqa-
tın predmetinə çevriləcəkdir.
Son olaraq xüsusi vurğulamaq istərdim ki, təqdim
olunan kitab yalnız filoloji əhəmiyyət daşımır. Əminəm
ki, diqqətli oxucu antik ədəbiyyata, bütünlükdə antik si-
vilizasiyaya, Şərq-Qərb mədəni əlaqə və təsirlərinə dair
heç yerdə rast gəlmədiyi bir çox maraqlı məlumatları
məhz bu kitabdan öyrənə biləcək, bədii zövqünü, nəzəri
biliklərini, məntiqi düşüncə tərzini daha da kamilləşdirə-
cək, bunlar isə öz növbəsində ona müasir həyatımızda
baş verən bir çox ziddiyyətli hadisələri daha düzgün də-
yərləndirməyə yardımçı olacaqdır. Bu kontekstdə kitabın
adını daşıyan son məqalədə antik ədəbiyyatın müasir
Azərbaycan ədəbiyyatı və ictimai həyatı ilə müqayisəli
təhlil edilməsini heç də təsadüfi saymıram. Antik ədəbiy-
yat bütün zamanlarda oxuculara bədii-estetik zövq aşıla-
maqla yanaşı, həm də dövrün ən aktual suallarına cavab
verə biləcək tükənməz bilik və həyat mənbəyi olmuşdur,
bizim dövrdə də öz əhəmiyyətini itirməmiş, daima müa-
sirdir.
Etibarı bizə lazım olan bu kitabla təbrik edirəm!
Filologiya e. d., prof. Çingiz Hüseynov
Dostları ilə paylaş: |