254
də “dahi”dir, amma... mütaliəsi zəif dahilərdəndi... yəni,
“çin malı”...
Qədim yunan və Roma ədəbiyyatına qədər yazılmış
və dövrümüzədək gəlib çatmış yazılı ədəbi nümunələr
əsasən dini, mərasim ədəbiyyatından, bir qismi tarixi
xronikalardan, yaxud texniki səciyyə daşıyan mətnlərdən
ibarətdir. Bura Şumer-Akkad gil kitabələrini də, Finikiya-
ların, hettlərin tarix mətnlərini da, nəhayət qədim dünya-
nın ən irihəcmli yazı nümulərindən olan atəşpərəst Ve-
dalarını aid etmək mümkündür. Antik müəlliflər isə dün-
ya ədəbiyyatı tarixində ilk dəfə sırf bədii ədəbiyyat nü-
munələri yaratdılar. Esxil, Sofokl, Aristofan, Alkey, Sapfo,
Seneka və b. üçün ilk sırada əsərlərinin ideya-məzmun
xüsusiyyətləri, obrazlar aləmi, estetik gözəlliyi,dil ahəng-
darlığı və s. dururdu. Xüsusilə, ədəbiyyatın dini mətnlər-
dən ayrılması və fərqləndirilməsi ədəbiyyatın sonrakı
dövrdə müstəqil sənət sahəsi kimi inkişafına misilsiz xid-
mət göstərdi. Ədəbiyyat getdikcə daha çox dünyəviləşdi
və dünyəviləşdikcə onun bədii imkanları artdı, forma və
janr müxtəlifliyi yarandı. Antik ədəbiyyat hamıya sübut
etdi ki, inkişaf etməkdə olan şüurlu insanın dini ehtiyac-
larından başqa da zəruri mənəvi-əxlaqi, estetik ehtiyacla-
rı ola bilər və həqiqi ədəbiyyatın başlıca qayəsi məhz bu
ehtiyacların ödənilməsinə yönəlməlidir.
...son zamanlar ədəbiyyata gələn gənclər arasında dini
mövzularda yazanların sayı günü-gündən artmaqda... xü-
susilə şairlər arasında buna tez-tez rast gəlmək mümkün-
dür... müxtəlif məzhəblərin, təqirqətlərin, dini-fəlsəfi ideya-
255
ların daşıyıcıları insanların ədəbiyyat sevgisindən istifadə
edib öz dini düşüncələrini daha çox qafiyəli formada yay-
mağa üstünlük verirlər... özlərindən də çox razı görünür-
lər... bir çoxları bu iddiadadırlar ki, Allahdan (nə az, nə
çox) verilmiş istedad sahibidirlər və odur ki, qələmə aldıq-
ları nə varsa, hamısı möhtəşəm sənət əsərləridir... nə var,
nə var hansısa bənddə və ya beytdə üstüörtülü formada
hansısa dini şəxsiyyətə işarə vurublar, ya da hansısa məz-
həb, yaxud təriqət prinsipini elə dahiyanə şəkildə açıblar
ki, “adi oxucu” bunu anlamaq iqtidarında deyil, mütləq
hansısa “mütəxəssis” onu şərh etməlidir... ümumi mənzərə
yaransın deyə sadəcə bir bəndi misal gətirək:
Əzabdan həzz almaq nə sirdir eşqdə?!
Min yara bəslərəm, hər biri eşqdən!
Asini, aşiqi, kafiri eşqdən,
Mömini kitabdan məhrum eyləmə!
(Aqşin Yenisey)
bəlkə kiməsə qəribə görünəcək, amma yüksək bədii nü-
munələr kimi tez-tez sitatları verilən gənc şairimizdən gə-
tirilmiş konkret nümunədə heç bir bədiilik görmürəm (şei-
rin digər bəndləri də bundan fərqlənmir), sadəcə inanc
mətni, qafiyə ilə deyilmiş söz var, o qədər... ədəbiyyat tari-
ximizə nəzər salsaq, “eşq”dən yazılmış bədii nümunələrlə
müqayisədə çox zəifdi... əsas narahatverici cəhət isə orası-
dır ki, bu tip mətnələri yazan şairlərin ardınca mərsiyələr,
növhələr yazan şairlər nəsli gələcək (ayaq səsləri artıq eşi-
256
dilir) və onlar da eyni uğurla “yüksək istedad sahibləri”
elan olunacaqlar... hətta bu şeirlərin dini məzmunu bir kə-
nara qoysaq, aydın olur ki, müəlliflərin çoxu ədəbiyyatın
nə demək olduğunu ümumiyyətlə düzgün anlamır, onu bə-
lağətli söz demək sənəti kimi başa düşür... nə isə... deməyim
odur ki, müəyyən vasitələrlə (?) özləri haqqında ictimai rəy
yarada bilmiş ədəbiyyat naşılarımızın sayı günü-gündən
həndəsi silsilə ilə artır... nə etməli?.. bu minvalla ədəbiyya-
tımız hara gedir?.. yenə dinlə ədəbiyyatın birlikdə çıxış et-
diyi “daş dövrü”nə?.. Vedalara?.. axı qədim yunan və Roma
ədəbiyyatı olub, daha sonra İntibah, Maarıfçilik, Klassi-
sizm dövrü ədəbiyyatları olub və s... hələ öz maarifçilərimi-
zi – “Molla Nəsrəddin”çiləri, C. Məmmədquluzadəni, M.Ə.
Sabiri və b. demirəm... yəni, “ilahi vergi” sahibi olan “şairlə-
rimiz”in görəsən bunlardan xəbərləri varmı?.. bütün sada-
ladıqlarımı deyə bilmərəm, amma antik ədəbiyyatdan xə-
bərsiz olduqlarına yüz faiz əminəm... antik ədəbiyyat bu
məsələdə də bizə yardım edir, belə ki, o, ədəbiyyatın dünyə-
viliyini qoruma vasitələrindən biridir... antik ədəbiyyatı
yaxşı bilən şair heç vaxt ədəbiyyat nadanı və şarlatanı ola
bilməz... çünki o, bədii nümunəni bəlagətli söz demək sənə-
tindən – ritorikadan ayırır... heç vaxt ədəbiyyatdan dini
təbliğat vasitəsi kimi istifadə etmir... heç vaxt qafiyəbazlığı
ədəbiyyat adlandırmır!.. ya şair olur, ya mahir natiq, ya da
vəəz verən ruhani...
Antik ədəbiyyat həmişə zamanla birgə addımlayır,
konkret ictimai-siyasi quruluşun, hadisələrin təsirindən
boyun qaçırmır, tam əksinə, onlara fəal münasibətini bil-
257
dirir. Bəzən çox acımasız olur, xəstə cəmiyyəti cərrah ki-
mi kəsib-doğrayır, çünki apardığı əməliyyatın sonunda
xəstənin sağalmasına ümid edir. Aristofanın komediyala-
rı buna parlaq nümunədir. Yaxud “Satirikon” un müəllifi
Petroni... İmperator Neronun başına bəla olan Petroni...
Onun ucbatından özünə qəsd edən Petroni... Antik ədə-
biyyat ilk növbədə nə haqqında yazmağı öyrədir. O, heç
vaxt insanları, cəmiyyəti narahat edən başlıca mövzuları
qoyub, onuncu-on beşinci dərəcəli məsələlərlə uğraşmır.
Nəyin bahasına olursa-olsun həqiqəti demək vəzifəsini
yaxşı anlayır. Siyasət satıla bilər, fəqət ədəbiyyat satılma-
malı! Çünki o, bəzən ən böyükdən ən balacaya qədər bü-
tün xalqa yolgöstərən olur, insanların əlləri hər yerdən
üzüləndə ona üz çevirir, ondan mədət umurlar. Buna gö-
rədir ki, antik ədəbiyyatın hələ e.ə. IX-VIII əsrlərdə yan-
dırdığı əbədiyyət işığı minilliklər keçməsinə baxmaya-
raq, hələ də insan övladının getdiyi uzun, keşməkeşli yo-
la parlaq şüalarını salmaqda davam edir. Məhz buna görə
antik ədəbiyyat hər zaman müasirdir, canlıdır, sevilən-
dir!
...biz, fikrimcə, hələ də nə zaman, nə haqda yazmalı ol-
duğumuzu bilmirik... bir çoxları qəbul etməsələr də müasir
ədəbiyyatımızın əsas problemlərindən biri də bu... necə
yazmağı bilmirsənsə, öyrənə bilərsən... fəqət nədən yazma-
ğı bilmirsənsə, öyrənsən də bəzən xeyri olmur... hamı gül-
dən, bül-büldən yazır, sən qarğadan və tikandan yazırsan-
sa elə həmin bozların içində ağ qarğa kimi görünəcəyini
göz önünə almalısan... heç də asan deyil... son 25 ildə ədə-
258
biyyatımız nədən yazıb?.. ilk baxışdan, daha nədən yazma-
yıb ki?.. amma Homer və Vergili kimi xalqın ən müxtəlif tə-
bəqələrinin, yaşadığı dövrün ən rəngarəng və ziddiyyətli
həyat səhnələrinin geniş epik mənzərəsini yaradan müəllif
tanıyırsızmı?.. yaxud Esxilin Prometeyi kimi insanlara “od”
gətirdiyinə görə “allahlar tərəfindən qayaya zəncirlənmiş”
birisinin faciəsini oxudunuzmu?.. biz əsasən gözəl, səmimi,
bəzən romantik, bəzən sentimental, ara-sıra realist-praq-
matik, son zamanlar həm də postmodern “balaca insan”
obrazları yaratmaqdan o tərəfə çıxa bilmirik... lokal prob-
lemlərlə məşğuluq hələ ki... hələ ki cəmiyyətimizə bütün
zümrələri, fərqli həyat mühitləri, həm də bütün çılpaqlığı
ilə güzgü tuta biləcək ədəbi nümunələr yaratmamışıq...
ədəbiyyatımızın qara işləri hələ ki görülməyib... amma nə-
dənsə iddialarımız imkanlarımızdan çox uzaqlara gedir...
hətta ara-sıra şikayətlənirik ki, niyə “uğurlar”ımızı görən
yoxdur... hansı uğurlar?.. böyük ədəbiyyatı yaratmaq üçün
ilk növbədə böyük hadisələri, faciələri göstərmək (təəssüf
ki, göstəriləsi faciələrimiz az deyil), buna görə də “böyük
insan” tipajları yaratmaq gərək... insan çətin zamanda ta-
nındığı kimi, xalq da tarixinin ən çətin məqamlarında tanı-
nınır, daxili potensialını üzə çıxarır... ən başlıcası, heç nə-
dən çəkinmədən, bütün müsbəti və mənfisi ilə həmin po-
tensialı, başqa sözlə xalq ruhunu konkret xarakterlər vasi-
təsilə ədəbiyyata gətirməkdir, zənnindəyəm... həqiqi ədə-
biyyat yalnız bu zaman meydana gəlir... müasirliyi hansısa
dəbdə olan cərəyanları yamsılamaqda yox, bütövlükdə
ədəbiyyatımız üçün yeni insan tiplərini yeni bədii forma-
259
larla canlandırmaqda görməliyik... üstəlik, müasir bədii
söz həqiqətə deyil, yalana xidmət edirsə artıq nə müasirdir,
nə də ədəbiyyat... hesab edirəm ki, müstəqillik illərində mil-
li ədəbiyyatımız dünya ədəbiyyatına inteqrasiya istiqamə-
tində real nəticələrə və uğurlara nail olmaq istəyirsə, öncə
həmin ədəbiyyatın köklərini yaxşı bilməli, dəyərlərini bö-
lüşməli, sonra da bunu konkret ədəbi nümunələrlə sübuta
yetirməlidir... yalnız belə bünövrə üzərində yaranacaq ədə-
biyyat təkcə milli deyil, həm də ümumbəşəri dildə danışa
biləcək... bunları isə antik ədəbiyyatdan daha yaxşı nüma-
yiş etdirən ikinci ədəbiyyat sadəcə yoxdur... odur ki, yaxşı
ədəbiyyat yaratmaq istəyiriksə yaxşı ədəbiyyatı oxumalı-
yıq, cənablar və xanımlar, həm də çox oxumalıyıq!
260
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Rus dilində:
1.
Г.В.Ф. Гегель. Естетика. В 4-х томах, М. 1973.
2.
Д.Д. Средний. Теория трагического в естетике
Гегелья.
3.
К. Маркс и Ф. Енгельс. Об искусстве. 1 том. М.,
1983.
4.
Г. Фридлендер. К. Маркс и Ф. Енгельс и вопросы
литературы. М. 1983.
5.
История философии. В. 4-х томах. М. 1957-59.
6.
Л.И. Тимофеев. Основы теории литературы. М.
1971.
7.
А.Ф. Лосев. История античной естетики.
Аристотель и поздняя классика. М. 1975.
8.
Л.И. Савельева. Романтические тенденции в
античной литературе. Казань, 1973.
9.
А. Аникст. История учений о драме. Теория
драмы от Аристотелья до Лессинга. М., 1967.
10.
Г.Е. Лессинг. Лаокон или о границах живописи и
поезии. М., 1957.
11.
С.И. Радциг. Античная литература, ее художе-
ственное и историческое значение в связи с
общей културой древних греков и римлян.
12.
С.И. Радциг. История древнегреческой литера-
туры. М., 1940.
261
13.
С.И. Радциг. Античная мифология. М., 1939.
14.
С.И. Радциг. История древнегреческой литерату-
ры. М., 1940.
15.
Античная литература (под ред. Проф. А.А. Тахо-
Годи). М. 1986.
16.
В.Т. Борухович. История древнегреческой литера-
туры. Саратов. 1982.
17.
В.Т. Борухович. Очерки по истории древнегрече-
ской литературы классического периода. М. 1957.
18.
Н.Ф. Дератани. Античная литература. М., 1938.
19.
В.О. Нилендер. О греческой литературе. 1939. М.
20.
История гречекой литературы (ред. Кол.). М.
1946.
21.
История греческой литературы (ред. Кол.). М.
1955.
22.
И.М. Тронский. История античной литературы. М.
1946.
23.
И.М. Тронский. История античной литературы. М.
1988.
24.
24)Новое в современной классической литера-
туре. М. 1965.
25.
Античност и Византия. М. 1975.
26.
Вопросы классической литературы. М. 1965.
27.
Классическая филология. Ленинград. 1959.
28.
Н.А. Кун. Легенды и мифы Древней Греции.
Махачгала. 1986.
29.
Легенды и сказания Древней Греции и Древнего
Рима (составление А.А. Нейхардт). М. 1988.
262
30.
Античность и Средневековый город. Античная
древность и Средние века. Свердовск. 1981.
31.
Платон. Избранные диалоги. М. 1965.
32.
Проблемы Античной культуры. М. 1986.
33.
В.П. Яйленко. Архаическая Греция и Ближний
Восток. М. 1990.
34.
Культура и общественная мысль. Античность.
Средние века. Епоха Возрождения. М. 1988.
35.
Проблемы Античной культуры. Тбилиси. 1975.
36.
Античное наследие в культуре Возрождения. М.,
1984.
37.
Историки Греции: Геродот, Фукидид, Ксенофонт.
М., 1976.
38.
Античные поэты об искусстве. М., 1938.
39.
Традиции и новаторство в античной литературе.
Ленинград. 1982.
40.
Памятники позднего античного ораторского и
епистолярного исскуства. 2-5 века. М., 1964.
41.
Очерки истории римской литературной критики.
М. 1963.
42.
Вопросы Античной литературы в зарубежном
литературоведении. М., 1963.
43.
Античность в контексте современности. М., 1990.
44.
Ораторы Греции. М., 1985
45.
Античные риторики. М., 1978.
46.
Древнегреческая литературная критика. М., 1975.
47.
Зарубежная литература. Епоха Возрождения. М.,
1976.
263
Azərbaycan dilində:
48.
C. Ələkbərov. İncəsənət və Estetika. Bakı, 1992.
49.
Mədəniyyətin Marksizm-Leninizm nəzəriyyəsi. B.,
1990.
50.
Y. Yusifov. Qədim Şərq tarixi. B., 1993.
51.
Z.C. Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə
fəlsəfi fikir. B., 1978.
52.
Z. Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. B., 1989.
53.
X.N. Tusi. Əxlaqi-Nasiri. B., 1989.
54.
M. Cəlal, P. Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. B.
1988.
55.
Ə. Nicat. Nağıllara dönən tarix. B., 1993.
56.
Homer. İlliada, Odisseya. B., 1986.
57.
Ə. Sultanlı. Antik ədəbiyyatı tarixi. B., 1958.
58.
Roma ədəbiyyatı müntəxabatı. B. 1959.
59.
Antik ədəbiyyatı müntəxabatı. B., 1950.
60.
Yunan ədəbiyyatı tarixi oçerkləri. B., 1938.
61.
Aristotel. Poeziya sənəti haqqında. B., 1974.
62.
Ə. Sultanlı. Antik dövrdə bədiyyat və ədəbiyyat-
şünaslıq məsələləri. B., 1946.
63.
Bakı Dövlət Universiteti tarixi. B.
64.
A.Şükürov, Şərq fəlsəfəsi və filosofları, B., 2005
Qəzet və jurnallar:
65.
Revolyusiya və kultura (jurn.). 1941., 2-ci sayı.
66.
Revolyusiya və kultura (jurn.). 1941., 3-cü sayı.
264
67.
Azərbaycan (jurn.). 1955., 3-cü sayı.
68.
Ədəbiyyat (qəz.). 1946, 16 noyabh.
69.
Ədəbiyyat və incəsənət (qəz.). 1978, 14 yanvar.
265
MÜNDƏRİCAT:
ÖN SÖZ ................................................................................................. 3
AZƏRBAYCANDA ANTİK ƏDƏBİYYATIN TƏDQİQİ TARİXİ
VƏ PROBLEMLƏRİ (elmi-tədqiqat işi) .................................. 6
GİRİŞ....................................................................................................... 7
Antik ədəbiyyatın xarakteri, tarixi-ictimai, ideya-fəlsəfi
əsasları və əhəmiyyəti. .................................................................. 7
Qərbdə antik ədəbiyyatın tədqiqi tarixi...............................12
I FƏSİL. ANTİK DÜNYA – YAXIN ŞƏRQ: ELMİ-ƏDƏBİ
ƏLAQƏ VƏ TƏSİRLƏR ..................................................................34
İslamaqədərki dövr .......................................................................34
Şərq peripatetizmi. Azərbaycan peripatetikləri ...............42
Nəsirəddin Tusi. ..............................................................................49
II FƏSİL. XX ƏSRDƏ ANTİK ƏDƏBİYYATIN TƏDQİQİ
(1930 – 60-cı illər) .........................................................................60
Əkbər Ağayev ...................................................................................60
Əli Sultanlı və A.M. Mudrov .......................................................77
III FƏSİL. 1960 – 80-CI İLLƏR. ............................................. 107
A.Aslanov və 1960-cı ildən sonrakı tədqiqatlar ............ 107
Azərbaycan Respublikasında klassik filologiyanın inkişaf
perspektivləri ............................................................................... 117
SON SÖZ ........................................................................................... 124
266
MƏQALƏLƏR ................................................................................. 127
İ.M. TRONSKİNİN “ANTİK ƏDƏBİYYAT TARİXİ”
DƏRSLİYİ HAQQINDA (Dərsliyin Azərbaycan dilinə
tərcüməsinə son söz) ................................................................ 128
ANTİK MİFOLOGİYA VƏ ANTİK OBRAZ ............................ 142
ANTİK FƏLSƏFƏ VƏ MONOTEİZM ...................................... 156
ANTİK ƏDƏBİYYATŞÜNASLIĞIN FORMA VƏ MƏZMUN
XÜSUSİYYƏTLƏRİ ....................................................................... 173
ANTİK DRAMATURGİYA: İDEYA VƏ OBRAZ ................... 195
HOMERİ OXUYARKƏN. ............................................................. 223
BİR DAHA VARLIQ VƏ... METOD HAQQINDA ................ 233
“HƏYATINI HƏQİQƏTƏ XİDMƏTƏ HƏSR ET!” ............... 244
ANTİK ƏDƏBİYYAT VƏ BİZ ..................................................... 250
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ...................................... 260
QEYDLƏR ÜÇÜN
Nəşriyyatın Baş direktoru:
Şöhrət Səlimbəyli
Texniki redaktor:
Mail Xəlilov
ETİBAR KƏRİMLİ
ANTİK ƏDƏBİYYAT VƏ BİZ
“Avropa” nəşriyyatı.
Bakı
- 2018
Formatı:60x84 1/16
Tirajı:
300 ədəd
Həcmi: 1
6,75 çap vərəqi
Hazır diopozitivlərdən çap olunmuşdur.
269
ETİBAR KƏRİMLİ
kerim.etibar@mail.ru
1969-cu ildə Bakıda anadan olmuşdur. Bakı Dövlət
Universitetinin filologiya fakültəsini bitirdikdən (1996)
sonra Moskva ş.-nə köçmüş, orada təhsilini davam
etdirmiş, Moskva Dövlət Universitetinin nəzdində
“Qədim yunan dili və ədəbiyyatı” kursunu bitirmişdir.
Eyni zamanda, 1996-2001-ci illər ərzində bu şəhərdə
ictimai fəaliyyətlə məşğul olmuşdur. “Dan ulduzu”
qəzetində çap olunmuş ilk hekayəsi (1989) ilə başlanan
yaradıcılıq yolunu Moskvada da davam etdirmişdir.
Vətənə qayıtdıqdan sonra müxtəlif qəzet və jurnallarda
(“Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Ədəbiyyat qəzeti”,
“Xalq”, “Respublika”, “Ədalət”, “525-ci qəzet”, “Ayna”,
“Azadlıq” və s.) elmi, publisistik və bədii yazılarla çıxış
etmişdir. “Azərbaycan diasporu: nəzəriyyə və praktika”
(2001), “Şor qırağının rəngli yuxuları” (2014) kitab-
larının müəllifi, “Antik ədəbiyyat tarixi” (İ.M. Tronski,
2009) kitabının tərcüməçisidir.
270
Dostları ilə paylaş: |