144
(izahedici), astral, totemik, esxatoloji (bəşəriyyətin və
kainatın sonu), təqvim və s. miflərin ən geniş spektri bu
mifologiyaya digər xalqlarının analoji nümunələri arasın-
da xüsusi yer qazandırır...
XAOS obrazına ilk dəfə Hesiodda rast gəlirik.
Maraqlıdır ki, nə Homerdə, nə də klassik dövrün digər
məşhur müəllifləri Esxildə, Sofoklda Xaosun adı çəkilmir.
Hesiodda o, Eros, Tartar və Heya ilə birlikdə kainatın
yaradıcılarındandır. Aristofanda da Xaosun buna oxşar
funksiyaları var: Ereb, Gecə və Tartarla birlikdə Dünya
yumurtasını yaradırlar və sonra bu yumurtadan Eros
əmələ gəlir ki, o da öz növbəsində yeri, göyü, dənizi,
allahları və insanları yaradır. Qədim Roma ədəbiyyatında
Xaos bir qədər fəqli məna qazanır. Onu çox vaxt ölülər
diyarı Aidə bənzədirlər: o, artıq əmələ gəlmiş hər şeyin
dağıldığı, həyatın ilkin mənbələrinə parçalandığı qorxunc
dərinlikdir. Ovidi Xaosu birbaşa Aidlə eyniləşdirir,
Senekada isə o hər şeyin məhv olaraq batdığı ümumdünya
dərinliyidır. Beləliklə, antik Xaos bütün varlığın ilkin vahid
qarışıq halında olduğu məkan və zaman obrazıdır: hər şey
ondan yaranır, lakin eyni zamanda hər şey onda məhv
olur. Onda əbədi, fasiləsiz formalaşma və məhvetmə
prosesi gedir, bir tərəfdən bütün materiya toza çevrilir,
digər tərəfdən həmin tozlar bir yerə toplanaraq yeni
materiya yaradır. Xaos əbədi, möhtəşəm və bir qədər də
faciəvi keyfiyyətlərə malikdir.
KOSMOS yunanca “nizam”, “düzgün quruluş” mənasını
verir; Homerdə sonu, sərhədləri olan məkandır və üç
145
qardaş – Zevs, Poseydon, Aid tərəfindən bölünmüşdür: Zevs
göyə, Poseydon dənizə, Aid yeraltı dünyaya hökmranlıq
edir; Yerin üstü hər üç qardaşındır. O, şimal və cənub
qütblərdən bir qədər içəriyə doğru basılmış yumurtavari
görüntüyə malikdir. Yerin səthi bu “yumurta”nı iki
yarımkürəyə ayırır. Yuxarı yarımkürə allahların məkanıdır
və Yerin səthindəki Olimp dağının ucuna yapışır. Aşağı
yarımkürə olan Tartarda Zevsin qalib gəldiyi öncəki nəsil
allahları – Kronos və digər titanlar əbədi həbsə atılmışlar.
Hesiodda isə Xaosun, Heyanın, Tartarın və Erosun Kainat-
da əbədi nizamı formalaşdıqları proses Kosmos adlandırı-
lır. Mifoloji düşüncənin hər nizamlı varlıq kimi Kosmosa da
görüntü verməsi və bu görüntünün yumurtavari şar olma-
sı təsadüfi deyil, belə ki, şar antik dövrdə kamillik mücəm-
məsi sayılırdı. Mifdə Xaosdan Kosmosun yaranması ele-
mentlərin yerdəyişməsi nəticəsində baş verirsə, Platonda
bu proses bir qədər fərqlidir. Filosofa görə, Kosmosu “us-
ta”, “inşaatçı” olan Demiurq torpaq və oddan müəyyən il-
kin obraza əsasən yaratmışdır. Beləliklə, Kosmos ilk növbə-
də dağılmış, parçalanmış varlığın birləşərək nizamlı for-
maya düşməsini simvolizə edən obrazdır.
...Antik mifin ən parlaq nümunələrində xeyir qüvvə-
ləri ilə şərin mübarizəsi, sevgi və nifrət, sədaqət və xəya-
nət, həyat və ölüm, yeraltı dünyaya (ölülər aləmi) səya-
hət və geri qayıdış, hansısa qəhrəmanın, yaxud nemətin
oğurlanması və tapılması kimi mövzular təkrarsız bədii
ifadəsini tapır. Belə demək mümkünsə, antik mif özü
üçün xüsusi sehrli zaman və məkan yaradır. Burada hadi-
146
sələr gah Olimp dağında, gah möhtəşəm Troya, yaxud Fiv
şəhərinin qala divarları yanında, gah da arqonavtların
uzun yolçuluqdan sonra çatdıqları Qafqaz Kolxidasında
baş verir və bu məkanların hər biri antik dünyanın bir
parçası kimi özəl keyfiyyətlərə malikdir. Orada hər an ağ-
lasığmaz hadisələr baş verə, ən fantastik canlı və cansız
məxluqatlar peyda ola bilər. Mifoloji zaman isə yaşadığı-
mız zamandan tamam fərqlidir, çünki o, ilk, zamandan
öncəki real zamanın başlanğıc götürdüyü zamandır. O,
əcdadların, qəhrəmanların allahlarla birgə yaşadığı, hər
şeyin ilkin yaradıldığı zamandır. Bu zaman və məkan da-
xilində baş verənlər, allahların və qəhrəmanların bu və
ya digər sahədə hərəkətləri, davranış normaları, dəyərlər
sistemi bütün gələcək nəsillər üçün prototip, proobraz
formalaşdırır. Beləliklə, antik mif real həyat və insanlar
üçün nümunə yaradır, bununla da təbiətdə, cəmiyyətdə
və insan mənəviyyatında müəyyən nizamı, harmoniyanı
bərqərar edir. O, antik dövrün ən ibtidai ideologiyasıdır.
Antik mifologiya eyni zamanda özündə müəyyən tari-
xi dövrlərinn real tarixi əlamətlərini əks etdirir. Konkret
olsaq, e.ə. II minilliyə aid Miken dövrü qədim yunan mi-
fologiyasının başlıca tarixi bazasını formalaşdırır. Həvəs-
kar arxeoloq H. Şlimanın və ondan sonrakı arxeoloqların
apardığı qazıntılar nəticəsində əldə olunmuş maddi mə-
dəniyyət nümunələri də subut edir ki, bir çox antik mifo-
loji silsilələr öz kökləri ilə məhz Miken dövrünə bağlanır-
lar. E.ə. III minilliyə aid Krit mədəniyyətinin bəzi ele-
mentləri mif nümunələrində əksini tapsa da, bu çox na-
147
dir haldır və bir qədər qeyri-müəyyəndir. Məs., öküz-in-
san Minotavr haqqında mifdə göstərilir ki, Afina çarları
mütəmadi şəkildə Krit adasında yerləşən Minotavra gənc
yunanları qurban göndərməlidirlər. Biz bu mifi vaxtilə
Afinanın ictimai-siyası cəhətdən Krit adasında yerləşən
daha güclü dövlətdən asılı vəziyyətdə olmasının əks-sə-
dası kimi də nəzərdən keçirə bilərik. Belə bir asılılıq isə
yalnız Miken dövründən daha qədim zamanlarda müm-
kün ola bilərdi. Ümumiyyətlə, Krit sivilizasiyası haqqında
tarixi məlumatların azlığı mifologiyada o dövrün izlərini
aşkarlamağa öz mənfi təsirini göstərir. Bütövlükdə gö-
türdükdə antik mifologiya e.ə. II minilliyin 2-ci yarısında
qədim yunan tayfaları və tayfa birlikləri arasındakı icti-
mai, sosial münasibətləri, dini təsəvvürləri, gündəlik hə-
yat tərzini təsvir edir.
Beləliklə, əsasən, e.ə. II minillikdən başlayan antik
mifologiyanın təkamül tarixini 2 mərhələyə ayırmaq olar.
I mərhələnin səciyyəvi cəhəti insanın özünü təbiətdən
ayırmağa başlaması və daha çox aqrar, məhsuldarlıq
kultları ilə bağlı olan ibtidai mif yaradıcılığıdır. Bu mifləri
öz kökləri ilə matriarxat dövrünə bağlanır, belə ki,
onlarda mərkəzi rol təbiət stixiyalarının simvolu olan
qeyri-antropomorf obrazlara (ilk allahlar, ilanlar,
müxtəlif eybəcər görünüşlü varlıqlar, əjdahalar və s.) və
böyük Ana obrazına (Reya, Kibela) məxsusdur...
URAN göy üzünü təcəssüm etdirən ilk allahlar
nəslindəndir, Heyanın – Yerin əridir. Amma Heya eyni
zamanda Uranın anasıdır - mifin öz kökləri ilə çox qədim
Dostları ilə paylaş: |