Úàâèäè õàòûðëàðêÿí
513
biletlərlə teatra getdik. Yerimiz yaxşılardan deyildi. Səhnəyə və
tamaşa salonuna “quş uçuşun”dan
1
baxardıq.
Tamaşaya gələn adamları sanki sayıb seçmişdilər. Tamaşa bir
bayram təsiri buraxırdı. Bakının bütün gözəlləri elə bil məhz bu
gün söz qoyub teatra toplaşmışdılar. Tamaşa salonu, foyelər,
səhnə müxtəlif geyimli insanlar, bəzəklərlə gözümdə bülbula
çalırdı. Bəlkə də bu, kənddən birdən-birə şəhərə düşmüş bir gən-
cin gördüyü, gördükcə böyütdüyü, böyütdükcə rənglərə, çeşidlərə,
çalarlara saldığı mənzəpələrdi. Mənim xatirimdə bu tamaşa unu-
dulmaz bir bayram kimi qalmışdı. Şair Hüseyn Cavidi də ilk dəfə
bu tamaşada gördüm
2
.
Sonralar Bakıya köçdüm. Ədəbi mühitə yaxın oldum. Bir
neçə gənc şairlə, yazıçı ilə tez-tez görüşürdüm. Müşfiq, Rəfili,
Sabit, Mehdi, Əli Nazim, Süleyman Rüstəm, Məmməd Rahim bu
yeni dostlar, tanışlar arasında idi. Tez-tez ədəbi yığıncaqlarımız
olurdu. Bu yığıncaqların bəzisinə Hüseyn Cavid də gələrdi. Cavid
çox vaxt çənəsini əsasına dayayar, diqqətlə danışanlara qulaq
asar, özü, demək olar ki, danışmazdı.
Yazıçılar ittifaqının idarəsi indiki “Araz” kinoteatrının bina-
sında, birinci mərtəbədə balaca otaqda idi. Bir gün Müşfiq, Rəfili,
Sabit və bir neçə başqa yoldaşla bu otaqda yığışıb bikarçılıqla
məşğul idik. Qapı açıldı. Hüseyn Cavid gəldi. Salamlaşdıq. Söh-
bət Hadidən düşdü. Cavid çox kədərli görünürdü. Adətən azdanı-
şan, həmişə fikirli, qayğılı görünən şair dərindən bir ah çəkərək
belə qəmli bir hekayət söylədi:
– Sizin yadınıza gəlməz, uşaqlar! Bəlkə o vaxtlar siz hələ əlif-
bey öyrənirdiniz. Bakıda Kommunist küçəsinin aşağı qurtaraca-
ğında “Metropol” mehmanxanasının
*
qabağından keçəndə bir əl
qolumdan tutub məni saxladı. Üzümə baxmadan əlindəki yazılı
vərəqlərdən birini uzadıb:
– Al! – dedi.
1
Teatr salonunun yuxarı qatı nəzərdə tutulur – A.Z.
2
“Topal Teymur”un 1925-1926-cı il mövsümündə Dövlət Türk Teatrındakı
tamaşası nəzərdə tutulur – İ.O.
*
İndiki Nizami adına Dövlət Ədədbiyyat Muzeyi. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
514
Diqqətlə baxdım, bu, şair Məhəmməd Hadi idi. Başını aşağı
dikmiş, qoltuğundakı vərəqlərdən birini titrəyən əli ilə mənə tərəf
uzatmışdı. Boğuq bir səslə təkrar etdi:
– Al!
Mən kağız pulu ona verəndə birdən başını qaldırdı. Dumanlı
gözlərlə məni süzdü. Bir uşaq kövrəkliyi ilə dodaqları büküldü. O,
məni tanımışdı. Bir hıçqırtı ilə kağız vərəqləri yerə tullayıb
səndələyə-səndələyə getdi. Mən yerimdə donub qalmışdım. Bu
qüdrətli şairin acı taleyi məni sarsıtmışdı.
Hüseyn Cavidin ağır-ağır, qəhərlənərək danışdığı bu hadisə
hamını həyəcanlandırmışdı.
Bu hadisədən bir neçə gün sonra Hadinin taleyi haqqında
daha ətraflı məlumat almaq üçün Müşfiqlə söz qoyub Hüseyn
Cavidgilə getdik. Cavid o zaman indiki Ali Sovetin binasında,
yuxarı mərtəbədə yaşayırdı. Mənzilin qapısını özü açdı.
– Xeyir ola, uşaqlar, – dedi.
– Bir şey yoxdur. Gəldik böyük şairə salam və hörmətimizi
yetirək.
Cavid xəfif bir təbəssümlə bizi içəri çağırdı.
– Vaxtsız qonaq kisəsindən yeyər, – dedi. – İndi mən sizi
nəyə qonaq eləyim? Yaxşı çayımız var.
– Sağ olun, Cavid əfəndi. – dedik. – Bizi şeirə qonaq eləsəniz
çox məmnun qalarıq.
Cavid bir anlığa nə isə fikrə getdi. Sonra:
– Siz çayınızı için, mən də “Azər”dən parça oxuyum, – dedi.
Cavid şeirinin valehedici musuqisi, “Azər”in düşündürücü,
həyəcanlandırıcı misraları bizi elə bir sehrə salmışdı ki, gəlişimi-
zin əsas məqsədini unutduq. Böyük şair gənc dostlarının hey-
ranlığını görüb riqqətlənmişdi...
Yol boyu Müşfiqlə bir kəlmə də danışmadıq. Səssiz ayrıldıq.
Görünür, ikimiz də Cavidlə görüş havasından, “Azər” poemasının
poetik təsirindən ayrılmaq istəmirdik.
Cavidin mürəkkəb yaradıcılığı mübahisələrə, münaqişələrə
səbəb olurdu. Bu tənqidi mülahizələrdə doğru, xeyirsevərli cəhət-
Úàâèäè õàòûðëàðêÿí
515
lər olduğu kimi, ədalətsiz, haqsız və qərəzliləri də vardı. Xüsusilə
şairi həyəcanlandıran nadan iradlar, qərəzli atmacalar, əsassız
qarayaxmalar idi. Onun hər yeni əsərinə yerli-yersiz bir qulp
qoyan bir nəfər vardı ki, şair bu adamın haqqında özünəməxsus
bir sarkazm ilə deyərdi:
– Bir də görürsən bir “........”çi durar, moizəyə başlar.
“Cavidin filan əsərində sinfi qüvvələrin tənasübü, nə bilim dil
cəhətdən belə-belə...” – Bu hərifin özünə bələd olsan görərsən ki,
əlifi beydən seçə bilmir, iki nəcib heyvanın yemini bölüşdürə
bilmir.
Onu dinləyənlər bu “tənqid cəngavəri”nin kim olduğunu
yaxşı bilirdilər. Doğrudan da şairin özünəməxsus bir deyimlə
verdiyi xarakterizə həqiqətə uyğun idi.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında qüdrətli bir faciə
ustası idi. Onun romantik qanadlı şeiri yüksək sənətkarlıq nümu-
nəsi idi. Bu gün də öz təsir gücünü itirməmişdir. Cavidin şeir di-
linin mürəkkəbliyi və bugünkü dilimizə görə bəzən çətin anla-
şılması haqqındakı fikirlər yalnız qismən qəbul oluna bilər.
Dilimizin inkişaf yolunu izləyənlər bilirlər ki, Cavidin yazıb-
yaratdığı illərdə Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm
ədəbi dilimizdə, həm də mətbuatda bol-bol işlənirdi.
Cavid yaradıçılığının ən bitkinləşən vaxtında bizdən ayrıldı.
Bu gün sağ olsaydı, bəlkə də bu günün həyat nəbzini daha dəqiq
duyar, daha tutumlu, daha qiymətli əsərlər yaradardı.
1978
Dostları ilə paylaş: |