Úàâèäè õàòûðëàðêÿí
516
Adil İsgəndərov
1
Ñÿíÿò âÿ ÿäÿáèééàò âóðüóíó
zərbaycanda Sovet hakimiy-
yəti qurulduqdan sonra teatr
ictimaiyyətinin çoxdankı arzusu həyata
keçdi. Bakıda Dövlət teatr texnikumu
yaradıldı. Texnikum savadlı milli teatr
kadrları hazırlamaqda böyük rol oynadı.
Bura Azərbaycanın, Moskva və Lenin-
qradın görkəmli teatr xadimləri, peda-
qoqlar və mütəxəssislər dəvət edildi.
Onların arasında əsrimizin görkəmli sə-
nətkarı Hüseyn Cavid də var idi.
Mən 1927-1928-ci tədris ilində texnikuma qəbul oldum.
Hüseyn Cavidi də bu illərdən daha yaxından tanımağa başladım.
O, bizə ədəbiyyatdan dərs deyirdi. O zaman başqa texnikum və ali
məktəblərdə oxuyan gənclərin çoxu istəyirdi ki, Hüseyn Cavid
onlara dərs versin. Bunun bir sıra səbəbləri var idi. Bir səbəbi bu
idi ki, Hüseyn Cavid o vaxtlar nəinki Azərbaycanda, həmçinin
Zaqafqaziyada, Orta Asiyada, İran və Türkiyədə tanınmış və məş-
hurlaşmış şair-dramaturq idi. Tələbə gənclər, ölməz əsərlər yara-
dan sənətkarın sözünü dinləməyə, onu daha yaxından tanımağa
mənəvi ehtiyac duyurdular. Ancaq o, teatr texnikumunu seçmişdi.
Onu bura daha çox cəlb edən bütün bacarığını, istedadını, biliyini
doğma xalqının övladlarına vermək idi.
Mən sonralar başa düşdüm ki, ədəbiyyatı, dramaturgiya və
teatrı çox gözəl bilən Hüseyn Cavidi bizim texnikuma bağlayan
1
Qeyd. Adil İsgəndərovun əli qələm tutmurdu. O, diktə etmiş, tərtibçi qəlmə
almışdır. – R.M.
A
Úàâèäè õàòûðëàðêÿí
517
başqa səbəblərdən biri də onun buna böyük mənəvi ehtiyac
duymasındaydı. Digər tərəfdən, o, bəziləri kimi məsələnin maddi
tərəfini güdmürdü. Əlbəttə, bu indi bir çoxuna az əhəmiyyətli
məsələ kimi görünə bilər. Lakin o vaxtlar, elə indinin özündə də,
bunun bəziləri üçün nə qədər böyük əhəmiyyəti vardır. Ola bilərdi
ki, o zamanlar sevimli müəllimimiz maddi cəhətdən çətin ya-
şayırdı. Lakin o, nə qədər gözü-könlü tox adam idi!..
Biz, tələbələr eşidəndə Hüseyn Cavid bizə dərs deyəcək, o
qədər sevindik ki... Uzun illər keçməsinə baxmayaraq mən bu
sevinci indi də duyuram.
Mən burada Hüseyn Cavidi (biz ona “Cavid əfəndi” deyərdik)
sevimli oxucularımıza bir pedaqoq kimi təqdim etməyə çalışa-
cağam. Yeri gəldikcə onun maraqlı və zəngin həyatının və yara-
dıcılığının bəzi cəhətlərinə toxunacağam. Əlbəttə, mənim xatirəm
tələbənin öz müəllimi haqqında xatirəsi kimi qəbul edilməlidir.
Hüseyn Cavid necə pedaqoq idi? Şəksiz, bu suala tam və
dolğun cavab vermək çox çətindi. Bəzən qələm bu böyük istedad
sahibini hərtərəfli təsvir etməkdə gücsüz görünür. Mənə belə gəlir
ki, müəllimə xas olan bütün xüsusiyyətlər sanki Hüseyn Caviddə
cəmləşmişdi. Bu, onu ideal pedaqoq səviyyəsinə qaldırırdı. Bi-
liyinə gəldikdə, necə deyərlər, dərya idi.
Hüseyn Cavid, fitri istedada malik, çox hazırlıqlı və məlu-
matlı, dərin bilikli müəllim idi. Şərq və Qərb klassiklərini gözəl
bilirdi. Onların əsərlərini sadəcə müəllim, şair-dramaturq kimi
deyil, bir alim kimi təhlil edərdi. O, əsəri təhlil edərkən lap
dərinliklərinə gedər, onun bədii məziyyətlərini, ictimai əhəmiy-
yətini, fəlsəfi mahiyyətini açardı. V.Şekspir, F.Şiller, V.Höte,
A.S.Puşkin, A.M.Qorki, F.M.Dostoyevski, Ə.Hamid, T.Fikrət,
N.Kamal və başqa görkəmli sənətkarların əsərlərinin təhlili buna
misal ola bilər. O, həmin sənətkarların adını böyük iftixarla çəkər,
əsərlərindən əzbər soylərdi. Unudulmaz müəllimim böyük sənət-
karlardan elə maraqla danışardı ki, sanki bizi ovsunlayardı. Danı-
Úàâèäè õàòûðëàðêÿí
518
şığında ardıcıllığa, səlisliyə, məntiqliyə həmişə diqqət yetirərdi.
Bəzi müəllimlər kimi, mövzunu ümumi və mücərrəd şəkildə
deyil, konkret ədəbi material üzərində aydınlaşdırardı.
Hüseyn Cavid, dahi ingilis dramaturqu V.Şekspirin yaradı-
cılığını hərarətlə sevərdi. Onun “Hamlet”, “Otello”, “Romeo və
Cülyetta”, “Maqbet”, “Kral Lir” və sair əsərlərini bizə təhlil
etmişdi. O deyərdi:
– Şekspri bulvarda, tramvayda oxumaqla, kitabını əlində
gəzdirməklə öyrənmək olmaz (H.Cavid, ümumiyyətlə, klassikləri
bu cür yerlərdə oxumağın əleyhinə idi. O belə halları “ədabazlıq”
kimi qiymətləndirərdi). Şekspir kimi böyük klassikləri oxuyub
öyrənmək və başa düşmək üçün real aləmdən ayrılıb, yazıçı alə-
minə düşmək lazımdı. Bədiyyat, canlı həyat, epoxalıq və fəlsəfi
dərinlik Şekspir yaradıcılığı üçün səçiyyəvidir.
Biz indi yuxarıdakı sözləri sənətcə Şekspirdən geri qalmayan
Hüseyn Cavidin özünə də aid edə bilərik.
Yaqodan söz düşəndə o deyərdi:
– Yaqo fəlsəfəsi dünyada yaşayan, fəqət ən çirkin, ən bədxah
və paxıllıq fəlsəfəsidir!
Hüseyn Cavid bizdən tələb edərdi ki, bədii əsərləri təhlil
edərkən müstəqil fikir və mülahizələr yürüdək. Onun-bunun fik-
rinə əsaslanan, beynini işlətməyən tələbələrdən “xoşu” gəlməzdi.
Deyərdi:
– Uşaqlar, öz bədii təfəkkürünüzə və mühakimələrinizə arxa-
lanmağa çalışın. Bu, sizin danışığınızı daha maraqlı edər. Sizdə
istedad qığılcımını gec-tez aşkara çıxarar.
Sevimli müəllimimizin özünəməxsus dərsdemə və dərs-
dinləmə üsulu vardı. Məlumdur ki, o, əlində həmişə çəlik gəz-
dirərdi. Çəlik sinifdə də əlində olardı. Dərs danışan tələbəyə qulaq
asarkən hər iki əlini üst-üstə qoyub çəliyin tutacağından yapışardı.
Onu çənəsinin altına söykəyib, dərs danışana çox diqqətlə qulaq
asardı. Bəzi müəllimlər kimi tələbənin sözünü ağzında qoymazdı.
Dostları ilə paylaş: |