Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə27/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   162

Rüfət Göyüşov 

Mülkiyyətçinin  əmlakı  mirasda  məcburi  pay  hüququ  olan 

şəxslərin  hüquqları  ilə  yüklü  ola  bilər.  Qanunverici  vəsiyyət 

azadlığım  məhdudlaşdıraraq  qanun  üzrə  birinci  dərəcəli  qohumlar 

üçün  mirasda  məcburi  pay  hüququnu  müəyyən  edir.  Odur  ki,  AR 

MM-in  1200-cü  maddəsində  müəyyən  olunmuş  qaydaya  əsasən, 

miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ 

olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi 

payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb 

edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən 

iki il keçirsə, hədiyyə hesaba alınmır. 

Hədiyyənin  verilməsindən  fərqli  olaraq  onun  qəbulu  imkanları 

fəaliyyət  qabiliyyəti  məhdud  olan  şəxslər  üçün  qanunverici 

tərəfindən  genişləndirilmişdir.  Belə  ki,  AR  MM-in  667.2-ci 

maddəsində  müəyyən  olunmuş  qaydaya  əsasən,  əgər  fəaliyyət 

qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini 

qiymətləndirməyə  qadirdirsə,  o  da  hədiyyəni  qəbul  edə  və  hüquqa 

uyğun  surətdə  əldə  edə  bilər.  Lakin  əgər  qanuni  nümayəndə 

hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına 

dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir. 

Ər-arvad arasında bağışlama müqaviləsi ümumi əsaslarla həyata 

keçirilir.  Bu  zaman  bağışlamanın  predmeti  kimi  ərin  və  yaxud 

arvadın xüsusi mülkiyyətində onlardan birinə ayrılıqda məxsus olan 

əmlak çıxış  edir. Bu  ya  ümumi  birgə mülkiyyətdə olan əmlak payı 

(əgər paylar müəyyən olunmuşsa), nikaha qədər əldə olunan əmlak və 

ya nikah dövründə hədiyyə verilmiş əmlak və s. ola bilər. 

Bağışlama müqaviləsinin forması onun predmeti, subyekt tərkibi 

və  qiyməti  ilə  müəyyən  olunur.  Belə  ki,  AR  MM-in  668.1.1-ci 

maddəsində müəyyən olunmuş qaydaya görə, daşınmaz əşyaların və 

ya həmin əşyalara hüquqların bağışlanması za 



82 


III fəsil. Bağışlama müqaviləsi 

manı  bağışlama  müqaviləsi  notariat  qaydasında  təsdiqləndikdə 

etibarlıdır.  Gələcəkdə  hədiyyə  alanın  hədiyyə  predmeti  üzərində 

mülkiyyət  hüququnun  yaranması  və  sərəncam  verə  bilməsi  üçün 

həmin  daşınmaz  əmlakın  dövlət  reyestrində  ərazilər  üzrə 

qeydiyyatının  aparılması  vacibdir  (bax.  AR  MM,  mad.146.2  və 

178.1). 

Daşmar  əşyaların  bağışlanması  müqaviləsinin  forması  bu 

əşyaların adi və ya rəsmi reyestrdə qeydə alınan ola bilməsindən asılı 

olaraq  iki  fərqli  qaydada  həyata  keçirilir.  Belə  ki,  əgər  əşya  rəsmi 

reyestrdə  qeydə  alınması  tələb  olunan  daşmar  əşyadırsa,  o  zaman 

onun  bağışlanması  müqaviləsi  notariat  qaydasında  təsdiqlənməlidir 

(bax.  AR  MM,  mad.668.1.2).  Adi  halda  daşmar  əşya  ilə  əlaqədar 

bağışlama  müqaviləsində  isə  hədiyyə  verən  əşyanı  hədiyyə  alana 

verməlidir (bax. AR MM, mad.668.1.3). 

Tələblərin və hüquqların bağışlanması ilə əlaqədar münasibətlərə 

Mülki  Məcəllənin  tələblərin  və  hüquqların  ötürülməsi  qaydasını 

tənzimləyən  normalarının  tələbləri  tətbiq  olunur.  AR  MM-in 

668.1.4-cü  maddəsində  əksini  tapan  qaydaya  əsasən,  tələblərin  və 

digər  hüquqların  bağışlanması  zamanı  onlar  Mülki  Məcəllənin 

tələblərinə uyğun yazılı surətdə keçirildikdə etibarlı sayılır. 

Tələblərə  və  hüquqlara  mülkiyyət  hüququnun  əldə  edilməsi 

münasibətlərini  tənzimləyən  AR  MM-in  9-cu  fəslinin  3-cü  pa- 

raqrafmda yerləşən 194.4-cü maddəsində müəyyən olunmuş qaydaya 

əsasən, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan 

tələbin  güzəşti  müvafiq  yazılı  formada  həyata  keçirilməlidir. 

Yuxarıda  qeyd  olunan  son  iki  normanın  təhlilindən  belə  nəticə 

çıxartmaq olar ki,  şifahi formada bağlanmış əqdə əsaslanan tələbin 

bağışlanması şifahi formada da ola bilər. 

Konsensual  bağışlama  müqavilələri  mülki  dövriyyənin 

sabitliyinin təmin edilməsi məqsədilə hər zaman yazılı bağlanmalıdır. 

Bu  AR  MM-in  668.1.5-ci  maddəsinin  tələbindən  irəli  gəlir.  Orada 

qeyd  olunur:  gələcəkdə  bağışlama  vəd  edildikdə  bu  vəd  notariat 

qaydasında təsdiqləndikdə etibarlıdır. 



83 


Rüfət Göyüşov 

3.3.

 

Bağışlama müqaviləsinin məzmunu 

Bağışlama  müqaviləsinin  əvəzsiz  xarakteri  və  hədiyyə  alan 

tərəfindən  qarşılıqlı  icranın  olmaması  bu  müqavilə  üzrə  tərəflərin 

öhdəlik xarakterli hüquq və vəzifələrinin yaranmasını istisna etmir. 

İlk  baxışdan  real  bağışlama  müqaviləsində  tərəflərin  öhdəlik 

xarakterli  hüquq  və  vəzifələri  görünmür.  Belə  ki,  hədiyyə  alanın 

hədiyyəni  qəbul  etmək  və  ya  etməmək  hüququna  paralel  hər  hansı 

vəzifəsi olmur. Hədiyyə verən isə əşyanı hədiyyə alana verməklə real 

bağışlama  müqaviləsi  üzrə  vəzifəsini  icra  etmiş  sayıla  bilər. 

Bağışlama  müqaviləsini  tənzimləyən  normalarda  bu  müqaviləyə 

alqı-satqı  haqqında  göstərişlərin  müvafiq  qaydada  tətbiq  olunması 

haqqında  xüsusi  qayda  olmamasına  baxmayaraq,  məsələyə  əmlaka 

mülkiyyət hüququnun ötürülməsi və bu sahədə aparıcı müqavilə olan 

alqı-satqı müqaviləsi kontekstindən yanaşsaq, o zaman hədiyyə verən 

üçün analoji vəzifələrin müəyyən olunduğunu görmək olar. 

Məsələn,  əşyanın  geri  alınması  barədə  iddia  irəli  sürüldükdə 

alıcının və satıcının vəzifələrini tənzimləyən AR MM-in 572- 574-cü 

maddələrində  müəyyən  olunan  tələblər,  qanun  analogiyası 

nöqteyi-nəzərdən  yanaşsaq, bağışlama müqaviləsinə də tətbiq oluna 

bilər  və  ya  olunmalıdır.  Belə  ki,  hədiyyə  verilən  əşya  üçüncü 

şəxslərin  hüquqları  ilə  yüklü  olarsa  və  hədiyyə  verildikdən  sonra 

üçüncü şəxslər tərəfindən tələb olunarlarsa, hədiyyə alanın vəziyyəti 

mürəkkəb olacaqdır. Belə olan təqdirdə alqı- satqı müqaviləsinin AR 

MM-in 572-574-cü maddəsində müəyyən olunan konstruksiyasından 

yaralanmaq  lazım  gələcəkdir.  Həmin  qaydalan  bağışlama 

müqaviləsinə analoji olaraq tətbiq etsək, o zaman belə bir norma əldə 

etmiş  olacağıq.  Əgər  üçüncü  şəxs  bağışlama  müqaviləsi  icra 

edilənədək əmələ gəlmiş əsas 



84 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə