Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə29/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   162

Rüfət Göyüşov 

da  bildirişin  hədiyyə  alana  çatdığı  halda  qüvvədədir)  iddia 

müddətlərinə  deyil,  daha  çox  mülki  hüquqların  həyata  keçirilməsi 

müddətlərinə  aiddir.  Göstərilən  müddətlər  ərzində  imtina 

hüququndan  üzrsüz  səbəbdən  istifadə  etməməsi  hədiyyə  verənin 

imtina hüququnun həyata keçirilməsi imkanlarını aradan qaldırır. 

İmtina  hüququ  vərəsəlik  qaydasında  keçir.  Belə  ki,  hədiyyə 

verənin  həmin  ilin  sonunadək  öldüyü  halda  imtina  hüququ  qalan 

müddət üçün onun vərəsələrinə keçir. 

Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış 

predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur 

(bax. AR MM, mad.673.4). 



Hədiyyə  alanın  hüquq  və  vəzifələri.  Hədiyyə  qəbul  etmək 

hüququ məntiqi olaraq bağışlama müqaviləsinin məzmunundan irəli 

gəlir.  Bu  hüququn  məzmunu  hədiyyə  verənin  müvafiq  vəzifəsinin 

(hədiyyəni vermək) məzmunu ilə müəyyən olunur'. Əgər hədiyyənin 

predmeti  fərdən  müəyyən  olunan  əşyadırsa  və  hədiyyə  verən 

vəzifəsini  icra  etmirsə,  o  halda  AR  MM-in  452.1-ci  maddəsində 

müəyyən  olunmuş  qaydaya  əsasən,  hədiyyə  alan  həmin  əmlakın 

hədiyyə  verənin  əlindən  alınmasını  və  öhdəlikdə  nəzərdə  tutulan 

şərtlərlə ona verilməsini tələb edə bilər. 

Əgər  öhdəliyin  predmeti  cinsən  müəyyən  olunan  əşyadırsa  və 

hədiyyə verən vəzifəsini icra etmirsə, o halda AR MM-in 450.2- ci 

maddəsində  müəyyən  olunmuş  qaydaya  əsasən,  zərərin  əvəzinin 

ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi 

borclunu (hədiyyə verəni), əgər Mülki Məcəllədə və ya müqavilədə 

ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad 

edir. 


Hədiyyəni qəbul etməkdən imtina hüququ AR MM-in 670.4- cü 

maddəsində  birbaşa  nəzərdə  tutulmuşdur.  Həmin  normada  qeyd 

olunur ki, əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hə- 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с. 148 

88 



III fəsil. Bağışlama müqaviləsi 

diyyə  alan  hədiyyənin  dəyərinin  öhdəliyin  icrası  xərclərini 

ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, 

öhdəliyin  icrasından  imtina  edə  bilər.  Deməli,  hədiyyə  alanın 

hədiyyəni  qəbul  etməməsinin  nəticəsi  olaraq  bağışlama  müqaviləsi 

bağlanmış hesab olunmayacaqdır. Hədiyyəni qəbul etməkdən imtina 

hüququ hədiyyə verilənə qədər istənilən vaxt həyata keçirilə bilər və 

hədiyyə alan imtinanın səbəblərini izah etməyə borclu deyildir. 

Hədiyyə alanın hədiyyəni qəbul etməsi onun hüquqlarından biri 

olmaqla bağışlama müqaviləsinin bağlanmış sayılması üçün əsasdır. 

Bu hüquq AR MM-in 666.1-ci maddəsinin məzmunundan irəli gəlir. 

Həmin normada qeyd olunur ki, bağışlama müqaviləsi hədiyyə alanın 

hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 

Hədiyyə alan tərəfində vəzifənin olması adi bağışlama müqaviləsi 

üçün  nadir  rast  gəlinən  hüquqdur.  Hədiyyə  alanın  bağışlama 

müqaviləsi üzrə vəzifəsinə bağışlamanın şərtlərin və ya öhdəliklərin 

yerinə yetirilməsindən asılı edilən hallarında rast gəlinir. AR MM-in 

670.1-ci  maddəsinə  əsasən,  bağışlama  şərtlərin  və  ya  öhdəliklərin 

yerinə yetirilməsindən asılı edilə bilər. 

Şərtlərin  və  öhdəliklərin  yerinə  yetirilməsi  tələbi  iki  halda  həm 

müqavilə bağlanana qədər, həm də müqavilə bağlandıqdan sonra ola 

bilər.  Birinci  halda  hədiyyə  verən  bağışlama  müqaviləsinin 

bağlanmasını  şərtlərin  və  öhdəliklərin  yerinə  yetirilməsindən  asılı 

edir.  Bu  halda  hədiyyə  alan  şərti  və  ya  öhdəliyi  yerinə  yetirdiyi 

təqdirdə bağışlama predmetini əldə edəcəkdir. 

İkincisi,  şərtlərin  və  öhdəliklərin  yerinə  yetirilməsi  tələbi 

müqavilə  bağlandıqdan  sonra  da  qüvvədə  ola  bilər.  Bu  halda 

bağışlama  müqaviləsinə  uyğun  olaraq  hədiyyə  verən  və  onun 

vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya 

lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin 

icrası  ilə  ictimai  mənafelərə  riayət  edilirsə,  hədiyyə  verənin 

ölümündən  sonra  icranı  müvafiq  icra  hakimiyyəti  orqanı  tələb  edə 

bilər (bax. AR MM, mad.670.3). 

89 



Rüfət Göyüşov 

Məsuliyyət.  Bağışlama  müqaviləsinin  icra  edilməməsinə  və  ya 

lazımi qaydada icra edilməməsinə görə məsuliyyət AR MM-in 23-cu 

fəslinin  (öhdəliklərin  icra  edilməməsinə  görə  məsuliyyət)  qaydaları 

əsasında  tənzimlənir.  Lakin  müqavilənin  əvəzsiz  xarakterini  nəzərə 

alaraq  ümumi  qaydalardan  bir  sıra  istisnalar  edilmişdir.  İstisnalar 

hədiyyə verənin məsuliyyətinin əsaslarının azalmasında ifadə olunur. 

Əgər  qarşılıqlı  öhdəliklərdə  tərəflər  öhdəliyin  hər  cür  pozuntusu 

(hərəkət  və  ya  hərəkətsizlik)  üçün  məsuliyyət  daşıyırlarsa,  əvəzsiz 

öhdəliklərdə  (bağışlama,  əvəzsiz  istifadə)  fayda  götürməyən  şəxsin 

(bu  halda  hədiyyə  verənin)  məsuliyyəti  təqsirin  bütün  formalarına 

(qəsd  və  ya  ehtiyatsızlıq)  görə  deyil,  onların  bir  hissəsinə  görə 

müəyyən olunur. Bu qayda AR MM-in 672.1-ci maddəsində nəzərdə 

tutulmuşdur.  Həmin  normaya  əsasən,  hədiyyə  verən  hədiyyə  alana 

hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda 

məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən 

vurulmuş olsun. 

Misal  üçün,  hədiyyə  verən  qəsd  və  ya  kobud  ehtiyatsızlıqla 

yararhhq müddəti keçmiş əşyanı bağışlayır və hədiyyə alanın həmin 

əşyadan istifadə etməsi nəticəsində onun həyat və sağlamlığına zərər 

dəyir.  Bu  halda  vurulmuş  zərərin  ödənilməsi  ilə  əlaqədar 

münasibətlər  AR  MM-in  59-cu  fəslinin  (mülki  hüquq 

pozuntularından  əmələ  gələn  öhdəliklər)  normaları  əsasında 

tənzimlənəcəkdir. 

Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri 

üçün məsuliyyət daşıyır (bax. AR MM, mad.672.2). Lakin hər cür vəd 

deyil,  yalnız  notariat  qaydasında  təsdiqlənmiş  vəd  etibarlı  olduğu 

üçün  tərəflərdə  müvafiq  hüquq  və  vəzifə  yaradır  və  öhdəlik  icra 

olunmadığı təqdirdə məsuliyyət doğurur. 



Müqavilənin ləğvi. Bağışlama müqaviləsinin ləğvi subyektiv və 

obyektiv (tərəflərin iradəsindən asılı olmayan) səbəblərdən ola bilər. 

Subyektiv səbəb kimi çıxış edə biləcək əsasları yuxarı 

90 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə