Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə28/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   162

III fosil. Bağışlama müqaviləsi 

üzrə  hədiyyə  alana  qarşı  əşyanın  geri  alınması  barədə  iddia  irəli 

sürərsə,  hədiyyə  alan  hədiyyə  verəni  işdə  iştiraka  cəlb  etməyə, 

hədiyyə  verən  isə  hədiyyə  alan  tərəfində  bu  işə  daxil  olmağa 

borcludur. 

Oxşar qaydanı tələblərin və hüquqların bağışlanması ilə əlaqədar 

də  müəyyən  etmək  olar.  Tələblərin  və  hüquqların  alqı-sat-  qısı 

zamanı  satıcının  məsuliyyətini  tənzimləyən  AR  MM-in  654-  cü 

maddəsində  müəyyən  olunan  normanı  analoji  olaraq  bağışlama 

müqaviləsinə tətbiq etsək,; o zaman, növbəti qaydanı formalaşdırmış 

olacağıq. Hər hansı tələbi və ya hüququ bağışlayarkən hədiyyə verən 

həmin  tələbin  və  ya  hüququn  həqiqətən  mövcud  olmasına 

cavabdehdir..  Bu  cavabdehlik  tələbin  və  hüququn  mövcud  olduğu 

bütün dövr üçün qüvvədə olacaqdır. 

Bağışlama  müqaviləsini  tənzimləyən.  normalarda  əksini  tapan 

öhdəlik  xarakterli  hüquq  və  vəzifələr  əsasən  konsensual  bağışlama 

müqaviləsinə münasibətdə daha açıq formada büruzə verir. Hədiyyə 

verənin  əsas  vəzifəsi  hədiyyəni  verməkdir.  Bu  ya  təqdim  etmə,  ya 

təhvil  vermə  və  ya  çatdırılma  formasında  ola  bilər.  Əmlak 

hüquqlarının bağışlanması hüquq təsdiq edən sənədlərin verilməsi ilə 

həyata keçirilir. Məsələn, qiymətli kağıza mülkiyyət hüququ qiymətli 

kağıza sahiblik hüququnun verilməsi yolu ilə verilir (bax. AR MM, 

mad.993.1). 

Bağışlamanın predmeti hədiyyə alanı üçüncü şəxsə münasibətdə 

öhdəlikdən azad etmə olduqda, hədiyyə verən öhdəliyin öz üzərinə 

keçirilməsi üçün hədiyyə alanın kreditorunun razılığının alınmasına 

yönələn  hüquqi  hərəkətlər  etməlidir.  Belə  ki,  AR  MM-in  522.2-ci 

maddəsinin tələblərinə görə, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə 

veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi 

ilə etibarlı olur. 

Konsensual  bağışlama  müqaviləsinə  görə  hədiyyə  verənin 

vəzifələri vərəsəlik qaydasında onun varislərinə keçir (bax. AR MM, 

mad.670.2). 

85 



Rüfət Göyüşov 

Hədiyyə  verənin  hüquqları.  İmtina  hüququ  hədiyyə  verənin 

əsas  hüququdur.  Hədiyyə  verən  bu  hüququndan  müxtəlif 

vəziyyətlərdə istifadə edə bilər. 

Birincisi, hədiyyə verilənə qədər. AR MM-in 669-cu maddəsində 

göstərilir ki, nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs 

hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə 

bilər. 

İkincisi, hədiyyənin  restitusiyası. Hədiyyə verən  hədiyyə alanın 



ondan  qabaq  ölməsi  halı  üçün  bağışlanmış  əşyanın  restitusi-  yası 

hüququnu  özündə  saxlaya  bilər.  Restitusiya  hüququ  tam  olaraq 

imtina hüququ demək deyildir. Çünki imtina hüququ hədiyyə verən 

tərəfindən hədiyyə alanın özünə münasibətdə onun sağlığı dövründə 

həyata  keçirilir  və  hədiyyə  alan  sağ  ikən  hədiyyə  verənin  imtina 

hüququnu özündə saxlamasını bilərək hədiyyəni qəbul edir'. 

Hədiyyə verənin restitusiya hüququnu özündə saxlaya bilməsi bir 

çox suallar doğurur ki, qanunverici buna birbaşa cavab vermir. Belə 

ki,  əgər  hədiyyə  verən  restitusiya  hüququnu  özündə  saxlamışdırsa, 

deməli hədiyyə alan ona verilmiş əmlak üzərində mülkiyyətçinin əsas 

hüququ olan sərəncam vermə (özgə- ninkiləşdirmək və ya vəsiyyət 

etmək)  hüququnu  həyata  keçirə  bilməyəeəkdir.  O  zaman  hədiyyə 

alanın  əmlaka  sahibliyinin  hansı  hüquq  (əşya,  yoxsa  öhdəlik) 

əsasında həyata keçirməsi məsələsinin cavabı açıq olaraq qalır. Odur 

ki,  AR  MM-in  671-  ci  maddəsində  göstərilən  hədiyyə  verənin 

hədiyyənin restitusiya- 

' Tarixi kökbri ilo hadiyyonin restitusiyası hüququ Roma hüququna söykənir. Tam 

hüquqlu şəxs (persona sui iuris) olan paterfamilias (ailə başçısı) əmlakının bir hissəsini 

yetkinlik  yaşma  çatmış,  lakin  hakimiyyət  altında  olan  övladma  verərkən  onun 

atalarından tez ölməsi halı üçün pekuli şəklində verdiyi əmlakları geri götürə bilərdi. 

Bax. İ.B.Novitski. Roma Hüququ / (Rus dilindən Azərbaycan dilinə tərcümə) tərcümə 

edən və elmi redaktor İ.Ə.Vəliyev. Bakı. "Adiloğlu" nəşriyyatı 2006, səh. 80. 

86 



III fəsil. Bağışlama müqaviləsi 

sı  hüququnun  konsensual  bağışlama  müqaviləsi  çərçivəsində 

baxılması  daha  doğru  olacaqdır.  Torpaq  sahələri  və  ya  onlara  əşya 

hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın 

dövlət reyestrində qabaqcadan qeydə alına bilər. 

Üçüncüsü, hədiyyə qəbul edildikdən soma bağışlamaqdan imtina 



hüququ.  Bu  hüquq  AR  MM-in  673.1-ci  maddəsində  göstərilən 

hüquqi  faktlar  baş  verdikdə  həyata  keçirilə  bilər.  Bu  faktlar 

aşağıdakılardır: 

-

 



hədiyyə  alan  hədiyyə  verənin  və  ya  onun  yaxın  qohumunun 

barəsində ağır cinayət törətdikdə

-

 

hədiyyə  alan  ailə  hüquq  münasibətlərinə  uyğun  olaraq  onun 



üzərinə  qoyulmuş  vəzifələri  hədiyyə  verənin  və  ya  onun  yaxın 

qohumlarının biri barəsində kobudcasına pozduqda; 

-

 

hədiyyə alan, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra 



etmədikdə. 

Dördüncüsü,  konsensual  bağışlama  müqaviləsi  üzrə  hədiyyə 



verənin bağışlamaq barəsində verdiyi vədi ləğv və onun icrasından 

imtina  edə  bilməsi  hüququ.  Bu  hüquq  AR  MM-in  673.2-ci 

maddəsində  göstərilən  hüquqi  faktlar  baş  verdikdə  həyata  keçirilə 

bilər. Bu faktlar aşağıdakılardır: 

-

 



Mülki  Məcəllənin  673.1-ci  maddəsində  nəzərdə  tutulan 

hallarda; 

-

 

vəd  verildikdən  sonra  hədiyyə  verənin  əmlak  münasibətləri 



bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə 

dəyişdikdə; 

-

 

vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri 



üzrə  əvvəllər  olmamış,  yaxud  çox  cüzi  həcmdə  olmuş  öhdəlikləri 

yarandıqda. 

Qanunverici  hədiyyə  verənin  imtina  hüququnu  həyat  keçirə 

bilməsini müddətlə məhdudlaşdırır. AR MM-in 673.3-cü maddəsində 

müəyyən olunan müddət (imtina yalnız onun əsasının hədiyyə verənə 

məlum olduğu gündən bir il ərzində imtina haqqın 



87 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə