Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə36/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   162

V fəsil. Əmlak kirayəsi müqaviləsi 

5.2.

 

Kirayə müqaviləsinin elementləri 

Kirayə  müqaviləsinin  predmeti  kimi  yalnız  fərdən  müəyyən 

olunan  əşyalar  çıxış  edir.  Bu  tələb  kirayə  müqaviləsinin  hüquqi 

təbiətindən  və  qanunvericilikdə  verilən  anlayışından  irəli  gəlir. 

Həmin anlayışa görə kirayəyə verən əmlakı kirayəçinin istifadəsinə 

verir.  Kirayəçi  kirayəyə  götürdüyü  əşyanı  kirayə  hüquq 

münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur (bax. 

AR  MM,  mad.  697.1).  Cinsən  müəyyən  olunan  əşya  kirayə 

müqaviləsinin predmeti ola bilməz, çünki bu cür əşyalar təyinatı üzrə 

istifadə olunduqdan sonra tükənir və ya istifadəçinin başqa əşyalarına 

qarışır və onun tərkib hissəsi olurlar. Belə olan halda kirayəçi kirayə 

hüquq münasibətlərinə xitam verildikdən sonra istifadə etdiyi əşyanı 

qaytarmaq  imkanından  məhrum  olur.  Fərdən  müəyyən  olunan 

əşyaları  isə  istifadə  edib  qaytarmaq  mümkündür.  Bu  cür  istifadə 

nəticəsində əşyanın köhnəlməsinə və əvvəlki keyfiyyətini itirməsinə 

gəldikdə  isə,  bununla  əlaqədar  AR  MM-in  682-ci  maddəsində 

müəyyən  olunur  ki,  kirayəçi  kirayəyə  götürdüyü  əşyanın  müqavilə 

üzrə  istifadəsi  nəticəsində  dəyişməsi  və  ya  pisləşməsi  üçün 

məsuliyyət daşımır. 

Alqı-satqı  müqaviləsində  olduğu  kimi,  predmet  haqqında 

razılaşma kirayə müqaviləsinin yeganə mühüm şərti kimi çıxış edir. 

Kirayə  predmeti  müqavilədə  dəqiq  müəyyənləşdirilməlidir. 

Tərəflərin  hüquq  və  vəzifələri  məhz  müqavilədə  razılaşdırılmış 

kirayə predmeti ilə əlaqədar yaranır. 



Kirayə 

müqaviləsinin 

forması. 

Qanunverici 

kirayə 

müqaviləsinin  forması  haqqında  Mülki  Məcəllənin  kirayə 



münasibətlərini  tənzimləyən  33-cü  fəslinin  normalarında  xüsusi 

qayda  müəyyən  etməmişdir.  Odur  ki,  müqavilənin  forması  mülki 

hüququn  müxtəlif  obyektləri  ilə  əlaqədar  əqdlərin  bağlanmasını 

tənzimləyən ümumi qaydalara tabedir. Həmin qaydalar müqavilənin 

111 



Rüfət Göyüşov 

predmctinin  daşmar  və  ya  daşınmaz  olmasından  asılı  olaraq 

fərqləndirilir. 

Daşınmaz əmlakla əlaqədar kirayə müqaviləsinin bağlanması bir 

sıra  şərtlərlə  müşahidə  olunur.  Belə  ki,  AR  MM-in  146.1-  ci 

maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun 

barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 

Odur  ki,  daşınmaz  əmlakla  əlaqədar  kirayə  müqaviləsi  üzrə 

əmlakdan istifadə hüququnun yaranması üçün həmin əqdin notariat 

qaydasında təsdiq olunması zəruridir. Əks halda müqavilə etibarsız 

sayıla bilər (bax. AR MM, mad.337). 

Qanunda  bu  xarakterli  ümumi  göstərişlərin  olmasına 

baxmayaraq,  təcrübədə  daşınmaz  əmlakın  kirayəyə  verilməsi  ilə 

əlaqədar müqavilələrin notariat qaydasında bağlanması hallarına çox 

nadir  hallarda  rast  gəlinir.  Tərəflər  əsasən  sadə  yazılı  formaya 

üstünlük  verirlər.  İstirahət  zonalarında  yaşayış  yerlərinin  mövsümi 

olaraq kirayəyə verilməsi münasibətləri isə adi şifahi formada həyata 

keçirilir.  Mövsümi  kirayə  münasibətlərinin  rəsmiləşdirilməsinin 

notariat variantı mülki dövriyyənin sərbəstliyi baxımından müəyyən 

əngəl  hesab  oluna  bilər.  Məsələn,  dağ  yerində  evinin  bir  hissəsini 

şəhərdən gələn ailəyə bir aylıq kirayəyə verən şəxs bir də bundan ötrü 

notariusu haradan tapsın ki, ona da müqaviləni təsdiqlətsin. 

Lakin bu halda tərəflər  arasında heç olmasa  yazılı  müqavilənin 

olması  zəruridir.  Daşınmaz  əmlakın  kirayə  müqaviləsinin  lazımi 

formada  bağlanmaması  tərəflərin  hüquq  və  maraqlarının  müdafiə 

olunması cəhətindən problem yarada bilər. 

Daşmar əşya ilə əlaqədar kirayə müqaviləsi əqdlərin bağlanması 

üçün nəzərdə tutulan hər hansı formada ola bilər. Odur ki, bu halda 

kirayə  müqaviləsinin  forması  tərəflərin  istəyinə  uyğun  olaraq 

müəyyən olunacaqdır. 



Müqavilənin tərəfləri kimi kirayəyə verən və kirayəçi çıxış edir. 

Kirayəyə  verən  kimi  əmlakın  mülkiyyətçisi  və  ya  qanunla  və  ya 

müqavilə ilə həmin əmlakı idarə edən şəxslər çıxış edə bilərlər. 

112 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

Mülkiyyətçi  qismində  fiziki  və  hüquqi  şəxslər,  dövlət  və 

bələdiyyə  orqanları  çıxış  etdikləri  üçün  həmin  şəxslər  öz 

səlahiyyətləri  daxilində  mülkiyyətlərində  olan  əmlakla  əlaqədar 

kirayə müqaviləsi bağlaya bilərlər. 

Qanunla  əmlakı  idarə  edən  şəxslər  dedikdə,  qəyyumlar  və  hi- 

mayəçilər nəzərdə tutulur. Qəyyumlar qəyyumluqda olanların qanun 

üzrə  nümayəndələri  olur  və  onların  adından  və  onların  mənafeləri 

üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə 

olan  fiziki  şəxslərin  müstəqil  surətdə  bağlamağa  ixtiyarı  çatmadığı 

əqdlərin  bağlanmasına  razılıq  verirlər.  Həmin  şəxslər  AR  MM-in 

36.2-ci  maddəsinin  tələblərinə  əsasən,  qəyyumluq  və  himayəçilik 

orqanının  qabaqcadan  icazəsini  almaqla  qəyyumluqda  və  ya 

himayədə  olanın  əmlakının  kirayəyə  (icarəyə),  əvəzsiz  istifadəyə 

verilməsinə  dair  əqdləri  bağlaya  və  ya  bağlanmasına  razılıq  verə 

bilərlər. 

Xəbərsiz itkin düşmüş şəxsin vərəsələri də məhkəmənin müvafiq 

qərarı  qanuni  qüvvəyə  mindikdən  sonra  xəbərsiz  itkin  düşmüşün 

əmlakını  etibar  olunmuş  əmlak  kimi  əmlakı  qanuni  əsaslarla  idarə 

etmək səlahiyyəti əldə etdikləri üçün fayda götürmək (xəbərsiz itkin 

düşmüşün  öhdəsində  olan  şəxslərə  dolanacaq  xərcləri  vermək  və 

borcları ödəmək) məqsədilə xəbərsiz itkin düşmüş şəxsin əmlakı ilə 

əlaqədar  kirayə  (icarə)  müqaviləsi  bağlaya  bilərlər  (bax.  AR  MM, 

mad.40.3). 

Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibamaməli idarəçiliyinə 

(etibarnaməli  idarəçi)  verə  bilər.  Bu  zaman  həmin  şəxs  əmlakı 

mülkiyyətçinin  və  ya  mülkiyyətçinin  göstərdiyi  üçüncü  şəxsin 

mənafeyi naminə idarə etmək üçün həmin əmlakla əlaqədar müxtəlif 

əqdlər, o cümlədən kirayə müqaviləsi bağlaya bilər. 

Kirayəyə verən qismində əmlaka mülkiyyət hüququnu tam olaraq 

əldə  etməyən  mənzil-tikinti  kooperativinin  üzvləri  də  çıxış  edə 

bilərlər.  AR  Mənzil  Məcəlləsinin  112.1-ci  maddəsinə  görə, 

mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədik 

113 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə