Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə39/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   162

Rüfət Göyüşov 

Birincisi, kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı 

vəziyyətdə olmalıdır (bax. AR MM, mad.676.0.1). Kirayəyə verilən 

əmlakın  vəziyyəti  müqavilə  ilə  müəyyən  olunmalıdır.  Əgər 

müqavilədə müvafiq şərtlər yoxdursa, o zaman kirayə pred- metinin 

vəziyyəti onun istifadə məqsədlərinə cavab verməlidir. 

Məsələn,  əgər  ili  köhnə  olan  avtomobil  kirayəyə  verilirsə,  o 

zaman onun texniki imkanlarına aid tələblər (rahatlıq, təhlükəsizlik 

və s.) yeni avtomobilə qarşı olan tələblər qədər ola bilməz. Bu zaman 

avtomobil  uzunmüddətli  istifadəsi  ilə  əlaqədar  aşınması  nəzərə 

alınmaqla əmlak kirayə müqaviləsinin məqsədlərinə uyğun istifadəyə 

yaralı vəziyyətdə təqdim edilməlidir. 

Kirayə  predmetinə  yönəlik  əlavə  tələblər  mütləq  müqavilədə 

razılaşdırılmalıdır.  Hər  bir  halda  kirayə  predmeti  bu  və  ya  digər 

şəkildə onun istifadəsinə mane olan qüsurlardan azad şəkildə təqdim 

olunmalıdır. 

Kirayəyə  verən  kirayəyə  verilmiş  əmlakın  hər  cür  çatışmazlığı 

üçün (çatışmazlıq əmlakdan istifadəyə qismən və ya tamamilə mane 

olmasından asılı olmayaraq) məsuliyyət daşıyır'. Lakin qanunverici 

kirayə  prednietinin  çatışmazlığı  ilə  əlaqədar  kirayəçinin 

məsuliyyətini məhdudlaşdıran qaydalar nəzərdə tutmuşdur. Belə ki, 

a)

 



əgər  kirayəyə  götürülən  əşyanın  müqaviləyə  uyğunsuzluğu 

kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa

b)

 

əgər  kirayəçi  qüsuru  bilə-bilə  müqavilənin  şərtlərinə  uyğun 



gəlməyən  əşyanı  qəbul  edirsə,  kirayəyə  verən  məsuliyyət 

daşımayacaqdır (bax. AR MM, mad.677.2). 

Bununla yanaşı, bir daha vurğulamaq yerinə düşərdi ki, kirayəyə 

verən  qüsurlar  barəsində  qəsdən  susmuşdursa,  o  zaman  kirayəyə 

verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliy- 

‘  Гражданское  право.  Том  И.  Полутом  1:  Учебник  /  Отв.ред.  проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.374. 

120 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

yətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın 

qüvvəsi yoxdur (bax. AR MM, mad.677.4). 

İkincisi,  kirayəyə  verilmiş  əşya  əmlak  kirayəsi  müqaviləsi  ilə 

qarantiya  verilmiş  xassələrə  malik  olmalıdır  (bax.  AR  MM, 

mad.676.0.2). Kirayə predmetinin qarantiya verilmiş xassələrə malik 

olması tələbi kirayə müqaviləsinin qüvvədə olduğu müddət ərzində 

aktualdır. Kirayəçi müqavilənin müddəti ərzində kirayə predmetinin 

qarantiya  verilmiş  xassələrə  uyğunluğunu  öz  hesabına  təmin 

etməlidir.  Bu  zaman  kirayə  predmetinin  saxlanması  və  bərpası  ilə 

əlaqədar  xərcləri  ödəməlidir.  Əgər  bu  xərclər  kirayəçi  tərəfindən 

həyata  keçirilmişdirsə,  o  zaman  AR  MM-in  680.1  -ci  maddəsində 

müəyyən  olunmuş  qaydaya  əsasən,  çəkilən  zəruri  xərclərin  əvəzi 

kirayəçiyə  ödənilməlidir.  Qanunverici  əvəzi  ödənilən  xərclərə 

aşağıdakıları  aid  edir;  binaların,  qurğuların  və  ya  nəqliyyat 

vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 

heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 

Üçüncüsü,  kirayəyə  verənin  qeyd  olunan  vəzifəsi  yaşayış 

otaqlarına münasibətdə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yaşayış 

otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə 

elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və 

sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi 

ilə bağlı olmasın (bax. AR MM, mad.676.0.4). 

Dördüncüsü, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları 

kirayəyə  verilmiş  əşyanın  müqavilədə  nəzərdə  tutulan  istifadəsinə 

mane olmamalı və ya bu istifadəni istisna etməməlidir (bax. AR MM, 

mad.676.0.3). Üçüncü şəxslərin hüquqları dedikdə, əsasən, kirayəyə 

verilən əmlakla əlaqədar mövcud olan əşya hüquqları nəzərdə tutulur. 

Bura girov, ipoteka, servitut, uzufrukt, tikintiyə vərəsəlik hüququ və 

s. aiddir. 

Kirayəyə  verən  üçüncü  şəxslərin  hüquqları  haqqında  kirayəçini 

məlumatlandırmalıdır. Qeyd etmək lazımdır ki, əmlakın ki 



121 


Rüfət Göyüşov 

rayəyə verilməsi üçüncü şəxslərin hüquqlarına xitam verilməsi üçün 

əsas  deyildir.  Bu  hüquqlar  əmlak  kirayəyə  verildikdən  sonra  da 

qüvvəsini saxlayır. 

Beşincisi,  kirayəyə  verilmiş  əşya  ilə  bağlı  yüklülükləri,  dövlət 

vergilərini  və  yerli  vergiləri,  ayrı  razılaşma  olmadıqda,  kirayəyə 

verən ödəməlidir. 

Altıncısı, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra 

kirayəyə  verən  hər  hansı  müddət  üçün  qabaqcadan  verilmiş  kirayə 

haqqını qaytarmalıdır (bax. AR MM, mad.697.3). 



Kirayəçinin  hüquqları.  Kirayəçinin  qanunvericilikdə  nəzərdə 

tutulan hüquqlarını aşağıda göstərilən istiqamətlərdə qruplaşdırmaq 

olar: 

-

 



kirayə predmetinin müqaviləyə uyğun gəlməməsi ilə əlaqədar 

kirayəçinin hüquqları; 

-

 

kirayə  müqaviləsinin  ləğv  edilməsi  və  davam  etdirilməsi  ilə 



əlaqədar hüquqları; 

-

 



etiraz və şikayət vermə hüquqları; 

-

 



əlavə etdiyi qurğuları götürmək hüququ

-

 



kirayə predmetini əldə etməkdə üstünlük hüquqları; 

-

 



kirayəyə verənin icazəsi ilə kirayə predmetini üçüncü şəxslərin 

istifadəsinə vermək hüququ

-

 

kirayəçinin müqavilədən irəli gələn hüquqlarını müdafiə etmək 



məqsədilə  əşya  hüquqi  müdafiə  üsullarından  istifadə  edə  bilməsi 

hüququ. 


Kirayə  predmetinin  müqaviləyə  uyğun  gəlməməsi  ilə  əlaqədar 

kirayəçinin hüquqları AR MM-in 677-ci maddəsində göstərilmişdir. 

Həmin normaya əsasən: 

birincisi, əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv 

olarsa  və  ya  onun  müqavilə  üzrə  müəyyənləşdirilmiş  istifadəyə 

yararhhğı azalarsa, əşyanın yararhhğmm itdiyi müddət 

122 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə