Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə41/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   162

Rüfət Göyüşov 

Kirayəyə verən əvvəlki otağın əvəzinə münasib yaşayış otağının 

məqbul  şərtlərlə  verilməsini  təşkil  etməklə  ağır  nəticələri  aradan 

qaldıra bilər. Bununla da kirayəyə verən kirayəçinin şikayət vermək 

hüququnun qarşısını almış olacaqdır. 

Əgər  razılıq  əldə  edilmirsə,  kirayə  hüquq  münasibətlərinin 

davam  etdirilməsi  və  kirayə  müddəti  haqqında,  habelə  kirayənin 

davam etdirilməsi şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul 

edilir (bax. AR MM, mad.696.3). 

Qanunverici 

kirayəçinin 

qeyd 


olunan 

hüquqlarını 

məhdudlaşdıran  qaydalar  nəzərdə  tutmuşdur.  AR  MM-in  696.4-cü 

maddəsinə  əsasən,  aşağıdakı  hallarda  kirayəçi  kirayə  hüquq 

münasibətlərinin davam etdirilməsini tələb edə bilməz: 

- əgər o, (yəni kirayəçi özü) hüquq münasibətlərinin ləğvinə dair 

bildiriş vermişdirsə; 

-  əgər  kirayəyə  verənə  müəyyənləşdirilmiş  xəbərdarlıq 

müddətlərini gözləmədən hüquq münasibətlərini ləğv etmək hüququ 

verən hər hansı əsas varsa. 



Kirayəçinin  əşyaya  əlavə  etdiyi  qurğunu  götürmək  hüququ 

vardır.  Yaşayış  otağı  kirayəçisinin  qurğunu  götürmək  hüququnu 

istisna edən razılaşmanın qüvvəsi yoxdur (bax. AR MM, mad.681). 



Kirayəyə  verənin  kirayə  predmetini  əldə  etməkdə  üstünlük 

hüququ vardır. AR MM-in 699.3-cu maddəsinə əsasən, əgər kirayəyə 

verilən  əşya  yaşayış  otağıdırsa  və  kirayəçiyə  verildikdən  sonra 

kirayəyə verən tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı 

üçüncü  şəxsə  satılırsa,  kirayəçi  satın  almaqda  üstünlük  hüququna 

malikdir. 

Kirayəçi  kirayəyə  verənin  icazəsi  ilə  kirayə  predmetini  üçüncü 

şəxslərin istifadəsinə verə bilər. Bununla yanaşı, AR MM- in 683.2-ci 

maddəsində müəyyən olunmuş qaydaya görə, əgər kirayə müqaviləsi 

bağlandıqdan  sonra  yaşayış  otağı  kirayəçisinin  həmin  otağın  bir 

hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı 

vardırsa, bunun üçün kirayəyə 

126 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

verəndən  icazə  almaq  hüququna  malikdir,  bu  şərtlə  ki,  obyektiv 

baxıldıqda  üçüncü  şəxs  icazədən  imtina  üçün  mühüm  əsaslar 

verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə 

verənin  bu  cür  ikinci  əldən  kirayəyə  adətən  yol  verdiyi  ehtimal 

edilsin. 



Kirayəçi  əşya  hüquqi  müdafiə  üsullarından  istifadə  edə  bilər. 

Kirayəyə  verən  kirayə  müqaviləsini  xəbərdarlıq  müddətini 

gözləmədən ləğv edə bildiyi  hallarda, kirayəçi  AR MM-in  685.1-ci 

maddəsində  nəzərdə  tutulan  qaydada  müqavilənin  ləğvinə  dair 

bildiriş vermək əvəzinə neqator iddiası qaldıra bilər. 

AR  MM-in  699.4-cü  maddəsinə  əsasən,  əgər  üçüncü  şəxslərin 

hüquqları  və  iddiaları  müqaviləyə  uyğun  istifadəyə  mane  olursa, 

kirayəçi  bu  hüquqların  və  iddiaların  həyata  keçirilməsinin  qadağan 

olunmasını tələb etmək hüququna malikdir. 

Kirayəyə  verənin  hüquqları.  Kirayə müqaviləsi üzrə kirayəyə 

verənin hüquqlarını aşağıdakı kimi qruplaşdırmaq olar: 

-

 

kirayə haqqının vaxth-vaxtmda ödənilməsini tələb etmək; 



-

 

kirayəyə verən öz öhdəliklərini icra etməsi üçün bir aylıq əmlak 



kirayəsi  haqqının  iki  mislindən  çox  olmamaq  şərti  ilə  təminat 

verilməsini tələb edə bilər (bax. AR MM, mad.688.2); 

-

 

kirayəyə  verənin  girov  hüququ  vardır.  AR  MM-in  698.1-  ci 



maddəsində  nəzərdə  tutulmuş  qaydaya  əsasən,  hər  hansı  torpaq 

sahəsini  və  ya  hər  hansı  otaqları  kirayəyə  verən  kirayə  hüquq 

münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq 

sahəsində  və  ya  həmin  otaqlarda  olan  əşyalarının  girov  qoyulması 

hüququna malikdir. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil 

edilmir.  Kirayəyə  verən  onun  girov  hüququnun  şamil  edildiyi 

əşyaların  aparılmasına  məhkəməyə  müraciət  etmədən  də  mane  ola 

bilər və əgər kirayəçi torpaq sahəsini və  ya otağı boşaldırsa, həmin 

əşyalara sahibliyə başlaya bilər. 

127 



Rüfət Göyüşov 

-

 



kirayəyə  verən  xəbərdarlıq  müddətini  gözləmədən  aşağıdakı 

hallarda müqaviləni ləğv edə bilər

a)

 

kirayəçi  və  ya  onun  kirayəyə  götürdüyü  əşyanı  istifadəyə 



verdiyi  hər  hansı  digər  şəxs  kirayəyə  verənin  xəbərdarlığına 

baxmayaraq,  müqaviləyə  uyğun  olmayan  və  kirayəyə  verənin 

hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə

b)

 



əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və 

ya  təhlükəyə  məruz  qoyursa,  bununla  da  özünün  vicdanlı  kirayəçi 

vəzifələrini pozursa (bax. AR MM, mad.685.1); 

c)

 



kirayəçi  iki  ardıcıl  müddət  üçün  kirayə  haqqının  və  ya  onun 

xeyli  hissəsinin  ödənilməsini  gecikdirdikdə  (bax.  AR  MM, 

mad.685.2.1); 

d)

 



ikidən  çox  müddət  üçün  iki  aylıq  əmlak  kirayəsi  haqqının 

məbləğinə  çatan  məbləğdə  əmlak  kirayəsi  haqqının  ödənilməsini 

gecikdirdikdə (bax. AR MM, mad.685.2.2). 

Kirayəçinin vəzifələri. Kirayə müqaviləsi üzrə kirayəçinin 

vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 

-

 

kirayəçi  kirayəyə  verənə  kirayə  haqqı  ödəməlidir  (bax.  AR 



MM, mad.675); 

-

 



kirayə  predmetindən  təyinatı  üzrə  istifadə  etməyə  və  onun 

saxlanmasını təmin etməyə borcludur

-

 

otaqların  kirayəçisi  obyektiv  baxıldıqda  kirayəyə  götürülmüş 



otaqlara təsirlə ya bağlı olmayan, ya da əhəmiyyətsiz dərəcədə bağlı 

olan  tədbirlərin  kirayəyə  verən  tərəfindən  həyata  keçirilməsinə  yol 

verməlidir (bax. AR MM, mad.678.1); 

-

 



kirayəyə  verənin  icazəsi  olmadan  kirayəçinin  kirayəyə 

götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan 

üçüncü  şəxsin  istifadəsinə  vermək,  o  cümlədən  əşyanı  ikinci  əldən 

kirayəyə vermək hüququ yoxdur (bax. AR MM, mad.683.1); 

-

 

istifadə  hər  hansı  üçüncü  şəxsə  verilərkən  kirayəçi,  hətta 



kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü 

şəxsin  istifadə  zamanı  əmələ  gələn  təqsiri  üçün  məsuliyyət  daşıyır 

(bax. AR MM, mad.683.3); 

128 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə