Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə49/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   162

Rüfət Göyüşov 

-

 



öhdəlikləri üzrə tutmanın yönəldiyi yaşayış sahələri satıldıqdan 

sonra  bu  yaşayış  sahələrini  itirmiş  şəxslərlə  hesablaşmalar  başa 

çatanadək olan müddət

-

 



vətəndaşların yeganə yaşayış sahələri Mənzil Məcəlləsi, digər 

qanunlarla  müəyyən  edilmiş  qaydada  fövqəladə  hallar  nəticəsində 

yaşamaq  üçün  yararsız  hala  düşdükdə,  həmin  vətəndaşlarla 

hesablaşmalar  başa  çatanadək  olan  müddət  və  ya  bu  Məcəllədə 

nəzərdə tutulmuş hallarda və qaydada həmin vətəndaşlara dövlət və 

ya  bələdiyyə  mənzil  fondundan  yaşayış  sahələrinin  verilməsinədək 

olan müddət; 

-

 



qanunvericiliklə müəyyən edilmiş müddət. 

Müddətin bitməsi Manevr yaşayış fondu yaşayış sahəsinin kirayə 

müqaviləsinə xitam verilməsi üçün əsasdır. 

150 



VI fəsil. İcarə müqaviləsi 

VI

 

FƏSİL. İcarə müqaviləsi 

6.1.

 

İcarə müqaviləsinin anlayışı 

İcarə  müqaviləsinin  anlayışı  AR  Mülki  Məcəlləsinin  700-  cü 

maddəsində  aşağıdakı  kimi  verilmişdir:  "İcarə  müqaviləsi  əmlak 

kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə 

verən)  kirayəçiyə  (icarəçiyə)  icarəyə  götürdüyü  obyektdən  və  ya 

hüquqdan  istifadə  ilə  yanaşı  bəhərdən  istifadə  etmək  və  gəlir 

götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş 

icarə haqqı ödəməyə borcludur". 

İcarə müqaviləsi kirayə müqaviləsinin növlərindən biri olmaqla 

əsas  məqsədi  əmlakın  müvəqqəti  istifadəyə  verilməsini  təmin 

etməkdən  ibarətdir.  Bu  hər  iki  tərəfin  marağındadır.  Kirayə 

müqaviləsindən  fərqli  olaraq  icarəçi  icarəyə  götürdüyü  əmlakdan 

istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ 

ilə təmin olunmuşdur. Odur ki, icarə predmeti qismində əsasən bəhər 

verə  bilən  predmet-  lər  çıxış  etməlidir.  Məsələn,  torpaq  sahələri, 

müəssisələr, qurğular və s. 

Bizim qanunvericilikdə bu qayda xüsusi olaraq əksini tapmasa da 

icarə və kirayəni ayrıca müqavilələr kimi nəzərdə tutan Almaniya və 

İsveçrə qanunvericiliklərində icarə predme- tinin bəhər verən bilən 

əşyalar ola bilməsi şərti qeyd olunmuşdur'. 

‘  Гражданское  право  капиталистических  государств  /  Под  ред. 

Е.А.Васильева. М., 1993, с.335. 

151 



Rüfət Göyüşov 

6.2.

 

İcarə müqaviləsinin əlamətləri 

İcarə  müqaviləsi,  kirayədən  fərqli  olaraq,  əşyalardan  təsərrüfat 

məqsədilə  istifadə  imkanlarım  artırır.  Əşyanın  mülkiyyətçi  öz 

əşyasını özgəninkiləşdirməyərək onu digər tərəfin istifadəsinə verir, 

digər tərəf isə həmin əşyadan istifadəyə görə haqq ödəməklə yanaşı, 

istifadə  etdiyi  əşyanın  bəhər  və  gəlir  vermək  imkanlarından 

faydalanaraq müəyyən üstünlüklər əldə edir. 

Hüquqi  təbiətinə  görə  icarə  müqaviləsi  konsensual,  əvəzli, 

qarşılıqlı və ikitərəfli müqavilədir'. 

İcarə müqaviləsi əvəzli xarakterlidir. İcarəçi əşyadan istifadəyə 

görə müəyyənləşdirilmiş  haqq ödəməlidir.  İcarə  haqqı  pul  ilə ifadə 

olunur. İcarə haqqının naturada (məsələn, məhsulun, gəlirin müəyyən 

bir hissəsi) müəyyən olunmasına mane olan qayda yoxdur. "Torpaq 

icarəsi haqqında" AR Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 

qaydaya əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə pul, natura 

və ya qarışıq formalarda müəyyən edilə bilər. 

Məhsulun  və  gəlirin  bir  hissəsinin  icarəyə  verənə  verilməsinin 

icarə  haqqı  ödənişləri  hesabına  aid  edilməlidirmi  sualı  hələ  Roma 

hüquqşünasları arasında mövcud olan diskussiyalardan biri idi. Bəzi 

hüquqşünaslar bu cür hesablaşmaları birgə fəaliyyət göstərən ortaqhq 

münasibətləri kimi qiymətləndirirləri 

Əslində  icarə  münasibətlərinin  əmlakın  istifadəyə  verilməsi  ilə 

əlaqədar digər münasibətlərdən fərqli cəhəti icarəçinin təsərrü- 

‘  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.367, 368. 

-  Умов  В.  Договор  найма  имуществ  по  римскому  праву  и  новейшим 

иностраным законодательствам. М., 1872, с. 118. так же Гражданское право. Том 

II. Полутом 1: Учебник / отв.ред.проф. Е.А.Суханов - М.: Волтере Клувер, 2004, 

стр.376. 

152 



VI fəsil. İcarə müqaviləsi 

fat məqsədləri üçün istifadə etdiyi əşyadan əldə etdiyi gəlir hesabına 

icarə  haqqını  ödəməsində  ifadə  olunur.  Lakin  icarə  haqqı 

məhsuldarlığın  həcmindən  və  ya  gəlirin  miqdarından  asılı 

olmamalıdır.  Belə  ki,  təbiət  hadisələrinin  təsiri  ilə  məhsuldarlığın 

səviyyəsi  hər  zaman  dəyişik  ola  bilər.  Bununla  əlaqədar,  klassik 

Roma hüquqşünaslarının fikirləri maraqlıdır. Onlar hesab edirdilər ki, 

əgər  qarşısıalınmaz  qüvvə  (vis  cui  resisti  non  potest)  nəticəsində 

məhsul məhv olardısa, kirayəçi kirayə haqqını ödəmək vəzifəsindən 

azad  olunurdu.  Yox,  əgər  heç  bir  qarşısıalınmaz  qüvvə  baş 

verməmişdirsə,  məhsulun  olmaması  və  i.a.  nəticəsində  zərər 

icarəçinin  üzərinə  düşürdü.  İcarəyə  götürülmüş  sahədə  məhsulun 

olmaması ilə əlaqədar klassik hüquqşünaslar belə izahat verirdilər ki, 

məhsuldarlıq təsadüfü işdir, bir il qeyri-məhsul- dar, o biri il isə bol 

məhsul  ola  bilər,  ona  görə  də  icarəçinin  icarə  haqqını  ödəməkdə 

çətinlik çəkdiyi qeyri-məhsuldar ildə icarə haqqının azaldılmasına yol 

vermək lazımdır. Əgər sonrakı illər məhsuldar olduqda icarəyə verən 

qeyri-məhsuldar ilə görə icarə haqqını tam almağa haqlıdır'. Bu qayda 

müasir dövrdə də öz praktiki əhəmiyyətini saxlayır. 

İcra  mümkün  olmadıqda,  yəni  icra  edilməmə  tərəflərin  heç 

birinin  cavabdeh  olmadığı  haldan  irəli  gəldikdə,  öhdəliyə  xitam 

verilməsi  şərti  ümumi  qaydada  AR  Mülki  Məcəlləsinin  556.1-ci 

maddəsi  ilə  tənzimlənir.  İcarə  haqqının  tərəflərin  razılaşması  ilə 

müəyyən  olunması  barədə  AR  Mülki  Məcəlləsinin  710-cu 

maddəsinin tələblərindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, 

icarə  haqqının  icarəçi  tərəfindən  icarə  predmetindən  istifadə 

nəticəsində  əldə  etdiyi  gəlir  hesabına  ödənilməsi  şərti  müəyyən 

olunduğu təqdirdə yuxarıda göstərilən qayda bu gün üçün də tətbiq 

oluna biləndir. 

' İ.B.Novitski. Roma Hüququ / (Rus dilindən Azərbaycan dilinə tərcümə) tərcümə 

edən və elmi redaktor İ.Ə.Vəliyev. Bakı; "Adiloğlu" nəşriyyatı, 2006, səh.214. 

153 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə