Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə51/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   162

VI fəsil. İcarə müqaviləsi 

müddəti göstərilməyibsə, o zaman müqavilə qeyri-müəyyən müddətə 

bağlanmış  hesab  olunur.  Bu  halda  AR  Mülki  Məcəlləsinin  704-cü 

maddəsinin tələblərinə əsasən, müqavilənin ləğvinə yalnız altı aylıq 

xəbərdarlıq  müddətini  gözləmək  şərti  ilə  ilin  sonunda  yol  verilir. 

Tərəflərin icarə müqaviləsini qeyri-müəyyən müddətə bağlamaqdan 

imtina etmək hüquqları vardır. 

Qeyri-müəyyən müddətə bağlanmış icarə müqaviləsinin tərəfləri 

müqaviləyə xitam vermək haqqında istəyini digər tərəfə bildirmirsə, o 

zaman  müqavilə  "əbədi  olaraq"  davam  edə  bilər.  Bəzi  müəlliflər 

hesab edirlər ki, müddətin müəyyən olunmaması mülkiyyət hüququ 

üçün  xarakterikdir,  icarə  müqaviləsi  öhdəlik  münasibətlərinə  aid 

olduğu üçün hər zaman müddətli xarakterlidir'. Bununla bərabər bir 

çox əşya hüquqları müddətsiz xarakterlidir. Bir sıra tələb hüquqları 

həmçinin  müddətlə  məhdudlaşdırılmamışdır.  Odur  ki,  "əbədilik" 

yalnız  mülkiyyət  hüquqlarının  əlaməti  deyildir,  o,  subyektiv 

hüquqlara  xitam  verilməsi  əsaslarının  müəyyən  olunmasına 

qanunvericinin hüquqi-texniki yanaşmasını nümayiş etdirirv 

Odur  ki,  qeyri-müəyyən  müddətə  bağlanmış  kirayə  müqaviləsi 

ifadəsi  əvəzinə  müddət  göstərilmədən  bağlanmış  kirayə  müqaviləsi 

ifadəsinin işlədilməsi daha doğru olardı. 

Qanunla icarə müqaviləsi üçün yuxarı müddətlər müəyyən oluna 

bilər. Bu, əsasən, icarə predmetinin xüsusiyyətləri ilə əlaqədar olur. 

Bu  tip  müqavilələrdə,  əgər  müddət  göstərilmirsə  və  tərəflərdən  heç 

biri  qanunla  müəyyən  olunan  vaxta  qədər  müqaviləyə  xitam 

verməzsə,  o  zaman  qanunla  müəyyən  olunan  müddət  bitdikdə 

müqaviləyə  xitam  veriləcəkdir.  Müddəti  qanunla  müəyyən  olunan 

icarə münasibətlərinə misal olaraq, AR Meşə 

'  Гражданское  право  России.  Часть  вторая.  Обязательственное  право;  Курс 

лекций / Под. ред. О.Н.Садикона. М., 1997, с.224. 

^ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с. 179. 

157 



Rüfət Göyüşov 

Məcəlləsinin  22-ci  maddəsində  müəyyən  olunmuş  qaydam 

göstərmək  olar.  Həmin  qaydalara  əsasən,  meşə  bitkiləri  ilə  örtülü 

olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə 

təyinatı  üzrə  meşə  istifadəçisinə  (icarəçi)  icarə  müqavilə  əsasında 

müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən 

on ilədək verilə bilər. 

İcarə  müqaviləsinin  qiyməti  icarə  müqaviləsinin  müddəti  kimi 

müqavilənin  mühüm  şərtləri  sırasına  aid  deyildir'.  İcarə 

müqaviləsinin qiyməti icarə dövründə tərəflərin razılığı ilə mövsüm 

şərtlərindən,  icarə  predmetinin  istifadəyə  yararlığından  və  digər 

səbəblərin təsiri altında dəyişdirilə bilər. 



İcarə müqaviləsinin məzmunu. İcarə müqaviləsi əmlak kirayəsi 

müqaviləsi  olduğu  üçün  kirayə  müqaviləsinin  məzmununda  əksini 

tapan  kirayəyə  verənin  və  kirayəçinin  hüquq  və  vəzifələri  icarə 

müqaviləsi üçün eyni şəkildə tətbiq olunur. Odur ki, bu hissədə AR 

Mülki Məcəlləsinin 34-cü fəslinin 1-ci paraqrafmda bilavasitə icarə 

münasibətlərini  tənzimləyən  normalarda  nəzərdə  tutulan  icarəçinin 

hüquq  və  vəzifələri  sadalanacaqdır.  İcarəyə  verənin  və  icarəçinin 

icarə müqaviləsinin ayrı-ayrı növləri ilə əlaqədar hüquq və vəzifələri 

müvafiq paraqraflarda izah olunacaqdır. 

İcarəyə verənin hüquq və vəzifələrinə aşağıdakıları əlavə etmək 

olar: 

-

 



icarəlik  əşya  (icarə  obyekti),  o  cümlədən  torpaq  sahəsi  və  ya 

müəssisə  öz  ləvazimatı  ilə  birlikdə  icarəyə  verilir  (bax.  AR  MM, 

mad.701.1); 

-

 



əgər  müqavilənin  iştirakçıları  qiymətləndirmə  dəyəri  üzrə 

ləvazimatın  verilməsi  şərtini  qoymurlarsa,  icarəyə  verən  bütün 

ləvazimatı olduğu şəkildə saxlamalıdır; 

' Гражданское право: Учебник / Под. ред. Л.П.Сергеева, К).К.Толстого. Том 

2. М.: Проспект, 2003, с. 178. 

158 



VI fəsil. İcarə müqaviləsi 

-

 



icarəyə  verən  icarəçinin  cavabdeh  olmadığı  hər  hansı  hallar 

nəticəsində  sıradan  çıxan  ləvazimat  obyektlərini  əvəz  etməyə 

borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi 

sıradan  çıxmasının  yerini  doldurmağa  təsərrüfatın  lazımınca 

aparılmasına uyğun gələn dərəcədə borcludur

-

 



əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra 

icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin 

saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik 

icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə 

biləcəyi  icarə  faydaları  hissəsinə  uyğun  olan  hissənin  verilməsini 

tələb  edə  bilər.  Digər  zərərin  əvəzinin  ödənilməsi  barədə  iddia  da 

istisna edilmir (bax. AR MM, mad.705). 

Hüquqları: 

-

 

icarə  predmeti  icarəyə  verənə  qaytarılarkən  icarəyə  verən 



icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına 

görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq 

qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; 

imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə 

keçir (bax. AR MM, mad. 701.2.4); 

İcarəçinin hüquq və vəzifələrinə  aşağıdakıları  əlavə etmək olar. 

İcarəçinin  burada  göstərilən  hüquq  və  vəzifələri  icarəçinin  icarəyə 

xitam  verildikdən  sonra  bu  ləvazimatı  onun  qiymətləndirmə  dəyəri 

üzrə  qaytarmaq  öhdəliyini  götürməsi  ilə  əlaqədardır.  Bu  halda 

aşağıdakı qaydalar tətbiq olunur. 

-

 

ləvazimatın  təsadüfən  məhv  olması  və  təsadüfən  pisləşməsi 



riski icarəçinin üzərinə düşür (bax. AR MM, mad.701.2.1); 

-

 



icarəçi  ləvazimat  obyektlərinə  dair  təsərrüfatın  lazımınca 

aparılması  çərçivəsində  sərəncam  verə  bilər  (bax.  AR  MM, 

mad.701.2.2); 

-

 



icarəçi  ləvazimatı  təsərrüfatın  lazımınca  aparılmasına  uyğun 

gələn  vəziyyətdə  saxlamalı  və  uyğun  gələn  həcmdə  daim  əvəz 

etməlidir.  Onun  əldə  etdiyi  obyektlər  ləvazimata  birləşdirildikdən 

sonra icarəyə verənin mülkiyyəti olur (bax. AR MM, mad.701.2.3); 

159 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə