Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə54/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   162

Rüfət Göyüşov 

hərrac  iştirakçılarının  biletləri,  protokol,  hərrac  və  ya  müsabiqə 

qalibinə  verilən  şəhadətnamə  və  s.)  nümunələri  təşkilatçı  - 

Azərbaycan  Respublikasının  Dövlət  Torpaq  və  Xəritəçəkmə 

Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur. 

Torpaq  icarəsi  müqaviləsinə  yönəlik  tələblər  və  torpaq 

icarəsi  müqaviləsinin  forması.  Qanunvericinin  tələbinə  əsasən, 

icarə  müqaviləsi  üzrə  hüquq  münasibətlərinə  girməzdən  əvvəl 

icarəyəve-  rən  və  icarəçi  icarəyə  verilən  torpağın  təsvirini  birlikdə 

tərtib  etməlidirlər.  Təsvirdə  torpağın  həcmi,  habelə  verildiyi  an 

olduğu  vəziyyət  göstərilir.  Təsvir  hüquq  münasibətlərinə  xitam 

verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi 

qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır (bax. AR 

MM, mad.707.1). 

Müqavilə  iştirakçılarından  biri  təsvirin  tərtibində  iştirakdan 

imtina  etdikdə  və  ya  tərtib  zamanı  mühüm  ixtilaflar  yarandıqda 

müqavilənin  istənilən  iştirakçısı  tələb  edə  bilər  ki,  təsvir  ekspert 

tərəfindən  tərtib  edilsin,  amma  torpağın  icarəyə  verildiyi  vaxtdan 

doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi 

vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda 

tərəflərdən  birinin  iddiası  üzrə  ekspert  məhkəmənin  qərarı  ilə 

məcburi  qaydada  təyin  edilə  bilər.  Bununla  əlaqədar  əmələ  gələn 

xərcləri  müqavilənin  hər  iki  iştirakçısı  yarıbayarı  çəkir  (bax.  AR 

MM, mad. 707.2). 

İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi 

ilə  tənzimlənir.  "Torpaq  icarəsi  haqqında"  AR  Qanununun  11-ci 

maddəsində müəyyən olunan qaydaya görə, torpaq icarəsi müqaviləsi 

Azərbaycan  Respublikasının  torpaq  qanunvericiliyinə  uyğun  tərtib 

olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: 

-  icarəyəverən  və  icarəçinin  adları,  hüquqi  ünvanları,  digər 

rekvizitləri, onların hüquq və vəzifələri

166 



VI fəsil. İcarə müqaviləsi 

-

 



torpaq  sahəsinin  ölçüsü,  keyfiyyət  kateqoriyası,  sərhədləri  və 

təyinatı barədə məlumatlar

-

 

icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və 



ödənilmə qaydaları; 

-

 



torpaqların 

istifadəsi, 

mühafizəsi 

və 


keyfiyyətinin 

yaxşılaşdırılması şərtləri

-

 

müqavilənin  dəyişdirilməsi,  uzadılması,  vaxtından  əvvəl  ləğv 



edilməsi və xitamı qaydası; 

-

 



müqavilənin  şərtlərinin  pozulması  ilə  bağlı  tərəflərin 

məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. 

Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın 

alınması,  torpaq  və  mülki  qanunvericiliklə  müəyyən  edilmiş  digər 

şərtlər də nəzərdə tutula bilər. 

Qanunvericinin  tələbinə  əsasən,  xüsusi  mülkiyyətdə  olan 

torpaqların  bilavasitə  icarəyə  verilməsi  icarəyəverən  və  icarəçi 

arasında bağlanmış və  notarial  qaydada  təsdiq  edilmiş  müqavilə 



əsasında  həyata  keçirilir  (bax.  "Torpaq  icarəsi  haqqında"  AR 

Qanunu,  mad.  10  və  AR  Torpaq  Məcəlləsi,  mad.56.9).  Dövlət  və 

bələdiyyə  torpaqlarının  icarəyə  verilməsi  müqaviləsi  icarəyəverən 

(müvafiq dövlət və bələdiyyə orqanı) və icarəçi (dövlət torpaqlarının 

bilavasitə  icarəyə  verilməsi  barədə  qərarda  göstərilən  şəxs  və  ya 

müsabiqəni  və  hərracın  qalibi  olan  şəxs)  arasında  bağlanır. 

Qanunverici  bu  müqavilənin  notariat  qaydasında  təsdiq  olunmasını 

tələb etmir. 

Torpaq  sahəsi  üzərində  müddəti  on  bir  aydan  çox  olan  icarə 

hüququ  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  daşınmaz 

əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır (bax. "Torpaq 

icarəsi haqqında" AR Qanunu, mad. 12). 

AR  Torpaq  Məcəlləsinin  67-ci  maddəsində  müəyyən  olunan 

qaydaya  əsasən,  torpaq  üzərində  hüquqların  dövlət  qeydiyyatı 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət 

reyestrində aparılır. 



167 


Rüfot Göyüşov 

Torpaq  icarəsi  müqaviləsinin  məzmunu.  Müqavilənin 

məzmunu  tərəflərin  hüquq  və  vəzifələrində  ifadə  olunur. 

Qanunvericilikdə torpaq icarəsi müqaviləsi üzrə tərəflərin hüquq və 

vəzifələri aşağıdakı kimi müəyyən olunmuşdur: 

Torpaq sahəsini icarəyə verən qanunvericilikdə nəzərdə tutulmuş 

digər  hüquqlarla  yanaşı,  aşağıdakı  hüquqlara  da  malikdir  (bax. 

"Torpaq icarəsi haqqında" AR Qanunu, mad. 19): 

-

 



icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və 

icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək; 

-

 

icarəyə  verilmiş  torpaq  sahələrinin  istifadəsi,  keyfiyyətinin 



yaxşılaşdırılması,  qorunması  və  mühafizəsi  barədə  icarəçilərdən 

məlumatlar almaq; 

-

 

icarə  müqaviləsinin  dəyişdirilməsi,  vaxtından  əvvəl  ləğv 



edilməsi,  dayandırılması  və  (bələdiyyə  torpaqlarına  dair  müqavilə 

istisna olmaqla) uzadılması barədə təkliflər vermək

-

 

icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş 



zərərin əvəzinin ödənilməsini tələb etmək

-

 



icarəyə  verilmiş  torpaqlarda  icarəyə  verənin  razılığı  olmadan 

tikilmiş  və  quraşdırılmış  binaların,  qurğuların  sökülməsini  tələb 

etmək (bax. "Torpaq icarəsi haqqında" AR Qanunu, mad.19); 

-

 



torpaq  icarəsi  müqaviləsi  üzrə  hüquq  münasibətlərindən  irəli 

gələn  tələblərə  görə  icarəyəverən  icarəçinin  icarəyə  götürülmüş 

torpaqda  qurulmuş  əşyalarına,  habelə  icarəyə  götürülmüş  əşyanın 

bəhərinə girov hüququna malikdir

-

 

icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç 



aydan çox gecikdirdikdə də, icarəyəverən müqaviləni dərhal ləğv edə 

bilər.  Əgər  icarə  haqqı  bir  ildən  az  müddət  üçün  tutulursa, 

müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə 

haqqını  və  ya  onun  mühüm  hissəsini  ödəmədiyi  halda  yol  verilir 

(bax. AR Mülki Məcəlləsi, mad.719.7). 

168 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə