Rüfət Göyüşov
-
icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı
icarəyə verənə qaytarmalıdır (bax. AR MM, mad. 701.2.4);
-
əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi
qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla
kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam
verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir (bax.
AR MM, mad.701.2.5).
6.3.
İcarə müqaviləsinin növləri
İcarə obyektlərindən çıxış edərək icarə müqaviləsinin aşağıdakı
növlərini fərqləndirmək olar:
-
torpaq
icarəsi müqaviləsi;
-
binaların icarəsi
müqaviləsi;
-
daşmar əşyaların
icarəsi müqaviləsi;
-
hüquqların icarəsi müqaviləsi;
-- müəssisələrin icarəsi müqaviləsi.
6.4.
Torpaq icarəsi müqaviləsi
Torpaq icarəsi müqaviləsi AR Mülki Məcəlləsinin 34-cü fəslinin
2-ci paraqrafınm normaları ilə yanaşı, AR Torpaq Məcəlləsi (13, 15
və 17-ci fəslinin normaları), AR Meşə Məcəlləsi (2 və 5-ci fəslinin
normaları) "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında" AR
Qanunları ilə tənzimlənir.
"Torpaq icarəsi haqqında" AR Qanunun 1-ci maddəsində torpaq
icarəsinə anlayış verilərək qeyd olunur ki, torpaq icarəsi müqavilə
əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Bu
anlayışı AR MM-in 700.1-ci maddəsində icarə müqaviləsinə verilən
anlayışla ümumiləşdirsək torpaq icarəsi
160
VI fəsil. İcarə
müqaviləsi
müqaviləsinə belə tərif vermək olar; torpaq icarəsi müqaviləsi əmlak
kirayəsi müqaviləsi olub, əvəzi ödənilməklə torpaqdan müddətli
istifadə etməklə yanaşı, icarəçini bəhərdən istifadə etmək və gəlir
götürmək hüququ ilə təmin edir.
Torpaq icarəsi müqaviləsi digər kirayə münasibətləri kimi
konsensual, əvəzli və qarşılıqlıdır.
Torpaq icarəsi müqaviləsinin elementləri. Müqavilənin pred-
meti qismində AR Mülki Məcəlləsinin 706.1-ci maddəsində
göstərildiyi kimi, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün
kateqoriyalara aid torpaqlar çıxış edir.
İcarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə
torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və
fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş
qaydada, icarə əsasında verilir.
Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə
bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı
qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat,
rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin
yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi
də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının
torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların
təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sı- naq,
baytarlıq, fıtosanitar nəzarəti xidmətlərinin, toxumçuluq və damazlıq
müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı
torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya
dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar; Digər dövlət
torpaqlarının icarəyə verilməsi Azərbaycan Respub-' likasının Torpaq
Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir (bax. "Torpaq
icarəsi haqqında" AR Qanunu, mad.5).
Dövlət torpaqları icarəyə verilərkən onların hüquqi statusu,
rejimi, məqsədli təyinatı nəzərə alınır. Dövlət torpaqlarının isti
161
Rüfət Göyüşov
fadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq
qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir.
Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə
bilər; ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində
olan torpaqlar.
Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətlərində olan torpaqlar
mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada
icarəyə verilə bilər.
Torpaq icarəsi müqaviləsinin tərəfləri kimi icarəyə verən və
icarəçi çıxış edir. Torpaq üzərində icarə münasibətlərinin subyektləri
Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının
hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və
təşkilatlar, habelə xarici dövlətlərdir.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti
orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini
qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata
keçirirlər.
Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ
mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur.
Torpaq
icarəçisi qismində Azərbaycan Respublikasının
vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar,
habelə xarici dövlətlər ola bilərlər (bax. "Torpaq icarəsi haqqında"
AR Qanunu, mad.21).
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər,
beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər icarə
münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə
bilərlər (bax. "Torpaq icarəsi haqqında" AR Qanunu, mad.8).
162