Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə55/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   162

VI fəsil. İcarə müqaviləsi 

Torpaq sahəsini icarəyə verən qanunvericilikdə nəzərdə tutulmuş 

digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələrə malikdir (bax. "Torpaq 

icarəsi haqqında" AR Qanunu, mad.20): 

-

 

icarəyə  verilən  torpaq  sahəsini  icarə  müqaviləsi  və  torpaq 



qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək; 

-

 



icarəyə  verilmiş  dövlət  mülkiyyətində  olan  torpaq  sahəsi 

özəlləşdirilərkən,  bu  sahənin  satın  alınmasını  ilk  növbədə  icarəçiyə 

təklif etmək; 

-

 



icarə  müqaviləsinin  şərtlərinə  əməl  etmək,  müqavilənin 

müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, 

müqavilədə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  onun  razılığı  ilə 

icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək 

(bax. "Torpaq icarəsi haqqında" AR Qanunu, mad. 20); 

-

 



icarəyəverən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə 

yararlı  vəziyyətdə  verməli  və  bütün  icarə  müddətində  onu  həmin 

vəziyyətdə saxlamalıdır, bir şərtlə ki,  bu vəzifə icarəçinin öhdəsinə 

qoyulmasın (bax. AR MM, mad.708.1); 

-

 

icarə  müqaviləsində  ayrı  şərtlər  nəzərdə  tutulmamışdırsa, 



icarəyə  verilən  torpağın  yüklülüklərini  və  ondan  tutulan  vergiləri 

torpaq  və  vergi  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada 

torpaq mülkiyyətçisi ödəməlidir (bax. AR MM, mad.709). 

-

 



icarəyəverən icarəyə verilmiş əşyanın saxlanması və ya bərpası 

üçün  icarəçinin  çəkdiyi  zəruri  xərclərin  əvəzini  ona  ödəməyə 

borcludur  (bax.  AR  Mülki  Məcəlləsi,  mad.714.1).  Əvəzi  ödənilən 

xərclərə istismar, qulluq və təmizləmə xərcləri aid deyildir; 

-

 

torpaq  icarəsi  üzrə  hüquq  münasibətlərinə  xitam  verildikdə 



icarəyəverən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini 

icarə  müddətindən  sonra  artıran  (dəyərin  artımı)  digər  məsrəflərin 

əvəzini də icarəçiyə ödəməlidir (bax. AR MM, mad.714.2); 

169 



Rüfət Göyüşov 

-

 



əgər  torpaq  icarəsi  müqaviləsi  üzrə  hüquq  münasibətlərinə 

icarənin  hər  hansı  ili  ərzində  xitam  verilirsə,  icarəyə  verən  hələ 

yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə 

icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə 

ödəməlidir.  Bu  zaman  məhsulla  bağlı  risk  ağlabatan  şəkildə  nəzərə 

alınmalıdır (bax. AR MM, mad.722.2). 

Torpaq  sahəsinin  icarəçisi  qanunvericilikdə  nəzərdə  tutulmuş 

digər hüquqlarla yanaşı, aşağıdakı hüquqlara malikdir (bax. "Torpaq 

icarəsi haqqında" AR Qanunu, mad.22): 

-

 



torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə 

sərbəst istifadə etmək

-

 

icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə 



verildiyi  halda  həmin  obyektə  qoyulmuş  investisiyanı  icarəyə 

verəndən tələb etmək

-

 

icarə  müqaviləsinin  uzadılması  üçün  icarəyə  verənə  təklif 



vermək; 

-

 



icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində 

torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və 

avadanlıqlar quraşdırmaq; 

-

 



icarəyə  götürülmüş  torpağın  keyfiyyətinin  təbii  proseslər 

nəticəsində  pisləşdiyi  halda  icarə  haqqının  azaldılmasını  icarəyə 

verəndən tələb etmək; 

-

 



dövlət  mülkiyyətində  olan  torpaq  sahəsi  özəlləşdirildiyi  halda 

həmin  sahənin  ilk  növbədə  ona  təklif  edilməsini  icarəyəve-  rəndən 

tələb etmək; 

-

 



qonşu  torpaq  mülkiyyətçilərinin  və  istifadəçilərinin  torpaq 

sahələrinə  torpaq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  servitut 

qoyulmasını tələb etmək; 

-

 



AR  MM-in  720.1-ci  maddəsinə  əsasən,  torpaq  icarəsi 

müqaviləsi  üzrə  icarəçi  icarəyə  verəndən  torpaq  icarəsi  müqaviləsi 

üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda 

tələb edə bilər: 



170 


VI fosil. İcarə müqaviləsi 

a)

 



müəssisənin icarəyə götürüldüyü halda, bu müəssisə icarəçinin 

mövcudluğunun iqtisadi əsasım təşkil etdikdə; 

b)

 

torpaq  sahəsinin  icarəyə  götürüldüyü  halda,  icarəçi  öz 



mövcudluğunun  iqtisadi  əsasım  təşkil  edən  müəssisəsini  həmin 

sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə 

xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarə- yəverənin 

əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə 

bildikdə; 

c)

 



icarəçi  icarəyə  götürdüyü  torpağı  icarəyəverənin  qabaqcadan 

icazəsini  almaqla  üçüncü  şəxslərin  istifadəsinə,  o  cümlədən  ikinci 

əldən icarəyə, həmçinin birgə istifadə üçün torpağı tamamilə və  ya 

qismən hər hansı kənd təsərrüfatı birliyinə verə bilər (bax. AR MM, 

nıad.712.1.1 və 712.1.2); 

Torpaq  sahəsinin  icarəçisi  qanunvericilikdə  nəzərdə  tutulmuş 

digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələrə malikdir (bax. "Torpaq 

icarəsi haqqında" AR Qanunu, mad.23): 

-

 

icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; 



-

 

icarə  müqaviləsinin  şərtlərinə  və  torpaq  qanunvericiliyinin 



tələblərinə riayət etmək

-

 



icarəyə  götürülmüş  kənd  təsərrüfatı  təyinatlı  torpaqların 

mühafizəsi,  keyfiyyətinin  qorunması,  bərpası  və  yaxşılaşdırılması 

üçün müvafiq aqrotexniki tədbirlər görmək; 

-

 



icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa 

çatdıqdan sonra vaxtında geri qaytarmaq; 

-

 

icarəyə  götürülmüş  torpaq  sahəsinə,  ətraf  mühitə  və  əhalinin 



sağlamlığına ziyan vurmamaq

-

 



torpaq  sahəsindən  istifadəyə  görə  icarə  haqqını,  digər  tədiy- 

yələri vaxtında ödəmək; 

-

 

müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra 



icarəçi  icarəyə  götürdüyü  torpağı  təyinatı  üzrə  lazımi  istifadədən 

sonra  qaytarılma  məqamında  uyğun  gəlməli  olduğu  vəziyyətdə 

qaytarmağa borcludur. İcarəçinin icarəyəverənə qarşı 

171 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə