Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə63/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   162

VII fəsil. Əvəzsiz istifadə müqaviləsi 

ququ  və  daşınmaz  əmlaka  digər  hüquqlar,  bu  hüquqların 

məhdudlaşdırılması,  əmələ  gəlməsi,  başqasına  keçməsi  və  xitamı 

dövlət qeydiyyatına alınmalıdır. Odur ki, daşınmaz əmlakla əlaqədar 

bağlanılan  əvəzsiz  istifadə  müqavilələri  yazılı  formada  olmaqla 

notarial  qaydasında  təsdiqlənməli  və  rəsmi  reyestrdə  qeydə 

alınmalıdır. Torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlak 

üzərində yüklülük müəyyən etdiyi üçün, bu haqda informasiya rəsmi 

reyestrdə qeydə alınmaqla həmin torpaq sahəsini əldə etmək istəyən 

bütün  şəxslər  üçün  açıq  olmalıdır.  Rəsmi  reyestrdə  müvafiq  qeyd 

aparılmadıqda, əmlakı  əldə edən şəxs kirayəçinin hüququ ilə  yüklü 

torpaq sahəsini əldə etmiş olacaqdır'. Bu da satıcının alıcıya üçüncü 

şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsinin (bax. AR MM, 

mad.572.1)  icrasının  pozulmasına  və  gələcəkdə  müəyyən 

mübahisələrin yaranmasına səbəb ola bilər. 

Ssuda müqaviləsinin mühüm şərti kimi müqavilənin predme- ti 

və  əvəzsizlik  şərti  çıxış  edir.  Predmet  haqqında  razılaşma  istənilən 

müqavilənin mühüm şərtidir. Müqavilədə əvəzsiz istifadəyə verilən 

əşya haqqında məlumat olmadıqda hesab edilir ki, predmet haqqında 

tərəflər  arasında  razılaşma  əldə  olunmadığı  üçün  müqavilə 

bağlanmamışdır^ 

Əvəzsizlik  şərtinin  müqavilənin  mühüm  şərtlərinə  aid  olması 

məsələsi  isə  mübahisəlidir.  Rus  alimlərindən  A.Y.Kabalkina  hesab 

edir  ki,  əvəzsizlik  müqavilənin  mühüm  şərtləri  sırasına  deyil, 

müəyyənedici  əlamətlərinə  aiddir.  Odur  ki,  əvəzsiz  istifadə 

müqaviləsi çərçivəsində münasibətlərin əvəzsiz olması barədə əlavə 

şərtə ehtiyac yoxdurb 

'  Гражданское  право.  Том  И.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр. 422. 

- Гражданское право; Учебник / Под. ред. А.П.Сергеева, 10.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с. 348. 

■’  Гражданское  право:  Учебник:  4.2.  Обязательственное  право  /  Под  ред. 

В.В.Залесского. М., 1998, с. 214. 

193 



Rüfət Göyüşov 

Digər rus alimlərindən A.A.İvanov bu mövqe ilə razılaşmayaraq 

qeyd  edir  ki,  əvəzli  istifadə  müqaviləsi  -  hüquqi  nonsens  olardı. 

Əvəzsizlik  əlamətinin  müqavilənin  mühüm  şərtləri  sırasına  aid 

edilməsi  əsassız  deyildir  və  müəyyən  praktiki  nəticələr  doğurur. 

Tərəflər müqavilə bağlayarkən əşyanın əvəzsiz istifadəyə verilməsini 

razılaşdırmalıdırlar.  İstifadənin  əvəzsizliyi  müqavilənin  adından  və 

ya  məzmunundan  irəli  gəlməlidir.  Əks  halda  əmlakdan  istifadə 

münasibətləri  əvəzli  qəbul  olunmaqla  icarə  müqaviləsinin 

əlamətlərinə  malik  olacaqdır'.  Xatırladırıq  ki,  icarə  müqaviləsinə 

münasibətdə  icarə  haqqı  müqavilənin  mühüm  şərti  hesab  olunmur. 

İcarə  müqaviləsində  icarə  haqqının  əks  olunmaması  müqavilənin 

əvəzsiz olduğuna dəlalət etmir. 

Bir daha qeyd edirik ki, sonradan müqavilənin etibarsız sayılması 

təhlükəsi  ilə  üzləşməmək  üçün  razılıq  əldə  olunması  vacib  olan 

şərtlər müqavilənin mühüm şərtləri hesab olunur. 

Əvəzsiz  istifadə  müddət  göstərilməklə  və  müddət 

göstərilmədən  bağlanıla  bilər.  Müddət  göstərilmədən  bağlanılan 

əvəzsiz  istifadə  müqaviləsi  qeyri-müəyyən  müddətə  bağlanmış 

müqavilə hesab olunur. Əgər kirayə müddəti göstərilməyibsə, yaxud 

əvəzsiz  istifadə  məqsədlərinə  əsasən  onu  müəyyənləşdirmək 

mümkün  deyilsə,  o  zaman  AR  MM-in  736.3-cü  maddəsində  olan 

qayda tətbiq olunur, yəni ssuda verən əvəzsiz istifadəyə götürülmüş 

əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 

Qanunvericilikdə  bəzi  əmlak  növlərinin  əvəzsiz  istifadəyə 

verilməsinin  yuxarı  həddi  göstərilmişdir.  Misal  üçün,  AR  Meşə 

Məcəlləsinin  26-cı  maddəsində  nəzərdə  tutulmuş  qaydaya  əsasən, 

meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi qaydada həyata keçirilir. 

' Гражданское право; Учебник / Под. ред. Л.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с. 348. 

194 



VII fəsil. Əvəzsiz istifadə müqaviləsi 

Roma hüququnda əvəzsiz istifadə müqaviləsi müddətli müqavilə 

idi.  Əmlakın  müddət  göstərilmədən  müvəqqəti  istifadəyə  verilməsi 

digər  bir  müqavilə  münasibətlərinin  -  prekari  (preca-  rium)' 

yaranmasına  səbəb  olur.  Onun  əsasında  əmlak  üzərində  tam  olaraq 

mülkiyyətçinin  iradəsindən  asılı  olan  prekar  sahiblik  və  istifadə 

hüququ yaranırdı. 

Vaxtı ilə prekari adlanan müqavilə münasibətləri, bizim hüquqi 

reallıqda  müddət  göstərilmədən  bağlanılan  ssuda  müqaviləsi  kimi 

tanınır.  Məsələn,  iki  avtomobili  olan  hər  hansı  şəxs  zərurət 

yarandıqda, onu geri götürmək şərti ilə avtomobillərdən birini digər 

şəxsə  istifadəyə  verirsə,  bu,  qeyri-müəyyən  müddətə  bağlanmış 

əvəzsiz istifadə müqaviləsi olacaqdır^ 

7.2.

 

Əvəzsiz istifadə müqaviləsinin tətbiqi 

dairəsi və onun yaxın müqavilələrdən fərqi 

Əvəzsiz istifadə müqaviləsi sahibkarlıq fəaliyyətinə aid olmayan 

sahələrdə  tətbiq  olunur.  Bu  müqavilə  növünə  daha  çox  insanlar 

arasında məişətdə (şəxs avtomobilini qohumunun əvəzsiz istifadəsinə 

verir),  mədəni-mənəvi  ehtiyacların  ödənilməsində  (kitabxanalar 

tərəfindən  oxuculara  kitabların  təqdim  olunması),  sponsor 

münasibətlərində rast gəlinir^ 

Əvəzsiz  istifadə  müqaviləsi  bütün  əlamətlərinə  görə  əmlakın 

istifadəyə verilməsi ilə əlaqədar yaranan müqavilələr qrupuna aiddir. 

Bu tip müqavilələrdən yeganə fərqi onun əvəzsiz olmasıdır. 

' См.: Римское частное право /Под ред. И.Б.Новицкого и И.С.Перетер- ского. 

М.: Юрист, 2002. стр. 409-410. 

^  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Ю|увер, 2004, стр. 422. 

’  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  0|В.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр. 423. 

195 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə