Rüfət Göyüşov
Əvəzsiz istifadə müqaviləsinin mülki hüququn digər qruplara aid
olan bir neçə müqaviləsi ilə oxşar əlamətləri vardır. Oxşar
müqavilələrdən biri borc müqaviləsidir. Borc müqaviləsi həm əvəzli,
həm də əvəzsiz ola bilər. Hər iki müqavilə üzrə əşya digər tərəfə
verilir və müqavilənin müddəti bitdikdən sonra geri qaytarılır.
Ümumi oxşarlıqla yanaşı, onları fərqləndirən üç əlamət vardır.
Birincisi, borc müqaviləsinin predmeti kimi cinsən müəyyən olunan
əşyalar çıxış etdiyi halda, əvəzsiz istifadə müqaviləsinin predmeti
kimi yalnız fərdən müəyyən olunan əşyalar çıxış edə bilər. İkincisi,
borc müqaviləsi üzrə əşya digər tərəfin mülkiyyətinə verildiyi halda,
əvəzsiz istifadə müqaviləsi üzrə əşya digər tərəfin yalnız sahibliyinə
və istifadəsinə verilir və əşyanın mülkiyyətçisi kimi kirayəyə verən
qalır. Üçüncüsü, borc müqaviləsi üzrə müddət bitdikdə borc alan eyni
miqdarda və eyni şəkildə əşyaları qaytarmalı olduğu halda, əvəzsiz
istifadə müqaviləsi üzrə kirayəçi ancaq istifadəyə götürdüyü əşyanı
qaytarır.
Əvəzsiz istifadə müqaviləsi saxlama müqaviləsi ilə oxşar
əlamətlərə malikdir. Hər iki müqavilənin predmeti kimi
mülkiyyətçiyə qaytarılmalı olan fərdən müəyyən olunan əşyalar çıxış
edir. Lakin əgər saxlama müqaviləsində əşya yalnız saxlama üçün
verilirsə, əvəzsiz istifadə müqaviləsi üzrə əşya istifadəyə verilir.
Saxlanmaya verilmiş əşyanın istifadə olunması müqavilənin
pozulması demək olacaqdır.
Əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçinin müqavilənin
predmetinə münasibətdə hüququ müvəqqəti xarakter daşıdığı üçün o,
öhdəlik hüquqi xarakterlidir. Odur ki, əvəzsiz istifadə müqaviləsini
tənzimləyən normalar əmlakın etibarnaməli idarə- çiyə verilməsinə,
torpaqdan daimi istifadə hüquqlarına, meşə sahələri üzərində ümumi
servitutlara tətbiq olunmayacaqdır. Qeyd olunan münasibətlərə mülki
qanunvericiliyin müvafiq əşya hüquqi münasibətlərini tənzimləyən
normaları tətbiq olunacaqdır'.
' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф.
Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр. 424.
196
VII fəsil. Əvəzsiz istifadə müqaviləsi
7.3.
Müqavilənin məzmunu
Əvəzsiz istifadə müqaviləsinin məzmunu tərəflərin hüquq və
vəzifələrində ifadə olunur. Hüquq və vəzifələr isə müqavilənin
növünə, predmetinə (fərdən müəyyən olunan, istehlak olunmayan),
məqsədinə (əmlakın istifadəyə verilməsi), təyinatına (şəxsi istehlak)
və digər əlamətlərinə görə müəyyən olunur. Müqavilənin əvəzsiz
xarakterli olmasına, yəni müqavilədə tək fayda götürən şəxs kimi
kirayəçinin çıxış etməsinə baxmayaraq, qanunverici tərəfləri
qarşılıqlı hüquq və vəzifələrlə təmin etmişdir. Bunlar aşağıdakılardır:
Ssuda (kirayə) verənin vəzifəsi. Ssuda verənin əsas vəzifəsi
ümumi kirayə münasibətlərində olduğu kimi, əşyanı kirayəçinin
istifadəsinə vermək, həm də müqavilə şərtlərinə uyğun olaraq istifadə
üçün yararlı vəziyyətdə təqdim etməkdir. Kirayə müqaviləsində
olduğu kimi, bu müqavilə üzrə ssuda verən müqavilə müddəti ərzində
ssuda alanın əşyadan sərbəst istifadəsinə şərait yaratmalıdır.
Burada ssuda verənin faydalanan tərəf kimi çıxış etməməsi onun
məsuliyyət dərəcəsini (yəni, əşyanı əvəzsiz istifadəyə verən şəxsin
məsuliyyətinin yaranması əsaslarını) adi kirayə müqaviləsi ilə
müqayisədə məhdudlaşdırır. Belə ki, kirayə müqaviləsində kirayəyə
verən kirayəyə verilmiş əşyanın hər cür qüsuru nəticəsində dəyən
zərər üçün məsuliyyət daşıdığı halda əvəzsiz istifadə müqaviləsində
kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud
ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün
məsuliyyət daşıyır (bax. AR MM, mad.677.1.2; 677.1.3; 677.4;
733.1).
Ssuda verənin istifadəyə verilmiş əşyanın qüsurlarına görə
məsuliyyətini istisna edən halları kirayə müqaviləsini tənzimləyən
normalar əsasında aşağıdakı qaydada ümumiləşdirmək olar (bax. AR
MM, mad.677.2):
1)
əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu
kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa;
2)
əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun
gəlməyən əşyanı qəbul edirsə;
3)
əşya istifadəyə götürülərkən əşyaya baxış zamanı bu qüsur
197
Rüfət Göyüşov
müəyyən olmalı idisə ssuda verən istifadəyə verilən əşyanın qüsuru
nəticəsində yaranan zərərə görə məsuliyyət daşımayacaqdır.
Ssuda verənin əsas hüquqlarından biri əvəzsiz istifadə
müqaviləsinə vaxtından qabaq xitam verməsi hüququdur. Onun, bu
hüququ müəyyən şərtlər daxilində həyata keçirilə bilər.
Əvəzsiz istifadə müqaviləsinə aşağıdakı hallarda kirayə
verənin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilə bilər:
1)
əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan
müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını
tələb edə bilər (bax. AR MM, mad.736.2);
2)
kirayəyə verən əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz
hallar nəticəsində ehtiyac duyduqda (bax. AR MM, mad.737);
3)
kirayəçi əşyadan müqavilə şərtlərini pozmaqla istifadə etdikdə
(bax. AR MM, mad.737);
4)
kirayəyə verənin razılığı olmadan əşyanı üçüncü şəxslərin
istifadəsinə verdikdə (bax. AR MM, mad.736.4);
5)
kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya
mühüm təhlükəyə məruz qaldıqda (bax. AR MM, mad.737);
6)
kirayəçinin öldüyü halda (bax. AR MM, mad.737).
Kirayəçinin (ssuda alanın) vəzifələri aşağıdakılardır:
1)
əvəzsiz istifadəyə götürülmüş əşyadan müqavilə şərtlərinə
uyğun istifadə etmək. Belə ki, AR Mülki Məcəlləsinin 735-ci
maddəsinin tələbinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü
əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə
etməsinə icazə verilmir.
2)
kirayəyə verənin icazəsi olmadan kirayəçinin həmin əşyanı
üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur (bax. AR MM,
mad.735);
3)
kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması
və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir (bax. AR MM,
mad.734.1);
4)
kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə
müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa
borcludur (bax. AR MM, mad.736.1).
198
Dostları ilə paylaş: |