VII fəsil. Əvəzsiz istifadə müqaviləsi
VII
FƏSİL. Əvəzsiz istifadə müqaviləsi
7.1.
Əvəzsiz istifadə müqaviləsinin anlayışı
AR Mülki Məcəlləsinin 732-ci maddəsində aşağıdakı kimi
verilmişdir; Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı
kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə
götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı
öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra
etməlidirlər.
Əvəzsiz istifadə (ssuda)' müqaviləsinin tarixi qədimdir. Zəif
inkişaf etmiş maddi mədəniyyətlərdə gündəlik məişətdə ssuda
müqaviləsi alqı-satqı müqaviləsi ilə müqayisədə daha çox işlədilirdi.
Təsadüfü deyil ki, Roma hüququnda ssuda (commonda- tum)
müqaviləsi ən qədim müqavilələrdən birinə aid edilirdi və ona həsr
edilmiş normalar keçən min illər ərzində yalnız cüzi dəyişikliyə
məruz qalmışdır. Bunun üçün bizim Mülki Məcəllənin ssuda
müqaviləsini tənzimləyən normalarının məzmunu ilə Avropa
qanunlarının və Roma hüququnun müvafiq müddəalarının
məzmununu müqayisə etmək kifayətdir. Bu onu təsdiq edir ki,
əvəzsiz istifadə müqaviləsinin müddəaları ilə tənzimlənən sadə
məişət məsələlərinə bir çox ölkələrdə eyni qayda tətbiq olunurh
Ssuda müqaviləsi əvəzsiz xarakterlidir. Məhz bu əlamət bu
müqaviləni kirayə müqaviləsindən fərqləndirən əsas əlamətdir.
Müqavilənin əvəzsiz xarakteri tərəflər arasında vəzifə bölgüsün-
‘ Hüquq ədəbiyyatlarında əvəzsiz istifadə müqaviləsinin ikinci adı kimi ssuda
müqaviləsi terminindən istifadə edilir. Бах.: Гражданское право: Учебник / Под. ред.
А.П.Сергеева, Ю.К.Толстого. Том 2. М.: Проспект, 2003, səh.342; Гражданское
право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф. Е.А.Суханов - М.: Волтере
Ю
1
увер, 2004, səh.419 vəs.
- Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том
2. М.: Проспект, 2003, с.342.
187
Rüfət Göyüşov
də və kirayəyə verənin məsuliyyətinin məhdud olmasında öz əksini
tapır. Belə ki, əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçi ilə
müqayisədə kirayəyə verən daha az məsuliyyət daşıyır. Kirayəyə
verənin məsuliyyəti yalnız qəsd və kobud ehtiyatsızlıq nəticəsində
kirayəçiyə dəyən real zərərə görə müəyyən olunur (gözlənilən gəlir
və əldən çıxmış fayda bura aid deyil). Bu onunla əlaqədardır ki,
kirayəyə verən müqavilənin əvəzsiz xarakterinə uyğun olaraq heç bir
fayda əldə etmir və elə buna görə də kirayəçi birtərəfli qaydada
faydalandığı üçün, adi kirayə və icarə müqavilələrində olduğu kimi,
kirayəyə verənə qarşı əlavə tələblər irəli sürə bilməz.
Əvəzsiz istifadə müqaviləsi bağlanma qaydasından asılı olaraq
konsensual və real xarakterli ola bilər. Belə ki, əgər tərəflər nəzərdə
tutsalar ki, əşya istifadəyə müqavilə bağlandıqdan sonra veriləcək, o
zaman bu müqavilə konsensual xarakterli olur. Yox, əgər
müqavilənin bağlanması anı əşyanın verilməsi ilə müşahidə olunursa,
onda bu müqavilə real xarakterli olacaqdır'.
Əvəzsiz istifadə müqaviləsi qarşılıqlı xarakterlidir. Konsensual
ssuda müqaviləsində tam olaraq sinelaqma var. Hər iki tərəf bu
müqavilə çərçivəsində bərabər əhəmiyyətli hüquq və vəzifələr
daşıyır’. Belə hüquq və vəzifələr kimi, əşyanı istifadəyə vermək
(kirayəyə verən üçün) və əşyanın istifadəyə verilməsini tələb etmək
(kirayəçi üçün), müqavilənin müddəti bitdikdə isə onun geri
qaytarılmasını tələb etmək (kirayəyə verən üçün) və onu geri
qaytarmaq vəzifəsi (kirayəçi üçün) çıxış edir.
Rus alimlərindən V.S.Em əvəzsiz istifadə müqaviləsinin
qarşılıqlı olması fikri ilə razılaşmayaraq qeyd edir ki, konsensual
xarakterli əvəzsiz istifadə müqaviləsi ikitərəfli olsa da qarşılıqlı
xarakterli deyildir. Müəllif fikrini onunla əsaslandırır ki, ssuda
' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том
2. М.: Проспект, 2003, с.343.
^ Yenə orada, səh. 343.
188
VII fəsil. Əvəzsiz istifadə müqaviləsi
verənin əşyanı vermək öhdəliyi ssuda alanın bu əşyanı istifadəyə
verməyi tələb etmək hüququ ilə müşahidə olunmur. Müqavilə əvəzsiz
xarakterli olduğu üçün ssuda verənin əşyanın əvəzsiz istifadəyə
verilməsi ilə əlaqədar öhdəliyini yerinə yetirməməsi müqabilində
ssuda alan əşyanın naturada verilməsini tələb edə bilməz və yalnız
müqavilənin icra edilməməsi ilə əlaqədar vurulmuş ziyanın
ödənilməsini tələb edə bilər'. Lakin bu fikirlə, həm razılaşmaq, həm
də razılaşmamaq olar. Razılaşmaq olmaz ona görə ki, əgər
müqavilənin ikitərəfli olmasını qəbul ediriksə, o zaman hüquq və
vəzifələr də sözsüz ki, qarşılıqlı olacaqdır. Razılaşmaq olar ona görə
ki, predmeti fərdən müəyyən olunan əşya olan öhdəliklər üzrə AR
MM-in 452.1-ci maddəsində müəyyən olunan qaydaya əsasən,
fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli
istifadəsinə vermək öhdəliyi icra edilmə- dikdə, kreditor həmin
əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan
şərtlərlə ona verilməsini tələb edə bilər. Odur ki, əvəzsiz istifadə
müqaviləsi üzrə ssuda alan (kirayəçi) əmlakın borclunun əlindən
alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini
tələb edə bilməz. Deməli, müqavilə qarşılıqlı xarakterli deyildir.
Real ssuda müqaviləsi isə qismən qarşılıqlı xarakter daşıyır.
Kirayəyə verən bu halda istifadəyə verilən əşyanın çatışmazlığı üçün
məsuliyyət daşıyır. Lakin ssuda alanın əşyanı lazımı qaydada
qaytarmaq vəzifəsi ilə müqayisədə ssuda verənin qeyd olunan
vəzifəsi ikinci dərəcəlidir və heç də bütün ssuda müqavilələrində
istifadə olunmur. Yəni burada yarımçıq sinelaqma vardır.
Ssuda müqaviləsinin məqsədi əşyanı müvəqqəti istifadəyə
verməkdən ibarətdir. Ssuda alanın bu əşyaya ehtiyacı vardır və
' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф.
Е.А.Суханов - М.: Волтере Ю
1
увер, 2004, стр. 419, 420.
^ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том
2. М.: Проспект, 2003, с.343.
189
Dostları ilə paylaş: |