Rüfət Göyüşov
larda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən
istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə
əsasında verə bilər (bax. AR Meşə Məcəlləsi, mad. 16). Burada
müqavilə əsasında verə bilər dedikdə, ya istifadə, ya da ki, icarə
müqaviləsi nəzərdə tutulur.
İstifadə hüquqlarının icarəsi münasibətlərinə misal olaraq AR
Torpaq Məcəlləsinin 64-cü maddəsində müəyyən olunan qaydanı
göstərmək olar. Həmin qaydalara əsasən, dövlət müəssisələri,
idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən
istifadələrində olan torpaqlardan öz işçilərinə müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı
təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq
sahələri verə bilərlər. Torpağı istifadəyə götürmüş şəxs isə, torpağın
istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda onu
icarəyə verə bilər.
İstifadə hüquqlarının icarəyə verilməsi ilə əlaqədar növbəti
misal kimi, girov münasibətlərini tənzimləyən normalarda müəyyən
olunan aşağıdakı qaydanı göstərmək olar. AR Mülki Məcəlləsinin
284.3-cü maddəsində qeyd edilir ki, girov saxlayan ona verilmiş
girov predmetindən yalnız müqavilədə nəzərdə tutulan hallarda
istifadə edə bilər. Girov qoyanın tələbi ilə o, istifadə haqqında hesabat
verməlidir. Müqaviləyə əsasən girov saxlayanın üzərinə əsas
öhdəliyin ödənilməsi məqsədi ilə və ya girov qoyanın mənafeləri
üçün girov predmetindən bəhər və gəlir götürmək vəzifəsi qoyula
bilər.
Əmlakdan istifadə nəticəsində bəhər və gəlir götürmək hüququ
icarə müqaviləsinin mahiyyətini təşkil edir. Odur ki, əmlakdan
istifadə hüququna malik olan girov saxlayan AR Mülki Məcəlləsinin
284.3-cü maddəsində müəyyən olunan şərtlər çərçivəsində istifadə
hüququnu icarəyə verə bilər.
Müəlliflik hüquqlarının icarəyə verilə bilməsi ilə əlaqədar
"Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında" AR Qanu
178
VI fəsil. İcarə müqaviləsi
nun 4-cü maddəsində göstərilir ki, "kirayə" - əsərin, fonoqramın və ya
bu Qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin
birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən
müddətə müvəqqəti istifadəyə verilməsi deməkdir. Sözü gedən
qanunun - müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin
əmlak (iqtisadi) hüquqlarını nəzərdə tutan 15-ci maddəsində
müəyyən olunur ki, müəllifin və ya əsərə müəlliflik hüququnun digər
sahibi bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər
hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır ki,
bu hüquqların arasında əsərin orijinalını və ya nüsxələrini kirayəyə
vermək (kirayə hüququ) hüququ da vardır.
6.7.
Daşınar əşyaların icarəsi müqaviləsi
Nəqliyyat vasitələrinin icarəsi müqaviləsi. Daşmar əşyaların
icarəsi müqavilələri arasında normativ tənzimləyə daha çox məruz
qalan avtomobil nəqliyyatı vasitələrinin icarəsi müqaviləsidir.
Avtomobil nəqliyyatı vasitələrinin icarəsi müqaviləsi kommersiya
məqsədilə avtomobil daşıyıcıları ilə, avtomobil nəqliyyatı ilə
daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük
avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanılan
müqavilələrdən biridir.
Avtomobil nəqliyyatı ilə əsasən sərnişin, baqaj və yük daşınması
həyata keçirildiyi üçün bu sahədə bağlanılan icarə müqaviləsini bu
əsasdan çıxış edərək iki növə bölmək olar. Bunlardan birincisi,
sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi,
ikincisi, yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi
(fraxtetmə) müqaviləsidir. Göstərilən hər iki müqavilə Azərbaycan
Respublikasının "Avtomobil nəqliyyatı haqqında" 09.07.2008-ci il
tarixli Qanunu ilə tənzimlənir. Həmin qanu
179
Rüfət Göyüşov
nun 29.1-ci maddəsində müəyyən olunan qaydaya əsasən, sərnişin
daşınması icarə (fraxtetmə) müqaviləsi əsasında yerinə yetirildikdə,
daşıyıcı hüquqi və ya fiziki şəxslərin sifarişinə əsasən bir və ya bir
neçə avtonəqliyyat vasitəsini haqqı sifarişçi tərəfindən ödənilmək
şərti ilə bir və ya bir neçə reys üçün onlara təqdim etmək öhdəliyini
üzərinə götürür.
"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17
sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmişdir. Nazirlər
Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş qaydaların 8.9-cu
bəndində daşıyıeı ilə sifarişçi arasında sərnişinlərin avtonəqliyyat
vasitəsilə daşınması üçün bağlanılan icarə (fraxtetmə) müqaviləsinin
məzmunu ilə əlaqədar tələblər müəyyən olunmuşdur. Qaydalara
əsasən, icarə müqaviləsində daşınmanın marşrutu, sərnişinlərin sayı,
daşımanın başlanması və başa çatması tarixi, vaxtı və yeri, daşıma
haqqı, daşıyıemm təqdim edilən əlavə ödənişsiz və ödənişli
xidmətlərin siyahısı, təqdim olunan sərnişin avtomobil nəqliyyatı
vasitəsinin növü və digər şərtlər göstərilməlidir.
Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə)
müqaviləsi ilə əlaqədar Azərbaycan Respublikasının "Avtomobil
nəqliyyatı haqqında" Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan
qaydaya görə, müəyyən müddət ərzində, habelə bir və ya bir neçə
reyslə kommersiya məqsədli yük daşınmasının yerinə yetirilməsi
avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi ilə
rəsmiləşdirilir. Bu müqavilə yük daşınması üçün yararlı olan bir və ya
bir neçə avtonəqliyyat vasitəsinin tutumunun bütövlükdə və ya
qismən bir və ya bir neçə reys üçün digər tərəfə haqqı ödənilməklə
təqdim edilməsi şərtilə bağlanıla bilər.
Həmin qaydaların 38.1-ci maddəsində verilən tərifə əsasən, yük
daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə)
müqaviləsinə görə daşıyıeı hüquqi və ya fiziki şəxslərin (daşm-
180
Dostları ilə paylaş: |