Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə57/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   162

VI fəsil. İcarə müqaviləsi 

214  nömrəli  qərarı  ilə  təsdiq  edilmişdir.  Bu  qayda  meşə  fondu 

torpaqlarının meşə istifadəçilərinə - fiziki və hüquqi şəxslərə (bundan 

sonra icarəçi adlandırılır) icarəyə verilməsini tənzimləyir. Qaydaların 

2-ci  maddəsində  göstərilir  ki,  meşə  fondu  torpaqlarının  icarəyə 

verilməsini  aşkarlıq  şəraitində,  müvafiq  ərazidə  yaşayan  əhalinin 

mənafeyini  nəzərə  almaqla  Azərbaycan  Respublikasının  Ekologiya 

və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 

Meşə  fondu  torpaqlarının  icarəyə  götürülməsi  üçün  icarəçi 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı 

şəxslərə üstünlük verilir. Ərizədə icarəçinin soyadı, adı, atasının adı, 

ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir. 

Təqdim olunan ərizə Azərbaycan Respublikasının Ekologiya və 

Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla 

qəbul  edilir,  baxılır  və  imtina  üçün  əsas  olmadıqda  qeydə  alındığı 

gündən  başlayaraq  bir  ay  müddətindən  gec  olmamaqla  icarəçi  ilə 

icarə müqaviləsi bağlanılır. 

İcarə  müqaviləsi  üç  nüsxədən  ibarət  tərtib  olunur,  onun  iki 

nüsxəsi  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  Ekologiya  və 

Təbii  Sərvətlər  Nazirliyində  və  aidiyyəti  yerli  meşə  təsərrüfatı 

orqanında saxlanılır, üçüncü nüsxəsi isə icarəçiyə verilir. 

Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  daşınmaz  əmlakın  dövlət  reyestrində 

dövlət qeydiyyatına alınır. 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi  ərizəyə  baxarkən  məsələyə  dair  yerli  meşə  təsərrüfatı 

orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır'. 



Meşə icarəsi müqaviləsinə xitam verilməsi. İcarəçi rəsmi ərizə 

əsasında  meşə  fondu  torpaqlarından  icarə  hüququndan  imtina 

etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti 

' Bax. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 

214 nömrəli qərarı. 4-cü bənd. 

175 



Rüfət Göyüşov 

dayandıqda,  Azərbaycan  Respublikasının  Meşə  Məcəlləsində  və 

digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada 

onun  meşə  fondu  torpaqlarından  icarə  hüququna  Azərbaycan 

Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 

xitam verilir. 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı 

hallarda məcburi xitam verə bilər: 

-

 



icarəçi 

tərəfindən  Azərbaycan  Respublikasının  meşə 

qanunvericiliyi pozulduqda; 

-

 



fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa 

hadisələr baş verdikdə

-

 

icarəçi  tərəfindən  meşə  fondu  torpaqlarının  icarə  haqqının 



müəyyən olunmuş müddətdə ödənilmədikdə

-

 



icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər 

pozulduqda; 

-

 

icarəçi  tərəfindən  yanğın  təhlükəsizliyi  qaydalarına  əməl 



edilmədikdə; 

Meşə  fondu  torpaqlarından  icarə  hüququna  xitam  verilməsi 

barədə icarəçiyə rəsmi xəbər verilir. 

İcarə  müqaviləsinin  formasını  Azərbaycan  Respublikasının 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayır və təsdiq edir'. 

6.6.

 

Hüquqların icarəsi müqaviləsi 

Mülki  dövriyyənin  digər  obyektləri  (fərdən  müəyyən  olunan 

daşınar və daşınmaz əşyalar) kimi, hüquqlar da icarə müqaviləsinin 

predmeti  ola  bilərlər.  Əvvəlki  mövzularda  tələblərin  və  hüquqların 

alqı-satqısından söhbət açmışdıq və qeyd edilmişdi ki, AR 

' Bax. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 

214 nömrəli qərarı. 10, 11, 12-ci bəndlər. 

176 



VI fəsil. İcarə müqaviləsi 

Mülki  Məcəlləsinin  193.1-ci  maddəsində  müəyyən  olunan  qaydaya 

görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya 

hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. 

İcarə müqaviləsi əsasında icarəyə verilə bilən hüquqların dairəsi o 

qədər  də  geniş  deyildir.  Qanunvericilikdə  icarə  müqaviləsinin 

predmeti  kimi  çıxış  edə  biləcək  hüquqların  dairəsi  konkret  olaraq 

göstərilməmişdir.  Analogiyaya  əsaslanaraq  demək  olar  ki,  güzəşt 

edilməsi  və  ya  girov  qoyulması  mümkün  olan  hüquq  icarə 

müqaviləsinin predmeti ola bilər. Odur ki, şəxsi xarakterli hüquqlar, 

həmçinin aliment hüquqları icarə müqaviləsinin predmeti ola bilməz. 

İcarə  müqaviləsinin  predmeti  kimi,  əsasən,  əmlak  xarakterli 

hüquqlar çıxış edə bilər ki, buna müəllifin və müəlliflik hüququnun 

digər  sahibinin  iqtisadi  xarakterli  hüquqları,  əmlakdan  istifadə 

hüquqları  (məsələn,  girov  saxlayanın  ona  verilmiş  girov 

predmetindən  istifadə  hüququ,  meşə  fondu  sahələrindən  istifadə 

hüquqları və s.) misal göstərmək olar. 

İcarəsi  bilavasitə  qanunvericiliklə  qadağan  olunmuş  hüquqlara 

servitut  hüququnu  aid  etmək  olar.  Belə  ki,  AR  Mülki  Məcəlləsinin 

255.3-cü  maddəsində  müəyyən  olunmuş  qaydaya  görə,  servitut 

alqı-satqmm,  girovun  və  icarənin  müstəqil  predmeti  ola  bilməz. 

Hüquqi  təbiətinə  görə  servituta  yaxın  olan  uzufrukt  hüququ  ilə 

əlaqədar isə oxşar qayda müəyyən olunmamışdır. 

Hüquqların icarəsi müqaviləsinin fərqli cəhətlərindən biri odur ki, 

qanunvericiliklə  özgəninkiləşdirilməsi  qadağan  olunan  obyektlərlə 

əlaqədar  hüquqların  icarəsi  müqaviləsinin  bağlanmasına  yol  verilir. 

Belə  ki,  AR  Meşə  Məcəlləsinin  11-ci  maddəsinə  görə,  meşələr  və 

meşə fondunun torpaqları özəlləşdirilmir. Lakin Meşə Məcəlləsində 

nəzərdə  tutulmuş  qaydalar  əsasında  meşə  istifadəçisi'  meşə 

qanunvericiliyi ilə müəyyən edilmiş hal- 

‘ Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə 

istifadəçiləridir (bax. AR Meşə Məcəlləsi, mad. 10). 



177 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə