Rüfət Göyüşov
tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər
icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə
vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə
xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin
üçüncü şəxsdən də tələb edə bilər (bax. AR MM, mad.722.1);
- qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa
hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə
(icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən
ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir (bax. AR
Torpaq Məcəlləsi, mad.58).
Torpaq icarəsi müqaviləsinə xitam verilməsi. AR Mülki
Məcəlləsinin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi
üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət
qurtardıqda xitam verilir.
Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlanmışdırsa,
iştirakçılardan biri müqavilənin uzadılması və ya xitam verilməsi
barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin
davam etdirilməsindən üç ay ərzində imtina etməzsə, bu müqavilə
üzrə hüquq münasibətləri qeyri-müəyyən müddətə uzadılmış sayılır.
Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona
riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu
icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.
Əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin
istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş
günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin
növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim
ili sayılır (bax. AR MM, mad.719.3).
İcarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin
istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi
icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə
172
VI fəsil. İcarə müqaviləsi
icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər.
Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün
bağlanmışdırsa, ləğvetməyə yol verilmir (bax. AR MM, mad.719.4).
6.5.
Meşə torpaqlarının icarəsi müqaviləsi
Meşə torpaqlarının icarəsi torpaq icarəsi müqaviləsinin
növlərindən biridir. Meşə torpaqlarının icarəsi müqaviləsinin pred-
meti kimi meşə fonduna aid olan torpaqlar çıxış edir. Meşə fondu
sahələri dedikdə, meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü
olmayan meşə və qeyri-meşə torpaq sahələri başa düşülür.
Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə
meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və
qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu
təşkil edir. Azərbaycan Respublikasında meşə fondu dövlətə
mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun
torpaqları özəlləşdirilmir (bax. AR Meşə Məcəlləsi, mad.6 və 11).
AR Torpaq Məcəlləsinin 31-ci maddəsinin 6-cı bəndinə əsasən,
meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə
Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş
qaydada icarəyə verilə bilər. Eyni qayda AR Meşə Məcəlləsinin
14-cü maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə,
"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Meşə
Məcəlləsi ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə
müqavilə əsasında icarəyə verilə bilər. Göründüyü kimi, meşələrin
istifadəyə (icarəyə) verilməsində əsas məqsəd meşələrin bərpasından
ibarətdir.
173
Rüfət Göyüşov
Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin
(torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin,
meşə biletinin əsasında yaranır (bax. AR Meşə Məcəlləsi, mad. 16).
Meşə fondu sahələrindən istifadə hüququnun xitamı isə meşə fondu
sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşə- qırma biletinin,
orderin, meşə biletinin ləğvi nəticəsində olur.
Meşə fondu torpaqlarının icarəyə verilməsi. Meşə fondu
sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyah mahiyyəti
nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və
müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). Bu normanın tələbləri
nəzərə alınmaqla meşə bitkiləri ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə
istifadəçisinə (icarəçi) icarə müqaviləsi əsasında müvafiq icra
hakimiyyəti orqanı (icarəyəverən) tərəfindən bir ildən on ilədək verilə
bilər (bax. AR Meşə Məcəlləsi, mad.22).
Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş
meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. Meşə fondu
torpaqlarının subicarəsi qadağandır.
Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri AR
Meşə Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin
normaya görə, meşə fondu torpaqlarının icarə müqavilələrində
aşağıdakılar göstərilir;
-
icarəyə verilən sahənin sərhədləri;
-
işin həcmi (ölçüləri);
-
icarənin müddəti;
-
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
-
icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası
sahəsində tərəflərin öhdəlikləri;
-
Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin
razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.
Meşə fondu torpaqlarının icaroyə verilmə qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr
tarixli
174
Dostları ilə paylaş: |