VI fəsil. İcarə
müqaviləsi
manın sifarişçisinin) sifarişi ilə haqqı ödənilməklə yük daşınması
üçün yararlı olan bir və ya bir neçə avtonəqliyyat vasitəsinin
tutumunu bütövlükdə və ya qismən bir və ya bir neçə reys üçün digər
tərəfə vermək öhdəliyini üzərinə götürür.
"Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr
tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Hava gəmilərinin icarəsi müqaviləsi. Daşmar əşyalarla
əlaqədar bağlanılan icarə müqavilələri arasında hava gəmilərinin
icarəsi müqaviləsi xüsusi yer tutur. İcarə müqaviləsinin bu növü 20
iyul 2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində Dövlət qeydiyyatına alınmış, "Hava gəmilərinin icarəsi
(lizinqi), kirayələnməsi, birlikdə işlədilməsi və kodlardan birgə
istifadə haqqında" Əsasnamə ilə tənzimlənir.
Əsasnamə icarəyə götürülmüş, kirələnmiş hava gəmilərindən
istifadə edən və ya öz hava gəmilərini icarəyə (kirayəyə) verən
istismarçı aviaşirkətlərin yerinə yetirməli olduğu hüquqi və praktik
istismar
şərtlərini
müəyyənləşdirmək
məqsədilə
işlənib
hazırlanmışdır. Əsasnamənin 1.2-ci bəndinə görə, icarəyə verənlərə
aşağıdakılar aiddir:
a)
xüsusi olaraq hava gəmilərinin alınması və ya icarəyə
götürülməsi üçün yaradılmış şirkətlər;
b)
kommersiya bankları və digər maliyyə təşkilatları;
c)
hava gəmilərinin istehsalçıları;
ç) aviaşirkətlər.
Hava gəmilərinin icarəsi haqqında müqavilələr ən azı bir il
müddətinə bağlanmalıdır. Hava gəmilərinin icarəsi haqqında
müqavilələr aşağıdakı şərtlərlə bağlana bilər:
-
icarəyəverən ölkənin mülki hava gəmilərinin dövlət
reyestrindən çıxarılmamaq şərtilə hava gəmilərinin
icarəyə verilməsi;
-
icarəyəverən ölkənin mülki hava gəmilərinin dövlət
reyestrindən çıxarılmaq şərtilə hava gəmilərinin icarəyə verilməsi;
181
Rüfət Göyüşov
-
hava gəmilərinin ekipajsız icarəsi - bu, "natamam icarə"
adlanır;
-
hava gəmilərinin ekipajla icarəsi - bu, "tam icarə" adlanır;
-
hava gəmilərinin sonradan dəyəri ödənilib alınması şərtilə
lizinqi (icarəsi);
-
hava gəmilərindən və kodlardan birgə istifadə.
Hava gəmilərinin ekipaşsız icarəsi haqqında müqavilədə öz
ekipajını təmsil edən icarəyə götürən müqavilədə göstərilən hava
gəmisinin uçuşlarının və bundan irəli kələn bütün öhdəliklərin yerinə
yetirilməsini məsuliyyət daşıyan tərəf kimi təmin etməsi
müəyyənləşdirilməlidir.
Hava gəmiləri ekipajla birlikdə icarəyə götürüldükdə icarəyə-
verən onların uçuşlarını idarə edir və onlar hava gəmilərini qeydə
alan
dövlətin
səlahiyyətli
orqanının
verdiyi
istismarçı
Şəhadətnaməsinin müddəalarına uyğun olaraq istismar edilməlidir.
6.8.
Binaların icarəsi müqaviləsi
İcarə müqaviləsinin predmetlərindən biri də binalardır. Binaların
icarəsi müqaviləsi - icarə müqaviləsinin növlərindən biri kimi çıxış
etsə də bizim mülki qanunvericilikdə xüsusi qaydada
tənzimlənməmişdir. Binaların icarəsi müqaviləsinin ümumi
təyinatını və icarə predmeti kimi çıxış edə biləcək əşyanın (binanın)
xüsusiyyətlərini (icarə müqaviləsinin predmeti kimi çıxış edə bilməsi
üçün onun bəhər və gəlir gətirə bilmək qabiliyyəti olmalıdır) nəzərə
alaraq binaların icarəsi müqaviləsinə aşağıdakı tərifi vermək olar:
Binaların icarəsi müqaviləsinə görə icarəyəverən binanı və yaxud
onun müəyyən hissəsini icarəçiyə müvəqqəti istifadəyə verməyi,
icarəçi isə istifadəyə görə müəyyənləşdirilmiş haqq (icarə haqqı)
ödəməyi öhdəsinə götürür. İcarəçinin binadan istifadənin nəticəsi
olaraq gəlir götürmək hüququ vardır.
182
VI fəsil. İcarə müqaviləsi
Burada bir məqamı nəzərə almaq lazımdır: torpaq sahələrinin və
yaxud müəssisələrin icarəsi müqavilələrinin predmeti kimi çıxış edən
əşyalardan (torpaq sahəsi və yaxud əmlak kompleksi olan müəssisə)
fərqli olaraq binalar öz-özünə bəhər və gəlir gətirmək qabiliyyətinə
malik deyildir. Odur ki, binaların icarəsi müqaviləsi zamanı
müqavilənin predmeti kimi çıxış edən binanı, onun bir hissəsini və
yaxud mənzili' icarəyə götürən şəxs bu sahədən şəxsi istehlak
məqsədləri üçün deyil, sırf sahibkarlıq məqsədləri (mağaza, market,
ofis, hotel və s.) üçün istifadə etməlidir.
Bina yerləşdiyi torpaq sahəsi ilə sıx əlaqədədir. Məhz bu əlamət
binaların icarəsi müqaviləsini icarə müqaviləsinin ayrıca növü kimi
fərqləndirilməsinin əsas səbəbi kimi çıxış edir. Binanın yerləşdiyi
torpaq sahəsindən istifadə etmədən onun üzərində yerləşən binadan
istifadə etmək praktiki olaraq mümkün deyildir. Tərəflər əksər
hallarda bu barədə şərti müqaviləyə daxil etmirlərk
Binaların icarəsi müqaviləsinin göstərilən əlamətlərini nəzərə
alaraq qeyd etmək istərdik ki, gələcəkdə bu müqavilə növünü
tənzimləyən qaydaların mülki qanunvericiliyə əlavə edilməsi
məqsədəmüvafiq olardı.
Hazırda isə binaların icarəsi müqaviləsinin tənzimlənməsinə
ümumi icarə müqaviləsinin tənzimlənməsi haqqında qaydalar tətbiq
olunur. Çox az sayda normativ hüquqi aktda binaların icarəyə
verilməsi münasibətlərini tənzimləyən müddəalar nəzərdə
tutulmuşdur. Bunlardan da biri, AR Mənzil Məcəlləsidir. Binaların
icarəsi ilə əlaqədar AR Mənzil Məcəlləsinin 125.2.12-ci
' AR Monzil Məcəlbsinin 14.2-ci maddəsinə əsasən, yaşayış sahəsində qanuni
əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi
sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir, o şərtlə ki,
bu, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün
müəyyən edilmiş tələbləri pozmasın.
^Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том
2. М.: Проспект, 2003, с.217.
183