Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə62/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   162

Rüfət Göyüşov 

ssuda verən, belə desək, ssuda alanın istəyinə xoş məramla yanaşır və 

verdiyi  əşyanın  əvəzində  heç  nə  tələb  etmir.  Bu  humanitar,  tədris, 

maarifçilik,  xeyriyyəçilik  məqsədləri  ilə  ola  bilər.  Misal  olaraq, 

dövlətin və qeyri-dövlət qurumlarının dini təşkilatlara, qocalar evinə 

və uşaq evlərinə olan ianələri, kitabxanaların öz oxucularına mütaliə 

üçün kitab verməsini və s. göstərmək olar. Bu münasibətlərdə ssuda 

verən heç bir mənfəət güdmür. 



Əvəzsiz  istifadə  müqaviləsinin  elementlərinə  müqavilənin 

tərəfləri, predmeti, müddəti, forma və məzmunu aiddir. 

Müqavilənin tərəfləri kirayəyə verən (ssuda verən) və kirayəçidir 

(ssuda alan). Bu müqavilə üzrə kirayəyə verən və kirayəçi kimi mülki 

dövriyyənin istənilən subyekti çıxış edə bilər. 

Ssuda  verən  qismində  əşyanın  mülkiyyətçisi  (fiziki  və  hüquqi 

şəxslər, dövlət və bələdiyyə orqanları) və ya mülkiyyətçi tərəfindən 

vəkil edilmiş şəxs çıxış edir. Əmlakı əvəzsiz istifadəyə vermək hər bir 

mülkiyyətçinin hüququdur. 

Dövlətin  və  bələdiyyələrin  əmlaklarını  istifadəyə  verməsi  ilə 

əlaqədar münasibətlər AR Torpaq Məcəlləsi, "Bələdiyyələrin statusu 

haqqında"  AR  Qanunu  və  s.  qanunlarla  tənzimlənir.  AR  Torpaq 

Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, torpaq 

sahəsi  üzərində  istifadə  hüququ  müvafiq  qərar  (müqavilə)  əsasında 

torpaqdan  daimi  və  ya  müvəqqəti  istifadə  etməkdir.  Torpağın 

istifadəyə  verilməsinə  görə  torpaq  vergisindən  başqa  haqq  alınmır. 

Münasibətlərin  yaranması əsası kimi müqavilə çıxış etdiyi üçün bu 

münasibətləri  əvəzsiz  istifadə  müqaviləsindən  irəli  gələn 

münasibətlər kimi qəbul etmək lazımdır. 

Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil 

hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları 



daimi  istifadəyə,  bir  qayda  olaraq,  dövlət  hakimiyyət  və  yerli 

özünüidarə  orqanlarına,  dövlət  və  bələdiyyə  büdcəsindən 

maliyyələşən  müəssisələrə,  idarələrə,  təşkilatlara  və  birliklərə, 

həmkarlar ittifaqlarına və dini təşkilatlara, dövlət əhəmiyyətli dağ-mə 



190 


VII fəsil. Əvəzsiz istifadə müqaviləsi 

dən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti 

mühafizə,  təbii  qoruq,  tarix-mədəniyyət,  elmi-tədqiqat,  tədris 

obyektlərinə,  müəssisələrinə  və  idarələrinə,  dövlət  və  bələdiyyə 

mülkiyyətində  olan  digər  müəssisələrə,  idarələrə  və  təşkilatlara, 

dövlətin,  bələdiyyənin  və  əhalinin  vəsaiti  hesabına  inşa  edilən  və 

sahibkarlıq  fəaliyyətinə  aid  olmayan  çoxmərtəbəli  çoxmənzilli 

yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına verilir. 

Əşyanın  digər  sahibləri  onu  əvəzsiz  istifadəyə  verməkləri  üçün 

mülkiyyətçinin  razılığını  almalıdırlar.  Bu  səlahiyyət  ya  qanunda 

(dövlət  unitar  müəssisələri  üçün)  və  ya  mülkiyyətçinin  hər  hansı 

formada ifadə olunmuş iradəsində əksini tapmalıdır. 

Əvəzsiz istifadə müqaviləsində ssuda verən mülkiyyətçi olduğu 

üçün əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələn- məsi 



riski  onun  üzərinə  düşür  (bax.  AR  MM,  mad.  152.10).  Lakin 

müəyyən  hallarda  o  qeyd  olunan  risklərdən  azad  olur.  Bu  hallarda 

risk  ssuda  alanın  üzərinə  qoyulur.  Belə  ki,  kirayəçinin  əvəzsiz 

istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa 

təyinatla istifadə etməsinə icazə verilmədiyi üçün təbii ki, bu halda 

əşyanın  məhv  olması  və  təsadüfən  zədələnməsi  riski  ssuda  alanın 

üzərinə düşəcəkdir (bax. AR MM, mad.735). 

Ssuda alan əşyanı əvəzsiz olaraq istifadəyə qəbul edən şəxsidir. 

Qanunla  nəzərdə  tutulan  hallarda  ssuda  alanların  dairəsi 

məhdudlaşdırıla  bilər.  Məsələn,  tədris  müəssisəsi  öz  əmlakından 

(kitabdan)  istifadəni  yalnız  öz  tələbələrinə  icazə  verir'.  Əvəzsiz 

istifadə müqaviləsi üzrə ssuda alan əşyadan istifadə hüququ əldə edir. 

Onun bu hüququ öhdəlik xarakterlidir. Bununla yanaşı, hər bir titullu 

sahib  kimi,  o  da  əşya  hüquqi  müdafiə  üsullarından  istifadə  etmək 

hüququna malikdir. Bu halda adi kirayə müqaviləsi üzrə kirayəçinin 

əşya hüquqi müdafiə üsullarından isti- 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеев, Ю.К.Толстого. Том 2. 

М.: Проспект, 2003, с.346. 

191 



Rüfət Göyüşov 

fadə  imkanlarını  nəzərdə  tutan  AR  MM-in  685.1  və  699.4-cü 

maddələri tətbiq olunacaqdır. 

Ssuda  müqaviləsinin  predmeti  kimi  fərdən  müəyyən  olunan, 

istehlak  olunmayan  istər  daşmar,  istərsə  də  daşınmaz  əşyalar  çıxış 

edir'. Əvəzsiz istifadə müqaviləsi şəxsi, ailə, ev, məişət, mənəvi və s. 

oxşar  tələbatların  təmin  olunması  məqsədilə  bağlandığı  üçün 

müqavilənin  predmeti  sahibkarlıq  fəaliyyətində  istifadə  edilə 

bilməyən  əşyalardır  (məsələn,  müəssisələr  və  s.).  Bu  da  təbiidir. 

Qəribə olardı ki, əgər əvəzsiz istifadə müqaviləsi üzrə kirayəyə verən 

şəxs hər hansı əşyanın istifadəsindən gəlir götürmək imkanına malik 

olduğu halda bundan imtina etsin. 

İkincisi,  predmet  qismində  istehlak  olunan  əşyalar  çıxış  etmir. 

Çünki  müqavilə  dövrünün  sonunda  məhz  istifadəyə  verilən  əşya 

kirayəyə verənə qaytarılır. 

Əvəzsiz istifadə müqaviləsinin forması ilə əlaqədar qanunverici 

kirayə  (bax,  sosial  kirayə  və  xüsusi  təyinatlı  yaşayış  sahələrinin 

kirayəsi  müqavilələri)  və  icarə  (bax,  torpaq  icarəsi  müqaviləsi) 

müqavilələrində  olduğu  kimi  xüsusi  qayda  müəyyən  etməmişdir. 

Odur  ki,  əvəzsiz  istifadə  müqaviləsinin  formasına  münasibətdə 

əqdlərin  forması  haqqında  AR  Mülki  Məeəlləsinin  XIII  fəslində 

göstərilən ümumi qaydalar tətbiq olunur. Lakin torpaqların istifadəyə 

verilməsi ilə əlaqədar bağlanılan müqavilələr istisna təşkil edir. Belə 

ki,  AR  Torpaq  Məcəlləsinin  56-cı  maddəsinin  9-cu  bəndinin 

tələblərinə  əsasən,  xüsusi  mülkiyyətdə  olan  torpaq  sahələrinin 

özgəninkiləşdirilməsi,  habelə  istifadəyə  və  ya  icarəyə  verilməsi 

tərəflər  arasında  qanunverieilikdə  müəyyən  edilmiş  qaydada 

bağlanılan  və  notarial  qaydada  təsdiq  olunan  müvafiq  müqavilə 

əsasında həyata keçirilir. Bununla bərabər, AR  Mülki  Məcəlləsinin 

139-cu maddəsində müəyyən olunur ki, mülkiyyət hü- 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр. 421. 



192 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə