Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə46/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   162

V fəsil. Əmlak kirayəsi müqaviləsi 

-

 



üzərinə  götürdüyü  öhdəlikləri  yerinə  yetirmədikdə,  yaşayış 

sahəsindən  təyinatı  üzrə  istifadə  etmədikdə,  ümumi  birgə  yaşayış 

qaydalarını  pozduqda  kirayəyə  verən  məhkəmə  qaydasında  yaşayış 

sahəsinin sosial kirayə müqaviləsinə xitam verilməsini tələb edə bilər 

(bax. AR Mənz.Məc., 82.4). 

Kirayəyə verənin vəzifələri aşağıdakılardır: 

-

 

digər  şəxslərin  hüquqlarından  azad  olan  yaşayış  sahəsini 



kirayəçiyə vermək; 

-

 



yaşayış  sahəsinin  yerləşdiyi  çoxmənzilli  binanın  ümumi 

əmlakının lazımınca saxlanmasında və təmirində iştirak etmək; 

-

 

yaşayış sahəsinin əsaslı təmirini aparmaq; 



-

 

kirayəçiyə 



lazımi  keyfiyyətlə  kommunal  xidmətlərin 

göstərilməsini təmin etmək; 

-

 

mənzil qanunvericiliyi və sosial kirayə müqaviləsi ilə nəzərdə 



tutulan digər vəzifələri daşıyır. 

Sosial kirayə müqaviləsi üzrə kirayəçinin hüquq və vəzifələri AR 

Mənzil Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuşdur. Bunlar 

aşağıdakılardır: 

Kirayəçinin hüquqları: 

-

 



yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 

-

 



yaşayış sahəsini ikinci əldən kirayəyə vermək

-

 



yaşayış  sahəsində  müvəqqəti  sakinlərin  yaşamasına  icazə 

vermək; 


-

 

yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 



-

 

kirayəyə  verəndən  yaşayış  sahəsinin  vaxth-vaxtmda  əsaslı 



təmirinin  aparılmasını,  çoxmənzilli  binanın  ümumi  əmlakının 

saxlanmasında  lazımınca  iştirak  etməyi,  habelə  lazımi  kommunal 

xidmətlərin göstərilməsini tələb etmək

-

 



sosial  kirayə müqaviləsi  üzrə  yaşayış sahəsini kirayəyə verən 

kirayəyə  verdiyi  yaşayış  sahəsinin,  onun  yerləşdiyi  çoxmənzilli 

binanın  ümumi  əmlakının  və  yaşayış  sahəsində  yerləşən  və 

kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş avadanh- 

141 



Rüfət Göyüşov 

ğın  vaxth-vaxtında  əsaslı  təmirini  aparmaq  vəzifələrini  icra 

etmədikdə və ya lazımınca etmədikdə, kirayəçi öz seçimi ilə istifadə 

etdiyi  yaşayış  sahəsinə,  çoxmənzilli  binanın  ümumi  əmlaka  görə 

istifadə  haqqının  azaldılmasını  və  ya  yaşayış  sahəsində  və  (və  ya) 

çoxmənzilli  binanın  ümumi  əmlakında  çatışmazlıqların  aradan 

qaldırılmasına  kirayəyə  verənə  30  gün  əvvəldən  yazılı  xəbərdarlıq 

etməklə  çəkilən  xərclərin  əvəzinin  ödənilməsini,  yaxud  kirayəyə 

verənin göstərilən vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca 

yerinə  yetirilməməsi  nəticəsində  dəymiş  zərərin  ödənilməsini  tələb 

etmək hüququ vardır (bax. AR Mənz.Məc., mad.65.2); 

-

 



mənzil  qanunvericiliyi  və  yaşayış  sahəsinin  sosial  kirayə 

müqaviləsi ilə nəzərdə tutulmuş digər hüquqları ola bilər. 

Kirayəçinin vəzifələri aşağıdakılardır: 

-

 



yaşayış  sahəsindən  təyinatı  üzrə  və  bu  Məcəllə  ilə  müəyyən 

edilmiş hüdudlarda istifadə etmək

-

 

yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 



-

 

yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 



-

 

yaşayış sahəsinin cari təmirini aparmaq



-

 

yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında 



ödəmək; 

-

 



sosial  kirayə  müqaviləsi  üzrə  yaşayış  sahəsindən  istifadə 

etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə 

ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq; 

-

 



mənzil  qanunvericiliyi  və  yaşayış  sahəsinin  sosial  kirayə 

müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri daşıyır. 

AR  Mənzil  Məcəlləsinin  68.1  və  68.4-cü  maddələrinə  əsasən, 

sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri 

kirayəçi  ilə  bərabər  hüquq  və  vəzifələrə  malikdirlər.  Sosial  kirayə 

müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət 

qabiliyyətli  ailə  üzvləri  sosial  kirayə  müqaviləsindən  irəli  gələn 

öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət da 

142 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

şıyırlar.  Sosial  kirayə  müqaviləsi  üzrə  yaşayış  sahəsi  kirayəçisinin 

ailə  üzvlərinə  kirayəçi  ilə  birgə  yaşayan  əri  (arvadı),  habelə  onun 

uşaqları  və  valideynləri  aiddir.  Digər  qohumlar,  əmək  qabiliyyəti 

olmayan  himayədə  olanlar  o  halda  sosial  kirayə  müqaviləsi  üzrə 

yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi 

tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat 

aparırlar. 

Sosial  kirayə  müqaviləsinin  ləğv  edilməsi  əsasları  AR  Mənzil 

Məcəlləsinin 82-ci maddəsində nəzərdə tutulmuşdur. Qaydalara görə, 

yaşayış  sahəsinin  sosial  kirayə  müqaviləsi  tərəflərin  razılığı  ilə 

istənilən vaxt ləğv edilə bilər. 

Adi  kirayə  müqaviləsinin  ləğv  olunması  üçün  xəbərdarlıq 

müddəti  haqqında  qanunvericinin  qaydalarına  əməl  olunması  tələb 

olunduğu  halda,  sosial  kirayə  müqaviləsi  üzrə  yaşayış  sahəsinin 

kirayəçisi  onunla  birlikdə  yaşayan  ailə  üzvlərinin  yazılı  razılığı  ilə 

istənilən  vaxt  sosial  kirayə  müqaviləsini  ləğv  etmək  hüququna 

malikdir.  Kirayəçi  və  onun  ailə  üzvləri  başqa  yaşayış  yerinə 

köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin 

köçdükləri gündən ləğv edilmiş hesab edilir. 

Kirayəyə  verənin  tələbi  ilə  yaşayış  sahəsinin  sosial  kirayə 

müqaviləsinə  məhkəmə  qaydasında  xitam  verilməsinə  aşağıdakı 

hallarda yol verilir (bax. AR Mənz.Məc., mad.82.4): 

-

 



kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) 

kommunal xidmətlərə görə haqq ödəmədikdə; 

-

 

kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər 



yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 

-

 



kommunal  mənzildə  birgə  yaşayışı  qeyri-mümkün  edən 

qonşuların  hüquqları  və  qanunla  qorunan  mənafeləri  müntəzəm 

olaraq pozulduqda; 

-

 



yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 

AR Mənzil Məcəlləsinin 82.5-ci maddəsində müəyyən olunmuş 

qaydaya əsasən, sosial kirayə müqaviləsinə yaşayış sahəsi 

143 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə