Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə33/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   162

IV fəsil. Renta müqaviləsi 

Daimi 


renta 

alanlar 


yalnız 

fiziki 


şəxslər, 

habelə 


qeyri-kommersiya  təşkilatları  ola  bilərlər,  bir  şərtlə  ki,  bu,  qanuna 

zidd  olmasın  və  onların  fəaliyyətinin  məqsədlərinə  uyğun  gəlsin 

(bax. AR MM, mad.871.1). 

Müəyyən müddətə və müəyyən məqsədi əldə etmək üçün yaranan 

qeyri-komersiya 

hüquqi  şəxslər  müddətsiz  münasibətlərin 

iştirakçıları ola bilmədikləri üçün daimi renta müqaviləsi üzrə renta 

alan kimi  çıxış  edə bilməzlər və deməli,  bu müqavilənin  iştirakçısı 

ola bilməzlər. Kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyətinin 

subtektləri olduqları və fəaliyyətləri maddi nemətlərin dövriyyəsi ilə 

əlaqədar  olduğu  üçün  renta  alan  kimi  çıxış  edə  bilməzlər.  Bu 

məhdudiyyət rentanm hüquqi təbiətindən irəli gəlir. 

Daimi  renta  müqaviləsinin  digər  mühüm  əlaməti  renta  alanın 

hüqüqlarmm ötürülə bilməsində (tələbin güzəşti yolu ilə) və vərəsəlik 

üzrə  və  ya  hüquqi  şəxsin  yenidən  təşkili  halında  hüquqi  varislik 

qaydasında  keçə  bilməsində  ifadə  olunur.  Daimi  renta  müqaviləsi 

üzrə  renta  alanın  hüquqları  fiziki  şəxslərə  və  qeyri-  kommersiya 

hüquqi şəxslərinə ötürülə bilər. 

Daimi renta münasibətlərinin növbəti mühüm əhəmiyyəti ondan 

ibarətdir  ki,  daimi  renta  ona  dair  müqavilə  ilə  müəyyənləşdirilmiş 

qiymətlə satın alınır. Odur ki, istər əvəzli olsun, istərsə də əvəzsiz, hər 

bir  halda  rentanm  satın  alma  qiyməti  müəyyən  olunmalıdır.  Daimi 

renta ödənilməsindən ötrü əmlakın haqq müqabilində verilməsi üçün 

əsas  götürülən  daimi  renta  müqaviləsində  satınalma  qiyməti 

haqqında şərt olmadıqda satınalma ödəniləsi rentanm illik məbləğinə 

uyğun  qiymətlə  həyata  keçirilir  (bax.  AR  MM,  mad.875.2).  Daimi 

renta  ödənilməsindən  ötrü  əşyanın  pulsuz  verilməsi  üçün  əsas 

götürülən daimi renta müqaviləsində satınalma qiyməti haqqında şərt 

olmadıqda, satınalma qiymətinə renta ödənişlərinin illik məbləği ilə 

yanaşı,  verilmiş  əşyanın  qiyməti  də  daxil  edilir  (bax.  AR  MM, 

mad.875.3). 

101 



Rüfət Göyüşov 

Daimi renta müqaviləsinə xitam verilməsi satınalma məbləği tam 

olaraq ödənildikdən sonra yol verilir. AR MM-in 873.2-ci maddəsinə 

görə,  müqavilədə  satınalmanın  başqa  qaydası  nəzərdə  tutula  bilər. 

Renta  alan  tərəfindən  əşyanın  satın  alınmasının  tələb  olunması 

qanunda müəyyən olunan aşağıdakı şərtlərlə əlaqədardır; 

-

 

daimi  renta  müqaviləsində  ayrı  müddət  nəzərdə  tutulmayıbsa, 



renta ödəyicisi onun ödənilməsini bir ildən çox gecikdirdikdə

-

 



renta  ödəyicisi  renta  ödənişini  təmin  etmək  öhdəliklərini 

pozduqda; 

-

 

onun  rentanı  müqavilə  ilə  müəyyənləşdirilmiş  miqdarda  və 



müddətlərdə ödəməyəcəyinə aşkar dəlalət edən hallar yarandıqda; 

-

 



renta  ödənilməsi  üçün  verilmiş  daşınmaz  əmlak  ümumi 

mülkiyyətə  daxil  olduqda  və  ya  bir  neçə  şəxs  arasında 

bölüşdürüldükdə; 

-

 



müqavilədə nəzərdə tutulmuş digər hallarda. 

Ümumi  qaydaya  görə,  əmlakın  təsadüfən  məhv  olması  və  ya 

təsadüfən zədələnməsi riski, əgər Mülki Məcəllədə və ya müqavilədə 

ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  mülkiyyətçisinin  üzərinə  düşür 

(bax. AR MM, mad. 152.10). Bu məsələ daimi renta müqaviləsində 

onun əvəzli və ya əvəzsiz olması ilə əlaqədar olaraq fərqli qaydada 

müəyyən olunmuşdur. Belə ki, daimi renta ödənilməsi üçün pulsuz 

verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi 

riski  renta  ödəyicisinin  üzərinə  düşür  (bax.  AR  MM,  mad.876.1). 

Daimi  renta  ödənilməsi  üçün  haqq  müqabilində  verilmiş  əşya 

təsadüfən  məhv  olduqda  və  ya  təsadüfən  zədələndikdə  risk  demək 

olar ki, hər iki tərəfin üzərinə düşür. Bu halda renta ödəyicisi müvafiq 

olaraq, rentanm ödənilməsi öhdəliyinə xitam verilməsini və ya onun 

ödənilməsi  şərtlərinin  dəyişdirilməsini  tələb  edə  bilər.  Bu  cəhətdən 

risk renta alanın üzərinə düşür. Digər tərəfdən isə uzun zaman dövrü 

ərzində renta ödəyicisinin ödədiyi haqq onun itki riskinə daxildir. 

102 



IV fəsil. Renta müqaviləsi 

4.3.

 

Ömürlük renta müqaviləsi 

Bu müqavilə renta ödənişləri üzrə müddətli öhdəlik münasibəti 

yaradır. AR MM-in 877.1-ci maddəsinə əsasən, ömürlük renta əşyam 

renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və  ya 

onun  göstərdiyi  başqa  fiziki  şəxsin  sağlığı  dövrü  üçün 

müəyyənləşdirilə  bilər.  Başqa  sözlə,  renta  alanın  ölümü  renta 

müqaviləsi üzrə renta ödənilməsi öhdəliyinə xitam vermiş olacaqdır. 

Daimi  rentadan  fərqli  olaraq,  ömürlük  renta  müqaviləsində  renta 

alanın hüquqları onun şəxsiyyəti ilə sıx bağlı olduğu üçün başqasına 

güzəşt edilə bilməz. 

Ömürlük  rentanın  bir  neçə  fiziki  şəxsin  xeyrinə  müəyyənləş- 

dirilməsinə  yol  verilir  və  əgər  ömürlük  renta  müqaviləsində  ayrı 

qayda nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları 

bərabər sayılır (bax. AR MM, mad.877.2). 

Ömürlük  renta  bir  neçə  şəxsin  xeyrinə  müəyyən  olunduqda 

müqavilə onlardan sonuncusunun həyatda olduğu vaxta qədər davam 

edir.  Sonuncu  renta  alan  öldükdə  isə  rentanı  ödəmək  öhdəliyinə 

xitam verilir. Bu halda ölən renta alanın renta almaq hüququnda payı 

ondan  çox  yaşayan  renta  alanlara  keçir.  Təbii  ki,  tərəflər  ömürlük 

renta müqaviləsində ayrı qayda nəzərdə tuta bilərlər. 

Daimi  renta  müqaviləsindən  fərqli  olaraq,  ömürlük  renta 

müqaviləsində rentanın ödənilməsi müddətləri, əgər müqavilədə ayrı 

qayda nəzərdə tutlmaıbsa, hər təqvim ayının sonunda həyata keçirilir. 

Ömürlük  renta  müqaviləsi  -  müddətli  əqddir.  Odur  ki,  bu 

müqavilədən yaranan öhdəliklərə ümumi əsaslarla xitam verilə bilər'. 

Renta ödəyicisi üzərinə düşən öhdəliyi icra edərkən vic- 

'  Гражданское  право.  Том  II.  Полугом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.363. 

103 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə