Yazılır b «Ex tempore»


Oyandırıcı təsirə malik olan aminturşu mediatorları ifrazının presinaptik ləngiməsini törədən epilepsiyaəleyhinə preparat



Yüklə 1,18 Mb.
səhifə38/154
tarix07.05.2023
ölçüsü1,18 Mb.
#108923
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   154
Farmakologiya I-II Az

272. Oyandırıcı təsirə malik olan aminturşu mediatorları ifrazının presinaptik ləngiməsini törədən epilepsiyaəleyhinə preparat:
A) Lamotrijin
B) Etosuksimid
C) Fenobarbital
D) Qabapentin
E) Asetazolamid
273. Əlavə təsir kimi hiperplastik gingivit törədən epilepsiyaəleyhinə preparat:
A) Fenitoin
B) Benzonal
C) Etosuksimid
D) Valproy turşusu
E) Fenobarbital
274. QAYT-transaminaza fermentini geridönməz blokada edərək QAYT-mimetik təsir göstərən epilepsiyaəleyhinə preparat:
A) Viqabatrin
B) Etosuksimid
C) Depakin
D) Fenitoin
E) Diazepam
275. Digər epilepsiyaəleyhinə preparatlardan fərqli olaraq müsbət psixotrop təsir göstərərək əhval-ruhiyyəni yaxşılaşdıran preparat:
A) Karbamazepin
B) Fenobarbital
C) Diazepam
D) Fenitoin
E) Valproy turşusu(Depakin)
276. Parkinsonəleyhinə təsir göstərən amantadinin təsir mexanizmi:
A) Qlutamatergik sistemi blokada edir
B) Dofaminergik sistemi blokada edir
C) Xolinergik sistemi stimulə edir
D) Serotoninergik sistemi blokada edir
E) Adrenergik sistemi blokada edir
277. Xolinergik innervasiyanı süstləşdirən parkinsonəleyhinə preparat:
A) Triheksifenidil
B) Bromokriptin
C) Entakapon
D) Selegilin
E) Madopar
278. MAO-B-ni blokada edən parkinsonəleyhinə preparat:
A) Selegilin
B) Triheksifenidil
C) Bromokriptin
D) Nakom
E) Qlüdantan
279. Virusəleyhinə təsirə malik olan parkinsonəleyhinə preparat:
A) Amantadin
B) Bromokriptin
C) Madopar
D) Selegilin
E) Perqolid
280. Xaş-xaş bitkisindən alınan, narkotik aktivliyə malik olan fenantren törəməsi:
A) Morfin
B) Papaverin
C) Noskapin
D) Narsein
E) Pentazosin
281. “Neyroleptanalgeziya”da istifadə olunan sintetik narkotik analgetik:
A) Fentanil
B) Promedol
C) Kodein
D) Tebain
E) Morfin

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə