54
İstifadə edilmiş ədəbiyyat
Əlavələr
Dissertasiyanın quruluşu iş planı ilə uyğun olur (Dis-
sertasiyanın iş planı- Əlavə 5).
Magistr dissertasiyası bölmələrinin məzmunu
Üz vərəqi dissertasiyanın ilk səhifəsi hesab olunur.
Bu səhifə nömrələnmir. Üz vərəqinin tərtibinə ciddi əməl
edilməlidir. Bu səhifənin baş hissəsində Nazirliyin və
onun altında tədris müəssisəsinin adı yazılır. Ondan aşa-
ğıda vərəqin sağ tərəfində “Əlyazması hüququnda” sözləri
yazılır. Daha sonra aşağıda müəllifin adı, atasının adı və
soyadı yazılır (adlıq halda).
Vərəqin ortasında dissertasiya işinin mövzusu yazı-
lır. Mövzu təsdiq olunmuş formada dəqiq yazılmalıdır.
Mövzunun altında ixtisasın şifri və adı göstərilməklə -
MAGISTR DİSSERTASİYASI yazılır (Nümunə Əlavə
1-də verilmişdir).
Sonra aşağıda vərəqin sağında elmi rəhbərin adı,
soyadı, atasının adı, elmi dərəcəsi və elmi adı göstərilir.
Vərəqin aşağı hissəsində dissertasiyanın yerinə yeti-
rildiyi yer və il yazılır. (“il” sözü yazılmadan)
Üz vərəqindən sonra ikinci səhifədə ortada (artıq
vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və səhifələr
ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Burada dis-
sertasiyanın bütün bölmələri ardıcıl yazılmaqla bərabər
bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, baş-
lıqların adları dissertasiyanın mətnində eyni ilə qısal-
dılmadan, dəyişdirilmədən yazılmalıdır.
Fəsillərin başlıqları rum rəqəmi ilə göstərilməklə
böyük hərflərlə yazılır. Hər fəsil yeni səhifədən başlayır.
Yarımfəsillərin başlıqları ərəb rəqəmləri ilə göstərilməklə
kiçik hərflərlə yazılır(Baş hərflər istisna olmaqla). Fəsilin
yarım fəsilləri belə göstərilir. Məsələn: 1. 1. Yəni birinci
fəslin 1-ci yarımfəsli. Yarım fəslin bəndi isə belə göstəri-
lir. Məsələn: 2. 1. 2. Yəni ikinci fəslin, birinci yarımfəsli-
nin 2-ci bəndi (Bax: Əlavə 5).
Dissertasiyanın “Giriş”ində ilk növbədə mövzunun
aktuallığı əsaslandırılır. Sonra tədqiqatın məqsəd və və-
zifələri, obyekti, predmeti, elmi yeniliyi, praktik əhəmiy-
yəti, daha sonra da metodları, metodologiyası, fərziyyəsi,
aprobasiyası göstərilir.
Dissertasiyanın aktuallağının izahında uzun sözçülü-
yə, uzaqdan başlamağa ehtiyac yoxdur. Mövzunun ak-
tuallaığı konkret faktlarla, məntiqi təfəkkürlə əsaslandırıl-
malıdır. Başqa sözlə desək mövzunun əhəmiyyətliliyi,
vacibliyi əsaslandırılır.
Mövzunun aktuallığından sonra məntiqi olaraq möv-
zunun məqsədi və məqsəddən irəli gələn tədqiqatın
vəzifələri şərh olunur.
Daha sonra tədqiqatın predmeti (hansı ki, tədqiqa-
qatın mövzusunu müəyyənləşdirir) və obyekti (hansı
ki, öyrənilən, proses, fakt və ya hadisədir)
56
dəqiq
göstərilir.
Bunların
ardınca
tədqiqatın
metodologiyası və metodları göstərilir.
Beləliklə tədqiqatın tələbinə uyğun olaraq daha baş-
qa maddələr də təhlil edilir, açıqlanır.
Dissertasiyanın “Giriş”ində həmçinin mövzu ilə
bağlı yazılmış əsərlərə yığcam şərh də verilir, onlara mü-
nasibət bildirilir.
Dissertasiyanın “Giriş”i çox əhəmiyyətli və məsuliy-
yətli hissədir. Belə ki, dissertasiyanın girişindən tədqiqatın
məzmunu,
əhəmiyyəti, səviyyəsi
haqqında müəyyən
təsəvvürə malik olmaq olur. Dissertasiyanın “Giriş”
hissəsi 4 səhifədən çox olmaya bilər.
Dissertasiyanın fəsilləri öz adına uyğun olaraq məz-
munu işlənilir. Adətən Dissertasiyanın birinci fəslində
mövzunun ümumi məsələləri, öyrənilmə səviyyəsi, pe-
daqoji ədəbiyyatda, dərsliklərdə, tədqiqat işlərində mə-
sələnin qoyuluşu təhlil edilir. Tövsiyə edilir ki, tədqiqatın
obyekti və predmetinin ölkəmizdə və imkan olarsa xarici
ölkələrdə öyrənilmə səviyyəsi də araşdırılsın. Dissertasi-
yanın birinci fəslindən tədqiqatın ümumi cəhətlərini, əsas
istiqamətlərini aydın görmək olur.
Dissertasiyanın ikinci fəslində isə artıq problemin
konkret həlli, işin əsas məzmunu, hətta onun təkmilləş-
dirilməsi yolları da göstərilə bilər. Bu bölüm məzmunca
daha üstün təhlil xarakteri daşıyır. Konkret fakt, hadisə və
təcrübələr əsasında araşdırma aparılır, aparılmış eks
perimentin, məktəb müşahidələrinin nəticələri verilir.
Pedaqoji təcrübələr təhlil olunur.
Hər fəslin 2-dən az olmayan yarım fəsilləri olmalı-
dır.
Dissertasiya işi “Nəticə” ilə sona çatır. Bu hissədə
tədqiqat yekunlaşdırılır, aparılmış tədqiqat işlərinin nəticə-
ləri göstərilir. Müəllifin tədqiqat işinə gətirdiyi yeniliklər
qeyd edilir. Problemin gələcəkdə daha da təkmilləşdiril-
məsi, yaxşılaşdırılması üçün təkliflər verilir. Yaxşı olar ki,
nəticə və təkliflər bəndlərlə və yaxud tezis şəklində kon-
kret olaraq göstərilsin.
“Nəticə” bölməsindən sonra istifadə olunmuş ədə-
biyyatın siyahısı verilir.
Dissertasiyanın ədəbiyyat siyahısı əsas mətnə bir
açardır, hansı ki, müəllif tədqiqatında ondan istifadə
etmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mə-
nada tədqiqatın elmi mədəniyyəti, etikası deməkdir.
Ədəbiyyat siyahısından dissertasiyanın səviyyəsi, tədqi-
qatçının problemlə bağlı məlumatlılığı özünü göstərir.
İstifadə edilmiş mənbələr çap olunduqları dillərdə
(əvvəlcə Azərbaycan dilində ədəbiyyat, sonra türk, rus,
ingilis və s.) əlifba sırası ilə, ərəb rəqəmləri ilə ardıcıl
nömrələnərək siyahıda göstərilir.
Ədəbiyyat siyahısı real olmalıdır. Əsas istifadə
edilmiş ədəbiyyat siyahıya daxil edilməlidir. Siyahıda gös-
tərilmiş ədəbiyyat neçənci nömrədə göstərilmişsə
Dostları ilə paylaş: |