Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə33/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   151

 

165 


ki,  bu  əhvalata  inanmırlar,  ya  da  onu  baĢqa  yerə  yozurlar. 

Ona görə Ġvan bu yoldan da imtina edib, üçüncü yolu seçdi: 

təkəbbürlə susmaq. 

Buna  tamamilə  əməl  etmək  olmadı:  qaĢqabaqla, 

xəsisliklə  də  olsa,  bir  çox  suallara  istər-istəməz  cavab 

vermək məcburiyyətində qaldı. 

Ġvandan  keçmiĢ  həyatı  barədə,  hətta  on  beĢ  il  əvvəl 

necə  və  nə  vaxt  skarlatinaya  yoluxduğuna  qədər,  demək 

olar,  hər  Ģeyi  soruĢub  öyrəndilər.  Bütün  bir  səhifəni 

doldurub, o biri üzünə çevirdilər və ağ xalatlı qadın Ġvanın 

qohumları  haqqında  sorğu-suala  keçdi.  Əsl  zəhlətökən  iĢ 

baĢlandı:  kim  ölüb,  nə  vaxt  və  nədən,  içəniydimi,  zöhrəvi 

xəstəliklərə  yoluxmuĢdumu  və  bu  yöndə  cürbəcür  suallar. 

Sonda  dünən  Patriarx  gölündə  baĢ  verən  əhvalatı 

danıĢmasını  xahiĢ  etdilər,  ancaq  çox  da  dərinə  getmədilər, 

Ponti Pilat haqqında dediklərinə heyrətlənmədilər. 

Sonra qadın Ġvanı kiĢiyə ötürdü, onun iĢi bambaĢqa idi, 

o  artıq  heç  nə  soruĢmadı.  Ġvanın  istiliyini  ölçdü,  nəbzini 

yoxladı, nəsə bir lampa ilə iĢıq salıb gözlərinə baxdı. Sonra 

baĢqa  qadın  kiĢinin  köməyinə  gəldi,  Ġvanın  belinə  iynə 

downloaded from KitabYurdu.org



 

166 


vurdular,  ancaq  ağrıyıb  eləmədi,  balaca  çəkicin  sapı  ilə 

sinəsində  xətlər  çəkdilər,  çəkiclə  dizlərinə  döyəclədilər,  bu 

zərbələrdən  də  ayaqları  tullanırdı,  barmağından  qan  aldılar, 

qolunun  bükəcəyinə  iynə  vurdular,  biləklərinə  rezin 

qolbaqlar keçirdilər. 

Ġvan  isə  özlüyündə  acı-acı  gülümsəyirdi  və  hər  Ģeyin 

necə  axmaqcasına  qəribə  alındığını  fikirləĢirdi.  ĠĢə  bir  bax! 

Hamını  naməlum  məsləhətçidən  gələ  biləcək  təhlükədən 

xəbərdar  etmək  istəyirdi,  onu  tutmağa  çalıĢırdı,  ancaq  nəyə 

nail  oldu:  hansısa  müəmmalı  bir  kabinetə  düĢdü  ki,  nə 

vaxtsa  Voloqdada  əyyaĢlıq  edən  dayısı  Fyodor  haqqında 

cürbəcür cəfəngiyat danıĢsın. Axmaqlıq! 

Nəhayət,  Ġvandan  əl  çəkdilər.  Onu  yenə  öz  otağına 

qaytardılar, bir fincan qəhvə, iki dənə soyutma yumurta, ağ 

çörək və yağ verdilər. 

Ġvan  yeyib-içib  qərara  aldı  ki,  bu  müəssisədəki 

böyüklərdən kiminsə gəlməsini gözləsin. Heç olmasa, ondan 

özünə qarĢı ədalətli münasibətə, diqqətə nail olsun. 

O gəlib çıxdı, özü də səhər yeməyindən az sonra. Ġvanın 

otağının  qapısı  qəfil  açıldı  və  içəriyə  ağ  xalatlı  xeyli  adam 

downloaded from KitabYurdu.org



 

167 


girdi. Hamıdan irəlidə qırx beĢ yaĢlarında, üzü aktyorsayağı 

səliqə  ilə  qırxılmıĢ,  qəĢəng,  ancaq  çox  iti  gözləri,  nəzakətli 

davranıĢı  olan  bir  adam  gəlirdi.  Bütün  dəstə  ona  diqqət  və 

hörmət  göstərirdi,  buna  görə  də  onun  gəliĢi  çox  təmtəraqlı 

alındı. "Elə bil, Ponti Pilatdır!" 

– Ġvan düĢündü. 

Bəli,  Ģübhəsiz,  bu,  onların  böyüyü  idi.  O,  kətildə 

oturdu, qalanları ayaq üstə dayandı. 

– Doktor  Stravinski,  –  oturan  adam  özünü  təqdim  etdi 

və ona dostcasına nəzər saldı. 

– Budur, Aleksandr Nikolayeviç, – səliqəli saqqalı olan 

bir  nəfər  astadan  deyib,  Ġvan  haqqında  hər  iki  tərəfi  yazılıb 

doldurulmuĢ vərəqi baĢçıya uzatdı. 

"Əməllicə  Ģəxsi iĢ  açıblar!"  – Ġvan  fikirləĢdi.  BaĢçıları 

isə  öyrəncəli  olduğundan  vərəqə  ötəri  göz  gəzdirib:  "Aha, 

aha..." – deyə  mızıldadı və ətrafındakılarla az tanıĢ olan bir 

dildə qısa fikir mübadiləsi apardı. 

"Pilat  kimi  latın  dilində  də  danıĢır..."  –  Ġvan  qüssə  ilə 

düĢündü. Bu vaxt eĢitdiyi bir söz onu diksindirdi və əfsuslar 

ki,  dünən  Patriarx  gölündə  lənətə  gəlmiĢ  əcnəbinin  dediyi, 

downloaded from KitabYurdu.org



 

168 


bu  gün  isə  professor  Stravinskinin  təkrar  etdiyi  söz  – 

"Ģizofreniya" idi. 

"Axı o, bunu da bilirdi!" – Ġvan həyəcanla fikirləĢdi. 

BaĢçı,  görünür,  ətrafındakıların  dediyilə  razılaĢmağa, 

hər  Ģeyə  sevinməyə  və  bunu  "çox  gözəl,  çox  gözəl" 

sözləriylə bildirməyə adət etmiĢdi. 

– Çox  gözəl!  –  deyərək  Stravinski  vərəqi  kiməsə  qay– 

tardı və Ġvana müraciət etdi: – Siz Ģairsiniz? 

– ġairəm,  –  Ġvan pərt halda  dedi və ilk dəfə  poeziyaya 

nəsə  izaholunmaz  nifrət  hiss  etdi,  həmin  an  xatırladığı 

Ģeirləri də, nədənsə, heç xoĢuna gəlmədi. 

Üz-gözünü  qırıĢdırıb,  o  da,  öz  növbəsində, 

Stravinskidən soruĢdu: 

– Siz professorsunuz? 

Bunun cavabında Stravinski nəzakətlə baĢını tərpətdi. 

– Mən  sizinlə  danıĢmalıyam,  –  Ġvan  Nikolayeviç 

mənalı– mənalı dedi. 

– Mən elə bunun üçün gəlmiĢəm, – Stravinski dilləndi. 

downloaded from KitabYurdu.org



 

169 


– Məsələ  belədir,  –  Ġvan  hiss  etdi  ki,  sözünü  deməyin 

vaxtı çatıb, – mənə dəli paltarı geyindiriblər, heç kim məni 

eĢitmək istəmir!.. 

– Əsla, biz sizi çox diqqətlə dinləyirik, – Stravinski onu 

sakitləĢdirdi, – sizə dəli  paltarı geyindirməyə  də  heç vəchlə 

imkan vermərik. 

– Elə isə qulaq asın: dünən axĢam mən Patriarx gölündə 

qəribə  bir  adamla  rastlaĢdım,  əcnəbiydi,  ya  nə  idisə, 

Berliozun öləcəyini əvvəlcədən bilirdi və Ponti Pilatı Ģəxsən 

görmüĢdü. 

Ətrafdakılar  qımıldanmadan  Ģairə  dinməzcə  qulaq 

asırdılar. 

– Pilatı?  Ġsa  Məsihin  dövründə  yaĢayan  Pilatı?  – 

Stravinski gözlərini qıyıb Ġvandan soruĢdu. 

– Özüdür ki, var. 

– Aha, – Stravinski dedi, – Berlioz isə tramvayın altına 

düĢüb ölüb? 

– Bax,  elə  məhz  onu  tramvay  Patriarx  gölündən  azca 

aralı  gözümün  qabağında  doğradı,  həm  də  bu  müəmmalı 

adam... 


downloaded from KitabYurdu.org


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə