Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə34/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   151

 

170 


– Ponti  Pilatın  tanıĢı?  –  adam  anlamaqda,  görünür, 

böyük fərasət sahibi olan Stravinski soruĢdu. 

– Məhz o, – Stravinskiyə göz qoyaraq Ġvan təsdiq etdi, – 

bax,  o,  əvvəlcədən  dedi  ki,  AnnuĢka  günəbaxan  yağını 

dağıdıb... Berliozun da elə həmin yerdə ayağı sürüĢdü! Buna 

necə  baxırsınız?  –  öz  söhbətiylə  böyük  təsir  oyadacağına 

ümid edən Ġvan mənalı-mənalı soruĢdu. 

Ancaq  elə  bir  təsir  hiss  olunmadı,  Stravinski  adi 

qaydada növbəti sualını verdi: 

– Bu AnnuĢka kimdir? 

Sual Ġvanı bir az dilxor elədi, sifəti səyridi. 

– Əsas  məsələ  AnnuĢka  deyil,  –  o,  əsəbi-əsəbi  dedi,  – 

Allah  bilir,  o  kimdir.  Sadovıda  yaĢayan  gicin  biri.  Əsas 

məsələ  odur  ki,  baĢa  düĢürsünüz,  həmin  Ģəxs  günəbaxan 

yağı barədə əvvəlcədən bilirdi. Məni baĢa düĢürsünüz? 

– Gözəl  baĢa  düĢürəm,  –  Stravinski  təmkinlə  cavab 

verib,  Ģairin  dizinə  toxundu,  –  həyəcanlanmayın,  davam 

edin. 


– Davam edirəm, – Stravinski kimi təmkinlə danıĢmağa 

çalıĢan Ġvan öz acı təcrübəsindən bilirdi ki, yalnız sakitliyini 

downloaded from KitabYurdu.org



 

171 


saxlamaq  ona  kömək  eləyə  bilər,  –  bax,  özünü  yalandan 

məsləhətçi  adlandıran  bu  qorxunc  tip  qeyri-adi  gücə 

malikdir...  Misal  üçün,  onu  təqib  edirsən,  ancaq  ona  çata 

bilmirsən.  Yanında  da  ikisi  var,  onlar  da  az  aĢın  duzu 

deyillər:  biri  eynəyinin  ĢüĢələri  sınıq  uzundraz,  o  birisi 

tramvayda  adam  kimi  gedən  nəhəng  piĢik.  Özü  də,  –  heç 

kim  sözünü  kəsmədiyindən  Ġvan  get-gedə  daha  həvəslə  və 

inamla danıĢırdı,  – o, eyvanda Ģəxsən Ponti Pilatın yanında 

olub,  buna  Ģübhə  yoxdur.  Axı  bütün  bunlar  nə  deməkdir? 

Hə?  Onu  dərhal  tutmaq  lazımdır,  yoxsa  dəhĢətli  bəlalar 

törədəcək. 

– Demək,  siz  çalıĢırsınız  ki,  onu  həbs  etsinlər?  Sizi 

düzmü baĢa düĢürəm? – Stravinski soruĢdu. 

"O, ağıllıdır, – Ġvan düĢündü, – etiraf etmək lazımdır ki, 

intelligentlərin  arasında  da  hərdən  ağıllılar  tapılır.  Bunu 

danmaq olmaz!" – və cavab verdi: 

– Tamamilə doğrudur! Necə də çalıĢmayım, bir özünüz 

fikirləĢin! Məni isə zorla burada saxlayıblar, gözümə lampa 

soxurlar, vannada çimizdirirlər, Fedya dayı haqqında sorğu-

downloaded from KitabYurdu.org




 

172 


suala tuturlar!.. O isə çoxdan dünyadan köçüb! Tələb edirəm 

ki, məni dərhal buraxsınlar. 

– Bəs belə... Çox gözəl, çox gözəl! – Stravinski dedi, – 

bax  indi  hər  Ģey  aydınlaĢdı.  Doğrudan  da,  sağlam  adamı 

müalicəxanada  saxlamağın  nə  mənası?  YaxĢı.  Mən  sizi  bu 

saat buradan buraxaram, əgər desəniz ki, normal adamsınız. 

Sübut  etməyin,  vur-tut  deyin.  Beləliklə,  siz  normal 

adamsınız? 

Bu  yerdə  tam  sükut  çökdü,  səhər  tezdən  Ġvana  qulluq 

edən kök qadın ehtiramla professora baxdı, Ġvan isə bir daha 

düĢündü: "Çox ağıllıdır". 

Professorun  təklifi  onun  xoĢuna  gəldi,  intəhası,  cavab 

verməmiĢdən əvvəl alnını qırıĢdırıb bir xeyli fikirləĢdi, sonra 

qətiyyətlə: 

– Mən normal adamam, – dedi. 

– Di  çox  gözəl,  –  Stravinski  yüngülləĢən  kimi  oldu,  – 

əgər  belədirsə,  gəlin  məntiqlə  düĢünək.  Götürək  sizin 

dünənki  gününüzü,  –  bu  yerdə  o,  geriyə  qanrıldı  və  Ġvan 

barədə  yazılmıĢ  vərəqi  tez ona verdilər.  –  Özünü sizə  Ponti 

Pilatın  tanıĢı  kimi  təqdim  edən  naməlum  adamı  axtaran 

downloaded from KitabYurdu.org



 

173 


zaman dünən bu hərəkətlərə yol vermisiniz, – Stravinski gah 

vərəqə,  gah  Ġvana  baxa-baxa  uzun  barmaqlarını  qatlamağa 

baĢladı, – ikonanı sinənizə vurmusunuz. Olub? 

– Olub, – Ġvan tutqun halda razılaĢdı. 

– Hasardan  yıxılıb  üzünüzü  yaralamısınız.  Elədir? 

Əlinizdə yanan Ģam, bircə alt paltarında restorana girmisiniz 

və restoranda kimisə döymüsünüz. Sizi buraya əl-qolu bağlı 

gətiriblər. Bura düĢəndən sonra milisə zəng vurub, pulemyot 

göndərilməsini 

xahiĢ 


etmisiniz, 

sonra 


pəncərədən 

tullanmağa  cəhd  göstərmisiniz.  Elədir?  SoruĢulur:  bu  cür 

hərəkət 

etməklə 


kimisə 

tutmaq, 


ya 

həbs 


etmək 

mümkündürmü?  Əgər  siz  normal  adamsınızsa,  özünüz 

cavab  verərsiniz:  heç  vəchlə.  Siz  buradan  getmək 

istəyirsiniz?  Buyurun.  Ancaq  icazənizlə  soruĢum,  buradan 

hara gedəcəksiniz? 

– Əlbəttə, milisə, – professorun baxıĢlarından özünü bir 

az itirən Ġvan artıq elə də qətiyyətlə cavab vermədi. 

– BirbaĢ buradan? 

– Aha. 

– Evə baĢ çəkməyəcəksiniz? – Stravinski tez soruĢdu. 



downloaded from KitabYurdu.org


 

174 


– Getməyə vaxt var! Mən evə gedincə o aradan çıxar! 

– Belə.  Bəs  siz  milisdə  ilk  növbədə  nədən 

danıĢacaqsınız? 

– Ponti  Pilat  haqqında,  –  Ġvan  Nikolayeviçin  fikri 

uzaqlara getdi. 

– Di  çox  gözəl!  –  Stravinski,  axır  ki,  təslim  oldu, 

saqqallıya üzünü tutub əmr etdi: – Fyodor Vasilyeviç, lütfən, 

vətəndaĢ  Bezdomnını  buraxın  getsin  Ģəhərə.  Ancaq  onun 

otağına  heç  kimi  yerləĢdirməyin,  yataq  ağlarını  da 

dəyiĢməyə  dəyməz.  Ġki  saatdan  sonra  vətəndaĢ  Bezdomnı 

yenə buraya qayıdacaq. Bəs belə, – o, Ģairə müraciətlə dedi, 

– sizə uğurlar diləmirəm, çünki bu gediĢin uğurlu olacağına 

bir damcı da inanmıram. Tezliklə görüĢənədək! – Və ayağa 

durdu, baĢına yığıĢmıĢ dəstəsi də hərəkətə gəldi. 

– Nəyə  görə  mən  yenə  buraya  qayıdacağam?  –  Ġvan 

narahatlıqla soruĢdu. 

Stravinski, elə bil, bu sualı gözləyirdi; tələsik oturdu. 

– Ona  görə  ki,  alt  paltarında  milisə  gedib,  Ponti  Pilatı 

Ģəxsən  tanıyan  adamla  görüĢdüyünüzü  deyən  kimi,  sizi 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə