211
– Əfsus ki, yoxdur! Yoxdur! – dəstəkdəki adam
qıĢqırdı, – gedib.
– Bəs hara gedib?
– ġəhər kənarına, maĢınla gəzməyə.
– N... necə? Gə... gəzməyə?.. Bəs nə vaxt qayıdacaq?
– Dedi ki, təmiz hava alıb qayıdacaq!
– Belə... – Varenuxa çaĢdı, – mersi. Zəhmət olmasa,
müsyö Volanda çatdırın ki, onun çıxıĢı bu gün üçüncü
hissədədir.
– BaĢ üstə. Əlbəttə. Mütləq. Təcili. Hökmən.
Çatdıraram, – dəstəkdəki adam sözləri bir-birinin dalınca
üyüdüb-tökdü.
– Sağ olun, – Varenuxanın matı-qutu qurudu.
– XahiĢ edirəm, – dəstəkdəki adam dedi, – mənim ən
xoĢ, ən odlu-alovlu salamlarımı, arzularımı qəbul edəsiniz!
Müvəffəqiyyətlər! Uğurlar. XoĢbəxtlik. Salamat qalın!
– Əlbəttə! Mən axı demiĢdim! – inzibatçı həyəcanla
qıĢqırdı.– Yalta-zad nədir, o, Ģəhər kənarına gedib!
downloaded from KitabYurdu.org
212
– Əgər belədirsə, – hirsindən rəngi qaçmıĢ maliyyə
direktoru dedi, – bu artıq, doğrudan da, murdarlıqdır, buna
baĢqa ad vermək olmaz!
– Xatırladım! Xatırladım! PuĢkində "Yalta" adında
ətqutabı satılan bir yer açılıb! Hər Ģey aydındır! Oraya
gedib, keflənənə qədər içib, indi oradan teleqram vurur!
– Bu daha ağ oldu, – Rimskinin yanağı səyridi,
hirsindən gözləri alıĢıb-yanırdı, – eybi yox, bu gəzinti ona
baha baĢa gələcək, – birdən duruxub əlavə etdi: – Bəs onda
cinayət axtarıĢ idarəsi...
– BoĢ Ģeydir! Onun öz hoqqalarıdır, – coĢmuĢ inzibatçı
onun sözünü kəsib soruĢdu: – Məktubu aparım?
– Hökmən, – Rimski cavab verdi.
Yenə qapı açıldı və həmin qadın içəri girdi... "Odur!" –
Rimski nədənsə qüssə ilə fikirləĢdi. Və hər ikisi poçtalyonun
qarĢısına getdi.
Bu dəfə teleqramda belə yazılmıĢdı:
"Təsdiqə görə sağ olun təcili mənim üçün cinayət
axtarıĢ idarəsinə beĢ yüz rubl yollayın sabah Moskvaya
uçuram Lixodeyev".
downloaded from KitabYurdu.org
213
– O, dəli olub... – Varenuxa mızıldadı.
Rimski isə açarlarını cingildədib seyfdən pul çıxardı,
beĢ yüz rubl saydı, zəng vurub, pulu xidmətçiyə verdi və
onu teleqrafa yolladı.
– BağıĢla, Qriqori Daniloviç, – Varenuxa öz gözünə
inanmadı, – məncə, nahaq yerə pul göndərirsən.
– Pul geri qayıdacaq, – Rimski astadan dedi, – ancaq o,
bu gəzintiyə görə cavab verməli olacaq, – sonra
Varenuxanın portfelinə iĢarə etdi, – get, Ġvan Savelyeviç,
ləngimə.
Varenuxa qoltuğunda portfel qaçaraq kabinetdən çıxdı.
O, aĢağı mərtəbəyə düĢdü, kassanın ağzında uzun
növbə düzüldüyünü görüb, kassir qadından bir saat sonra
anĢlaq olacağını öyrəndi, çünki camaat əlavə vurulan
afiĢaları görən kimi axıĢıb gəlməyə baĢlamıĢdı; kassirə
tapĢırdı ki, loja və parterdəki otuz ən yaxĢı yerə bilet
satmasın, kassadan tələsik çıxıb, yolüstü zəhlətökən
kontramarkaçılardan canını birtəhər qurtarıb, kepkasını
götürmək üçün öz kabinetinə baĢ vurdu. Bu vaxt telefon
zəng çaldı.
downloaded from KitabYurdu.org
214
– Bəli! – Varenuxa qıĢqırdı.
– Ġvan Savelyeviç? – dəstəkdəki adam burnunda
danıĢaraq, iyrənc bir səslə soruĢdu.
– O, teatrda yoxdur! – Varenuxa elə bunu demiĢdi ki,
dəstəkdəki adam onun sözünü kəsdi:
– Özünüzü gicliyə vurmayın, Ġvan Savelyeviç, mənə
qulaq asın. O teleqramları heç hara aparmayın və heç kimə
göstərməyin.
– Kimdir danıĢan? – Varenuxa bağırdı, – vətəndaĢ, bu
hoqqalara son qoyun! Sizi elə bu saat taparlar! Sizin
nömrəniz?
– Varenuxa, – həmin iyrənc səs dedi, – sən rus dilini
bilirsən? Teleqramları heç hara aparma.
– Aha, demək, siz sakitləĢmək istəmirsiniz? – inzibatçı
hirslə qıĢqırdı, – di özünüzdən küsün! Bunun altını
çəkərsiniz, – o, yenə hərbə-zorba gəlmək istədi, ancaq
susdu, çünki hiss etdi ki, dəstəkdə onu daha eĢidən yoxdur.
Bu vaxt kabinet, nədənsə, çox tez qaranlıqlaĢmağa
baĢladı. Varenuxa qapını arxasınca çırpıb, yan qapıdan yay
bağına tərəf qaçdı.
downloaded from KitabYurdu.org
215
Ġnzibatçı həyəcanlı idi və enerjisi aĢıb-daĢırdı. Bu
həyasız zəngdən sonra Ģübhə etmirdi ki, xuliqan dəstəsi nəsə
hoqqa çıxarır və bu murdar hoqqalar Lixodeyevin qeyb
olması ilə bağlıdır. Ġnzibatçı yaramazlan ifĢa etmək istəyilə
alıĢıb-yanırdı, nə qədər qəribə olsa da, içində xoĢ bir duyğu
yaranmıĢdı. Adam diqqət mərkəzində olmağa, hara isə
sensasiyalı xəbər aparmağa can atanda belə olur.
Yolunu kəsirmiĢ kimi, xəbərdarlıq edirmiĢ kimi bağda
külək əsib qumu onun gözünə doldurdu. Ġkinci mərtəbədə
pəncərə elə çırpıldı ki, az qaldı ĢüĢələri tökülsün, ağcaqayın
və cökə ağaclarının baĢı həyəcanla yırğalandı. Hava qaraldı
və sərinləĢdi. Ġnzibatçı gözlərini silib baxdı ki, Moskvanın
üstü ilə aĢağıdan qara, ortası sarımtıl bulud sürünür.
Uzaqlardan xırıltı, gurultu eĢidildi.
Varenuxa nə qədər tələssə belə, montyorun lampaya tor
çəkib-çəkmədiyini yoxlamaq istəyi onu bir saniyəlik də olsa,
yay tualetinə tərəf qaçmağa məcbur etdi.
Varenuxa tirin yanından ötüb, sıx yasəmən kollarının
arasındakı mavi rəngli tualetə girdi. Montyor səliqəli
adammıĢ, kiĢi bölməsinin tavanındakı lampaya metal tor
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |