Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə45/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   151

 

226 


 

 

XII fəsil 



QARA MAGĠYA VƏ ONUN ĠFġASI 

 

BaĢına  deĢikli  sarı  Ģlyapa  qoymuĢ,  armudĢəkilli  tünd-



qırmızı burun taxmıĢ dama-dama Ģalvarlı, laklanmıĢ çəkməli 

balaca  bir  adam  adi  ikitəkərli  velosipedlə  Varyetenin 

səhnəsinə  çıxdı.  O,  fokstrot  sədaları  altında  dövrə  vurub 

qalib kimi hayqırdı və velosipedi Ģahə qaldırdı. Balaca adam 

velosipedi  bir  az  dal  təkər  üstündə  sürüb,  çevrilərək 

ayaqlarını mil qaldırdı, sürə-sürə qabaq təkəri açıb səhnənin 

arxasına  diyirlətdi,  sonra  pedalı  əlləriylə  fırlada-fırlada  bir 

təkərlə yoluna davam etdi. 

Əynindəki  triko  və  yubkaya  gümüĢü  ulduzlar 

səpələnmiĢ  kök  sarıĢın  qadın  oturacağı  yüksəkdə  olan 

birtəkərli  uzun  metal  dirəyin  üstündə  səhnəyə  çıxıb  dövrə 

vurmağa  baĢladı.  Onunla  qarĢılaĢanda  balaca  adam 

qıĢqıraraq salamlaĢır və yumru Ģlyapasını ayağı ilə baĢından 

çıxarırdı. 

downloaded from KitabYurdu.org



 

227 


Nəhayət,  səkkiz  yaĢlarında  qoca  sifətli  bir  uĢaq  çox  iri 

avtomobil siqnalı bərkidilmiĢ bapbalaca velosipedlə səhnəyə 

çıxıb, böyüklərin arasında sapma vurmağa baĢladı. 

Bir  neçə  dövrədən  sonra  orkestr  barabanlarının 

həyəcanlı  sədaları  altında  bütün  dəstə  sürətlə  səhnənin  lap 

kənarına  yaxınlaĢdı  və  birinci  cərgədə  oturanlar  qıĢqırıĢıb 

geri  dartındılar,  tamaĢaçılara  elə  gəldi  ki,  indi  onların  hər 

üçü öz velosipedilə orkestrin üstünə aĢacaq. 

Ancaq  qabaq  təkərlər  boĢluqda  sürüĢüb  çalğıçıların 

baĢına  düĢhadüĢdə  velosipedlər  dayandı.  Velosipedçilər 

"hop!"  deyə  yerə  atılaraq  baĢ  əydilər,  sarıĢın  qadın 

tamaĢaçılara  hava  öpüĢü  göndərdi,  uĢaq  isə  öz  məzəli 

avtomobil siqnalı ilə camaatın baĢ-qulağını dəng elədi. 

AlqıĢlar  binanı  titrətdi,  mavi  pərdə  hər  iki  tərəfdən 

sürüĢüb  velosipedçiləri  görünməz  etdi,  qapının  üstündə 

"ÇıxıĢ"  sözləri  yazılmıĢ  yaĢıl  iĢıqlar  söndü,  hörümçək  toru 

kimi iplər sallanan günbəzin altında isə günəĢ kimi ağ Ģarlar 

yandı. Sonuncu hissədən əvvəl fasilə elan olundu. 

Culli  ailəsinin  velosipedlə  göstərdiyi  möcüzələrə  heç 

bir  maraq  göstərməyən  yeganə  adam  Qriqori  Daniloviç 

downloaded from KitabYurdu.org



 

228 


Rimski  idi.  O,  tək-tənha  öz  kabinetində  oturub  nazik 

dodaqlarını  gəmirirdi,  hərdən-hərdən  sifəti  səyriyirdi. 

Lixodeyevin  qeyri-adi  Ģəraitdə  itkin  düĢməsinin  ardınca 

inzibatçı Varenuxa da tamam gözlənilmədən yoxa çıxmıĢdı. 

Rimski bilirdi o hara gedib, ancaq o getmiĢdi və... geri 

qayıtmamıĢdı! Rimski çiyinlərini çəkib, öz-özünə pıçıldadı: 

– Axı nəyə görə?! 

Qəribə iĢdir: maliyyə direktoru kimi iĢgüzar adam üçün 

Varenuxanın getdiyi yerə zəng vurub, orada nə baĢ verdiyini 

öyrənmək,  əlbəttə,  asan  bir  Ģeydi,  di  gəl,  axĢam  saat  ona 

qədər özünü buna məcbur edə bilmədi. 

Saat  onda  isə  Rimski  özünü  əziyyətə  salıb  telefonun 

dəstəyini qaldırdı və əmin oldu ki, telefon iĢləmir. Xidmətçi 

məlumat  verdi  ki,  binadakı  baĢqa  aparatlar  da  xarab  olub. 

Əlbəttə, bu xoĢagəlməz, ancaq heç bir qeyri-adiliyi olmayan 

hadisə,  nədənsə,  maliyyə  direktorunu  lap  sarsıtdı,  intəhası, 

həm  də  sevindirdi:  zəng  vurmaq  məcburiyyətindən  canı 

qurtarmıĢdı. 

Fasilənin  baĢlandığını  bildirən  qırmızı  lampa  maliyyə 

direktorunun  baĢı  üstündə  yanıb-sönəndə  xidmətçi  daxil 

downloaded from KitabYurdu.org



 

229 


olub  əcnəbi  artistin  gəldiyini  xəbər  verdi.  Maliyyə 

direktorunun  nəyə  görəsə  bədəni  ürpəĢdi  və  bulud  kimi 

qaralıb, qastrolçunu qəbul etmək üçün səhnə arxasına keçdi, 

çünki onu qarĢılayası baĢqa adam yoxdu. 

Dəhlizin 

baĢındakı,  artıq  xəbərdarhq  zənginin 

cingildədiyi  iri  geyinmə  otağına  maraq  üçün  müxtəlif 

bəhanələrlə  boylananlar  çox  idi.  Parıltılı  xalat  geyinmiĢ, 

çalma  qoymuĢ  fokusçular,  ağ  toxunma  gödəkcədə 

konkisürən,  pudradan  rəngi  ağarmıĢ  hekayəçi  və  qrimçi 

buraya yığıĢmıĢdılar. 

TəĢrif  buyuran  məĢhur  adam  olduqca  gözəl  parçadan 

tikilmiĢ frakının uzunluğu və qara yarımmaskası ilə hamını 

heyrətə  saldı.  Ancaq  ən  qəribəsi  cadugərin  iki  yoldaĢı  idi: 

eynəyinin  ĢüĢəsi  çatlamıĢ  dama-dama  paltarlı  uzundraz  və 

dal  ayaqlarının  üstündə  geyinmə  otağına  girən  kimi 

saymazyana  divanda  oturub,  gözlərini  qıyaraq  əlvan  qrim 

fanarlarına baxan qara kök piĢik. 

Rimski  özünü  gülümsəməyə  məcbur  etsə  də,  sifətində 

acıqlı, turĢumuĢ bir ifadə yarandı və divanda piĢiklə yanaĢı 

dinməzcə  oturmuĢ  cadugəri  baĢla  salamladı.  Əl  verib 

downloaded from KitabYurdu.org




 

230 


görüĢmədilər.  Di  gəl,  dama-dama  paltarlı  sırtıq  "onların 

köməkçisi" deyərək, özünü maliyyə direktoruna təqdim etdi. 

Maliyyə  direktoru  buna  təəccübləndi,  heç  xoĢagələn  hal 

deyildi: müqavilədə köməkçi adı çəkilmirdi. 

Qriqori  Daniloviç  gözlənilmədən  peyda  olmuĢ  dama-

dama  paltarlıdan,  çox  rəsmi  və  soyuq  tərzdə  artistin 

aparaturasının harada olduğunu xəbər aldı. 

– Gözümüzün  ağı,  qarası,  baĢımızın  tacı,  çox  qiymətli 

direktor, – cadugərin köməkçisi xırıltılı səslə cavab verdi, – 

bizim aparaturamız həmiĢə üstümüzdədir. Bax, budur! Eyn, 

svey,  drey!  –  Və  düyünlü  barmaqlarını  Rimskinin  gözü 

qarĢısında  oynadıb,  maliyyə  direktorunun  bir  az  əvvəl 

qabağı  düymələnmiĢ  pencəyinin  altındakı  jiletin  cibində 

olan,  zənciri  ilgəyə  keçirilmiĢ  qızıl  saatı  birdən  piĢiyin 

qulağının dibindən çıxardı. 

Rimski  əlini  qeyri-ixtiyari  qarnına  tərəf  apardı, 

ətrafdakılar  heyrətdən  içlərini  çəkdilər,  qapıdan  baxan 

qrimçi isə məmnunluqla güldü. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə