Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə47/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   151

 

236 


Zal  rahat  nəfəs  aldı.  Faqot  və  piĢik  səhnənin  müxtəlif 

tərəflərinə çəkildilər. Faqot çırtıq çalıb bağırdı: 

– Üç,  dörd!  –  havadan  bir  dəst  kart  tutub  qarıĢdırdı  və 

lent kimi piĢiyə tərəf atdı. PiĢik lenti tutub, onu geri atdı. 

Atlas  kartlar  pırıltı  ilə  uçdu.  Faqot  quĢ  balası  kimi 

ağzını açıb bir-bir kartın hamısını uddu. 

Bundan sonra piĢik sağ ayağını yerə vurub baĢ əydi və 

sürəkli alqıĢ qazandı. 

– Əla,  əla!  –  səhnənin  arxasındakılar  heyranlıqla 

qıĢqırdılar. 

Faqot isə barmağı ilə parteri göstərib elan etdi: 

– Hörmətli  vətəndaĢlar,  kart  dəsti  indi  yeddinci  sırada 

oturmuĢ  vətəndaĢ  Parçevskinin  cibində,  üç  manatlıqla 

vətəndaĢ  Zelkovaya  aliment  ödənməsiylə  bağlı  məhkəməyə 

çağırıĢ vərəqinin arasındadır. 

Parterdə qımıldandılar, yerlərindən qalxmağa baĢladılar 

və  nəhayət,  soyadı,  doğrudan  da,  Parçevski  olan  heyrətdən 

pörtmüĢ bir adam pul kisəsindən kart dəstini çıxarıb, onunla 

nə edəcəyini bilmədən əlində yuxarı qaldırdı. 

downloaded from KitabYurdu.org




 

237 


– Qoy  sizə  yadigar  qalsın!  –  Faqot  qıĢqırdı.  –  Dünən 

Ģam  yeməyi  vaxtı  nahaq  yerə  demirdiniz  ki,  əgər  poker 

olmasaydı, Moskvada həyatınız lap dözülməz olardı. 

– Köhnə hoqqadır, – yuxarı yarusdan kimsə dedi, – bu 

parterdəki də onlarla eyni dəstədəndir. 

– Siz  belə  hesab  edirsiniz?  –  Faqot  gözlərini  qıyıb, 

yuxarı  yarusa  baxa-baxa  bağırdı,  –  onda  siz  də  bizim 

dəstədənsiniz, çünki o, sizin cibinizdədir. 

Yuxarı  yarusdakılar  hərəkətə  gəldilər  və  kimsə 

sevincək dedi: 

– Düzdür!  Ondadır!  Burada,  burada...  Dayan!  Bu  ki 

onluqlardır! 

Parterdə  oturanlar  baĢlarını  çevirdilər.  Yuxarı  yarusda 

həyəcanlanmıĢ bir adam cibindən bankda bağlanmıĢ, üstünə 

"Min rubl" yazılmıĢ pul dəsti tapmıĢdı. 

QonĢuları onun üstünə tökülüĢdülər, o isə heyrət içində 

dırnağı ilə bağlamanı didiĢdirirdi ki, görsün əsl onluqlardır, 

yoxsa yox. 

– Allah haqqı, həqiqidir! Onluqlardır! – yuxarı yarusda 

sevinclə qıĢqırırdılar. 

downloaded from KitabYurdu.org



 

238 


– Mənimlə  də  bu  cür  kart  oynayın,  –  parterin 

ortalarından gonbul bir adam Ģən-Ģən xahiĢ etdi. 

– Avek plezir! – Faqot cavab verdi, – ancaq niyə təkcə 

sizinlə? Hamı həvəslə iĢtirak edəcək! – və əmr etdi: – Hamı 

yuxarı baxsın!.. Bir! – əlində tapança peyda oldu. 

– Ġki! – tapançanı qaldırdı.  – Üç! – gurultu eĢidildi və 

elə  həmin  an  günbəzin  altından,  idman  alətləri  asılmıĢ 

iplərin arası ilə zala ağ kağızlar tökülməyə baĢladı. 

Kağız  pullar  fırlana-fırlana  yuxarı  yarusa  tökülürdü, 

uçuĢub  orkestr  oturan  yerə,  səhnəyə  düĢürdü.  Bir  neçə 

saniyədən  sonra  pul  yağıĢı  lap  sıxlaĢıb  kreslolara  çatdı  və 

tamaĢaçılar kağız pulları göydə tutmağa baĢladılar. 

Yüzlərlə  əl  qalxmıĢdı,  tamaĢaçdar  kağız  pulları  iĢıqlı 

səhnəyə  tərəf  tutub,  bütün  niĢanlarının  doğru-düzgün 

olduğunu  görürdülər.  Qoxusu  da  heç  bir  Ģübhə  yeri 

qoymurdu:  bu,  yenicə  çap  olunmuĢ  pulun  gözəlliyi  heç  nə 

ilə müqayisəyə gəlməyən qoxusu idi. Əvvəlcə sevinc, sonra 

heyrət bütün zalı bürüdü. "Onluqlar, onluqlar" sözü hər yanı 

baĢına götürmüĢdü, "ah, ah!" nidaları, Ģən gülüĢlər eĢidilirdi. 

Kimlərsə  artıq  keçidlərdə  dizin-dizin  sürünüb,  kresloların 

downloaded from KitabYurdu.org



 

239 


altını  axtarırdı.  Çoxları  oturacağın  üstünə  çıxıb,  yellənə-

yellənə, nazlana-nazlana düĢən onluqları havada tuturdular. 

Milis  nəfərlərinin  sifətində  çaĢqınlıq  hiss  olunurdu, 

artistlər  isə  utanıb  çəkinmədən  baĢlarını  səhnə  arxasından 

çıxarmağa baĢlamıĢdılar. 

Beletajdan  səs  eĢidildi:  "Nə  qapırsan?  Bu  mənimdir! 

Mənim  üstümə  uçurdu!"  O  biri  səs  dedi:  "Ġtələyib  eləmə, 

səni  elə  itələyərəm  ki!"  Birdən  Ģapalaq  səsi  gəldi.  Dərhal 

beletajda  milisioner  dəbilqəsi  göründü,  kimisə  beletajdan 

apardılar. 

Həyəcan  get-gedə  artırdı  və  əgər  Faqot  qəfil  havaya 

üfürüb  pul  yağıĢını  kəsməsəydi,  bunun  axırının  nə  ilə 

qurtaracağını bilmək olmazdı. 

Ġki  cavan  oğlan  çoxmənalı,  Ģən  baxıĢlarla  bir-birinə 

baxıb,  yerindən  durdu  və  birbaĢ  bufetə  yollandı.  Teatr 

uğuldayırdı, tamaĢaçıların gözü həyəcanla parıldayırdı. Bəli, 

bəli,  bunun  nəylə  qurtaracağını  bilmək  olmazdı,  əgər 

Benqalski özündə güc tapıb hərəkətə gəlməsəydi. Özünü ələ 

almağa çalıĢaraq, vərdiĢ etdiyi kimi, əllərini bir-birinə sürtüb 

gur səslə dedi: 

downloaded from KitabYurdu.org



 

240 


–  Budur,  vətəndaĢlar,  biz  indi  sizinlə,  necə  deyərlər, 

kütləvi  hipnozun  Ģahidi  olduq.  Heç  bir  möcüzənin  və 

cadugərliyin olmadığını hər Ģeydən gözəl sübut edən düzgün 

elmi  təcrübə  idi.  Maestro  Volanddan  xahiĢ  edək,  bu 

təcrübəni bizim üçün ifĢa eləsin. VətəndaĢlar, siz indi, guya, 

pul olan bu kağızların qəfil peyda olduğu kimi, qəfil də yoxa 

çıxdığını görəcəksiniz. 

Bu yerdə o əl çaldı, ancaq tamamilə təklikdə, sifətində 

özünə əminlik ifadəsi vardı, di gəl, gözlərində bu əminlikdən 

əsər-əlamət  yox  idi,  daha  doğrusu,  gözlərindən  yalvarıĢ 

oxunurdu. 

Benqalskinin  çıxıĢı  tamaĢaçılann  xoĢuna  gəlmədi. 

Çökən sükutu dama-dama paltarlı Faqot pozdu. 

– Bu,  necə  deyərlər,  növbəti  yalandır,  –  o  çığırdı,  – 

vətəndaĢlar, pullar həqiqidir! 

– Bravo! – yoğun kiĢi səsi yuxarıdan qıĢqırdı. 

– Yeri  gəlmiĢkən,  bu,  –  Faqot,  Benqalskini  göstərdi,  – 

məni bezdirib. Dəqiqədəbir hara gəldi burnunu soxur, yalan 

fikirləriylə seansı pozur! Onunla nə edək? 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə