216
çəkilmiĢdi, ancaq inzibatçının əhvalı pozuldu, çünki havanın
hətta tufanqabağı qaralmasına baxmayaraq, divarların artıq
kömürlə, karandaĢla yazıldığını görmək olurdu.
– Bu nə murdarlıqdır!.. – inzibatçı elə bu sözləri
demiĢdi ki, qəfil arxadan mırıltı eĢitdi.
– Sizsiniz, Ġvan Savelyeviç?
Varenuxa diksinib çevrildi və qarĢısında sifətdən piĢiyə
oxĢayan tösmərək bir adam gördü.
– Tutaq ki, mənəm, – Varenuxa kinli-kinli cavab verdi.
– Çox, çox xoĢdur, – piĢiyə bənzər gonbul adam cır
səslə dedi və qəfil dönüb Varenuxanın qulağının dibinə nə
təhər vurdusa, kepkası baĢından uçub, tualetin deĢiyində
yoxa çıxdı.
Gonbulun zərbəsindən tualet bir anlığa iĢıqlandı, ildırım
çaxdı. Sonra bir də göy guruldadı və inzibatçının qarĢısında
balacaboy, ancaq enlikürək, bir gözü titəli, köpək diĢləri
uzun, kürən bir adam peyda oldu, həmin adam, görünür,
solaxay idi və inzibatçının o biri qulağının dibindən iliĢdirdi.
Yenə göy guruldadı, tualetin taxta damına Ģıdırğı yağıĢ
tökdü.
downloaded from KitabYurdu.org
217
– Siz nə edirsiniz, yoldaĢla... – ağlı baĢından çıxan
inzibatçı ümumi tualetdə adama hücum edən quldurlara
"yoldaĢlar" sözünün heç cür uyğun gəlmədiyini o dəqiqə
anlayıb xırıldadı: – vətənda... – bu cür adlandırılmağa da
layiq olmadıqlarını baĢa düĢdü və hansınınsa üçüncü zərbəsi
ona nə təhər dəydisə, burnunun qanı büzməli üst köynəyinə
fıĢqırdı.
– Portfelindəki nədir, müftəxor? – piĢiyə oxĢayan
bağırdı, – teleqramlardır? Bəs sənə xəbərdarlıq etməmiĢdilər
ki, onları heç hara aparmayasan? Səndən soruĢuram,
xəbərdarlıq etmiĢdilər?
– EtmiĢdələ... dilər... dələr... – nəfəsi boğula-boğula
cavab verdi.
– Buna baxmayaraq, dabanına tüpürdün? Portfeli bura
ver, alçaq! – sonradan peyda olan adam telefonda eĢitdiyi
həmin tın-tın səslə qıĢqırdı və portfeli Varenuxanın titrəyən
əlindən dartıb aldı.
Hər ikisi inzibatçının qoltuğuna girdi, onu bağdan
çıxardıb Sadovaya küçəsi ilə qaçmağa baĢladılar. Əməllicə
tufan qalxmıĢdı, navalçalardan, damlardan Ģırıltı ilə axan
downloaded from KitabYurdu.org
218
köpüklü
su
gurultu-uğultu
qopararaq
kanalizasiya
deĢiklərinə tökülürdü, darvazaların altından sel gedirdi.
Sadovaya küçəsində heç kim gözə dəymirdi, Ġvan
Savelyeviçin köməyinə çatası adam yox idi. ġimĢəyin
iĢıqlandırdığı quldurlar bulanıq sel-suyun üstündən atıla-
atıla, bir saniyənin içində yarımcan inzibatçını sürüyüb 302-
bis №-li binaya gətirdilər, öz tuflilərini və corablarını
əllərində tutan iki ayaqyalın qadının divara sığındığı həyət
darvazasından içəri soxuldular. Sonra altıncı çöl qapısına
tərəf götürüldülər və az qala, havalanmıĢ Varenuxanı beĢinci
mərtəbəyə qaldırıb, onun yaxĢı bələd olduğu Styopa
Lixodeyevin mənzilinin yanqaranlıq dəhlizinə atdılar.
Hər iki quldur o saat yoxa çıxdı, onların əvəzinə
dəhlizdə kürən, gözləri fosfor kimi iĢıq saçan lümlüt bir qız
peyda oldu.
Varenuxa anladı ki, baĢına gələnlərin ən dəhĢətlisi elə
budur və inildəyib divara tərəf sıçradı. Qız isə inzibatçıya
lap yaxınlaĢıb, əlini onun çiyninə qoydu. Varenuxanın
saçları biz-biz oldu, çünki hətta islanmıĢ soyuq köynəyin
üstündən belə bu əlin buz kimi soyuq olduğunu duydu.
downloaded from KitabYurdu.org
219
– Qoy bir səni öpüm, – qız nəvaziĢlə dedi və o, iĢıq
saçan gözləri düz öz gözlərinin önündə gördü. Bu vaxt
Varenuxa huĢunu itirdi və öpüĢü hiss etmədi.
XI fəsil
ĠVANIN ĠKĠLƏġMƏSĠ
Hələ bir saat əvvəl may günəĢinin iĢığında göz oxĢayan
Ģam meĢəsi bozardı, qaraldı və yoxa çıxdı.
Bayırda selləmə yağıĢ tökürdü. Hərdən-hərdən ĢimĢək
çaxırdı, göy guruldayırdı, xəstənin otağı ani olaraq
iĢıqlanırdı.
Ġvan çarpayıda oturub, köpüklənən bulanıq çaya baxa-
baxa sakitcə ağlayırdı, hər dəfə ildırım çaxanda yanıqlı-
yanıqlı inildəyib, əlləriylə üzünü örtürdü. Tufandan əvvəl
otağa dolan külək Ġvanın yazdığı vərəqləri döĢəməyə
dağıtmıĢdı.
ġairin qorxunc məsləhətçi haqqında ərizə yazmaq cəhdi
boĢa çıxdı. Praskovya Fyodorovna adlı gonbul feldĢerdən
downloaded from KitabYurdu.org
220
karandaĢ qırığı və kağız alan kimi iĢgüzarcasına əlini-əlinə
sürtüb, tələsik masanın arxasına keçdi. Əvvəlini çox cəld
yazdı:
"Milisə. Massolitin üzvü Ġvan Nikolayeviç Bezdomnı
tərəfindən. Ərizə. Dünən axĢam mən mərhum M.A.Berliozla
Patriarx gölünə gəldim..."
O saat da Ģair dolaĢıb qaldı, ən baĢlıcası da "mərhum"
sözünə görə. Nəsə cəfəng bir Ģey alınırdı: necə axı –
mərhumla gəldim? Mərhumlar gəzmir! Doğrudan da, nə
desən olar, elə bilərlər dəliyəm!
Ġvan
Nikolayeviç
belə
düĢünüb,
yazdıqlarını
düzəltməyə baĢladı. Bu cür alındı: "...sonradan ölmüĢ
M.A.Berliozla..." Yenə müəllif razı qalmadı. Ġkinci dəfə
üstündə iĢləyəsi oldu, bu, əvvəlkilərdən də pis çıxdı:
"...tramvayın ahına düĢən Berliozla..." – bu yerdə heç kimin
tanımadığı eyni soyadlı bəstəkar Berlioz yada düĢdü, əlavə
etməli oldu: "...bəstəkarla yox..."
Bu iki Berliozun arasında girinc qalan Ġvan hamısını
qaralayıb, oxucunun diqqətini tez çəkmək üçün nəsə ən
təsirli yerdən baĢlamaq qərarına gəldi və yazdı ki, piĢik
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |