Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə40/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   151

 

201 


köynəyində,  Ģalvarda,  çəkməsiz,  ruhi  xəstəyə  oxĢayan 

Ģabalıdı saçlı bir adam gəlib Varyetenin direktoru Lixodeyev 

olduğunu deyib Direktor Lixodeyevin harada olduğu barədə 

Yaltaya təcili teleqram vurun". 

– Hoqqabaz! – Rimski bərkdən dedi və əlavə etdi: – Bu 

da bir sürpriz! 

– Yalançı  Dmitri,  –  Varenuxa  qalan  sözləri  telefonun 

dəstəyinə  dedi:  –  Teleqrafdır?  Varyetenin  hesabına.  Təcili 

teleqram  qəbul  edin...  EĢidirsiniz?..  "Yalta,  cinayət  axtarıĢ 

idarəsinə...  Direktor  Lixodeyev  Moskvadadır.  Maliyyə 

direktoru Rimski..."  

Yaltalı  fırıldaqçı  haqqındakı  xəbərə  baxmayaraq, 

Varenuxa Styopanı telefonla harada gəldi axtarmağa baĢladı 

və  əlbəttə,  heç  yerdə  tapmadı.  Varenuxa  dəstək  qulağında, 

özgə  hara  zəng  vurmaq  barədə  düĢündüyü  vaxt  bayaq 

teleqram gətirən qadın içəri girib, Varenuxaya yeni bir kağız 

verdi.  Varenuxa  kağızı  tələsik  açıb  oxuyandan  sonra  fit 

çaldı. 


– Ġndi nə olub? – Rimski əsəbi halda gözlərini qırpdı. 

downloaded from KitabYurdu.org




 

202 


Varenuxa  teleqramı  dinməzcə  ona  uzatdı  və  maliyyə 

direktoru  bu  sözləri  oxudu:  "Yalvarıram  inanın  Volandın 

hipnozu  ilə  Yaltaya  atılmıĢam  cinayət  axtarıĢ  idarəsinə 

Ģəxsiyyətimi təsdiq edən təcili teleqram vurun Lixodeyev". 

Rimski  və  Varenuxa  baĢları  bir-birinə  toxuna-toxuna 

teleqramı təkrar oxudular, oxuyub dinməzcə baxıĢdılar. 

– VətəndaĢlar!  –  qadın  birdən  hirsləndi,  –  qol  çəkin, 

sonra  nə  qədər  istəsəniz,  susarsınız!  Axı  mən  teleqram 

daĢıyıram. 

Varenuxa teleqramdan gözünü ayırmadan dəftərə əyri-

üyrü bir qol çəkdi və qadın getdi. 

– Sən  axı  onunla  saat  on  ikiyə  iĢləmiĢ  telefonla 

danıĢmısan? – inzibatçı çaĢqınlıq içində dilləndi. 

– Demək  də  gülüncdür!  –  Rimski  bağırdı,  –  danıĢdım, 

ya danıĢmadım, o, indi Yaltada ola bilməz! Bunu düĢünmək 

belə gülüncdür! 

– O, keflidir... – Varenuxa dedi. 

– Kim  keflidir?  –  Rimski  soruĢdu  və  yenə  bir-birinə 

baxdılar. 

downloaded from KitabYurdu.org




 

203 


Yaltadan  hansısa  fırıldaqçının,  ya  dəlinin  teleqram 

vurduğuna  Ģübhə  yoxdur;  ancaq  bir  Ģey  qəribə  idi:  vur-tut 

dünən  Moskvaya  gəlmiĢ  Volandı  yaltalı  kələkbaz  axı 

haradan  tanıyırdı?  Lixodeyevlə  Volandın  əlaqəsi  olduğunu 

haradan bilirdi? 

– "Hipnozla..."  –  Varenuxa  teleqramdakı  sözü  təkrar 

etdi,  –  axı  Voland  haqqında  o,  haradan  bilir?  –  gözlərini 

döydü  və  birdən  qətiyyətlə  bərkdən  dedi:  –  Ola  bilməz, 

cəfəngiyatdır, cəfəngiyatdır, cəfəngiyatdır! 

– Bu  lənətə  gəlmiĢ  Voland  harada  qalır?  –  Rimski 

soruĢdu. 

Varenuxa  dərhal  əcnəbi  turist  bürosu  ilə  əlaqə  saxladı 

və  Rimskinin  təəccübünə  rəğmən  xəbər  verdi  ki, 

VolandLixodeyevin  mənzilində  qalır.  Sonra  Lixodeyevin 

evinin telefon nömrəsini yığıb, dəstəkdən gələn kəsik-kəsik 

siqnallara  bir  xeyli  qulaq  asdı.  Bu  siqnalların  arasında 

uzaqdan  ağır-ağır,  dərdli-dərdli  oxuyan  bir  səs  eĢidilirdi: 

"qayalar  yurdum  mənim..."  –  Varenuxa  düĢündü  ki, telefon 

Ģəbəkəsinə radionun səsi qarıĢıb... 

downloaded from KitabYurdu.org




 

204 


– Ev cavab vermir, – Varenuxa dəstəyi yerinə qoydu, – 

bəlkə, bir də zəng vurum... 

Sözü ağzında qaldı. Qapıda yenə həmin qadın göründü 

və  hər  ikisi  –  Rimski  də,  Varenuxa  da  onun  qabağına 

getdilər, o isə bu dəfə çantasından ağ yox, tünd rəngli vərəqə 

çıxartdı. 

– Artıq  məsələ  maraqlı  Ģəkil  alır,  –  Varenuxa  tələsik 

uzaqlaĢan qadını baxıĢları ilə ötürərək acıqla dedi. Vərəqəni 

ilk olaraq Rimski götürdü. 

Fotoqrafiya  kağızının  tünd  fonunda  qara  sətirlər 

aydınca seçilirdi: 

"Sübut üçün mənim  xəttim,  mənim imzam Teleqramla 

təsdiq edin Volandı gizlicə nəzarətə götürün, Lixodeyev". 

Teatrlarda iĢlədiyi iyirmi il ərzində Varenuxa çox Ģeylər 

görmüĢdü, ancaq bu yerdə hiss etdi ki, baĢı tormozlanıb və 

adi, üstəlik də, mənasız sözdən baĢqa heç nə deyə bilmədi: 

– Bu ola bilməz! 

Rimski  isə  baĢqa  cür  hərəkət  etdi.  O,  ayağa  qalxdı, 

qapını açıb kətildə oturmuĢ xidmətçi qadına qıĢqırdı: 

downloaded from KitabYurdu.org




 

205 


– Poçtalyonlardan  baĢqa  heç  kimi  içəri  buraxma!  –  və 

kabineti açarla bağladı. 

Sonra  yazı  stolunun  siyirməsindən  bir  qalaq  kağız 

çıxarıb,  fotoqramdakı  sola  əyilmiĢ  qara  hərfləri  Styopanın 

dərkənarlarındakı və əyri-üyrü xətlərlə bəzədiyi imzasındakı 

hərflərlə  diqqətlə  tutuĢdurmağa  baĢladı.  Masanın  üstünə 

əyilmiĢ Varenuxanın isti nəfəsi Rimskinin sifətini vururdu. 

– Bu,  onun  imzasıdır,  –  nəhayət,  maliyyə  direktoru 

qətiyyətlə dedi, Varenuxa isə əks-səda kimi cavab verdi: 

– Onundur. 

Rimskinin  üzünə  baxanda  inzibatçı  bu  sifətdəki 

dəyiĢikliyə mat qaldı. Onsuz da, arıq olan maliyyə direktoru, 

elə  bil,  lap  üzülmüĢdü,  hətta  qocalmıĢdı,  buynuz  sağanaqlı 

eynəyinin altından baxan gözləri isə öz kəskinliyini itirmiĢdi 

və  bu  baxıĢlarda  təkcə  həyəcan  yox,  həm  də,  elə  bil,  kədər 

var idi. 

Adam  son  dərəcə  heyrətləndiyi  anda  nə  edirsə, 

Varenuxa  da  onu  elədi.  Kabinetdə  oyan-buyana  qaçdı, 

çarmıxa çəkiblərmiĢ kimi iki dəfə əllərini yuxarı qaldırdı və 

qrafindəki sarımtıl sudan düz bir stəkan içib bərkdən dedi: 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə