Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə38/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   151

 

190 


– EĢitmək  belə  istəmirəm,  –  Korovyev  lap  onun 

qulağına pıçıldadı, – bizdən olmaz, əcnəbilərdən isə olar. Siz 

onun  xətrinə  dəyərsiniz,  Nikanor  Ġvanoviç,  yaxĢı  düĢməz. 

Zəhmət çəkmisiniz... 

– Ciddi  cəzalandırılır,  –  sədr  zorla  eĢidiləcək  səslə 

pıçıldayıb, yan-yörəsinə baxdı. 

– ġahid-zad  var?  –  Korovyev  onun  o  biri  qulağına 

pıçıldadı, – sizdən soruĢuram, var? Nə olub sizə? 

Sonralar sədrin israrla dediyi kimi, bu vaxt möcüzə baĢ 

verdi:  paçka  özü  sürüĢüb  onun  portfelinə  girdi.  Sonra  isə 

sədr  üzgün,  hətta  heysiz  vəziyyətdə  mənzildən  çıxdı. 

BaĢında  cürbəcür  fikirlər  dolaĢırdı.  Nitsadakı  villa,  təlim 

görmüĢ  piĢik,  həqiqətən  də,  Ģahidlərin  olmaması,  Pelageya 

Antonovnanın  kontramarkaya  sevinəcəyi  fikri  də  baĢında 

fırlanırdı.  Bunların  bir-birilə  əlaqəsi  olmasa  da,  hər  halda, 

xoĢ  fikirlər  idi.  Buna  baxmayaraq,  sədrin  ürəyinin  lap 

dərinliyinə,  elə  bil,  iynə  batırırdılar.  Bu,  narahatlıq  iynəsi 

idi.  Üstəlik  də,  elə  pilləkəndəcə  ağlına  gələn  bir  fikir  sədri 

sarsıtdı:  "Əgər  qapıda  möhür  var  idisə,  tərcüməçi  kabinetə 

necə girmiĢdi?! Və necə oldu ki, o – Nikanor Ġvanoviç bunu 

downloaded from KitabYurdu.org



 

191 


soruĢmadı?" Sədr bir müddət pilləkənlərə baxıb qoyun kimi 

gözlərini döydü, sonra qərara aldı ki, tüpürsün buna və qəliz 

suallarla özünə əziyyət verməsin... 

Sədr mənzili tərk edən kimi yataq otağından zəif bir səs 

eĢidildi: 

– Bu  Nikanor  Ġvanoviç  mənim  xoĢuma  gəlmədi.  O, 

hiyləgər  və  haramzadadır.  Elə  etmək  olmazmı  ki,  o  bir  də 

gəlməsin? 

– Messir,  əmrinizə  müntəzirəm!..  –  Korovyevin  artıq 

xırıltılı yox, təmiz və gur səsi haradansa eĢidildi. 

O saat da lənətə gəlmiĢ tərcüməçi dəhlizdə peyda oldu, 

telefonun  nömrəsini  yığıb,  nədənsə,  ağlamsına-ağlamsına 

dəstəyə dedi: 

– Alo!  Özümə  borc  bilirəm  xəbər  verəm  ki,  bizim 

Sadovaya  küçəsində  yerləĢən  302-bis  nömrəli  binanın 

mənzil  yoldaĢlığının  sədri  Nikanor  Ġvanoviç  Bosoy  valyuta 

alveri  edir.  Hal-hazırda  onun  otuz  beĢ  nömrəli  mənzilində, 

tualetin havaçəkənində qəzetə bükülmüĢ dörd yüz dollar var. 

DanıĢan  həmin  binanın  on  bir  nömrəli  mənzilinin  sakini 

downloaded from KitabYurdu.org




 

192 


Timofey  Kvastsovdur.  Sizi  and  verirəm,  adımı  gizli 

saxlayın. Sədrin intiqam alacağından qorxuram. 

Və əclaf dəstəyi asdı. 

50 №-li mənzildə daha nələrin baĢ verdiyi məlum deyil, 

ancaq Nikanor Ġvanoviçin evində nələr baĢ verdiyi bəllidir. 

O,  tualetə  girib  cəftəni  vurandan  sonra  tərcüməçinin  zorla 

verdiyi  pul  paçkasını  portfeldən  çıxarıb,  dörd  yüz  rubl 

olduğunu  yəqin  etdi.  Bu  paçkanı  Nikanor  Ġvanoviç  qəzetə 

büküb, ventilyasiyanın deĢiyinə qoydu. 

BeĢ  dəqiqədən  sonra  sədr  öz  kiçik  qonaq  otağındakı 

stolun  arxasında  oturmuĢdu.  Arvadı  mətbəxdən  onun  üçün 

səliqə  ilə  doğranmıĢ,  üstünə  bolluca  göy  soğan  səpilmiĢ 

siyənək  balığı  gətirdi.  Nikanor  Ġvanoviç  bir  qədəh  araq 

süzüb  içdi,  ikinci  qədəhi  içdi,  çəngələ  üç  parça  siyənək 

balığı keçirdi... və bu zaman qapının zəngi çalındı, Pelageya 

Antonovna  isə  buğlanan  qazanı  gətirdi,  bircə  dəfə  baxmaq 

kifayətdi ki, bu qatı, qaynar borĢun içində dünyanın ən dadlı 

nemətinin – kəllə sümüyünün olduğunu dərhal biləsən. 

Nikanor  Ġvanoviç  ağzının  suyunu  udub,  it  kimi 

mırıldadı: 

downloaded from KitabYurdu.org



 

193 


– Sizi  görüm  lənətə  gələsiniz!  Yeməyə  də  qoymurlar. 

Heç kimi içəri buraxma, mən yoxam. Yoxam. Mənzilə görə, 

denən, zəhlə tökməsinlər. Bir həftədən sonra iclas olacaq... 

Arvadı dəhlizə qaçdı, Nikanor Ġvanoviç isə od püskürən 

göldən  çömçə  ilə  uzununa  çatlamıĢ  sümüyü  çıxartdı.  Elə 

həmin  vaxt  yemək  otağına  iki  adam  girdi,  onların  da 

arxasınca 

nəyə 


görəsə  ağappaq  ağarmıĢ  Pelageya 

Antonovna.  Adamları  görəndə  Nikanor  Ġvanoviçin  də  rəngi 

qaçdı və o ayağa qalxdı. 

– Tualet  haradadır?  –  ağ  yaxalıqh  köynəkdə  olan 

təĢviĢlə soruĢdu. 

Nəsə yemək stoluna dəyib taqqıldadı (Nikanor Ġvanoviç 

qaĢığı əlindən müĢəmbənin üstünə salmıĢdı.). 

– Buradadır,  buradadır,  –  Pelageya  Antonovna  cəld 

dilləndi. 

Gələnlər tələsik dəhlizə cumdular. 

– Axı nə olub? – Nikanor Ġvanoviç gələnlərin arxasınca 

gedə-gedə  astadan  soruĢdu,  –  bizim  evdə  elə  bir  Ģey  ola 

bilməz... Bəs sizin sənədləriniz... üzr istəyirəm... 

downloaded from KitabYurdu.org




 

194 


Ağ  köynəkli  gedə-gedə  sənədini  Nikanor  Ġvanoviçə 

göstərdi, o biri isə həmin vaxt tualetdə kətilin üstünə çıxıb, 

əlini ventilyasiyaya soxmuĢdu. Nikanor Ġvanoviçin gözlərinə 

qaranlıq çökdü. Qəzeti açdılar, ancaq paçkadakılar rubl yox, 

üzərində qoca bir kiĢinin Ģəkli olan, indiyə qədər görmədiyi 

yaĢıl, ya göy pullar idi. Burası da var ki, Nikanor Ġvanoviç 

bütün bunları düz-əməlli görə bilmədi, gözlərinin qabağında 

dairələr oynaĢırdı. 

– Ventilyasiyada  dollarlar,  –  ağ  köynəkli  flkirli  halda 

dedi  və  Nikanor  Ġvanoviçdən  mülayimcəsinə,  nəzakətlə 

soruĢdu: – Sizin bağlamadır? 

– Yox! – Nikanor Ġvanoviç vahiməli səslə cavab verdi, 

– düĢmənlər atıblar! 

– Belə  Ģeylər  olur,  –  ağköynəkli  razılaĢdı  və  yenə 

mülayimcəsinə  əlavə  etdi:–  Neyləyək,  qalanlarını  da  təhvil 

vermək lazımdır. 

– Yoxumdur! Allah haqqı yoxdur, indiyə qədər əlimə də 

almamıĢam! – sədr bağırdı. 

O,  əlaqəsiz  sözlər  qıĢqıra-qıĢqıra  kamoda  tərəf  atıldı, 

hay-küylə siyirməni çəkib, içindən portfeli çıxartdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə