175
dərhal buraya gətirəcəklər və yenə həmin otaqda qalmalı
olacaqsınız.
– Alt paltarının buna nə dəxli? – Ġvan çaĢqınlıqla
döyükdü.
– Əsasən Ponti Pilatın dəxli var. Ancaq elə alt paltarının
da. Axı dövlətin verdiyi dəyiĢəyi əyninizdən çıxarıb, sizə öz
geyiminizi verəcəyik. Sizi isə buraya alt paltarında
gətiriblər. Buna baxmayaraq, siz öz mənzilinizə heç də
getmək fikrində deyilsiniz, ancaq mən buna eyham
vurmuĢdum. Sonra Pilatdan danıĢacaqsınız... və məsələ
aydındır!
Bu vaxt Ġvan Nikolayeviç qəribə bir hal keçirdi. Elə bil,
iradəsi sındı, hiss etdi ki, gücsüzdür, məsləhətə ehtiyacı var.
– Bəs onda nə edim? – bu dəfə artıq ürəksiz soruĢdu.
– Di çox gözəl! – Stravinski dedi, – bu, məntiqli sualdır.
Mən indi sizin baĢınıza, əslində, nə gəldiyini deyəcəyəm.
Dünən sizi kimsə bərk qorxudub, Ponti Pilat haqqında
söhbətlərlə, baĢqa Ģeylərlə qanınızı qaraldıb. Siz isə
əsəbiləĢmiĢ, sarsıntı keçirmiĢ adam, Ponti Pilat haqqında
danıĢa-danıĢa Ģəhəri dolaĢmısınız. Tamamilə təbiidir ki, sizi
downloaded from KitabYurdu.org
176
dəli biliblər. Sizin xilasınızın indi yalnız bir yolu var – tam
sakitlik. Siz hökmən burada qalmalısınız.
– Axı onu mütləq tutmaq lazımdır! – Ġvan artıq, az qala,
yalvardı.
– YaxĢı, gərək elə özünüz onun arxasınca düĢəsiniz? Bu
adama qarĢı bütün Ģübhələrinizi, ittihamlarınızı kağıza
yazın. Sizin ərizənizi lazımi yerə göndərməkdən asan nə ola
bilər və əgər siz güman etdiyiniz kimi, bu adam
cinayətkardırsa, hər Ģey çox tezliklə aydınlaĢar. Ancaq bir
Ģərtlə: beyninizi zora salmayın, Ponti Pilat haqqında
mümkün qədər az fikirləĢin. Adama çox Ģey danıĢarlar!
Ancaq hər sözə inanmaq lazım deyil.
– BaĢa düĢdüm! – Ġvan qətiyyətlə dedi, – xahiĢ edirəm,
mənə kağız-qələm versinlər.
– Kağız və gödək karandaĢ verin, – Stravinski kök
qadına əmr etdi, Ġvana isə dedi: – Ancaq məsləhət görürəm
ki, bu gün yazmayasınız.
– Yox, yox, elə bu gün, hökmən bu gün, – Ġvan
həyəcanla dedi.
downloaded from KitabYurdu.org
177
– Di yaxĢı, bircə beyninizi yormayın. Bu gün bir Ģey
alınmaz, sabah alınar.
– O aradan çıxacaq!
– Əsla, – Stravinski inamla dedi, – sizi əmin edirəm ki,
o, heç hara gedə bilməz. Və bilin ki, burada sizə hərtərəfli
kömək edəcəklər, bunsuz isə sizin iĢlər alınmaz. Məni
eĢidirsiniz? – Stravinski birdən mənalı-mənalı soruĢub, Ġvan
Nikolayeviçin hər iki əlini tutdu. Onun əllərini öz əllərinin
arasına alaraq, Ġvanın gözünün içinə xeyli baxıb təkrar etdi:
– Sizə burada kömək edəcəklər... məni eĢidirsiniz?.. Sizə
burada kömək edəcəklər... sizə burada kömək edəcəklər...
Siz rahat olacaqsınız. Burada sakitlikdir, hər Ģey rahatdır...
Sizə burada kömək edəcəklər...
Ġvan Nikolayeviç birdən əsnədi, üzünün ifadəsi
mülayimləĢdi.
– Bəli, bəli, – o, astadan dedi.
– Çox gözəl! – Stravinski söhbəti öz adəti üzrə
yekunlaĢdırıb ayağa durdu, – hələlik! – Ġvanın əlini sıxıb,
qapıdan çıxhaçıxda saqqallıya tərəf dönüb dedi: – Hə,
oksigen də verin... vannalar da qəbul etsin.
downloaded from KitabYurdu.org
178
Bir neçə saniyədən sonra Ġvanın qarĢısında nə
Stravinski, nə də onun baĢının dəstəsi var idi. QarĢı
sahildəki Ģam meĢəsi günorta günəĢinin iĢığında pəncərə
barmaqlıqları arasından göz oxĢayırdı, yaxınlıqda isə çay
parıldayırdı.
IX fəsil
KOROVYEVĠN HOQQALARI
Moskvanın Sadovaya küçəsindəki mərhum Berliozun
yaĢadığı 302-bis №-li binanın mənzil yoldaĢlığının sədri
Nikanor Ġvanoviç Bosoy cümə axĢamına keçən gecədən
əməlli-baĢlı cəncələ düĢmüĢdü.
Artıq bildiyiniz kimi, gecəyarısı Jeldıbinin iĢtirakı ilə
binaya gələn komissiya Nikanor Ġvanoviçi çağırıb,
Berliozun öldüyünü ona xəbər verdi və birlikdə 50 №-li
mənzilə getdilər.
Orada mərhumun əlyazmaları və əĢyaları möhürləndi.
Həmin vaxt qulluqçu Qrunya və əhlikef Stepan Boqdanoviç
downloaded from KitabYurdu.org
179
mənzildə yox idi. Komissiya Nikanor Ġvanoviçə bildirdi ki,
mərhumun əlyazmaları araĢdırılmaq üçün götürülür,
mərhumun mənzil sahəsi, yəni üç otağı (zərgər arvadının
kabineti, qonaq və yemək otaqları) mənzil yoldaĢlığının
sərəncamına keçir, əĢyaları isə varisləri tapılana qədər
mənzildə qalacaq.
Berliozun ölüm xəbəri qeyri-adi bir sürətlə bütün
binaya yayıldı və cümə axĢamı səhər saat yeddidən Bosoya
telefonla zəng vurmağa, sonra isə mərhumun mənzil
sahəsinə iddia edən ərizələrlə Ģəxsən gəlməyə baĢladılar. Ġki
saatın içində Nikanor Ġvanoviç otuz iki belə ərizə qəbul etdi.
Bu ərizələrdə yalvarıĢ, hədə, böhtan, xəbərçilik, mənzili
öz hesabına təmir etdirəcəyinə vəd vardı, dözülməz
darısqallıq, quldurlarla bir mənzildə yaĢaya bilməmək səbəb
göstərilirdi. Bunların arasında 31 №-li mənzildə bilavasitə
pencəyin cibinə qoyulan pelmenin oğurlanması təsvir
olunmuĢ ərizənin bədii məziyyətlərinə heyran qalmaya
bilmirdin, iki nəfər özünü öldürəcəyini deyirdi, biri isə gizli
hamiləliyini etiraf edirdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |