Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə48/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   151

 

241 


– BaĢı qoparılsın! – kimsə yuxarı yarusdan ciddi Ģəkildə 

dedi. 


– Necə  dediniz?  Nə?  –  Faqot  bu  biabırçı  təklifə  o  saat 

hay verdi, – baĢı qoparılsın? Bu, yaxĢı ideyadır! Begemot! –

 

o, piĢiyə qıĢqırdır – əməl et! Eyn, svey, drey!!! 



GörünməmiĢ hadisə baĢ verdi. Qara piĢiyin tükləri biz-

biz  oldu,  dəhĢətli  bir  səslə  miyoldadı.  Sonra  bəbir  kimi 

yığılıb  Benqalskinin  sinəsinə,  oradan  da  baĢına  sıçradı. 

Mırıldayıb  koppuĢ  pəncələrilə  konferansyenin  seyrək 

saçlarından  yapıĢdı  və  vəhĢicəsinə  miyoldayıb,  iki  dəfə 

burmaqla baĢı yoğun boyundan qopardı. 

Teatrdakı iki min beĢ yüz adam bir nəfər kimi qıĢqırdı. 

QırılmıĢ boyun arteriyalarından qan fəvvarə vurub köynəyi, 

frakı  batırdı.  BaĢsız  bədənin  ayaqları  yöndəmsiz  Ģəkildə 

qatlandı  və  o,  döĢəməyə  oturdu.  Zaldan  qadınların  isterik 

çığırtıları eĢidildi. PiĢik baĢı Faqota verdi, o, saçından tutub 

baĢı tamaĢaçılara göstərdi və baĢ ümidsizcəsinə qıĢqırdı: 

– Həkim çağırın! 

– Sən yenə ağzına gələni danıĢacaqsan? – Faqot ağlayan 

baĢdan hirslə soruĢdu. 

downloaded from KitabYurdu.org




 

242 


– Daha danıĢmayacam! – baĢ xırıldadı. 

– Allah  xatirinə,  ona  əzab  verməyin!  –  lojadakı  hay-

küyün  içindən  qəfil  qadın  səsi  eĢidildi  və  cadugər  həmin 

səsə tərəf çevrildi. 

– Nə  deyirsiz,  vətəndaĢlar,  bağıĢlayaq  onu?  –  Faqot 

zaldan soruĢdu. 

– BağıĢlansın!  BağıĢlansın!  –  əvvəlcə  yer-yerdən,  ən 

çox  da  qadın  səsləri  eĢidildi,  sonra  kiĢi  səsləri  də  onlara 

qoĢuldu. 

– Nə buyuracaqsınız, messir? – Faqot maskalıdan xəbər 

aldı. 

– Nə etməli, – o, fikirli halda cavab verdi, – necə olsalar 



da,  insandırlar.  Pulu  sevirlər,  ancaq  axı  həmiĢə  belə  olub... 

BəĢəriyyət  pulu  sevir  –  dəridən,  kağızdan,  tuncdan,  ya 

qızıldan,  nədən  hazırlanır-hazırlansın,  fərqi  yoxdur. 

Yelbeyindirlər... amma nə olsun... hərdən ürəkləri rəhmə də 

gəlir... 

adi 


adamlardır... 

ümumiyyətlə, 

əvvəlkiləri 

xatırladırlar...  təkcə  mənzil  məsələsi  onları  korlayıb...  –  və 

bərkdən əmr etdi, – baĢı yerinə yapıĢdırın. 

downloaded from KitabYurdu.org




 

243 


PiĢik diqqətlə niĢan alıb baĢı zərblə boyuna basdı və baĢ 

düz  yerinə  oturdu,  elə  bil,  heç  bədəndən  ayrılmamıĢdı.  Ən 

əsası  da,  boyunda  hətta  çapıq  belə  qalmamıĢdı.  PiĢik 

pəncəsini Benqalskinin frakına, niĢastalı yaxalığına çəkdi və 

qan  izi  yoxa  çıxdı.  Faqot  oturmuĢ  Benqalskini  ayağa 

qaldırdı, frakının cibinə bir paçka onluq qoyub, səhnədən bu 

sözlərlə yola saldı: 

– Əkilin buradan! Sizsiz daha Ģən keçər. 

Konferansye  ətrafına  key-key  baxa-baxa,  səndələyə-

səndələyə  yanğınsöndürmə  postuna  qədər  gedə  bildi  və 

orada halı pisləĢdi. O, yazıq-yazıq qıĢqırdı: 

– BaĢım mənim, baĢım mənim! 

Ona  tərəf  atılanların  içində  Rimski  də  var  idi. 

Konferansye 

ağlayırdı, 

əllərini 

havada 

gəzdirirdi, 



donquldanırdı: 

– Mənim baĢımı verin! BaĢımı qaytarın! Mənzilimi alın, 

tablolarımı alın, təkcə baĢımı qaytarın! 

Xidmətçi  həkim  dalınca  qaçdı.  Benqalskini  geyinmə 

otağında divana uzatmağa çalıĢdılar, ancaq o, əl-qol atmağa 

baĢladı.  Karet  çağırası  oldular.  Bədbəxt  konferansyeni 

downloaded from KitabYurdu.org



 

244 


aparandan  sonra  Rimski  yenə  səhnəyə  tərəf  qaçdı  və  gördü 

ki,  orada  yeni  möcüzələr  baĢ  verir.  Hə,  yeri  gəlmiĢkən, 

həmin vaxt, ya ondan bir az əvvəl cadugər öz rəngi bozarmıĢ 

kreslosu  ilə səhnədən  yox olmuĢdu, onu  da  demək  lazımdır 

ki, 

Faqotun 


səhnədə 

çıxartdığı  qeyri-adi  oyunlara 

tamaĢaçıların baĢı qarıĢdığından, bunu heç kim hiss eləmədi. 

 

Faqot  isə  xəsarət  almıĢ  konferansyeni  yola  salıb, 



tamaĢaçılara elan etdi: 

– Bu zəhlətökəni bitiĢdirdik, indi gəlin qadın geyimləri 

mağazası açaq! 

Səhnə  dərhal  Ġran  xalıları  ilə  döĢəndi,  kənarlarından 

yaĢılımtıl  borucuqlarla  iĢıqlandırılmıĢ  iri  güzgülər, 

güzgülərin arasında vitrinlər peyda oldu, sevincdən ağızları 

açıla  qalmıĢ  tamaĢaçılar  vitrinlərdə  Parisdən  gətirilmiĢ 

müxtəlif rəngdə və fasonda qadın paltarları gördülər. Bu, tək 

bir vitrində idi, o birilərinə yüzlərlə lələkli, lələksiz, toqqalı, 

toqqasız  Ģlyapa,  dəridən,  atlazdan,  zamĢadan  həm  qayıĢlı, 

həm  də  cürbəcür  daĢlarla  bəzədilmiĢ  yüzlərlə  qara,  ağ,  sarı 

tufli  düzülmüĢdü.  Tuflilərin  arasına  qoyulan  futlyarlardakı 

downloaded from KitabYurdu.org



 

245 


büllur ətir ĢüĢələrinin naxıĢları iĢıqda bərq vururdu. Antilop 

və  maral  dərisindən,  ipək  parçadan  hazırlanan  əl  çantaları, 

onların  yanında  içində  dodaq  boyası  olan  qızılı  naxıĢlı 

uzunsov balaca futlyarlar dağ kimi qalaqlanmıĢdı. 

Haradansa  peyda  olmuĢ,  boynundakı  əcaib  çapığı 

gözəlliyini  korlayan  kürən  qız  qara  ziyafət  paltarında 

vitrinlərin 

yanında 


dayanıb, 

ixtiyar 


sahibi 

kimi 


gülümsəyirdi. 

Faqot  qımıĢaraq  elan  etdi  ki,  firma  tamamilə  pulsuz 

olaraq köhnə qadın paltarlarını, ayaqqabılarını Paris modeli 

olan paltar və ayaqqabılara dəyiĢir. Eyni sözləri əl çantaları, 

ətirlər və baĢqa Ģeylər haqqında da dedi. 

PiĢik  ayaqlarını,  pəncələrini  yerə  vurub,  gələnləri 

qarĢılayan qapıçıya xas hərəkətlər etdi. 

Qız  xırıltılı  səslə  olsa  da,  avazla,  düzgün  tələffüz 

etmədən  nəsə  az  anlaĢılan  sözlər  deməyə  baĢladı,  ancaq 

parterdəki  qadınların  sifətindən  bunların  çox  Ģirnikdirici 

sözlər olduğu hiss edilirdi. 

– Qerlen,  ġanel  nömrə  beĢ,  Mitsuko,  Narsis  Nuar, 

axĢam paltarları, kokteyl paltarlar... 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə