Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə56/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   151

 

281 


üçün  üstümə  atıldı,  sonra  əllərini  stola  döyə-döyə  xırıltılı 

səslə dedi ki, Latunskini zəhərləyəcək. 

Ġvan tutulmuĢdu, ancaq heç nə demədi. 

– Fərəhsiz,  sevincsiz  payız  günləri  gəldi.  Roman 

yazılmıĢdı,  daha  baĢqa  bir  iĢimiz  yox  idi,  sobanın 

böyründəki  xalırun  üstündə  oturub,  alova  baxmaqla 

günümüzü keçirirdik. Ġndi bir yerdə əvvəlkindən az olurduq. 

O, gəzməyə gedirdi. Mənim isə həyatımda, çox vaxt olduğu 

kimi,  yenə  qəribə  hadisə  baĢ  verdi...  Gözlənilmədən  özümə 

dost  tapdım.  Bəli,  bəli,  təsəvvür  edin,  mən,  ümumiyyətlə, 

adamayovuĢmazam,  qəribə  xasiyyətim  var:  adamlarla  çətin 

dil  tapıram,  heç  kimə  inanmıram,  hamıdan  Ģübhələnirəm. 

Ancaq  təsəvvür  edin,  bununla  belə,  heç  fərqinəvarmadığım 

düz-əməlli görkəmi də olmayanın biri qəfildən ürəyimə yol 

tapır və hamıdan da çox xoĢuma gəlir. 

Hə,  bax,  o  lənətə  gəlmiĢ  vaxtlarda  bağçamızın  qapısı 

açıldı,  yadımdadır,  xoĢ  payız  havası  idi.  O,  evdə  deyildi. 

Doqqazdan  bir  adam  girdi.  Hansı  iĢ  üçünsə  mənim 

evtikənimin  yanına  gəlmiĢdi,  sonra  bağçaya  düĢdü  və  necə 

oldusa, söhbətimiz tutdu. Özünü jurnalist kimi təqdim elədi. 

downloaded from KitabYurdu.org



 

282 


Təsəvvür  edin,  bu  adam  o  qədər  xoĢuma  gəldi  ki,  yenə 

hərdən onu xatırlayıram, ondan ötrü darıxıram. Getdikcə lap 

tez-tez  yanıma  gəlməyə  baĢladı.  Bildim  ki,  subaydır, 

yaxınlıqda,  təxminən,  belə  bir  mənzildə  yaĢayır,  150  yeri 

darısqaldır  və  sairə.  Nədənsə  məni  öz  evinə  dəvət  etmirdi. 

Arvadımın  ondan  heç  xoĢu  gəlmədi.  Ancaq  mən  onun 

tərəfini saxladım. Arvadım isə dedi: 

–  Özün  bilərsən,  ancaq  sənə  deyirəm  ki,  bu  adam 

məndə çox pis təəssürat oyadır. 

Mən güldüm. Hə, əslində, ondan niyə xoĢum gəlmiĢdi? 

Məsələ  belədir  ki,  ümumiyyətlə,  içində,  öz  qutusunda 

sürprizi olmayan adam maraqsızdır. Aloizinin (hə, yadımdan 

çıxmıĢdı deyəm ki, yeni tanıĢımın adı Aloizi Moqanç idi) öz 

qutusunda  belə  sürprizi  var  idi.  O  vaxta  qədər  də 

görməmiĢdim,  əminəm  ki,  bundan  sonra  da  Aloizi  kimi 

ağıllı adama rast gəlməyəcəyəm. Qəzetdə hansısa məqalənin 

məğzini  baĢa  düĢmürdümsə,  Aloizi  bir  anın  içində  izah 

eləyirdi,  özü  də  hiss  olunurdu  ki,  bu,  onun  üçün  adi  bir 

Ģeydir. Həyati hadisələr və məsələlər barədə yenə onun kimi. 

Ancaq  bunlar  heç,  Aloizi  ədəbiyyata  olan  həvəsi  ilə  məni 

downloaded from KitabYurdu.org



 

283 


məftun  etmiĢdi.  O,  romanı  əvvəldən  axıradək  mənə 

oxutmayana  qədər  rahat  olmadı,  özü  də  roman  haqqında 

xeyli  tərifli  fikirlər  söylədi,  ancaq  redaktorun  roman 

barədəki  bütün  qeydlərini,  orada  iĢtirak  edibmiĢ  kimi,  çox 

dəqiqliklə  təkrar  elədi.  Bu  qeydlər  yüzə-yüz  eyni  idi. 

Bundan baĢqa, o, tamamilə dəqiq izah etdi ki, niyə romanım 

çap  oluna  bilməz,  mən  də  onun  düz  dediyini  anladım.  O, 

açıq-aydın deyirdi: filan fəsil gedə bilməz... 

Məqalələrin 

ardı-arası 

kəsilmirdi. 

Əvvəl-əvvəl 

gülürdüm.  Ancaq  məqalələrin  sayı  artdıqca,  mənim  onlara 

münasibətim  də  dəyiĢməyə  baĢladı.  Ġkinci  mərhələ  təəccüb 

mərhələsi 

idi. 


Sərt, 

hədələyici 

tərzdə 

yazılmasına 



baxmayaraq,  bu  məqalələrin,  demək  olar,  hər  sətrində 

riyakarlıq,  inamsızlıq  hiss  olunurdu.  Mənə  elə  gəlirdi  –  və 

mən  bu  fikri  özümdən  qova bilmirdim  –  məqalə  müəllifləri 

demək  istədiklərini  demirlər,  onların  qəzəbi  də  məhz  buna 

görədir. Sonra isə, təsəvvür edin, üçüncü – qorxu mərhələsi 

gəldi.  Məqalələrdən  yox,  baĢa  düĢün,  baĢqa  Ģeylərdən,  bu 

məqalələrə,  romana  qətiyyən  dəxli  olmayan  Ģeylərdən 

qorxmağa  baĢladım.  Misal  üçün,  qaranlıqdan  qorxmağa 

downloaded from KitabYurdu.org



 

284 


baĢladım.  Bir  sözlə,  ruhi  xəstəlik  mərhələsi  baĢladı. 

Yatmazdan əvvəl kiçik otaqda iĢığı söndürən kimi mənə elə 

gəlirdi pəncərədən – halbuki pəncərə bağlı idi – çox uzun və 

soyuq  caynaqları  olan  sprut

19

    sürünüb  içəri  girir.  Beləcə, 



iĢıqda yatası oldum. 

Sevgilim  çox  dəyiĢmiĢdi  (əlbəttə,  sprut  haqqında  ona 

danıĢmamıĢdım,  ancaq  halımın  yaxĢı  olmadığını  görürdü), 

arıqlamıĢdı,  rəngi  solmuĢdu,  gülməyi  yadırğamıĢdı  və  elə 

hey xahiĢ edirdi ki, romandan parça çap etdirməyi məsləhət 

gördüyü üçün onu bağıĢlayım. Deyirdi ki, hər Ģeyi atıb, yüz 

mindən qalan pulla cənuba, Qara dənizə gedim. 

O, dediyindən əl çəkmirdi, mən isə mübahisə etməmək 

üçün  (ürəyimə  dammıĢdı  ki,  Qara  dənizə  gedə 

bilməyəcəyəm)  yaxın  günlərdə  gedəcəyimə  söz  verdim. 

Ancaq  o  dedi  ki,  bileti  özü  alacaq.  Mən  bütün  pullarımı, 

yəni on min rubla yaxın pulu çıxarıb ona verdim. 

– Niyə belə çox? – o təəccübləndi. 

                                                 

19

Sprut – başıayaqlılar sinfinə aid dəniz heyvanı 



downloaded from KitabYurdu.org


 

285 


Dilimi  sürüdüm  ki,  oğrulardan  qorxuram  və  xahiĢ 

edirəm, mən gedənə qədər pulları saxlasın. O, pulu götürüb 

əl çantasına qoydu, məni öpüĢlərə qərq edərək dedi ki, belə 

vəziyyətdə məni qoyub getməkdənsə, ölmək yaxĢıdır, ancaq 

onu  gözləyirlər,  getməyə  məcburdur,  sabah  gələcək. 

Yalvardı ki, heç nədən qorxmayım. 

Oktyabrın  ortaları  idi.  ġər  qarıĢmıĢdı.  O  getdi.  Mən 

divana  uzanıb,  iĢığı  yandırmadan  yatdım.  Sprutun  içəridə 

olduğu duyğusu ilə oyandım. Qaranlıqda əl havasına axtarıb, 

iĢığı  birtəhər  yandırdım.  Cib  saatı  gecə  ikini  göstərirdi. 

Üzgün  yatıb  xəstə  oyanmıĢdım.  Mənə  birdən  elə  gəldi  ki, 

payız zülməti ĢüĢəni sındırıb otağa axır və indi bu zülmətdə 

boğulacağam.  Artıq  özümü  idarə  eləyə  bilmirdim. 

QıĢqırdım, ağlıma gəldi ki, kiminsə, heç olmasa, yuxarıdakı 

evtikənin  yanına  qaçım.  Dəli  kimi  özümlə  mübarizə 

aparırdım.  Sobanın  yanına  çatıb,  ocağı  qalamağa  güc 

tapdım.  Odunlar  çırtıldamağa  baĢlayanda,  elə  bil,  bir  az 

yüngülləĢdim... Artırmaya qaçaraq iĢığı yandırdım, bir ĢüĢə 

ağ çaxır tapıb ağzını açdım, ĢüĢəni baĢıma çəkdim. Qorxum 

bir  balaca  azaldı  –  o  qədər  ki,  evtikənin  üstünə  qaçmayıb, 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə