Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə57/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   151

 

286 


sobanın  yanına  qayıda  bildim.  Qapını  açdım,  çünki  istidən 

sifətim, əllərim alıĢıb-yanırdı və pıçıldadım: 

– Hiss elə ki, mənə bədbəxtlik üz verib. Gəl, gəl, gəl! 

Ancaq heç kim gəlmirdi. Soba guruldayırdı, pəncərəyə 

yağıĢ  çırpılırdı.  Bu  vaxt  son  əhvalat  baĢ  verdi.  Mən 

siyirmədən  ağır,  qalın  romanı  və  qaralama  dəftərlərimi 

çıxarıb yandırmağa baĢladım. Bunu etmək çox çətindi, çünki 

yazılı  kağızlar  pis  yanır.  Dırnaqlarım  sına-sına  dəftərləri 

cırıb,  odunların  arasına  dürtürdüm  və  odçəkənlə  vərəqləri 

qurdalayırdım.  Arada  kül  məni  əldən  saldı,  alov  üzümü 

qarsaladı, ancaq mən geri çəkilmədim və roman var gücü ilə 

müqavimət  göstərsə  də,  axır  ki,  məhv  oldu.  TanıĢ  sözlər 

gözümə  dəyirdi,  alov  səhifə  boyunca  aĢağıdan-yuxarı 

qalxırdı,  ancaq  sözlər  yenə  də  üzə  çıxırdı.  Yalnız  kağız 

yanıb  qaralanda  sözlər  itirdi  və  mən  odçəkənlə 

amansızcasına onların axırına çıxırdım. 

Bu  vaxt  kimsə  astadan  pəncərəni  tıqqıldatdı.  Ürəyim 

çırpındı  və  mən  sonuncu  dəftəri  oda  atıb,  qapını  açmağa 

cumdum.  Kərpic  pillələr  zirzəmidən  həyətə  açılan  qapıya 

downloaded from KitabYurdu.org




 

287 


çıxırdı.  Ayaqlarım  dolaĢa-dolaĢa  qapıya  qaçıb  yavaĢdan 

soruĢdum: 

– Kimdir? 

Və səs, onun səsi cavab verdi: 

– Mənəm. 

Zənciri,  kilidi  necə  açdığımı  xatırlamıram.  O,  otağa 

keçən  kimi  sinəmə  sıxıldı,  saçları  dağınıq,  üz-gözü,  pal-

paltarı tamam suyun içində idi, özü də titrəyirdi. Mən ancaq 

bu sözləri deyə bildim: 

– Sənsən... sənsən? – səsim tutuldu və biz aĢağı qaçdıq. 

O,  artırmada  paltosunu  çıxardı,  tez-tələsik  birinci  otağa 

keçdik.  Astadan  qıĢqıraraq,  yanan  sonuncu  kağız  qalağını 

yalın əllə sobadan çıxarıb döĢəməyə atdı. O saat otağı tüstü 

bürüdü. Mən odu tapdaladım, o isə divana yıxılıb hönkürtü 

ilə ağladı. 

O sakitləĢəndə mən dedim: 

– Bu  romanı  görməyə  gözüm  yoxdur,  mən  xəstəyəm. 

Mən qorxuram. 

O, ayağa qalxdı: 

downloaded from KitabYurdu.org




 

288 


– Ġlahi,  sən  nə  yaman  xəstəsən.  Axı  nəyə  görə,  nəyə 

görə? Ancaq mən səni xilas eləyəcəyəm,  xilas  eləyəcəyəm. 

Bu nə iĢdir belə! 

Mən  onun  tüstüdən  və  ağlamaqdan  ĢiĢmiĢ  gözlərini 

görürdüm, soyuq əllərinin alnımı sığalladığını hiss edirdim. 

– Mən  səni  sağaldacağam,  sağaldacağam,  –  kürəyimə 

sığınıb mızıldandı, – sən onu bərpa edərsən. Niyə, niyə mən 

özümdə bir nüsxə saxlamadım! 

O,  hirsindən  diĢlərini  qıcayıb  yenə  nələrsə  dedi.  Sonra 

dodaqlarını bir-birinə sıxaraq, qarsalanmıĢ vərəqləri toplayıb 

qaydaya salmağa baĢladı. Romanın ortalarından hansısa fəsil 

idi,  dəqiq  yadımda  deyil.  QarsalanmıĢ  vərəqləri  səliqə  ilə 

üst-üstə  yığıb  kağıza  bükdü,  lentlə  bağladı.  Onun  bütün 

hərəkətləri  artıq  özünü  ələ  aldığından,  qətiyyətindən  xəbər 

verirdi. O, çaxır istəyib, içəndən sonra sakitcə dedi: 

– Yalanın  axırı,  bax,  belə  olur,  ona  görə  daha  yalan 

danıĢmaq  istəmirəm.  Mən  elə  indi  sənin  yanında  qala 

bilərəm, ancaq bu cür etmək istəmirəm. Ġstəmirəm həmiĢəlik 

onun  yadında  qalsın  ki,  yanından  gecə  qaçmıĢam.  O,  heç 

vaxt mənə pislik etməyib. Onu qəfil çağırdılar, zavodlarında 

downloaded from KitabYurdu.org



 

289 


yanğın baĢ verib. Ancaq tez qayıdacaq. Onunla sabah tezdən 

danıĢacağam, deyəcəyəm ki, baĢqasını sevirəm və həmiĢəlik 

sənin  yanına  gələcəyəm.  Cavab  ver,  bəlkə,  sən  bunu 

istəmirsən? 

– Zavallım mənim, zavallım, – dedim, – qoymaram ki, 

sən belə eləyəsən. Məni yaxĢı heç nə gözləmir, istəmirəm ki, 

sən də mənimlə bir yerdə məhv olasan. 

– Səbəb təkcə budur? – o, gözlərimin içinə baxdı. 

– Təkcə budur. 

O,  coĢqunluqla  sinəmə  sıxıldı,  boynumu  qucaqlayıb 

dedi: 

– Mən  səninlə  bir  yerdə  məhv  olmaq  istəyirəm.  Səhər 



sənin yanındayam. 

Həyatımdan son yadımda qalan – artırmadan düĢən iĢıq 

zolağı,  bu  iĢıq  zolağında  onun  dağınıq  saçları,  bereti  və 

qətiyyət  dolu  baxıĢlarıdır.  Bir  də  çöl  qapının  kandarındakı 

qara silueti və ağ bağlamanı xatırlayıram. 

– Mən səni ötürərdim, ancaq geri tək qayıtmaq halında 

deyiləm, mən qorxuram. 

downloaded from KitabYurdu.org




 

290 


– Qorxma.  Bir  neçə  saat  döz.  Səhər  tezdən  yanında 

olacağam. – Bu, ondan eĢitdiyim son sözlər oldu. 

– Sss! – Xəstə sözünü qəfil kəsib barmağını qaldırdı, – 

bu gün nəsə narahat aylı gecədir. 

O,  eyvanda  gözdən  itdi.  Ġvan  dəhlizdən  gələn  təkər 

səsini eĢitdi, kimsə hıçqırdı, ya astaca qıĢqırdı. 

Sakitlik çökəndə qonaq qayıtdı və xəbər verdi ki, 120-ci 

otağa  yeni  adam  gətiriblər.  Gətirilən  adam  baĢının 

qaytarılmasını  xahiĢ  edir.  Hər  iki  həmsöhbət  narahat  halda 

susdu,  sakitləĢəndən  sonra  yarımçıq  söhbəti  davam 

etdirdilər.  Qonaq  ağzını  açıb  danıĢmaq  istədi,  ancaq 

doğrudan  da,  narahat  gecə  idi.  Dəhlizdən  hələ  də  səslər 

eĢidilirdi və qonaq Ġvanın qulağına elə astadan pıçıldamağa 

baĢladı ki, Ģair ilk kəlməni eĢitmədi: 

– O, məni tərk eləyəndən on beĢ dəqiqə sonra pəncərəm 

döyüldü... 

Pıçıldadıqları,  görünür,  xəstəni  çox  həyəcanlandırırdı. 

Sifəti  tez-tez  səyriyirdi.  Gözlərində  qorxu  və  qəzəb  yanıb-

sönürdü.  Çoxdan  eyvandan  uzaqlaĢmıĢ  ay  səmti  əliylə 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə