Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə58/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   151

 

291 


göstərirdi.  Yalnız  dəhlizdə  səs  tamam  kəsiləndən  sonra 

qonaq Ġvandan aralanıb hündürdən danıĢdı. 

– Hə,  nə  isə,  yanvarın  ortalarında  elə  həminki,  ancaq 

düymələri  qırıq  paltoda  öz  həyətimdə  gecə  soyuqdan 

büzüĢmüĢdüm. Arxamda yasəmən kolunu basmıĢ qar təpəsi, 

qarĢımda, aĢağıda isə – pərdələri örtülü, o üzündən zəif iĢıq 

süzülən  pəncərələrim  idi,  mən  onlardan  birinə  yaxmlaĢıb 

qulaq  verdim  –  otağımda  patefon  oxuyurdu.  Bircə  bunu 

eĢitdim. Ancaq heç nə görə bilmədim. Bir az dayanıb, həyət 

qapısından çıxdım. Küçədə çovğun tüğyan edirdi. Ayağıma 

dolaĢan  it  məni  qorxutdu,  onun  əlindən  küçənin  o  biri 

tərəfinə  qaçdım.  Daimi  yoldaĢıma  çevrilmiĢ  Ģaxta  və  qorxu 

məni  bezdirmiĢdi.  Getməyə  yerim  yox  idi,  ən  yaxĢısı, 

əlbəttə,  dalanın  çıxdığı  küçədən  keçən  tramvaym  altına 

atılmaqdı.  Ġçərisi  iĢıqlı  bu  donmuĢ  qutular  uzaqdan 

görünürdü  və  Ģaxtada  onların  iyrənc  qıcırtısını  eĢidirdim. 

Ancaq mənim əziz qonĢum, məsələ onda idi ki, qorxu bütün 

bədənimi  sarmıĢdı.  Ġtdən  qorxduğum  kimi  tramvaydan  da 

qorxurdum.  Bəli,  sizi  inandırıram  ki,  bu  binada  mənim 

xəstəliyimdən betəri yoxdur. 

downloaded from KitabYurdu.org



 

292 


– Siz  ki  ona  xəbər  göndərə  bilərdiniz,  –  Ġvan  biçarə 

xəstənin halına acıdı, – bundan baĢqa, axı sizin pullarınız da 

ondadır? Yəqin, saxlamıĢ olar. 

– Buna  Ģübhəniz  olmasın,  əlbəttə,  saxlayıb.  Ancaq  siz, 

deyəsən,  məni  baĢa  düĢmürsünüz.  Ya  mən  nəyisə  təsvir 

etmək  bacarığımı,  görünür,  artıq  itirmiĢəm.  Bir  yana 

qalanda,  ayrılmağımıza  elə  də  təəssüflənmirəm,  çünki  o 

daha  mənə  lazım  olmayacaq.  Onun  qarĢısına,  –  qonaq 

həsrətlə 

gecənin 


qaranlığına  baxdı,  –  dəlixanadan 

göndərilmiĢ məktub qoyulur. Məgər belə ünvandan məktub 

göndərmək  olar?  Ruhi  xəstə?  Zarafat  edirsiniz,  mənim 

dostum! Yox, onu bədbəxt etmək? Mən bunu bacarmaram. 

Ġvan deməyə söz tapmadı, ancaq qonağa ürəyi yanırdı, 

dərdinə  Ģərik  olurdu.  O  isə  öz  xatirəsinin  əzabından  qara 

papaqlı baĢını yırğalaya-yırğalaya danıĢırdı: 

– Zavallı  qadın.  Amma  ümid  eləyirəm  ki,  o,  məni 

unudub! 

– Ancaq  siz  sağala  bilərsiniz...  –  Ġvan  çəkinə-çəkinə 

dedi. 

downloaded from KitabYurdu.org




 

293 


– Mənim  xəstəliyimin  əlacı  yoxdur,  –  qonaq  sakitcə 

cavab  verdi,  –  Stravinski  deyəndə  ki  məni  həyata 

qaytaracaq,  ona  inanmadım.  O,  insaflı  adamdır,  sadəcə, 

məni  sakitləĢdirmək  istəyir.  Amma  etiraf  edim  ki, 

əvvəlkindən  yaxĢıyam.  Hə,  harada  qalmıĢdım?  ġaxta, 

Ģütüyüb  keçən  tramvaylar.  Bu  klinikanın  açıldığını  artıq 

bilirdim,  Ģəhərin  bir  baĢından  o  biri  baĢına  piyada  getdim. 

Ağılsızlıq! ġəhər kənarında, yəqin ki, donardım, ancaq məni 

təsadüf  xilas  etdi.  Yük  maĢınının  nəyisə  xarab  olmuĢdu, 

sürücüyə yaxınlaĢdım, zastavadan dörd kilometr aralı olardı, 

təəccüblü  də  olsa,  sürücünün  mənə  ürəyi  yandı.  MaĢın 

buraya  gəlirdi.  Məni  də  götürdü.  Sol  ayaq  barmaqlarımı 

dondurmaqla canımı  qurtardım. Ancaq onu sağaltdılar. Ġndi 

dörd aydır buradayam. Özü də bilirsinizmi, bura heç də pis 

yer deyilmiĢ. Doğrusu, böyük planlar qurmağa dəyməz, əziz 

qonĢum!  Misal  üçün,  mən  bütün  yer  kürəsini  dolaĢmaq 

istəyirdim.  Neyləyəsən,  görünür,  qismət  deyilmiĢ.  Mən  bu 

kürənin  yalnız  çox kiçik  bir  hissəsini  görürəm.  DüĢünürəm 

ki, heç də ən yaxĢı hissəsi deyil, ancaq təkrar edirəm, lap elə 

pis  də  deyil.  Budur,  yay  gəlir,  Praskovya  Fyodorovna  söz 

downloaded from KitabYurdu.org



 

294 


verib  ki,  eyvanda  sarmaĢıq  əkəcək.  Açarlar  əl-qolunu  açıb. 

Gecələr  ay  doğacaq.  Ah,  o  daha  görünmür!  Hava  soyuyur. 

Gecəyarıdan keçir. Getmək vaxtıdır. 

– Deyin, ĠeĢua ilə Pilatın axırı nə oldu, – Ġvan xahiĢ etdi, 

– yalvarıram, mən bilmək istəyirəm. 

– Yox,  yox,  –  qonaq  diksinən  kimi  oldu,  –  mən  öz 

romanımı  həyəcansız  xatırlaya  bilmirəm.  Sizin  Patriarx 

gölündəki  dostunuz  isə  bunu  məndən  yaxĢı  bacarardı. 

Söhbətə görə sağ olun. Hələlik. 

Ġvan  özünə  gələnə  qədər  dəmir  barmaqlıq  cingiltiylə 

bağlandı və qonaq yoxa çıxdı. 

 

 



 

XIV fəsil 

YAġASIN XORUZ! 

 

Rimskinin,  necə  deyərlər,  əsəbləri  dözmədi  və 



protokolun  tərtib  olunmasını  sonacan  gözləmədən  öz 

kabinetinə  qaçdı.  O,  masa  arxasında  oturub,  qızarmıĢ 

downloaded from KitabYurdu.org



 

295 


gözlərini  sehrli  onluqlara  dikmiĢdi.  Maliyyə  direktorunun 

ağlı baĢından çıxmıĢdı. Bayırdan uğultu gəlirdi. TamaĢaçılar 

Varyete  binasından  küçəyə  axıĢırdılar.  Qulağı  darı  dələn 

maliyyə direktoru birdən çox aydınca milis fitinin cəh-cəhini 

eĢitdi.  Təbii  ki,  bu  fit  heç  vaxt  yaxĢı  Ģeydən  xəbər  vermir. 

Fit təkrar olunanda, üstəlik, daha hökmlü və davamlı fit səsi 

onun  köməyinə  çatanda,  sonra  isə  hırıltı,  hətta  kiminsə  ələ 

salındığı  eĢidiləndə  maliyyə  direktoru  o  dəqiqə  anladı  ki, 

küçədə  yenə  biabırçı  və  ədəbsiz  nəsə  baĢ  verib.  Nə  qədər 

çalıĢdısa  buna  fikir  verməsin,  cadugərlə  köməkçilərinin 

göstərdiyi  iyrənc  seansla  baĢ-baĢa  qalsın  –  xeyri  olmadı. 

Həssas maliyyə direktoru heç də yanılmamıĢdı. 

Sadovaya  küçəsinə  baxan  pəncərədən  boylanan  kimi 

üz-gözü əyilən Rimski donquldandı: 

– Belə də bilirdim! 

O,  küçə  fənərlərinin  gur  iĢığında  pəncərənin  altındakı 

səkidə,  əynində  bircə  köynək  və  bənövĢəyi  dizlik  olan 

qadını  gördü.  Hərçənd,  qadının  baĢında  Ģlyapa,  əlində  isə 

çətir  var  idi.  Özünü  tamamilə  itirmiĢ,  gah  domuĢan,  gah 

harasa  qaçmaq  istəyən  qadının  ətrafına  hırıltılan  maliyyə 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə