öz təcəssümünü tapır. Məsələn, yoxsul adamın
xəzinə tapması haqqındakı düşüncələrində onun
həyatının firavan keçməsi arzusu təcəssüm olunur.
Bəzən nağıllarda xalqm aşağı təbəqəsini təmsil edən
adamlar ağıl, idrak, düşüncə etibarı ilə yuxarı
təbəqədən olan bəy, xan, tacir,' vəzir, və şah
obrazlarından üstün göstərilir. Bu müqayisə nə üçün
verilir? Ona görə ki, doğrudan da sadə xalq içərisində
elə ağıllı adamlar tapılır ki, onlar cəmiyyətdə
özlərinə layiq olan yeri tuta bilmirlər. Onların yuxarı
təbəqədən üstün verilməsi isə aşağı təbəqəni təşkil
edən ağıllı adamların yüksək pilləyə qalxmaq
arzusudur. İkinci tərəfdən, nağıllarda verilən belə
epizodlar xalqın özünün bünövrəsində, mayasında
intellektin mövcudluğunu göstərir.
Nağıllarda keçəl obrazı da, bir qayda olaraq,
çoxbilmiş, uzaqgörən, fərasətli şəxs kimi təqdim
edilir. Keçəl, əslində kimdir? Bir qarın çörəyə
möhtac qalan, əyninə paltar, başına papaq, ayağına
ayaqqabı tapmağa ehtiyacı olan aşağı təbəqənin
nümayəndəsidir. Belə olduğu halda, keçəl nə üçün
xandan, bəydən, vəzirdən, şahdan ağıllı verilir ? Onə
görə ki, keçəl də cəmiyyət üzvüdür. O da özünün
sosial ehtiyaclarını ödəmək arzusundadır. Yuxarı
təbəqəyə üstün gəlmək onun xəyalıdır. Məsələn, bir
nağılda deyilir ki, padşah öz qızını yalan danışmağı
bacaran bir şəxsə ərə vermək istəyir. Belə bir
meydana bir keçəl girməli olur. Padşah peşman olur.
26
Ona görə vəzirinə buyurur ki, keçəlin yalanlarım
doğru kimi qələmə versinlər. Padşah da qızını keçələ
verəmsin. Keçəl çox yalanlar uydurur, ancaq qəbul
etmirlər. Belə olduğu halda keçəlin başı güdaza da
gedə bilər. Odur ki, keçəl çıxış yolu tapır. Böyük bir
küpə ilə gəlib padşahın qapısmı kəsdirir və şərt
qoyur. Deyir ki, «mənim atam çoxlu xoruz və beçəni
satıb dünya padşahlarına küpələrlə qızıl verib. Bu
padşaha da həmin qızıldan yeddi küpə düşüb. Əgər
doğru sayırsınızsa, qızılı verin, yalan ilə qızı verin».
Padşah isə cavabsız qalır. Nəticədə iki şərtdən birini
qəbul etməlidir. Ancaq əslində padşah bu şərtlərdən
yaxa qurtarmaq üçün deyə də bilərdi ki, doğrudur,
belə küpələrdən xəzinədə var... Gəl apar. Xəzinəyə
elə küpələr qoyub içini daş, torpaqla doldurub keçəli
məğlub edə bilərdi. Doğrudan da keçəlin atasının
qızılı harada idi? Qızılı olsa idi oğlu niyə keçəl
olurdu? Ancaq xalqm içərisində maddi ehtiyac çəkən
adamlar çox olduğundan nağılçı keçələ üstünlük
verir. Heç bir nağılda keçəl hökmdarlıq arzusunda,
deyil. Çünki onu bir qarın çörək daha artıq
maraqlandırır.
Koroğlunun keçəli də belədir. Dəyirmanda
Koroğlu öz üç qüvvəsinin (qılınc, at, nərə) birindən
istifadə edib Qıratı ondan ala bilərdi. Koroğlunun üç
qüvvəsindən biri atı idi. O Həmzənin əlinə keçmişdi.
İkincisi qılıncı idi. Qılınc Həmzəyə çata bilməzdi.
Üçüncüsü nərəsi idi. O nərə ki, Dəli Həsən kiıqi
27
qoçaq bir cəngavər, Dəmirçioğlu və Kürdoğlu kimi
igidlər, Ərəb Reyhan kimi bir pəhləvan həmin
nərədən basılmışdılar. Nə üçün Koroğlu nərədən
İstifadə etmir? Çünki buna ehtiyac yox idi. Keçəl
Həmzə nərəyə layiq deyildi. Nərə igidlər üçündür.
Keçəl Həmzə isə bir qarın çörəyin quludur. Üstəlik
at da ona gərək deyil. Elə Keçəlin məqsədi də atı
verib paşa qızını almaq idi. Sonra at necə olur olsun.
Hətta Keçəl Düratı qaçırdanda fikirləşirdi ki, «Toqat-
da kim nə bilir Qırat hansıdır, Dürat hansıdır». Doğ
rudan da Koroğlu Toqata gələndə Keçəl Həmzə
«Söz dəyirmandakıdır», deyib özü atı ona təhvil ver
di.
Koroğlu isə dastanda xalqın ictimai təfəkkürün
dən doğan, ictimai düyagörüşün məhsulu kimi forma
laşan, əzəmətliliyin, mərdliyin, igidliyin, səxavətlili-
yin rəmzidir. Xeyirxahlığın təcəssümüdür. Xalq özü
üçün belə bir obrazı yetişdirib ona ümuid çırağı kimi
baxır. Koroğlu zülm əlindən dağlara çəkilib. Zülm,
haqsızlıq görənlər də Koroğluya pənah gətirirlər.
Çünki xalq həmişə ictimai ədalətə möhtac olub.
Hakimlərin zülmündən cana doyan insanlar ictimai
ədalət naminə Koroğluya üz tutmuşlar. Nağıl və
dastanlarda
belə motivlər çoxdur. Bunlar xalqın
ictimai
təfəkkürünün
məhsulu
kimi
folklor
nümunələrində canlandırılır.
Nağıl və dastanlarda keçəlin və ya sadə adamla
rın ağıllı təsvir olunması xalqın daxili intellektual
28
potensialının təcəsümüdür. Koroğlu və Koroğlu kimi
şəxslərin igidliyi, mərdliyi, səxavətliyi isə xalqm
arzu etdiyi sosial ədalətin ifadəsidir.
Xalq ədəbiyyatı xalqm ictimai təfəkkürünün elə
bariz, elə canlı ifadəsidir ki, onlar zaman - zaman ya
şayır, cilalanır, yazıya köçürülür, öyrənilir, qorunur,
mənimsənilir. Belə nümunələr xalqm özünün ruhuna
çevrilir və müqəddəsləşir. Xalqm daxilindən gələn
bu müqəddəslik ruhu nağıl və dastan qəhrəmanlarını
şəxsiyyətə çevirir. Şəxsiyyət tarixdə ictimai hadisə
lərin gedişinə təsir edən böyük bir qüvvədir. Nağıl,
dastan qəhrəmanlarını müqəddəsləşdirən vasitə isə
məhz ictimai təfəkkürdə belə qəhrəmanların şəxsiy-
yətləşdirilməsidir. Ramiz Mehdiyev yazır ki, «Zəruri
varlıq olan tarixi şəxsiyyət öz zəmanəsinin yetirməsi
dir. O xalqm və dövlətin məruz qaldığı çox mürək
kəb təbəddülatlar və transformasiyalar dövründə, in
kişaf və tərəqqi naminə hadisələrin gedişini və tarixi
dəyişdirmək məqsədi ilə siyasət səhnəsinin önünə çı
xır. Başqa sözlə desək, tarixi şəxsiyyət xalqm istək
və arzusuna uyğun olaraq tarixin gedişini dəyişdirmə
yi bacaran, gərəkli anda zamanın tələbini şüurlu su
rətdə qəbul edən, öz vəzifəsinə məsuliyyətlə və ya
radıc dıqla yanaşan görkəmli liderdir. İctimai fəaliy
yətin subyekti kimi belə lider müəyyən tarixi dövrdə
29