təkcə ümummilli ideyaların daşıyıcısı deyil, həm də
bu ideyaların həyata keçirilməsinin təşkilatçısıdır».1
İctimai təfəkkürün məhsulu kimi yetişən şəx
siyyətlərin ən başlıca amalı vətənpərvərlikdən ibarət
dir. Məsələn, vətənin qorunmasından, vətənpərvərlik
tərbiyəsindən danışanda həmişə Qazan xan kimi,
Koroğlu kimi xalqın şəxsiyyət obrazına çevirdiyi
qəhrəmanlar göz önündə canlandırılır. Vətənpərvər
lik birbaşa vətənin bütövlüyünü qorumaq mənasında
dövlətçiliklə üzvi əlaqənin təcəssümüdür. Ümummil
li liderimiz Heydər Əliyev göstərir ki, «Dövlətçilik
hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər
bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır
və bizim parityamız, bütün dövlət orqanları, bütün
təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdir
mək üçün hər bir vətəndaşda milli vətənpərvərlik
hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri
hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir
vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz
şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən
üstün tutsun. Milli vətənpərvərlik, milli qürur hissi
bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük
amillərdən biridir».2
Azərbaycan
folklor
nümunələrində
ağıllı,
müdrik, uzaqgörən, cəmiyyət hadisələrindən doğru -
1 Bax: Ramiz Mehdiyev. «Azərbaycan:
fəlsəfəsi». Bakı-2001, s.23.
2 Bax: «Xalq qəzeti», 24 noyabr, 1998.
30
tarixi irs və müstəqillik
dürüst baş çıxaran şəxsiyyət obrazları bir qayda
olaraq ağsaqqal, dünyagörmüş insanlar kimi təsvir
edilir. Məsələn, Dədə Qorqud, Koroğlunun atası Alı
kişi, çətin məqamda qəhrəmanlara yol göstərən
«Qoca» obrazları bununun bariz nümunəsidir. Nə
üçün müdrik insaıilar «Qoca» obrazında təcəssüm
etdirilir ? Bu da ictimai təfəkkürün məhsuludur.
Cəmiyyətdə yaranan belə bir fikrin və əqidənin
təcəssümüdür ki, ağıllı insanlar yaşa dolduqca daha
da müdrikləşir (Əksinə ağlı az olanlar yaşa dolduqca
ağlı daha da azalır). Odur ki, müdrik insan obrazı
məhz
«Qoca»
şəxsiyyətində
ümumiləşdirilir.
Cəmiyyətdə qocalara, yaşlılara, böyüklərə hörmət və
ehtiram da məhz məişət həyatında formalaşmış
etiketdən irəli gəlir. Ümummilli liderimiz Heydər
Əliyev göstərir ki, «Vaxtı ilə Moskvadan nümayən
dələr gəlirdilər, gedib bizim şəhərləri,^ kəndləri
gəzirdilər. Gəlib təəccüblə mənə deyirdilər ki, «Biz
getdik, filan yerdə 1 0 - 1 5 gənc oturmuşdu. Bizi
görən kimi hamısı ayağa qalxdı. Biz təəccüb etdik.
Necə oldu ki, bunlar ayağa qalxdılar? Bu niyə
belədir?». Deyirəm ki, bu təbii bir haldır. Deyir ki,
«Axı biz indi Rusiyada bir kəndə, şəhərə gedək bizi
görüb heç danışdırmayacaqlar, heç bizə fikir
verməyəcəklər. Amma bunlar ayağa qalxdılar.»
Dedim ki, bu bizim xalqın xüsusiyyətidir. Bu
31
xalqımızın
mentalitetidir.
Bu
kiçiyin
böyüyə
hörmətidir. Bu ev sahibinin qonağa hörmətidir».1
Ümumi halda, bu onu göstərir ki, ictimai təfək
kür bütün xalqlarda eyni dərəcədə formalaşmamışdır.
Hər bir xalqın ictimai təfəkkürü onun ictimai şüurunu
yetişdirir. Hər bir xalq öz ictimai təfəkkürünün bü
növrəsində ictimai dünyagörüşünə və ictimai etik -
əxlaqi normalara yiyələnir. Azərbaycan xalqına məx
sus ictimai təfəkkürün və buna uyğun şəkildə forma
laşan ictimai şüurun güzgüsü, göstəricisi kimi folklor
nümunələrinin müstəsna əhəmiyyəti vardır.
2) şairlərin, söz ustadlarının, mütəffəkir şəxsiy
yətlərin yaradıcılığı
İctimai təfəkkürün formalaşmasında və onun
ictimai
şüura
çevrilməsində
şairlərin,
söz
ustadlarının, mütəfəkkirlərin, yaradıcı insanların
müstəsna əməyi və zəhməti vardır. Azərbaycanın
tarixində dünya mədəniyyətini bəşəri fikir və
ideyalarla
zənginləşdirən
böyük
şəxsiyyətlər
yetişmişdir. Doğrudur, tarixin dərinliklərinə getdikdə
belə şəxsiyyətlərin bir çoxunu axtarıb tapmaq,
müəyyən etmək imkanları azalır. Ancaq bizə məlum
olan
mənbələr
onu
göstərir
ki,
Azərbaycan
mədəniyyəti, Azərbaycan ədəbiyyatı və Azərbaycan
ictimai fikri çox dərin və zəngin bünövrə üzərində
yetişmişdir.
1 Bax: «Xalq qəzeti», 24 noyabr, 1998.
32
X - XI əsrlərin yadigarı olan «Kitabi - Dədə
Qorqud» dastanlarını ozanlar yaratmış olsa da bu
kitab ana dilində qələm ə alınmış ən böyük ədəbi abi
də kimi qiymətləndirilməlidir. XI əsrdə sarayda ya
zıb yaradan Əbül üla Gəncəvi, Qətran Təbrizi (1010
- 1080), Fələki Şirvani (1108 - 1146), Əfzələddin
Xaqani (1120 - 1199), milli mədəniyyətimizin «qızıl
əsrini» yaradanların ən görkəmlisi Nizami Gəncəvi
(1141 - 1209) Azərbaycan ictimai fikrinin yaranma
sında və formalaşmasında öz üzərlərinə düşən çox
böyük tarixi vəzifəni şərəflə yerinə yetirmişlər.
XIII - XIV əsrlərdə Övhədi Marağainin (1275 —
1338) «Dəhnam»si, Zülfıqar Şirvaninin (1190 -
1245) lirikası, şair Əlinin «Qisseyi - Yusif» dastanı
(XI əsr), XIII - XIV əsrlərin astanasında İzzəddin
Həsənoğlunun «Divanı», Mustafa Zəririnin «Y usif və
Züleyxa» və Suli Fəsihin «Y usif və Züleyxa»
poemaları yazılmışdır.
XV
- XVI əsrlərdə Azərbaycan mədəniyyətinin
inkişafında xüsusi bir m ərhələ baş vermişdir. Əvvəlki
dövrlərdə yaranan ədəbiyyat nümunələri Azərbaycan
və fars dillərində yazılırdısa, XV - XVI əsr
ədəbiyyatında fars dilli nümunələr olduqca az idi.
Azərbaycan dilli ədəbiyyatın yaranması ilə bir
tərəfdən ana dilinin inkişafi imkanları güclənirdi,
digər tərəfdən isə azərbaycançılıq ideyaları daha
artıq canlandırılırdı. Bu dövrdə Təbrizdə, Şamaxıda
və
Azərbaycanm
digər şəhərlərində
görkəmli
33