BİRİNCİ BÖLMƏ
Azərbaycan cəm iyyətində ictimai
təfəkkürün form alaşması
Azərbaycan cəmiyyətində icitmai təfəkkürün
formalaşmasının sosial, tarixi və ənənvi kökləri
vardır. Cəmiyyət həyatında mühüm rol oynayan
maddi - mənəvi mədəniyyət nümunələri, sosial, si
yasi və iqtisadi dəyişmələr, ayrı - ayrı mədəniyyətlər
arasındakı əlaqə və münasibətlər, müxtəlif inteqrasi
ya prosesləri ictimai təfəkkürün formalaşmasının
qaynaqlarını təşkil edir.
Yusif Rüstəmov təfəkkür haqqında bəhs edər
kən yazır: «Təfəkkür dünyanın anlayışlarda, mühaki
mələrdə, nəzəriyyələrdə və s. fəal ifadə olunması
sahəsində bu və ya digər məsəiərin həlli ilə,
dünyanın dərk edilməsini ümumiləşdirən vasitələrlə
bilavasitə əlaqədə olan ali şüur vasitəsidir».1 Bu
mənada
ictimai
təfəkkür
ictimai
şüurun
canlanmasına, yaranmasına, formalaşmasına təsir
göstərən idrak vasitəsidir. İctimai şüur, bütövlükdə,
«insanların ictimai varlığını, onların maddi həyat
şəraitini əks etdirən və cəmiyyətdə mövcud olan
ideyaların, nəzəriyyələrin,
görüşlərin, hisslərin,
1 Bax: Y usif Rüstəmov. Fəlsəfənin əsaslan. Bakı, 2004, s.257.
22
əhval - ruhiyyənin, adət - ənənələrin məcmusu
deməkdir»1. Qısa şəkildə desək, ictimai şüur
cəmiyyətdə
insanların
öz
bəşəri
hüquq
və
azadlıqlarını dərk etməsi deməkdir. İctimai təfəkkür
cəmiyyət üzvlərinin ayrı - ayrılıqdakı fərdi, şəxsi
dünyagörüşü deyildir. İctimai təfəkkür bütövlükdə
cəmiyyət həyatında yaranmış dünyagörüş deməkdir.
İctimai təfəkkür insanların cəmiyyətdəki sosial
həyatının, məişətinin, əxlaqi - etik normalarının,
vətənpərvərlik
duyğularının
ümumi
haldakı
təcəssümü deməkdir.
İctimai təfəkkür xalqın mənəvi həyatını,
məişətini, yaradıcılıq münasibətlərini müəyyən edən
folklor nümunələrində, şairlərin, mütəfəkkirlərin,
maarifçilərin cəmiyyət həyatına gətirdiyi ideyalarda,
həmçinin sosial, siyasi hadisələrdə canlanır. Bunları
müxtəsər şəkildə aşağıdakı kimi səciyyələndirmək
olar:
1) folklor nümunələri
İctimai təfəkkürün formalaşmasında cəmiy-
yətdaxili hadisə və proseslər böyük rol oynadığı
kimi, onun yayılmasında, canlanmasında və sonrakı
nəsillərə təsir göstərməsində folklor nümunələri
əvəzsiz
təsiredici
qüvvəyə
malikdir.
Folklor
nümunələrində cəmiyyət həyatı üçün səciyyəvi olan,
onun ayrılmaz mənəvi - psixoloji qatını təşkil edən
1 Bax: Yusif Rüstəmov. Yenə orada, s.257.
23
ailə - məişət əxlaqı, etik normalar, insanların
qarşılıqlı əlaqə və münasibətləri, eyni zamanda
vətənpərvərlik duyğuları özünün bariz təcəssümünü
tapır. Belə ki, məsələn, folklor nümunələrinin
ümumiləşdirmə baxımından aparıcı qolunu təşkil
edən atalar sözləri və zərbi məsəllərdə ictimai - etik
normalar, vətənpərvərlik duyğuları, bayatılarda daxili
hiss və həyəcan, insan cəmiyyətinə dair humanist
münasibətlər, nağıl və dastanlarda ibrətamiz hadisə
və proseslər canlandırılır. Atalar sözləri «obrazlı
təfəkkürün aforizm şəklində ifadəsi olmaq etibarı ilə
milli təfəkkürdəki cilalanmış tarixi təcrübəni, dərin
və samballı həyat həqiqətlərini bədii idrak və
təxəyyülün süzgəcindən keçirərək yaşadır, onları
tükənməz bir eneji ilə dolğun əks etdirir».1
Folklor
nümunələrində,
xüsusən,
atalar
sözlərində ictimai, mənəvi, psixoloji və etik
normalarla bağlı bir çox deyimlər formalaşmışdır.
Məsələn, dostluq haqqında: «Dost dosta tən gərək,
tən olmasa gen gərək», «Dost min isə azdır», «Dost
yolunda boran olar, qar olar», «Dostu çox olanın gücü
çox olar»; yaxşılıq, xeyirxahlıq haqqında: «Yaxşılığa
yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər
kişinin işidir», «Yaxşı yoldaş yaman gündə tanmar»;
düzlük, mərdlik sözübütövlük və şəxsiyyət haqqında:
«Düz söz daşdan keçər», «Düz yol gedən yorulmaz»,
1 Bax: Atalar sözü. «Öndər nəşriyyatı», Bakı, 2004, s.4.
24
«Yalançının evi yandı, heç kəs inanmadı», «tgid
basdığını kəsməz», «Mərd ömründə bir dəfə ölər,
namərd gündə yüz dəfə ölər», «İgid ölər, adı qalar,
miixənnətin nəyi qalar», «Kişinin sözü bir olar»,
«Mərd əldən tutar, namərd ayaqdan», «Mərd kişi
çörəyini daşdan çıxardar», «Mərdin gözü tox olar»;
ağıl və idrak haqqında: «Ağıl ağıldan üstündür»,
«Ağıl yaşda olmaz, başda olar», «Ağıllı adam qışm
qeydinə qalar», «Ağıllı olan bir dəfo aldanar»;
tərbiyyə və etika haqqında «Ağır otur, batman gəl»,
«Böyük danışanı kiçik götürər», «Böyüksüz evdə
xeyir - bərəkət olmaz», «Böyüyün üzünə ağ
olmazlar», «Can de, can eşit», «Qız anadan öyüd
götürər», «Oğul atadan görər süfrə açar»; vətən və el
təəsübkeşliyi haqqında: «El bir olsa dağ oynadar
yerindən», «El gücü, sel gücü», «Vətənə gəldim,
imana gəldim», «Vətən viranə də olsa yenə
cənnətdir», «El dediyi mübarək olar», «El gözü
tərəvəzdir», «Elin sözü əvvəl - axır düz olar» kimi
hikmət xəzinəsi yaranmışdır.
Bayatılarda
da
insanın
daxili
hiss
və
həyəcanları, humanist münasibətləri və vətən
təəssübkeşliyi öz parlaq ifadəsini tapır. Bü gün
bayatılar klassik janr səviyyəsində qalsa da xalqın
həyatını, onun ictimai təsəvvür və təfəkkürünü canlı
şəkildə ifadə edən bir bədii vasitə kimi çox böyük
əhəmiyyət daşıyır. Nağıllarda, dastanlarda bu və ya
digər hadisənin təsviri ilə insanların arzu və xəyallan
25