Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   2   3   4   5   6   7   8   9   ...   28

BİRİNCİ BÖLMƏ

Azərbaycan cəm iyyətində ictimai 

təfəkkürün form alaşması

Azərbaycan  cəmiyyətində  icitmai  təfəkkürün 

formalaşmasının  sosial,  tarixi  və  ənənvi  kökləri 

vardır.  Cəmiyyət  həyatında  mühüm  rol  oynayan 

maddi  -   mənəvi  mədəniyyət  nümunələri,  sosial,  si­

yasi və iqtisadi dəyişmələr,  ayrı -  ayrı  mədəniyyətlər 

arasındakı  əlaqə  və  münasibətlər,  müxtəlif inteqrasi­

ya  prosesləri  ictimai  təfəkkürün  formalaşmasının 

qaynaqlarını təşkil edir.

Yusif Rüstəmov  təfəkkür  haqqında bəhs  edər­

kən yazır:  «Təfəkkür dünyanın  anlayışlarda,  mühaki­

mələrdə,  nəzəriyyələrdə  və  s.  fəal  ifadə  olunması 

sahəsində  bu  və  ya  digər  məsəiərin  həlli  ilə, 

dünyanın  dərk  edilməsini  ümumiləşdirən  vasitələrlə 

bilavasitə  əlaqədə  olan  ali  şüur  vasitəsidir».1  Bu 

mənada 


ictimai 

təfəkkür 

ictimai 

şüurun 


canlanmasına,  yaranmasına,  formalaşmasına  təsir 

göstərən  idrak  vasitəsidir.  İctimai  şüur,  bütövlükdə, 

«insanların  ictimai  varlığını,  onların  maddi  həyat 

şəraitini  əks  etdirən  və  cəmiyyətdə  mövcud  olan 

ideyaların,  nəzəriyyələrin, 

görüşlərin,  hisslərin,



1 Bax: Y usif Rüstəmov. Fəlsəfənin əsaslan.  Bakı, 2004, s.257.

22

əhval  -   ruhiyyənin,  adət  -   ənənələrin  məcmusu 

deməkdir»1.  Qısa  şəkildə  desək,  ictimai  şüur 

cəmiyyətdə 

insanların 

öz 


bəşəri 

hüquq 


və 

azadlıqlarını  dərk  etməsi  deməkdir.  İctimai  təfəkkür 

cəmiyyət  üzvlərinin  ayrı  -   ayrılıqdakı  fərdi,  şəxsi 

dünyagörüşü  deyildir.  İctimai  təfəkkür  bütövlükdə 

cəmiyyət  həyatında  yaranmış  dünyagörüş  deməkdir. 

İctimai  təfəkkür  insanların  cəmiyyətdəki  sosial 

həyatının,  məişətinin,  əxlaqi  -   etik  normalarının, 

vətənpərvərlik 

duyğularının 

ümumi 


haldakı 

təcəssümü deməkdir.

İctimai  təfəkkür  xalqın  mənəvi  həyatını, 

məişətini,  yaradıcılıq  münasibətlərini  müəyyən edən 

folklor  nümunələrində,  şairlərin,  mütəfəkkirlərin, 

maarifçilərin  cəmiyyət  həyatına gətirdiyi  ideyalarda, 

həmçinin  sosial,  siyasi  hadisələrdə  canlanır.  Bunları 

müxtəsər  şəkildə  aşağıdakı  kimi  səciyyələndirmək 

olar:

1) folklor nümunələri



İctimai  təfəkkürün  formalaşmasında  cəmiy- 

yətdaxili  hadisə  və  proseslər  böyük  rol  oynadığı 

kimi,  onun  yayılmasında,  canlanmasında  və  sonrakı 

nəsillərə  təsir  göstərməsində  folklor  nümunələri 

əvəzsiz 

təsiredici 

qüvvəyə 

malikdir. 

Folklor 

nümunələrində  cəmiyyət həyatı üçün səciyyəvi olan, 

onun  ayrılmaz  mənəvi  -   psixoloji  qatını  təşkil  edən

1 Bax:  Yusif Rüstəmov. Yenə orada, s.257.

23



ailə  -   məişət  əxlaqı,  etik  normalar,  insanların 

qarşılıqlı  əlaqə  və  münasibətləri,  eyni  zamanda 

vətənpərvərlik  duyğuları  özünün  bariz  təcəssümünü 

tapır.  Belə  ki,  məsələn,  folklor  nümunələrinin 

ümumiləşdirmə  baxımından  aparıcı  qolunu  təşkil 

edən  atalar sözləri  və  zərbi  məsəllərdə  ictimai  -  etik 

normalar, vətənpərvərlik duyğuları,  bayatılarda daxili 

hiss  və  həyəcan,  insan  cəmiyyətinə  dair  humanist 

münasibətlər,  nağıl  və  dastanlarda  ibrətamiz  hadisə 

və  proseslər  canlandırılır.  Atalar  sözləri  «obrazlı 

təfəkkürün  aforizm  şəklində  ifadəsi  olmaq  etibarı  ilə 

milli  təfəkkürdəki  cilalanmış  tarixi  təcrübəni,  dərin 

və  samballı  həyat  həqiqətlərini  bədii  idrak  və 

təxəyyülün  süzgəcindən  keçirərək  yaşadır,  onları 

tükənməz bir eneji ilə dolğun əks etdirir».1

Folklor 


nümunələrində, 

xüsusən, 

atalar 

sözlərində  ictimai,  mənəvi,  psixoloji  və  etik 



normalarla  bağlı  bir  çox  deyimlər  formalaşmışdır. 

Məsələn,  dostluq  haqqında:  «Dost  dosta  tən  gərək, 

tən  olmasa  gen  gərək»,  «Dost  min  isə  azdır»,  «Dost 

yolunda boran olar, qar olar»,  «Dostu çox olanın gücü 

çox  olar»;  yaxşılıq,  xeyirxahlıq  haqqında:  «Yaxşılığa 

yaxşılıq  hər  kişinin  işidir,  yamanlığa  yaxşılıq  nər 

kişinin  işidir»,  «Yaxşı  yoldaş  yaman  gündə  tanmar»; 

düzlük, mərdlik sözübütövlük və şəxsiyyət haqqında: 

«Düz söz daşdan keçər»,  «Düz yol  gedən yorulmaz»,

1 Bax: Atalar sözü. «Öndər nəşriyyatı», Bakı, 2004,  s.4.

24

«Yalançının  evi  yandı,  heç  kəs  inanmadı»,  «tgid 



basdığını  kəsməz»,  «Mərd  ömründə  bir  dəfə  ölər, 

namərd  gündə  yüz  dəfə  ölər»,  «İgid  ölər,  adı  qalar, 

miixənnətin  nəyi  qalar»,  «Kişinin  sözü  bir  olar», 

«Mərd  əldən  tutar,  namərd  ayaqdan»,  «Mərd  kişi 

çörəyini  daşdan  çıxardar»,  «Mərdin  gözü  tox  olar»; 

ağıl  və  idrak  haqqında:  «Ağıl  ağıldan  üstündür», 

«Ağıl  yaşda  olmaz,  başda  olar»,  «Ağıllı  adam  qışm 

qeydinə  qalar»,  «Ağıllı  olan  bir  dəfo  aldanar»; 

tərbiyyə  və  etika  haqqında  «Ağır otur,  batman  gəl», 

«Böyük  danışanı  kiçik  götürər»,  «Böyüksüz  evdə 

xeyir  -   bərəkət  olmaz»,  «Böyüyün  üzünə  ağ 

olmazlar»,  «Can  de,  can  eşit»,  «Qız  anadan  öyüd 

götürər»,  «Oğul  atadan görər süfrə  açar»;  vətən və el 

təəsübkeşliyi  haqqında:  «El  bir  olsa  dağ  oynadar 

yerindən»,  «El  gücü,  sel  gücü»,  «Vətənə  gəldim, 

imana  gəldim»,  «Vətən  viranə  də  olsa  yenə 

cənnətdir»,  «El  dediyi  mübarək  olar»,  «El  gözü 

tərəvəzdir»,  «Elin  sözü  əvvəl  -   axır  düz  olar»  kimi 

hikmət xəzinəsi yaranmışdır.

Bayatılarda 

da 

insanın 


daxili 

hiss 


və 

həyəcanları,  humanist  münasibətləri  və  vətən 

təəssübkeşliyi  öz  parlaq  ifadəsini  tapır.  Bü  gün 

bayatılar  klassik  janr  səviyyəsində  qalsa  da  xalqın 

həyatını,  onun  ictimai  təsəvvür  və  təfəkkürünü  canlı 

şəkildə  ifadə  edən  bir  bədii  vasitə  kimi  çox  böyük 

əhəmiyyət  daşıyır.  Nağıllarda,  dastanlarda bu  və ya 

digər hadisənin təsviri ilə insanların arzu və xəyallan

25



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə