Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

 
96
karbon atomlarının sayı 12–14-ə çatan turşular kokoslu qozların yağlarından və palma 
nüvə  yağlarından    alınır.  Bizim  ölkəmizin  iqlim  şəraiti  böyük  həcmdə 
yüksəkməhsuldarlığa  malik  soya  və  palma  sahələrinin  becərilməsinə  imkan  vermir. 
Buna görə  də  iri  tonnajlı  sintetik  yağ  turşularının  istehsalı  vacib  məsələlərdən  hesab 
olunur. İstehsalatda ən çox miqyasda istifadə olunan sintetik yağ turşuları fraksiyası: 
C
5
-C
6
  –  konsistent  sürtküləri, polivinilxlorid  plastifikatorları; C
5
-C
9
  –  sürtkü yağları; 
C
7
-C
9
  –dialkilftalatlar-plastik  kütlələr  plastifikatorunun  alınmasında  xammal  olan 
spirtlər;  C
10
-C
13
-  lak  və  boyalar;  C
10
-C
16
-  əl-üz    sabunu,  spirtlər,  sintetik  kauçuklar; 
C
17
-C
20
-  paltar  sabunu,  aminlər,  sintetik  yuyucu  vasitələr,  rezin-texniki  məmulatlar; 
C
21
-C
25
- rezin-texniki məmulatlar, dərilərin piylənməsi üçün preparatlar; kub qalığı – 
tökmə bərkidicilər. 
      Sintetik  yağ  turşuları  əsasən  parafinlərin  oksidləşməsi  yolu  ilə  alınır.  Bu  üsulla 
sintetik  yağ  turşularının  alınması  prosesinin  üstün  cəhətləri  :  prosesin  yüksək  təzyiq 
və  partlayış  törədən  qazlardan  istifadə  olunmadan  aparıldığına  görə  nisbətən  sadə 
olması; xammalın - maye və bərk neft parafinlərinin, katalizator və reagentlərin  ucuz 
və  əlverişli  olması;  çatışmayan  cəhətləri:  xeyli  miqdarda  çirklənmiş  qaz 
tullantılarının,  çirkab  sularının  əmələ  gəlməsi  və  turşunun  keyfiyyətinin  yüksək 
olması. 
        Alkanların  oksidləşməsi  həm  ali  yağ  turşularının,  həm  də  ali  yağ  spirtlərinin 
ümumi  alınma  üsuludur.  Alkanların  oksidləşməsi  prosesi  maye  fazada,  oksigenli 
oksidləşdirici qaz ilə,zəncirvari mexanizm üzrə gedir. Proses R
⋅⋅⋅⋅
, R

C

, R

C

O

 və 
                                                                                                             O        O 
R

C

COO

 radikallarının əmələ gəlməsi və çevrilməsi yolu ilə gedir. Molekulyar  
    O 
oksigen  atomu  karbohidrogen  molekuluna  təsir  edərək  hidroperoksid  birləşməsi 
ə
mələ  gətirir  ki,  o  da  sonradan  ikinci  çevrilmə  proseslərində  iştirak  edir.  Normal 
parafinlərin  oksidləşmə  prosesinin  əsas  məhsullarının  əmələgəlmə  mexanizmi  və 
katalizatorun  təsiri  tamamilə  aydınlaşdırılmamışdır.  Manqan  katalizatorunun  iştirakı 


 
97
ilə  normal  parafinlərin  oksidləşmə  prosesinin  əsas  məhsullarının  əmələgəlmə  sxemi 
sadələşdirilmiş formada aşağıdakı kimi göstərilə bilər: 
 
                                     O
2
, kat.                  RH 
                           RH                    ROO

                 ROOH   
                                                        
 
 
                                                                                                                   …   (3.35) 
   R
1
COOH              R
1
COR                ROOH                ROH                      RCOOR
1
 
                                                                       O
2
 
Ali  yag  turşuları  C
18
-C
44
  tərkibli  parafinlərin  maye  fazada,  manqan  birləşmələri 
ə
sasında  hazırlanmış  katalizatorların  iştirakı  ilə  oksidləşməsindən  alınır.  Belə  hesab 
edirlər  ki,  manqan  oksidləşmə  katalizatoru,  oksidləşmənin  başlanğıc  mərhələsində 
manqanın  oksidləşmə  dərəcəsinin  2
+
-dən  3
+
və  4
+
 
-ə  və  4
+
-dən  3
+
və  2
+
  -yə  qədər 
dəyişməsi hesabına radikal zəncir reaksiyasınin inisiatoru , həm də aralıq məhsulların 
turşu  və  efirin  alınması  istiqamətində  oksidləşdirici  çevrilmə  proseslərinin 
tənzimləyicisi rolunu oynayır.  
      Oksidləşmə  katalizatoru  kimi  sintetik  yağ  turşularının  manqan  və  natrium(və  ya 
kalium)  duzlarının  qarışığından  istifadə  olunur.  Mn:Na(K)  =  1  :  (1

10)  nisbəti 
oksidləşməyə  verilən  kütlənin  tərkibində  manqanın  qatılığından  asılı  olaraq    0,03 

 
0,15 % təşkil edir. Manqan duzlarını, MnO
2
 -ni qızdırmaqla sintetik yağ turşularında 
və  ya  tərkibində  sintetik  yağ  turşuları  olan  məhsulda  həll  etməklə    hazırlayırlar. 
Sintetik  yağ  turşularını  NaOH  məhlulu  ilə  neytrallaşdırmaqla  isə  natrium  duzları 
alınır. 
   Parafinlərin  oksidləşmə  prosesi  katalizatorsuz  150  -170
0
C  temperatur  intervalında 
aparılır,  lakin  bu  halda  aşağı  keyfiyyətli  turşular  alınır.  Kalium  permanqanatın,  bir 
sıra  manqan  duzlarının,  manqan  peroksidinin  və  ya  oksidatdan  manqanın 
regenerasiyası  zamanı  ayrılan  qarışığın  sulu  məhlulu  halında  hazırlanan  və  parafinə 
ə
lavə olunan  katalizatorun iştirakı ilə proses daha selektiv gedir. Göstərilən maddələr 
 -R

 
-O

OH
 
 
R
1
COOH 
 
  -H
2

O
2
 


 
98
parafində  həll  olmurlar,  odur  ki,  homogen  katalizatorun  əmələ  gəlməsini  (ali  yağ 
turşularının  manqan  duzları)  başa  çatdırmaq  üçün,  əvvəlcə  (2  saat  muddətində) 
prosesin  temperaturunu  125-130
0
C  həddində  saxlayırlar,  sonra  isə  temperaturu  105-
110
0
C  –yə  qədər  azaldırlar.  Oksidləşməni  adi  atmosfer  təzyiqində  aparırlar.  Qeyd 
etmək  lazımdır  ki,  katalizatorun  tərkibində  NaOH  (xüsusən  də  KOH)  olduqda  onun 
aktivliyi  artır.  Mn
2
+
:K
+

1:1  nisbəti  optimal  hesab  olunur.  Parafinin  oksidləşmə 
dərinliyinin eyni qiyməti ( 30-35%) 80
0
C –də 110 saata, 100
0
C –də 38 saata 110
0
C –
də 24 saata əldə olunur. Temperatur artdıqca reaksiyanın diffuziya sahəsinə keçməsi 
mümkündür  ki,  bu  halda  da  reaktorun  hidrodinamiki  rejimi  böyük  əhəmiyyət  kəsb 
edir.  Beləliklə,  proses  diffuziya  və  ya  keçid  rejimində  baş  verərkən  həddən  artıq 
oksidləşmiş  birləşmələrin  miqdarı  artır  və  müvafiq  olaraq  məqsədli  məhsulun 
keyfiyyəti  aşağı  düşür.  Bütün  bu  dəlilləri  nəzərə  alaraq  demək  olar  ki,  parafinin 
oksidləşmə  məhsulu  ali  yağ  turşuları  fraksiyası  olub  onun  çıxımı  və  tərkibi  prosesin 
təyinatından və şəraitindən asılı olur. Belə ki, tərkibində karbon atomlarının sayı 30 – 
a bərabər olan parafinlərin oksidləşməsi zamanı ali yağ turşularının çıxımı aşağıdakı 
kimi olur (%) : 
C
1
-C
4
  fraksiyası  –  5-10%;  C
5
-C
6
  fraksiyası  –  3-5%;  C
7
-C
9
  fraksiyası  –  8-10%  ;  C
10
-
C
16
 fraksiyası – 25-28%; C
17
-C
20
 fraksiyası – 15-20%; C
20
 –dən yuxarı fraksiyası - 20-
25% ; Ali yağ turşularının bütün fraksiyalarının ümumi çıxımı orta hesabla 80 % olur. 
Bərk parafinlərin oksidləşməsi prosesinin  texnoloji sxemi şəkil 3.5-də göstərilmişdir. 
Təzə parafin və ayrılma mərhələsindən qaytarılan məhsul 1:2 nisbətində,  həmçinin də 
katalizator  1  aparatında  qarışdırılır.  1  qarışdırıcısında  əmələ  gələn  qarışıq  dövrü 
işləyən 2 oksidləşmə kalonuna verilir. Bu kalon alüminiumdan və ya xüsusi poladdan 
hazırlanır  və  reaksiya  istiliyini  çıxarmaq  üçün  çıxış  soyuducusuna,  havanı  vermək 
üçün  paylayıcı  quruluşa  malik  olur.  Kalonun  aşağı  hissəsinə  paylaşdırıcı  quruluş 
vasitəsilə    120
0
C  –yə  qədər  qızdırılmış  hava  da  verilir.  Kalonun  yuxarısından  çıxan 
qazlar tərkibində olan aşağı molekullu turşulardan ayrılmaq üçün 3  kalonunda su ilə 
yuyulur,  sonra  4  sobasında  sona  qədər  yandırılaraq  tərkibində  olan  qarışıqlardan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə