Yeni İdarəetmə erasi – elektron hökuməT. İlyasov Ramin Adgözəl oğlu



Yüklə 206,99 Kb.
səhifə2/2
tarix17.10.2017
ölçüsü206,99 Kb.
#5196
1   2

Müasir dövrdə informasiya texnologiyaları hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrilib. Hazırda informasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, IKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir. Rəqabətədavamlı strateji resurs kimi artıq dünyada bilik istehsal edən müəssisələr geniş yayılıb, bilik istehsalının bir neçə konsepsiyaları, məktəbləri, təlimləri mövcuddur. İnformasiya cəmiyyətinin bərqərar olduğu, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyalarının çox böyük sürətlə inkişaf edərək həyatın bütün sahələrinə sürətlə sirayət etməsi reallıqdır. Ölkədə Elektron hökümətin qurulmasında İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı vacib amildir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına görə 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacaq. Bütün bunların təbii-ekoloji və digər proseslərin monitorinqinin aparılması, təbii fəlakətlərə müdaxilənin effektivliyinin artması və bir sözlə Azərbaycanda elmi tutumlu texnologiyaların inkişafı üçün zəmin yaradacaq.


“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində qarşıda duran prioritet vəzifələr:

  • İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi;

  • İKT-nin inkişafı ilə biliyə əsaslanan iqtisadiyyatın qurulması;

  • Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin genişləndirilməsi ;

  • Elektron xidmətlərin inkişaf etdirilməsi;

  • Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi;

  • Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi;

  • Rəqabətqabiliyyətli və ixrac yönumlu İKT potensialının gücləndirilməsi .

İKT-nin inkişafı görə konsepsiya vəzifələrinin həyata keçirilməsi üçün aşağıdakılar təklif olunur:

  1. İKT, informasiya və elm - texnoloji vasitələri istehsal edən müəssisələrinin inkişafı üçün vergi və gömrük dərəcələrində güzəştlər tətbiq etmək.

  2. İKT bazarında müəssisələrin rəqabəti üçün eyni şəraitin yaradılması. Burada əsas problem bütün informasiya və telekomuknikasiya sahəsində antimonopoliya siyasətinin yaradılmasıdır.

  3. İKT-yə aid qanunvericiliyin təkmilləşdirilməsi. İnformasiya texnologiyaların inkişafını təmin etmək üçün biz keçen əsrin 90-cı illərin informasiya qanunlarından imtina edərək yeni qanunvericilik bazası yaratmalı və daima təkminləşdirməliyik.

  4. İKT texnologiyalarının öyrənilməsi üçün məktəblərdə “1 şagird 1 komputer” layihəsini gerçəklişdirməklə universitetlərimizdə də elektron vasitələrlə tədris keçmə (komputer, elektron lövhə, proyektor və s.) yanaşı öyrədilmə və öyrənilmə səviyyəsində də təkmilləşdirmə aparmaq lazımdır.

  5. Yüksək ranqlı informasiya vasitələrinin hazırlanması və təkmilləşdirilməsi üçün bu sahəyə aid mütəxəssislərin hazırlanması.



 

2005

2006

2007

2008

2009

2010

2011

2012

Kompüteri olan ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, faizlə

7,3

8,6

10,1

14,6

18,2

30,3

38,0

47,7

Kompüterdən istifadə etmiş əhalinin ölkə üzrə bütün əhalinin sayında xüsusi çəkisi, faizlə

15,0

16,8

21,5

24,9

30,8

38

48,0

56,0

Evdə İnternetə çıxışı olmuş ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, faizlə

16,6

21,1

27,8

30,2

33,3

45,1

53,7

64,4

Əhalinin hər 100 nəfərinə düşən İnternet istifadəçilərinin sayı, nəfər

8

10

11

17

27

46

65

70

Ay ərzində İnternetdən 20 saatlıq istifadə üçün orta tarif, manat

5,0

4,8

4,0

2,1

2,0

1,9

1,5

1,4

İKT-nin inkişaf indeksi





2,91

3,11

3,63

4,9

5,95

7,52

Cədvəl 8

İKT sistemlərinin mövcudluğu və istifadəsi

Cədvəldən 8-dən göründüyü kimi Komputerdən istifadə üzrə hər il ötən ilə nisbətən böyük faiz artımı olsa da hələ də bu istənilən səviyyədə deyil. İnternet istifadəçilərin sayında artımı nisbəti daha yaxşı səviyyədə saymaq olar. Son illər İKT sahəsinə qoyulan sərmayənin nəticəsinin isə yaxşı səviyyə olduğu İKT-nin inkişaf indeksindən görmək mümkündür.2011-ci illə müqayisədə indeks 26% artmış və 7,52 indeks səviyyəsinə çatmişdır.

Azərbaycan ən mühüm komponentlərindən biri olan elektron iştirak indeksi üzrə də xeyli irəliləyiş əldə edib. Respublikamızın qeyd olunan indeks üzrə mövqeyi Mərkəzi-Şərqi Avropa dövlətlərinin əksəriyyətindən xeyli yüksəkdir. Rumıniya, Slovakiya, Türkiyə, Bolqarıstan, Sloveniya, Belarus, Yunanıstan və digər ölkələr elektron iştirak indeksinə görə, respublikamızdan sonrakı yerlərdə qərarlaşıblar.

İKT sektoru 2004-2013-cü illər üzrə hər üç ilədən bir təxminən təxminən 2 dəfə yüksəlmişdir. 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir.

Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013" hesabatında Azərbaycan ”Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında liderdir və eləcə də, 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır.

BMT İnternetə çıxışı insan hüquqlarının bir növü kimi tanıyıb və buna görə də hökumət tərəfindən internetə çıxış təmin edilməlidir. Ümumi qəbul olunmuş standartlara görə, elektron hökumətin effektivliyinin şərtlərindən biri əhalinin 60%-nin genişzolaqlı İnternetlə təmin olunmasıdır. Lakin Azərbaycanda ADSL texnologiyası üzrə sürətli İnternet iri şəhərlərdə və bəzi rayon mərkəzlərində yayılıb, həmçinin Cədvəl 9-dan göründüyü kimi hələ ki, genişzolaqlı internet 53%-dir. Ölkənin bir çox kəndində genişzolaqlı İnternet, bəzi kəndlərində isə ümumiyyətlə telefon naqili yoxdur. Mobil İnternetin hesabına bu problem qismən həll oluna bilər. Lakin 3G texnologiyası hələ hər bir ərazidə rahat istifadə etmək mümkün deyil.



 

2005

2006

2007

2008

2009

2010

2011

2012

İnternetə qoşulma faizlə

100,0

100,0

100,0

100,0

100,0

100,0

100,0

100,0

modem (dial-up)

64,9

65,3

61,7

62,1

59,5

50,7

44,9

27,8

ADSL>2Mb/saniyə

9,2

4,2

6,0

6,2

9,8

12,3

20,3

28,1

ADSL<2Mb/saniyə

5,2

10,3

10,0

12,5

14,2

23

15,2

25,3

İSDN

4,8

3,6

3,8

3,6

4,3

3,4

3,7

3,2

digər sabit əlaqə (ayrılmış xətlə və s.)

11,7

11,9

11,8

10,6

8,6

6

9,8

9,3

simsiz

4,2

4,7

5,7

5,0

3,6

4,5

6,1

6,3

Cədvəl 9

İKT-dən istifadənin əsas göstəricilər

İnternetlə bağlı problemlərdən biri qiymətdir. Azərbaycanda İnternetin qiyməti son illər azalmasına baxmayaraq hələdə yüksək olaraq qalır.Hazırda 1 Mbit/s üçün təxminən 10 manat təşkil edir. Minimal əməkhaqqı göstəricisi ilə nisbətdə bu, təxminən 10 % təşkil edir, halbuki İnkişaf Etmiş Ölkələrdə bu göstərici çox aşağı səviyyədədir. Bu üzdən internetin qiymətinin dövrü olaraq minimal əməkhaqqı göstəricisi üzrə 5 %, sonra isə 1 % miqdarında edilməsini təklif edərdim.

Bəzi hallarda provayderlərin təqdim etdiyi sürət ATS-lərin xətt imkanlarının məhdudluğundan irəli gəlir. Beləliklə, istər provayderlərin, istərsə də ATS-lərin infrastrukturu böyük həcmdə yüksək sürətli internet xidmətlərinin göstərilməsi üçün texniki tələblərə cavab vermir. Genişzolaqlı internetə qoşulmanın dünya üzrə orta sürəti 7,6 Mb/s, Azərbaycan üzrə isə 1,7 Mb/s-dir. Bakı üzrə orta genişzolaqlı internet sürəti 2,6 Mb/s səviyyəsindədir. Bunun səbəblərindən biri qiymət olsa da internetin köhnə telefon xətləri vasitəsilə ötürülməsidir ki, bəzən internetin sürəti 2 dəfəyədək düşür. Bu üzdən internetin ötürülməsinin telefon xətlərindən fiber-optik kabellər üzərinə ötürülməsini təklif edərdim. Bunun üçün isə ilk növbədə fiber-optik kabellərin quraşdırılması sürətləndirilməlidir.

“Google inc.” şirkəti ABŞ-da dövrü olaraq bəzi şəhərləri pulsuz Wi-Fi –la təmin etdiyi kimi pilot layihə kimi Azərbaycanın bəzi regionlarda bu tip pulsuz Wi-Fi şəbəkə sahələri yaratmaq olar.
5. Problemlər və təkliflər

Azərbaycanda e-hökumət sistemi qurulsa da hələdə bütün işlər qaydasında deyil. Bu problemlər meydana çıxdıqca həlli yolları axtarılır və sistem get-gedə inkişaf edir.Gəlin elektron hökümətin inkişafına mane olan amillərə baxaq:



1. İnternetə kütləvi çıxışın təmin edilməməsi. Avropa Birliyi və ABŞ sakinləri əsasən ev komputerləri vasitəsilə internetə çıxışı varsa, Qrafik 1-dən göründüyü kimi Azərbaycanda yalnız 40,9% ev komputerleri vasitəsilə daxil olurlar, digər hissəsi məktəblər, internet kafe, iş internet istifadə edir. Buna görə də, vətəndaşların e-hökumət portallarına rahat çıxışının təmin edilməsində bu fakt nəzərə alınmalıdır.

Qrafik 1

İnternet istifadəçilərinin internetdən istifadə yerlərinə görə bölgüsü
2. Məhdud maliyyələşmə. Bir çox ölkəllərdə bu layihənin maliyyələşməsi bütün infrastrukturun yeniləşməsini tələb etdiyindən çox maliyyələşmə tələb olunur, buna görə də uyğun və sərfəli yol tapılmalıdır. Hesab edirəm ki, Ruminiya təcrübəsi ən yaxşısıdır. Burada hökumət orqanları kiçik və orta bizneslə internet vasitəsilə əlaqə qurur və ən yaxşı vartiant elektron satınalma və tenderlər sayılırlar. Bu sistemdəm istifadə nəticəsində 50%-ə qədər vəsaitə qənaət edilmişdir.

3. Siyasi iradə və Bürokratik əngəllər. Elektron hökümətin qurulması üçün əsas şərt komputerlərin alınması və veb-saytın qurulması deyil. Bu yalnız əməliyyatları avtomatlaşdırmağa və “kağız dünyasından” çıxmağa kömək edəcək.Elektron idarəetmədə daha çox hökümətin transformasiya olunmasıdır: o planlaşdırma, siyasi iradə və lazımlı resursların formalaşmasını tələb edir. Öz-özlüyündə nə yeni texnologiyaların alınması, nə çətin proseslərin avtomatlaşdırılması dövlət idarəçiliyini inkişaf etdirə və ya dövlət idarəçiliyində iştirak səviyyəsini artıra bilməz. E-hökümət layihəsi yalnız dövlət məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Yalnız bu halda maliyyə resursları, müvafiq qanunvericiliyin qəbul edilməsi təmin edilir. Texnoloji inqilab köhnə fikirli idarəedicilərin sonu olmalıdır. Hər bir məmur bu sistemin özü və dövləti üçün nə dərəcə də əhəmiyyətli olduğunu anlamalı və gələcək inkişaf namimə bir çox kphnəyönlü fikirlərinlərindən əl çəkərək elektronlaşmaya kömək etməlidirlər.

4. Inzibati informasiya sistemlərinin keyfiyyəti. Dövlət orqanları ilə cəmiyyətin qarşılıqlı virtual əlaqəsi əlbəttə müxtəlif icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin keyfiyyəti, tamlığı və bütövlüyündən asılıdır. Sistemlərin əlaqəsi, informasiya resurslarının üçün ümumi standartların qəbulu, üfüqi səviyyədə informasiya mübadiləsi üçün imkanlar təmin edilməsi, dövlət informasiya ehtiyatlarında sadə axtarış e-hökumətin inkişafında mühüm məsələlərdəndir.

5. İnternetdən istifadə üçün əlavə motivasiya. Estoniyada Dünya Bankı tərəfindən aparılan tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş internetə çıxış sisteminin olması belə vətəndaşların hökümət orqanlarına geniş müraciətinə zəmanət vermir. Buna görə bu sistemdən istifadə üçün hər hansı motivasiya tədbirləri yaratmaq olar.Məsələn vergiləri daima online ödəyən ödəyicilərə müəyyən faiz güzəşt edilə bilər.Aşağıdakı Qrafik 2-dən də göründüyü kimi əhalinin elektron vasitələrlə hökümət orqanlarına müraciət və xidmətlərdən istifadə yalnız 12 faiz təşkil edir ki, bu da çox azdır.

Qrafik 2

İnternet istifadəçilərinin İnternetdən istifadə məqsədlərinə görə bölgüsü
6. Bələdiyyə problemi. “E-hökumət” portalı idarəetmə orqanları ilə vətəndaşlar və hüquqi şəxslər arasında qarşılıqlı əlaqəni təmin edir. Dövlət orqanlarının çoxu artıq “E-hökümət portalına” inteqrasiya olunsada bələdiyyələrdən hələ təəssüflər olsun ki, heç bir yenilik yoxdur. Bələdiyyələr xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumatları, bələdiyyə üzvləri tərəfindən 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabatlar verilməsini, bütün iclasların protokollarının saytda yerləşdirilməsini təmin etməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hələ də bələdiyyələrin elektronlaşması gecikir. Bələdiyyələrin elektronlaşması ilə bələdiyyələr yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, vətəndaşa və digər qurumlara internet vasitəsilə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətinin təşkilini etməlidirlər. Bələdiyyələrin portala keçidin üstünlüyü ondan ibarətdir ki, ərazidə yaşayan vətəndaşı maraqlandıran informasiya, yaxud müraciətinə cavab bələdiyyə tərəfindən bələdiyyənin saytında yerləşdirilmiş olsun. Bu zaman bələdiyyəyə müraciət etməyə ehtiyac qalmır, lazım olan informasiya portaldan götürələcək. Burada həm vətəndaş, həm də bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşmır, operativlik təmin olunur. Çünki bələdiyyədə vətəndaşlar bürokratiya ilə qarşılaşmamalıdırlar, bütün görülən işlər şəffaf olmalıdır. Bələliyyələrin portala inteqrasiyasından əvvəl bələdiyyələrin özünün elektronlaşması təmin edilməli sonra isə bu sistemin inteqrasiyası təmin edilməlidir. Bələdiyyələrin elektronlaşması proqramı 3 mərhələdə gerçəkləşdirilməlidir:1) bələdiyyələrin tam komputerləşməsi, internet saytlarının yaradılması, yerli özünüidarəetmədə maliyyə-büdcə komputer proqramlarınının tətbiqi işlənməli; 2) bələdiyyələrdə sənəd dövriyyəsinin elektronlaşması, ön ofisin elektronlaşması prosesi aparılmalı; 3) kommunal xidmətlərin elektronlaşması başa çatdırılmalıdır. 

7. E-hökumətin təhlükəsizliyi. “E-hökumət” portalında vətəndaş qeydiyyatdan keçərkən vətəndaşın sənədlərlə identifikasiya olunması tədqirə layiq hərəkət olsa iş bununla bitmir. İnformasiya təhlükəsizliyi ilə vətəndaşın məlumatları portalda qeydiyyatdan sonra da təmin olunmalıdır. Çünki gələcəkdə e-hökümət portalında vətəndaşları məlumatları və əməlyyatları daha geniş təsvir olunacaq və bu tip məlumatlara digər bir şəxsin kiber hücum nəticəsində malik olması həmin vətəndaşı və ya müəssisəni təmamilə müflis edə bilər. E-problemlər təhlükəsizliyin 2 istiqamətdə pozulmasından yarana bilər:

- Daxildən sistemin dağıdılması (bu sistemə sistemə daxildən girişi olan insanlar tərəfindən edilə bilər);

- Xarici təhlükə (bu sistemə xaricdən müdaxilə edilməsidir ki, əsasən kibercinayətkarlar tərəfindən həyata keçirilir); Həmçinin təbii amillər nəticəsində sistemə girişin dayandırılmasına (buna misal olaraq maqnit dalğası nəticəsində informasiyanın silinməsi, təbii fəlakətlər və s.) səb əb ola bilər.

“E-hökumət” təhlükəsizliyin daha güclü qorunması baxımında vətəndaşın istəyi ilə “sahibin səs dalğası” texnologiyasından istifadə edilməsinə məsləhət görərdim. Cünki səs dalğası insanın əl izləri və göz qişası strukturu kimi idendifikdir. Əl izini komputer vasitəsilə göndərmək çətin, göz qişası strukturunun skayner aparatının çox bahalı olmasını nəzərə alaraq “sahibin səs dalğası” texnologiyası digərləri ilə müqayisədə daha səmərəlidir və demək olar ki, hər bir komputer insanın səs dalğa nümunəsin götürə bilər.

Digər təhlükəsizlik tədbiri kimi viruslardan müdafiədir. Hal-hazırda gündə 10-15 virus yaradılır və bu say artımı həndəsi silsilə ilə artır. Bu cəhətdən təklif edərdim ki, “E-hökumətin” təhlükəsizliyi üçün hər hansı bir dünyaşöhrətli antivirus şirkəti müqavilə imzalansın və bu saytda işıqlandırılsın. Məsələn www.mail.ru elektron poçt saytı “Kaspersky Lab” antivirus şirkəti tərəfindən müdafiə olunur və bu istifadəçilərdə güvənlik hissi yaradır.

8. Elektron hökumətlə bağlı digər problem bu sistemə cavabdeh olan şəxslərin hələ də elektron sistemi və ya İKT sistemini tam öyrənməməsidir.Bu üzdən Portalın istifadə edilməsinin və keyfiyyətlə idarə olunmasının artırılması üçün tədris mərkəzlərinin açılmalıdır. Tədris mərkəzləri həm Bakı, həm də rayonları əhatə etməli və bunlar vahid mərkəzdən idarə olunmaldır. Burada həm elektron hökumət sektoru üzrə çalışan həm də arzu edilən fiziki və hüquqi şəxslər təhsil almalıdır. Buralarda həm əyani, həm də distant təhsil sistemi qurula bilər. Bu qurulacaq layihə kimi nümunəni Vergilər Nazirliyindən götürmək olar, belə ki, Vergilər Nazirliyi öz əməkdaşlarının daima təkmilləşdirilməsi üçün Şamaxı rayonunda yüksək keyfiyyətli Tədris Mərkəzi inşa edib və vergi əməkdaşları daima orada təmkilləşdirmə kurslarında iştirak edirlər.

9. Qərb dövlətlərində olduğu kimi Azərbaycanda da vətəndaşların informasiyadan yararlanmaq kimi konstitusion hüququnu reallaşmasına nəzarət edən xüsusi dövlət vəzifəsi yaratmaq. Məsələn ABŞ-da bu vəzifə “İnformasiya üzrə əsas nəzarətçi” (Chief information officer), Böyük Britaniyada “Elektron elçi” (e-envoy) adlanır, Azərbaycan isə bunu “Elektron nəzarətçi” adlandırmaq olar.

Dövlət Qulluğu vəzifələrinə qəbul zamanı 1ci mərhələdə 100 test-dən yalnız 10-nu İnformatika sahəsinə aid olunur. Bütün dövlət orqanlarında İKT vasitələrindən geniş istifadəni nəzərə alaraq təklif edərdim ki, 1-ci mərhələdə ya İKT-yə aid test suallarının sayı artırılsın ya da 10 testdən minimum 5-ni yazmaq məcburi olmağı barədə qərar qəbul olunsun.

Elektron hökümət portalı ümumən xoş təsir bağışlayır. Portalda bəzi xidmətlərdən istifadə zamanı bəzən xətalar olmasına baxmayaq bu əsasən yüklənmə səbəbindən və ya hələ də xidmətin tam inteqrasiya olunmadığından və gələcəkdə həll olacağına görə bu məsələlər üzrə yox əsas texniki təkliflər vermək istərdim:

- Portalda “sayt üzrə axtarış” bölməsinin olmaması. Vətəndaş bəzən xidmətdən istifadə zamanı həmin xidmətin saytda olub-olmadığını və ya hansı bölmədə olduğunu bilməyə bilər. Bu üzdən “sayt üzrə axtarış” bölməsinin yaradılması zəruri hesaab edirəm;

- Portalda bəzi nazirliklər üzrə online müraciət və məlumat xidmətləri eyni sırasındadır. Təklif edərdim ki, Qazaxstanın e-hökümət portalında (www.egov.kz) olduğu kimi online xidmətlərin qarşısında qırmızı şriftlə “online” yazılsın və ya xüsusi online xidmətlər bölməsi yaradılsın ki, vətəndaş daha rahat istədiyi xidmətdən istifadə etsin;

- E-hökümət portalı yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Lakim Azərbaycan beynəlmilər dövlət olduğunu və burada digər dillərin nümayəndələrinin yaşadığını və turistlərində ölkəyə gəlməmişdən əvvəl bu xidmətlə maraqlanacağını nəzərə alaraq ən azı 3 dildə (Azərbaycan , ingilis və rus dili) portalın işləməsini təklif edirəm ;

- Portala giriş zamanı “Kömək” bölməsindəki düyməni basarkən yüklənən yeni kömək bölməsində bütün məlumatlar rus dilində olur. Təklif edərdim ki, yüklənən səhifədəki məlumatların dil seçimini vətəndaş özü seçsin ;

- Portalda “Şəxsi Kabinet” yaradılsın. Buradan vətəndaş e-mail göndərə və ya qəbul edə, bank əməliyyatları, ödənişlərinə nəzarət və s. əməliyyatlar edə bilər;

- Elektron hökumət portalı həm də vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsidir, dövlətin vətəndaşlara təsir göstəricisi ilə yanaşı vətəndaşında dövlət işlərində iştirakını təşkil etməlidir. Bu üzdən təklif edərdim ki, portalda dövlət qanunvericiliyin qəbulunda vətəndaşların da iştirakı və ya köməyi təmin edilsin. Bunlara misal olaraq Böyük Britaniyada parlamentə petisiyaların göndərilməsi və ya Vergilər Nazirliyin rəsmi internet səhifəsində ( www.taxes.gov.az) daima yerləşdirilən “Vergi Məcəlləsi: birgə yazaq” kompaniyasını göstərmək olar ;

- Sinqapurun “e-hökumət” portalında olduğu kimi Azərbaycanın portalındada “Qeyri-rezident” bölməsinin açılması və ya Azərbaycana son dövrlər turist axınının artmasını nəzərə alaraq “Turistlər üçün” bölməsinin açılması;

- Vətəndaşların portala cəlbi üçün bəzi dövlət əyləncə sektorunun da portala inteqrasiyası yaxşı olardı;

- Portalda həmçinin digər G2G prinsipi üzrə digər dövlət orqanlarının və Respublikanın rayonlarının rəsmi internet səhifəsinə keçidlərin yerləşdirilməsini təklif dərdim;

- “Xəbərlər” bölməsinin yaradılması. Burada Respublika əhəmiyyətli son xəbərlər yerləşdirmək olar. Portalda “Yeniliklə bölməsi olsa da burada yalnız Elektron hökümət xəbərləri yerləşdirilir.



- “Yeniliklər haqqında elektron poçt gəlsin” xidməti aktiv olunsa yaxşı olardı. Bu xidmət vasitəsilə xidmətə qoşulan hər hansı bir sektor üzrə yenilik olan zaman məlumat bildirişi gələr.

Ədəbiyyat siyahısı


  1. www.e-gov.az / Azərbaycan Respublikasının “Elektron Hökümət” portalı.

  2. UN Global E-government Survey (2003/ 2004/ 2005/ 2008/ 2010/ 2012) / BMT-nin E-hökumətlə bağlı hesabatı (2003/ 2004/ 2005/ 2008/ 2010/ 2012).

  3. Elektron hökumət bülleteni (2013 yanvar/ fevral/ mart/ aprel/ may/ iyun/ iyul/ avqust ayı).

  4. www.mincom.gov.az / Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı

  5. Rabitə və informasiya texnologiyaları nazirliyi Əli Abbasovun çıxışları.

  6. M.A. Sedinkin: “Xarici ölkələrin elektron təcrübəsindən istifadə”.

  7. Y. İrxin: “Elektron hökumət”in nəzəriyyəsi, metodologiyası və innovasiya təhlili üsulları.

  8. Y. İrxin “ “Elektron hökumət”: nəzəriyyə və praktika”.

  9. D.Tanskot : “Elektron – rəqəmsal cəmiyyət: şəbəkə intelektinin müsbət və mənfi cəhətləri

  10. www.taxes.gov.az / Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytı

  11. www.vergiler.az / Vergilər qəzeti

  12. Nyankina E.S, Poqodina E.S.: “Elektron hökumətin perspektivi”.

  13. Poçepçov Q.Q: “İnformasiya siyasəti”.

  14. Çelişova: “Elektron idarəetmədən elektron dövlətə.”

  15. Trifalenkov İ.A.: “Elektron hökumət:şəxsi məlumatların müdafiəsi”

  16. Bondorenko SV : “ Elektron hökumətin təhlükəsizliyi: bürokratiya və “resolutique”nin formalaşma ehtimalı”.



Bu məqalə “Elektron hökumət”lə bağlı yazı müsabiqəsi üçün hazırlanmışdır.
Yüklə 206,99 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə